Məhkəmə qərarları › İş №1(049)-154/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-154/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-154/2023 16.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1971-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Lənkəran şəhəri, Fizuli küçəsi ev 22 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Lənkəran şəhəri Fizuli küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olan zaman qardaşı Zərərçəkmiş şəxs Haşım oğlu ilə şəxsi münasibətlər zəmnində, yəni qardaşı Zərərçəkmiş şəxs spirtli içki qəbul etdiyinə görə ona irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun baş, sifət və qol nahiyələrinə dəmir parçası ilə qədən vurmaqla ona başın təpə, alın, sol bazu nahiyələrində kəsilmiş yaralardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs bazarda lotereya satmaqla gəlir əldə edir və qazandığı pulları içkiyə xərcləyir. 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olarkən qatdaşı Rahim içkili vəziyyətdə həyətə gəlmiş və o, da spirtli içki qəbul etməsinə görə Rahimə irad bildirmişdir. Bu səbəbdən aralarında münaqişə baş vermişdir və münaqışə zamanı yerdən dəmir parçasını götürüb Rahimin baş nahiyəsinə və sol qol nahiyəsinə bir neçə zərbə vurmuşdur. Aldığı xəsarətlərdən qardaşı Rahim yerə yıxılmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində ünvan 3-də yerləşən həyətə gələrkən qardaşı Ələddin ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ələddin yerdə olan dəmir parçasını götürərək onun baş nahiyəsinə və sol qol nahiyəsinə bir neçə zərbə vurmuşdur və o, aldığı xəsarətlərdən yerə yıxılmışdır. Növbəti gün o, bu barədə qardaşının barəsində tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 26-27-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən zaman zərərçəkmiş şəxs hadisə yerini göstərərək 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 16-17-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 37 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın təpə, alın, sol bazu oynağı nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin təsirindən törənmişlər, müddəti müayinədən 3-4 gü əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 34-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2010cu il tarixli hökmünə əsasən AR CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir və məhkumluğu olmayan şəxsdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdimiş edilmiş 16 fevral 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qaşı heş bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar