Məhkəmə qərarları › İş №1(049)-152/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-152/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-152/2023 04.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, 20 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində, satış məqsədi ilə, qanunsuz olaraq, məlum olmayan mənbədən 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri - 0,271 qr, 0,265 qr, 0,255 qr, 0,253 qram ümumi 1,044 qram tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə, saat 10:40-da Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən 4 ədəd bükümdə ümumi 1,044 qram çəkidə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sol yan cibindən üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin satışı ilə deyil, istifadəsi ilə məşğuldur. Narkotik vasitələrdən istifadə etdiyi üçün əvvəllər məhkum olunmuşdur. Hər gün demək olar ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. 20 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri “Ləvəngi” adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata 4 bükümdə kakos adlanan narkotik vasitə heroin almışdır ki, Aldığı heroini əynində olan gödəkçəsinin sağ yan cibində saxlamışdır. Narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün üzərində elektron tərəzi də olmuşdur. Həmin gün, saat 10 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ilə piyada gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqim etmişlər və Lənkəran polis şöbəsinin əməkdaşları olduqlarını bildirib Lənkəran ŞRPŞ-nə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı 4 ədəd bükümdə kakos adlanan narkotik vasitə heroini, gödəkçəsinin sol cibində saxladığı 1 ədəd elektron tərəzini də təqdim etmişdir. Üzərindən aşkar edilmiş dörd bükümdə narkotik vasitə heroini istifadəsi üçün üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə Şahid1 məlumat əldə etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 20 noyabr 2022-ci il tarixdə, saat 10:40-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatın olduğunu deyib Lənkəran ŞRPŞ-nə gətirmişlər. Lənkəran ŞRPŞ-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 4 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükümü, gödəkçəsinin sol yan cibindən 1 ədəd elektron tərəzini və şalvarının sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və özünə məxsusdur, narkotik vasitə heroin bükümlərini Lənkəran şəhəri “Ləvəngi” adlanan ərazisində tanımadığı şəxsdən 4 ədəd bükümünü 20 manata almış, tərəzinidə onu aldatmasınlar deyə aldığı heroinin çəkisini yoxlamaq üçün üzərində saxlamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 cinayət işinin 84-86-cı vərəqlərində olan ibatidai istintaq zamanı verdityi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 20 noyabr 2022-ci il tarixdə, saat 10:40-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatın olduğunu deyib Lənkəran ŞRPŞ-nə gətirmişlər. Lənkəran ŞRPŞ-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 4 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükümü, gödəkçəsinin sol yan cibindən 1 ədəd elektron tərəzini və şalvarının sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 Baləddin oğlu cinayət işinin 97-99-cu vərəqlərində olan ibatidai istintaq zamanı verdityi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 20 noyabr 2022-ci il tarixdə, saat 10:40-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatın olduğunu deyib Lənkəran ŞRPŞ-nə gətirmişlər. Lənkəran ŞRPŞ-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 4 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükümü, gödəkçəsinin sol yan cibindən 1 ədəd elektron tərəzini və şalvarının sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd şəffaf selofana bükülmüş içərisində heroinə bənzər kütlə olan bükümlər və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin heroinə bənzər kütlələrin çəkisi 1,19 qram olmuş, Təqsirləndirilən şəxs həmin 4 bükümün içərisində heroin olduğunu, heroinin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən, qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd şəffaf selofana bükülmüş içərisində heroinə bənzər kütlə olan bükümlər və elektron tərəzi aşkar edilərək götürülmüş, həmin heroinə bənzər kütlələrin çəkisi 1,19 qram qram olmuş, Təqsirləndirilən şəxs həmin həmin 4 bükümün içərisində heroin olduğunu, heroinin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Cinayət işinin 46-47-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 19/1188 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş - " Təqsirləndirilən şəxs üzərindən çıxan kütlələr..." sözlər və imzalar olan bir ədəd zərfdəki,4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,271 qr;-0,265 qr;-0,255 qr;-0,253 qram; ümumi təmiz çəkisi-1,044 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər,xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. "Təqsirləndirilən şəxs üzərindən çıxan 1 ədəd elektron tərəzi..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Tədqiqata sərf edildikdən sonra heroin təmiz çəkisi 0,884 qram qalmışdır. Ekspert tədqiqinin dəyəri 65 manatdır. Cinayət işinin 72-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 1204 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nun təqdim etdiyi 3-17-1/2-13251 nömrəli arayışına əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 103-107-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0,884 qram çəkidə heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 108-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 25 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd mobil telefon X4 təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 və Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 5(049)-437/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin dörd ayrı-ayrı bükümdə narkotik vasitə ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını və elektron tərəzi üzərində narkotik vasitə izlərinin aşkar edilməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş DVD disk və digər sənədlərlə təkzib olunur. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 20 noyabr 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-71-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 89-90-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin 1(049)-254/2014 saylı, 12 noyabr 2014-cü il tarixli hökmünə əsasən CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. CM-nin 83-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Cinayət işinin 87-88-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran şəhər İHB-nin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətamdən görünür ki, Suvarov X2 şəhəri Ş.Xiyabanı ev 46/12, mənzil 26-da qeydiyyatda olmaqla anası X1 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli sənədindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, ikinci qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəssində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni satış məqsədi ilə narkotik vasitə və həmin narkotik vasitənin çəkilməsi üçün elektron tərəzi əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, ikinci qrup əlil olmasını, uzun müddət narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 1204 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasına əks göstəriş olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,884 qram maddə heroin və elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,884 qram heroin və 1 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar