Məhkəmə qərarları › İş №1(049)-154/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-154/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-154/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:05 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Boladiı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə saat 23 radələrində Lənkəran rayonu Boladi kəndində yerləşən yaşadıqları fərdi yaşayış evinin yataq otağında arvadı Zərərçəkmiş şəxs ilə şəxsi mümasibətlər zəminində, yəni onun Zərərçəkmiş şəxs evindən qovulmaq istəməsi Zərərçəkmiş şəxs etiraz etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qəsdən sifət nahiyəsinə zərbələri vurmaqla ona alt dodaq nahiyəsində əzilmiş yara, sağ almacıq nahiyəsində qançırdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Müəyyən edilmişdir ki, münaqişə 1-2 dəqiqə davam etmiş, ora kənar şəxslər gəlməmiş, ictimai qayda pozulmamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, heç kimlə düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2005-ci ilin ailə həyatı qurmuş birgə nikahdan bir övladı dünyaya qəlmişdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə normal olmuşdur, lakin son vaxtlar spirtli içki qəbul edərək evdə münaqişə yaratdığına görə aralarında tez-tez narazılıqlar baş verir. Zərərçəkmiş şəxs döyməsi barədə Liman PB-nə ərizə ilə etdiyi müraciətlə tanış olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində spirtli içki qəbul etdiyi üçün Lənkəran rayonu Boladi kəndində yerləşən fərdi yaşayış evində münaqişə yaratmağa başlamışdır. Həmin vaxt Aygün ona yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, bu zaman o da əsəbi halda Aygünə evdən çıxmasını bildirmiş, Aygün də buna etraz etdiyi üçün yumruqla Aygünün sifət nahiyəsinə zərbələr vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Aygün zərbənin təsirindən yerə yıxılmışdır. Bu vaxt bacısı Firəngiz onlara yaxınlaşaraq onu sakitləşdirmişdir. Bundan sonra Aygün yaşadığı Lənkəran rayonu Boladi kəndində yerləşən fərdi yaşayış evini tərk etmişdir. Münaqişə təxminən 5-6 dəqiqə ərzində davam etmişdir. Münaqişə yaşadığı Lənkəran rayonu Boladi kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında baş vermişdir. Zərərçəkmiş şəxs ilə münaqişə edən zaman yanlarında bacısı Şahid olmuş və hadisəni kənardan görmüşdür. Münaqişə baş verən zaman Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbələri vuraraq xəsarət yetirmişdir. Münaqişə zamanı hər hansı əmlaka ziyan dəyməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, heç kimlə düşmənçilik və ədavəti yoxdur Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2005-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan bir övladı dünyaya gəlmişdir. Evdar xanımdır, Lənkəran rayonu Boladi kəndində təsərrüfatla məşğul olur. Əri Təqsirləndirilən şəxs ilə münasibətləri həmişə normal olmuşdur, lakin son vaxtlar spirtli içki qəbul edərək evdə münaqişə yarardığına görə aralarında tez-tez münaqişə baş verir. Təqsirləndirilən şəxs onu döyməsi barədə Liman PB-nə ərizə ilə etdiyi müraciəti təsdiq edir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində əri Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək yaşadığı Lənkəran rayonu Boladi kəndində yerləşən fərdi yaşayış evində münaqişə yaratmağa başlamışdır. O da həmin vaxt Qədimi sakitləşdirməyə çalışır, bu zaman Qədim üzərinə gələrək əsəbi halda onun evdən çıxmasını bildirmiş, həmin vaxt o da buna etraz etdiyi üçün Qədim üzərinə gələrək yumruqla onun sifət nahiyəsinə zərbələr vurmuşdur. Həmin vaxt o, zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt baldızı Firəngiz onlara yaxınlaşaraq Qədimi sakitləşdirmişdir. Bundan sonra o, yaşadığı Lənkəran rayonu Boladi kəndində yerləşən fərdi yaşayış evini tərk etmişdir. Növbəti gün isə Liman PB-nə yaxınlaşaraq döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Münaqişə təxminən 5-6 dəqiqə ərzində davam etmişdir. Münaqişə yaşadığı Lənkəran rayonu Boladı kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında baş vermişdir. Təqsirləndirilən şəxs ilə münaqişə edən zaman yanlarında baldızı Şahid olmuş və hadisəni kənardan görmüşdür. Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 38-39-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Boladı kəndində Təqsirləndirilən şəxs məxsuz fərdi yaşadığı evinin yataq otağında baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 16-18-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 404 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alt dodaq nahiyyəsindəki əzilmiş yara, sağ almacıq nahiyəsində qançır aşkar edilmişdir. Oeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddət müayınədən bir gün əvvələ uyğun qəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 36-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsndə olan işin icraatına xitam verilmişdir. Məhkumluğu olmayan şəxsdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar