Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-152/2025 11.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Saat 16:45 xx xxxx 1989-cu il tarixdə Lənkəran rayonu, Bala-Şürük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-563/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-660/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 29 mart 2025-ci il tarixdə elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə həmin gün saat 16:00 dəqiqədə Lənkəran şəhəri, X10 küçəsində fəaliyyət göstərən “REFEM market”in yanında quraşdırılmış "xxxx" ASC-yə məxsus “birbank” bankomatın qarşısında olarkən, kart hesabından pul vəsaitinin çıxarılmasında ona köməklik etməsini xahiş etmiş əvvəllər tanımadığı Lənkəran rayonu, Girdəni kəndində yaşayan təqaüdçü Zərərçəkmiş şəxs bankomatdan pul çəkməyə yardım edəcəyi adı ilə aldadaraq, sonuncunun adına olan, özündə şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumatları əks etdirdiyinə, eləcə də, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti olduğuna görə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7416 0085 0943 hesab nömrəli plastik təqaüd kartını ələ keçirib, kartın identifıkasiya nömrəsi (pin kodu) olan 7557 rəqəmlərini Zərərçəkmiş şəxs öyrəndikdən sonra onu bankomata daxil edərək, bankomatın klaviaturasında kartın pin kodunu yığıb, bankın kompüter sisteminə daxil olmaqla bankomat vasitəsilə plastik kartın hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatını icra edib, kartı Zərərçəkmiş şəxs qaytarsa da, kartın hesabında olan 150 manat pul vəsaitini zərər çəkmiş şəxsdən xəbərsiz və gizli şəkildə ələ keçirərək, elektron məlumat daşıyıcısından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızma məxsus 150 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra o, 23 may 2025-ci il tarixdə Lənkəran şəhərində məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,747 qram ağ rəngli kristallardan ibarət xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 23 may 2025-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 17:30 radələrində Lənkəran rayonu, Velədi kəndində küçədə saxlanılaraq, orada üstü yoxlanılarkən həmin 1 ədəd bükümdə ümumi 0,747 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin əynində olmuş şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, yəni CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bildi, ona qarşı elan edilmiş CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri - arvadı və üç nəfər yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləlik etməklə ailəsini dolandırır. Əvvəllər oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 563/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-660/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Təxminən 2025-ci ilin mart ayın sonlarında Lənkəran şəhər Mərkəzi bazarına gəlmişdir. Özünə məxsus "xxxx"a aid bir bank kartında 10 manat pul olmuşdur. Həmin pulu çıxarmaq üçün bazarın yaxınlığında yerləşən “Refem“ mağazasının qarşısına gəlmişdir. Orada kartını bankomata daxil etmiş və kartında olan 10 manatı götürmüşdür. Həmin vaxt bir qadının axsaya-axsaya bankomata yaxınlaşdığını görmüşdür. Həmin qadın kartında pul olduğunu, özü kartdan pul götürə bilmədiyini, ona kömək göstərilməsini xahiş etmişdir. O, dərhal ayağa qalxmış, kömək edəcəyini bildirmiş, həmin kartını ona vermişdir və kartı bankomata daxil etmişdir. Həmin qadın kartın kodunu ona deyəndən sonra hesabda 150 manat pul olduğunu görmüşdür. O, həmin pulu kartdan çəkmiş və dərhal kartı qadına verib kartda pul yoxdur demişdir. Çünki həmin qadın ondan biraz kənarda dayandığı üçün görməmişdir. Pulu gizlincə götürüb oradan uzaqlaşmışdır. Amma həmin qadın pulu kartdan necə götürdüyünü bilməmişdir. Sonra ona məlum olmuşdur ki, həmin qadın Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxsdır. Sonra Südabə ondan şikayət də etmişdir. O, özünü törətdiyi oğurluq cinayətinə görə təqsirli bilir və zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. O, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, Lənkəran rayonu, Bala-Şürük kəndi Lənkəran ŞRPŞ-nin Cinayət axtarışı bölməsinin Fuad adlı əməkdaşının xidməti ərazisində daxildir. Bir neçə müddətdir Fuad adlı polis əməkdaşı onu “qaralamış”, ondan “əl çəkməmişdir. Fuad ondan pul tələb etmiş, o da pul vermədiyi üçün onu tutmuşlar. O, cinayət işi materiallarında qeyd edildiyi kimi 23 may 2025-ci il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu Velədi kəndində piyada hərəkətdə olan zaman deyil, çay qırağında velosipedlə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində həmin vaxt hər hansı psixotrop maddə metamfetamin olmamış, onu döyərək, ona fiziki zor tətbiq edərək bir büküm psixotrop maddə metamfetamin üzərinə götürməyə məcbur etmişlər. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün xəsarət almış, qabırğaları sınmışdır. Videoçəkiliş isə saxlanıldığı çay qırağında deyil, Velədi kəndində guya piyada hərəkətdə olarkən saxlanılan zaman qeydə alınmışdır. Bununla bağlı sübutları vardır. Məhkəməyə təqdim etdiyi fotoşəkildə görünən şəxslər o, özü və Fuad adlı polis əməkdaşıdır. Həmin fotoşəkil 2026-cı ilin qış aylarında çəkilmişdir. Həmin fotoşəkli məhkəməyə təqdim etməkdə məqsədi Fuad adlı polis əməkdaşının qərəzli olmasıdır. Həmin fotoşəkil onun xahişi ilə Fuad adlı polis əməkdaşı onu saxlayan zaman qardaşı tərəfindən çəkilmişdir. Fuad adlı polis əməkdaşı onu saxlayaraq polis şöbəsinə aparmış, daha sonra o, başqa bir məsələ ilə əlaqədar inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini qeyd edərək həmin hissədə barəsində bəraət hökmü çıxarılmasını, CM-nin 177.2.3-1-ci maddəsi ilə özünü təqsirli bildiyini və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Bala-Şüriik kəndində qeydiyyatda olmaqla həmin ünvanda arvadı və üç azyaşlı uşaqları ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləlik edir. Təxminən 5 il əvvəldən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin həm tüstü yolu ilə qəbul edir, həm də iynə vurur. Bir neçə dəfə oğurluq etdiyi üçün həbs olunmuşdur. Sonuncu dəfə 2021-ci il tarixdə həbs olunmuşdur. 3 il müddətində azadlıqdan məhrum olunmuşdur. 2023-cü ilin dekabr ayında vaxtından əvvəl 7 ay şərti azad olunmuşdur. Həbsdən çıxandan sonra bir müddət narkotik vasitələrdən istifadə etməmişdir. Təxminən 2 aydır ki, metadon dərmanından və bəzən “şüşə” adlanan metamfetamindən istifadə edir. Metadon dərmanını və metamfetamini çox vaxtlar bazar ərazisindən və 5 saylı orta məktəbin yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən alır. Belə ki, təxminən 2025-ci ilin mart ayının sonlarında bir gün Lənkəran şəhər Mərkəzi bazarına gəlmişdir. Özünə məxsus "xxxx"a aid “bir bank” kartında 10 manat pul olmuşdur. Həmin pulu çıxarmaq üçün bazarın yaxınlığında yerləşən “REFEM“ mağazasının qarşısına gəlmişdir. Orada kartını bankomata daxil etmiş və hesabında olan 10 manat pulu nağdlaşdırmışdır. Məqsədi həmin pulla özünə metamfetamin və dərman almaq olmuşdur. Lakin həmin pul az olduğu üçün pul çatmamışdır. Həmin vaxt bankomatın yanında kimsə olmamışdır. O, orada biraz əyləşmiş və bir qadının axsaya-axsaya bankomata yaxınlaşdığını görmüşdür. Həmin qadın kartında pul olduğunu özü kartdan pul götürə bilmədiyini, ona kömək göstərilməsini xahiş etmişdir. O, dərhal ayağa qalxmış, kömək edəcəyini bildirmiş, həmin qadın kartını ona vermiş və o da kartı bankomata daxil etmişdir. Həmin qadın kartın kodunu ona deyəndən sonra hesabda 150 manat pul olduğunu görmüşdür. O, həmin pulu bankomatdan çıxarmış və dərhal kartı qadına verib kartda pul yoxdur demişdir. Çünki həmin qadın ondan biraz kənarda dayandığı üçün görməmiş, həm də bundan başı çıxmamışdır. O, həmin qadının kartından pulu oğurladıqdan sonra ora bir neçə şəxs toplaşmış, lakin onlar onun oğurluq etdiyini bilməmişlər. Həmin şəxslər də kartdan pul çıxarmaqdan ötrü bankomata gəlmişlər. Pulu gizlincə götürüb oradan uzaqlaşmışdır. Amma həmin qadın pulu kartdan necə götürdüyünü bilməmişdir. Sonra ona məlum olmuşdur ki, həmin qadın Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxsdır. Sonra Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Bundan sonra 23 may 2025-ci il tarixdə saat təxminən 14 radələrində psixotrop maddə metamfetamin almaq üçün Lənkəran şəhərinə gəlmişdir. Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata 1 bükümdə sellofanda psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsdən əvvəllər də bir neçə dəfə psixotrop maddə almışdır. Psixotrop maddə metamfetamini alandan sonra kəndə getmişdir. Həmin metamfetamindən azca istifadə etdikdən sonra qalanı əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Həmin gün saat 17:30 radələrində Lənkəran rayonu, Velədi kəndində yolla piyada gedən zaman bir neçə mülki geyimdə şəxs ona yaxınlaşmışlar. Özlərini təqdim edib Lənkəran ŞRPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polislər videoçəkilişlə qeydə almışlar. Ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib üzərində narkotik vasitə olduğu halda təqdim etməsini təklif etmişlər. O, əynində olan şalvarının sol yan cibindən özünə aid balaca dəftərçə və “LD” markalı siqaret qutusunu, şalvarının sağ yan cibindən sellofana bükülmüş metamfetamini təqdim etmişdir. Dəftərçədə özünə aid olan “bir bank” kartı və şəxsiyyət vəsiqəsini aşkar etmişlər. Həmin vaxt üstünə baxmışlar və heç nə aşkarlanmamışdır. Həmin metamfetamin bükümünü elektron tərəzidə çəkmişlər və çəkisi 0,86 qram olmuşdur. Sonra həmin bükümü qablaşdıraraq götürmüşlər. Şəxsiyyət vəsiqəsini və kartını ondan götürmüşlər. Dəftərçəyə baxmışlar və siqaret qutusu ilə birlikdə özünə qaytarmışlar. Kənardan avtomobillərin və insanların gedib-gəldiyi üçün orada protokol tərtib etməyib onu şöbəyə gətirib protokol tərtib etmişlər. O, protokolu imza etmişdir. Sonra onu vəkillə təmin edib şübhəli şəxs qismində tutmuşlar. Təhqiqatçı onu dindirmiş və o da olanları bildirmişdir. Tutduğu cinayət əməlindən peşmandır. Psixotrop maddə və dərman qəbul etməklə, həmçinin oğurluq etməklə cinayət törətdiyini bilir, narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul deyil, həmçinin bundan əlavə oğurluqlar etməmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. 23 may 2025-ci il tarixdə Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 23 may 2025-ci il tarixli qərara əsasən o, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid2, polis leytenantı Şahid1 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 23 may 2025-ci il tarixdə saat 17 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Velədi kəndində küçədə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu və bu səbəbdən onun üzərini yoxlayacağını demişlər. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Əməliyyat müvəkkili Şahid1 tərəfindən mobil telefonla çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs küçədə saxladıqdan sonra elə həmin yerdə videoçəkilişlə üstünü yoxlamağa başlamışlar. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, predmet və narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir qutu “LD” siqaretini, bir ədəd kiçik dəftərçəni, əynində olan şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,86 qram olmuşdur. Daha sonra həmin metamfetaminə bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və zərfin üstünü imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd dəftərçəyə baxanda içərisindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd Kapital banka məxsus “bir kart” aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstünü yoxlamışlar. Təqsirləndirilən şəxs üstünü yoxlayan zaman üstündən heç nə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş özünə məxsus şəxsiyyət vəsiqəsi və bank kartı götürülmüşdür. Siqaret, dəftərçə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə el arasında “şüşə” adlanan metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini istifadə etməkdən ötrü həmin gün tanımadığı şəxsdən Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə 15 manata alaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üstünü yoxladıqdan sonra onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlanması haqqında çəkiliş bir ədəd diskə köçürülərək raport və materialla birlikdə təhqiqatçıya verilmişdir. Təqsirləndirilən şəxs şöbədə müdafiəçi ilə təmin olunmuş və şöbənin təhqiqatçısı polis baş leytenantı Baxşəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bir bükümdə psixotrop maddə metamfetamini kimdən alması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin metamfetamini tanımadığı şəxsdən almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə Lənkəran şəhəri “Böyük bazar” ərazisində yerləşən “Refem” mağazasının qarşısındakı bankomatdan Lənkəran rayonu, Girdəni kənd sakini Zərərçəkmiş şəxs məxsus kart vasitəsilə sonuncunun 150 manat pulunu oğurlamışdır. Təqsirləndirilən şəxs nə o özü, nə də digər polis əməkdaşları tərəfindən hər hansı pul vəsaiti tələb edilməmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı nə o özü, nə də digər polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs çay kənarında deyil, 23 may 2025-ci il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu, Velədi kəndində küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid1 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdilər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 150 manat məbləğində dəymiş zərərin tam şəkildə ödənildiyini, onunla barışdığının bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, dərzilik fəaliyyəti ilə məşğul olur. Subaydır. Evdə atası Nizam Əliyevlə birlikdə yaşayır. Lənkəran şəhər Mərkəzi bazarında icarəyə mağaza götürüb orada dərzilik edir. İİİ dərərcə əlildir. Dərzilik etməklə dolanır. Həm də xəstə atasına baxır. Pensiyaçıdır. Pensiya kartı "xxxx"a aiddir. Hər ay 150 manat pensiya alır. 17 mart 2025-ci il tarixdə pensiyası köçmüşdür. 29 mart 2025-ci il tarixdə saat 09 radələrində Lənkəran şəhər mərkəzi bazarına işə getmişdir. Həmin gün saat 16 radələrinə qədər işdə olmuşdur. İşdən çıxanda eve bazarlıq etmək məqsədilə pensiyasını almaq üçün Lənkəran şəhəri Mərkəzi bazarın yaxınlığında Sabir küçəsində “REFEM” mağazasının qarşısında yerləşən "xxxx"a aid bankomata yaxınlaşmışdır. Bankomatın yanında bir nəfər kişi cinsli şəxsin dayandığını görmüş, o, pulu kartdan çıxara bilmədiyi üçün həmin şəxsə salam vermiş, kartından pul çıxara bilmədiyini və ona kömək etməsini demişdir. Həmin şəxs arıq olmaqla təxminən 160-170 sm hündürlükdə olmuşdur. Həmin şəxs ayağa qalxmış və ona demişdir ki, narahatçılıq yoxdur kömək edəcəkdir. Həmin şəxs kartı ondan almış və kartı bankomata daxil etmişdir. Həmin vaxt ora bir neçə şəxs də kartından pul götürmək üçün gəlmişlər. O, həmin şəxsdən arxada dayandığı üçün görməmişdir. O kartının dörd rəqəmli kodunu həmin şəxsə demişdir. Həmin şəxs kartı bankomata daxil etmiş və rəqəmləri yazandan sonra bir az gözləmişdir. Təxminən bir-iki dəqiqə davam etmişdir. Bu zaman ora başqa şəxslər gəlmiş və mən həmin şəxsdən pulu çıxarıb-çıxarmamasını o karta pul olmadığını demişdir. O, kartı istəmiş, həmin şəxs kartı ona verib dərhal oradan uzaqlaşmışdır. Saat artıq 16:00 olardı. Bir neçə dəqiqə sonra orada olan digər bir şəxsə kartını verib yoxlamasını xahiş etmişdir. Həmin şəxs kartı ondan alıb onun yanında yoxlayıb demişdir ki, kartda pul yoxdur. O, həmin şəxsdən xahiş etmişdir ki, qəbzi çıxarsın. Həmin şəxs qəbzi çıxarıb ona vermiş və kartdan pul çıxardığını demişdir. O kartında olan 150 manat pulu bundan əvvəl kartı verdiyi şəxsin çıxardığını bilmişdir. Ətrafa baxmış və həmin şəxsi tapa bilməmişdir. Həmin vaxt DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və daha sonra ərizə ilə Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. Sonra özü də bununla maraqlanmışdır. Kartından pulunu oğurlayan şəxsin Lənkəran rayonu Bala-Şürük kənd sakini Təqsirləndirilən şəxs adlı şəxs olduğunu öyrənmişdir. O, Maili bir həftə sonra Lənkəran şəhər Mərkəzi bazarında görmüş və pulunu istəsə də sonuncu onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs 150 manat pulunu bankomatdan elə gizli şəkildə çıxarmışdır ki, o, bunu görməmişdir. Qəsdən fikrini yayındıraraq bunu etmişdir ki, bilməsin. Mail kartı ona verib oradan uzaqlaşandan sonra bunu bilmişdir. Təqsirləndirilən şəxs oradan uzaqlaşanda əlində sellofanda meyvə olmuşdur. Mail bankomatdan pulunu oğurlayan zaman kimsə görməmiş və bunu gizli etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs rayonun Bala Şürük kəndində ailəsi ilə birgə yaşayır. O, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Dəqiq tarixi xatırlamasa da, oğlu Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin Fuad adlı əməkdaşı tutmuşdur. İki gün Mail Lənkəran ŞRPŞ-də saxlanıldıqdan sonra buraxılmışdır. Mail evdə olarkən Fuad adlı polis əməkdaşının ondan 1000 manat pul tələb etdiyini, pulu ona vermədiyi üçün Fuadın onu şərləyərək tutduğunu, onu çay kənarında saxladıqlarını ona demişdir. O, Mailin nə vaxt, hansı şəraitdə polis əməkdaşları tərəfindən saxlanılmasını görməmiş, ifadəsində göstərdiklərini Mailin ona dediklərinə istinadən bildirir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə saat 17:30-da saxlanılmış, həmin gün saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. 23 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30 dəqiqədə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Lənkəran rayonu Velədi kəndində piyada hərəkət etdiyi zaman saxlanılmış, saxlamanın səbəbi Təqsirləndirilən şəxs izah edildikdən sonra ona üstünün yoxlanılacağı, üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olmasını bildirməsi və həmin kütlənin elektron tərəzidə çəkilərək çəkisinin 0,86 qram olması, həmin bükümün qablaşdırılaraq üstünün möhürlənməsi müəyyən edilmişdir. Baxış videoçəkilişdən istifadə edilməklə aparılmış və diskə köçürülərək protokola əlavə edilmişdir. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 23 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm psixotrop maddə metamfetaminə baxış keçirilərək götürülmüşdür. “Hadisə yerinə keçirilmiş baxış protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs kartından 150 manat pulu Lənkəran şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “REFEM” marketin qarşısında quraşdırılmış "xxxx"a məxsus “birbank” bankomatdan oğurlayıb əldə etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 24 may 2025-ci il tarixli 19/215 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,747 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Qətimkan tədbiri seçmək haqqında 25 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da tutmadan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qevdiyvata alınması məsləhət görülür. Zərərçəkmiş şəxs qızma məxsus “Kapital” banka aid 4169 7416 0085 0943 saylı kartın surətindən və qəbzlərdən görünür ki, 29 mart 2025-ci il tarixdə saat 16:00-da Lənkəran şəhəri M.Ə.Sabir küçəsində yerləşən “REFEM” marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə aid “birbank” bankomatından Zərərçəkmiş şəxs məxsus 4169 7416 0085 0943 saylı kartdan 150 manat pul çıxarılmışdır. 1 (bir) ədəd DVD-R diskdə olan videogörtüntülərdən görünür ki, Məmmədov X4 şəhəri M.Ə.Sabir küçəsində yerləşən “REFEM” marketin qarşısında quraşdırılmış “Kapital” banka məxsus “birbank” bankomatın yanında olduğu zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona yaxınlaşmış, əl çantasından kartı çıxarıb Təqsirləndirilən şəxs vermiş, sonuncu bankomata yaxınlaşaraq bir neçə saniyədən sonra kartı Zərərçəkmiş şəxs qaytarmışdır. Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, kartı Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu bankomatda əməliyyat apardıqdan bir nneçə saniyə sonra kartı ona qaytararaq pul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs oradan uzaqlaşdıqdan sonra kartı yoxlatdırmış və bir neçə dəqiqə əvvəl kartdan 150 manat pulun çıxarılması müəyyən etmişdir. Həmin vaxt kartından pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin üzərində gəzdirməklə istifadəsi ilə məşğuldur, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu, Girdəni kənd sakini Zərərçəkmiş şəxs kartından 150 manat pulu da oğurlamışdır. xx.xx.2025-ci il tarixli, 590 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, hökmün və qərarın sürətindən görünür ki, Məmmədov X4 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış və xx.xx.2018-ci ildə Masallı Rayon Məhkəməsinin qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış və xx.xx.2018-ci ildə Masallı Rayon Məhkəməsinin qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2020-ci ildə cəza müddəti bitmişdir. Bundan sonra o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü ildə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 460 saylı arayışından görünür ki, Məmmədov X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-563/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünün suətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-660/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-563/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 7 ay 24 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran şəhər İHB-nın Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə və Arayışından görünür ki, Məmmədov X4 rayonu, Bala- Şürük kəndində arvadı X3 və övladları – xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) bükümdə 0,747 qram psixotrop maddə metamfetamin, şəxsin üstünün yoxlanması və baxış keçirilməsi zamanı qeydə alınmış videoçəkilişə dair 2 (iki) ədəd DVD-R disk, təqdim olunmuş kartın surəti və qəbzlər, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyi zaman qeydə alınmış videoçəkilişə dair 1 (bir) ədəd DVD-R diski maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) bükülüdə 0,697 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 03 ədəd DVD diskdə videogörüntülər, kartın surəti və qəbzlər cinayət işinin materiallarına əlavə edilmişdir. ”Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə xəstəxananın Təcili yardım şöbəsinə “S22.4 Qabırğaların çoxsaylı sınıqları” diaqnozu ilə daxil olmuş və xəstəyə tibbi yardım göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş ”Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2026-cı il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə “M79.5 Sol bazuda yad cisim”, xx.xx.2025-ci il tarixdə isə “S22.4 Döş qəfəsinin səthi travması. Döş qəfəsinin sol payının Vİİ-Vİİİ qabırğa sınığı” diaqnozları ilə ”Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət etmiş və ona tibbi xidmət göstərilmişdir. xx.xx.2025-ci il tarixli “Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xəstə müayinə və müşahidə Forması”ndan və İ.Konsultasiyadan görünür ki, xəstə sol bazuda olan yad cisimdən şikayət edir. Deməsinə görə özünə iynə vuranda iynə qırılıb qalıb. Xəstə narkotik aludəçisidir. xx.xx.2025-ci il tarixli “Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xəstə müayinə və müşahidə forması”ndan görünür ki, xəstə döyülmə nəticəsində döş qəfəsində ağrıdan şikayət edir. Məhkəmənin sorğusuna əsasən Lənkəran ŞRPŞ-nin “MSY-də saxlanılan şəxslərin uçotu” Kitabından çıxarışın surətində öz əksini tapmış 114-cü qrafadan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə saat 17:30-da Lənkəran ŞRPŞnin TB-nin təhqiqatçısı Baxşəli Rufullayevin tutma protokoluna əsasən saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə saat 17:00-da Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Asəf Məmmədovun qərarına əsasən azad edilib. Şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. CM-nin 177.1-ci maddəsinin dispozisiyasına görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməli hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7,10 və 26-cı bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmçinin, CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq cinayəti nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanın məbləği 150 manat təşkil edir ki, bu əməl onun oğurluq cinayəti üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışlarının “Təqsirləndirilən şəxs üzərində hər hansı psixotrop maddə olmaması, onun polis əməkdaşları tərəfindən döyülərək üzərinə psixotrop maddə metamfetamin qoyulması”, habelə “polis əməkdaşlarının təqsirləndirilən şəxsi 23 may 2025-ci il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu, Velədi kəndində küçədə deyil, həmin ərazidən kənarda çay qırağında saxlayaraq polis şöbəsinə aparması”, habelə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi üzrə bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Həmçinin, müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş X1 təqsirləndirilən şəxsin onun anası olmaqla onun xeyrinə ifadə verməsi ehtimalı kifayət qədər güclüdür. Eyni zamanda, şahid Minəvvər Məmmədova ifadəsində qeyd etdiklərinin şahidi olmadığını, ifadəsində göstərdiklərini yalnız təqsirləndirilən şəxsin ona verdiyi məlumata əsasən dediyini bildirmişdir. Bu səbəbdən müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Minəvvər Məmmədovanın ifadəsinin mötəbərliyi şübhə altında olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas rolunda çıxış edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində 23 may 2025-ci il tarixdə saat 17:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən döyüldüyü üçün xəsarət aldığını, qabırğalarının sındığını göstərir. İlk növbədə qeyd edilməlidir ki, işdə olan xx.xx.2025-ci il tarixli, 590 nömrəli məhkəmətibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Bundan başqa, məhkəmənin sorğusuna əsasən əldə edilmiş ”Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2026-cı il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə “M79.5 Sol bazuda yad cisim”, xx.xx.2025-ci il tarixdə isə “S22.4 Döş qəfəsinin səthi travması. Döş qəfəsinin sol payının Vİİ-Vİİİ qabırğa sınığı” diaqnozları ilə ”Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət etmiş və ona tibbi xidmət göstərilmişdir. Təqsirləndirilən şəxs özünün məhkəmə iclasında verdiyi ifadəsinə əsasən 23 may 2025-ci il tarixdə döyüldüyü və qabırğaları sındığı halda, xx.xx.2025-ci il tarixdə “M79.5 Sol bazuda yad cisim” diaqnozu ilə ”Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə edərkən qabırğaların sınması şikayəti ilə müraciət etməməsinin səbəbləri, həmçinin 23 may 2025-ci il tarixdə döyüldüyü və qabırğaları sındığı halda, bundan təxminən 4 ay sonra həmin şikayətlərlə xəstəxanaya müraciət etməsinin səbəbləri ilə bağlı suallar ünvanlansa da, sonuncu həmin suallara cavab verə bilməmişdir. Həmçinin, məhkəmənin sorğusuna əsasən əldə edilmiş Lənkəran ŞRPŞ-nin “MSY-də saxlanılan şəxslərin uçotu” Kitabından çıxarışın surətində öz əksini tapmış 114-cü qrafadan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə saat 17:30-da Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Baxşəli Rufullayevin tutma protokoluna əsasən saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə saat 17:00-da Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Asəf Məmmədovun qərarına əsasən azad edilib. Şikayət və tələbi yoxdur. İşdə olan məhkəmə-tibbi ekspertiza rəyi, Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2026-cı il tarixli məlumatı və Lənkəran ŞRPŞ-nin “MSY-də saxlanılan şəxslərin uçotu” Kitabından çıxarışda olan məlumatlar Təqsirləndirilən şəxs 23 may 2025ci il tarixdə polis əməkdaşları tərəfindən döyülməsi və nəticədə qabırğalarının sınması barədə məhkəmə iclasında onun göstərdiyi xüsusatların ağlabatanlıq meyarları baxımından həqiqətə uyğun olmadığını deməyə əsas verir, həmin xüsusatları tam şəkildə təkzib edir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs 23-25 may 2025-ci il tarixlərdə cəmi 2 gün həbsdə saxlanılmış, daha sonra tutmadan azad edilmiş, məhkəməyədək icraat dövründə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. Lakin təqsirləndirilən şəxs döyülməsi ilə bağlı heç bir orqana müraciət etməmiş, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məhkəmədə bəyanat verməklə iş üzrə toplanmış sübutları şübhə altında qoymağa çalışmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi 23 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntü, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 23 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntülər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmətibbi ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Velədi kəndində deyil, çay qırağında saxlanılması ilə bağlı sübutlarının olduğunu bildirmişdir. Sübutlarını təqdim etməsi üçün dəfələrlə məhkəmə iclası təxirə salınmış, Təqsirləndirilən şəxs qeyd etdiyi sübutları təqdim etməsindən şərait yaradılmasına baxmayaraq o, hər dəfə müxtəlif bəhanələr gətirməklə məhkəməyə hər hansı sübut təqdim etməmiş, özünün şahidləri qismində məchul şəxslər dairəsinin olmasını bildirmişdir, şahidlərin şəxsiyyət məlumatlarını məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.4-cü maddəsinə görə şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanı tam ödəməsini CM-nin 59.1.12, 59.1.13 və himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını isə 59.1.4-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində, əməlində cinayətin residivinin olmasını isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipindən çıxış edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin hər biri üzrə ayrılıqda cəza təyin edilməklə qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 18.1 və 65.2-ci maddələrinin tələbləri baxımından ona CM-nin 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməli və CM-nin 66.2-ci tələbi baxımından ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdən 25 may 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2026-cı il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə 0,697 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən 3 ədəd DVD disk, kartın surəti və qəbzlərin maddi sübut kimi iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəflərinə aid edilən ekspertiza xərci 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdən 25 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 03 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 0,697 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 3 ədəd DVD disk, kartın surəti və qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-152/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-152/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver