Məhkəmə qərarları › İş №1(049)-151/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-151/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-151/2024 07.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2, Onun müdafiəçisi, Lənkəran Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fədi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 07 may 2024-cü il tarixdə, saat 12:53-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 təqsirləndirilir ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, X3 22 aprel 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı Lənkəran şəhəri ünvan 1 nömrəli fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs etdiyi hərəkətə görə irad tutmasından sonra sonuncunun iradı qəbul etməyərək özünə təhqir kimi qəbul etməsi səbəbindən onun ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə 2 dəfə qəsdən sillə zərbəsi vuraraq zərbənin təsirindən yerə yıxılma nəticəsində sonuncuya burun nahiyəsində əzilmiş yara, sol diz qapağı, sol diz oynağı nahiyələrində sıyrıqlardan ibarət xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Hacıqafarla sonuncuya dəymiş maddi və mənəvi ziyanı tam ödəməklə barışmışlar. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Sarvbanla barışmış, ona dəymiş ziyan tam ödənilmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və Sarvanın cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 375 saylı saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- burun nahiyəsində əzilmiş yara, sol diz qapağı, sol diz oynağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materialında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran şəhəri Füzuli küçəsində yerləşən 160 nömrəli evin qarşısında baş vermişdir. İş materialında olan yaşayış yeri üzrə xasiyyətnamələrdən görünür ki, X3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, X3 əvvələr məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, X2 törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar