Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-155/2023 06.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Mirzəyev X1 rayonu, Şağlaser kəndində yerləşən, həmin kənd sakini olan bacanağı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 03 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində həmin fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq həmin evin yataq otağındakı paltar şkafında qoyulmuş 01 ədəd, 1500 manat qiymətində olan qızıl boyunbağını və 01 ədəd, 1000 manat qiymətində olan qızıl üzüyü - Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2500 (iki min beş yüz) manat qiymətində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacanağıdır, onunla münasibətləri normal olmuşdur və aralarında qərəzli münasibət olmamışdır. Bir-birilərinin evinə gediş gəlişləri olmuşdur. Zərərçəkmiş şəxs maddi vəziyyəti həmişə yaxşı olmuşdur, dəfələrlə maddi cəhətdən ona köməklik etmişdir. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Lənkəran rayonu, Şağlaser kəndində yaşayır. Təxminən bir aydır ki, qaynanası Nəcibə Əskərova xəstədir. 03 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs arvadı Saray Məlikova yaşadığı Boladi kəndinə gələrək qaynanasını həkimə aparmışdır. Həmin gün saat 19 radələrində yaşadığı evə gəldikdə arvadı Anara Mirzəyeva ona bildirmiş ki, hamı qaynanasının müalicəsi üçün pul verir, onlarda verməlidir. Onun isə həmin ərəfələrdə pulu olmamışdır. Həmin gün, yəni, 03 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı Boladi kəndi ilə Şağlaser kəndinin arasında olan otlaq sahəsi ilə piyada hərəkət edərək Zərərçəkmiş şəxs evinə tərəf getmiş, kənddən toy səsi gəlirmişdir. Düşünmüşdür ki, Zərərçəkmiş şəxs xeyir-şərdən qalan adam deyilmiş, böyük ehtimal toyda iştirak edəcəkdir. Piyada hərəkət edərək Zərərçəkmiş şəxs həyətinə sağ tərəfdən daxil olmuş, görmüşdür ki, həqiqətən də evdə heç kim yoxdur. Fərdi yaşayış evinə diqqət yetirdikdə ikinci mərtəbədə, sağdan birinci pəncərənin açıq olduğunu görmüşdür. Evin ön hissəsində balkon varmış, balkon kərpiclə hörülmüşdür. Kərpiclərin arasından əli ilə tutaraq balkona qalxmış, oradan da sağ tərəfdə yerləşən pəncərənin qarşısına keçmiş və içəri daxil olmuşdur. Daxil olduğu otağın sol tərəfində olan paltar şkafının yuxarıdan birinci gözündə qadın əl çantası görmüşdür. Həmin əl çantasının içinə baxdıqda qırmızı rəngli, balaca, qızıl qutusu görmüş, qutunu əlinə alıb sağa-sola oynatmış və içinin dolu olduğunu başa düşmüş, anlamışdır ki, içində qızıl-zinət əşyası vardır. Bu səbəbdən də qızıl qutusunun qapağını açıb içinə baxmamış, qutunu götürüb evə daxil olduğu pəncərədən çıxaraq oradan uzaqlaşmış, piyada hərəkət edərək yaşadığı Boladi kəndinə tərəf getmişdir. Yolda, otlaq sahəsində qutunu açıb içinə baxmış və bir ədəd qızıl boyunbağı, bir ədəd də qızıl üzük aşkar etmişdir. Həmin gün qızıl-zinət əşyalarını yaşadığı evin yaxınlığında, yolun kənarındakı suvaq qırıntısının altında gizlətmişdir. Lakin sonradan törətdiyi əməldən peşman olmuş, oğurladığı qızıl boyunbağı və üzüyü uyğun bir vaxtda aparıb Zərərçəkmiş şəxs həyətinə atmağı qərarlaşdırmışdır. Hazırda oğurladığı qızıl-zinət əşyalarını zərərçəkmişə qaytarmış, onunla barışmış və aralarında heç bir mübahisəli məsələ qalmamışdır. İttiham olunduğu maddənin sanksiyası həddində ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Şağlaser kəndində ailəylə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun bacanağıdır, münasibətləri yaxşı olmuşdur. 03 oktyabr 2022-ci il tarixdə qaynanası Nəcibə Əskərova xəstə olduğundan, həmin tarixdə, saat 09 radələrində arvadı Şahid Lənkəran rayonu, Boladi kəndində yerləşən qaynanası Nəcibə Əskərovanın evinə getmişdir. O da həmin tarixdə yaşadığı kənddə toy mərasimi olmuşdur, saat 18 radələrində oraya getmişdir. 05 oktyabr 2022-ci il tarixdə işdə olarkən arvadı Şahid ona zəng edərək bildirmişdir ki, evindən bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzük oğurlanmışdır. O da Lənkəran ŞRPŞ-yə bu barədə məlumat vermiş və yaşadığı evə getmişdir. Evdə ona məlum olmuşdur ki, evin qabaq sağ hissəsində yerləşən pəncərədən kimsə daxil olaraq yataq otağında qoyduğu paltar şkafından qızıl boyunbağı və qızıl üzüyü oğurlamışdır. Daha sonra polis əməkdaşları ünvanına gəlmiş, evə baxış keçirmişlər. O da polis əməkdaşlarına pəncərəni və qızılların oğurlandığı otağı təqdim etmişdir. Sonradan onlara məlum olmuşdur ki, 03 oktyabr 2022-ci il tarixdə evdə olmadığı müddət ərzində bacanağı Təqsirləndirilən şəxs evə daxil olaraq qızıl-zinət əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxslə barışmış, götürdüyü qızıl boyunbağı və qızıl üzüyü qaytarmışdır. Onun barəsində şikayət və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Şağlaser kəndində ailə üzvləriylə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun bacısı əridir, münasibətləri yaxşı olmuşdur. 03 oktyabr 2022-ci il tarixdə anası Nəcibə Əskərova xəstə olduğundan, həmin tarixdə, saat 09 radələrində Lənkəran rayonu, Boladi kəndində yerləşən anası Nəcibə Əskərovanın evinə getmişdir. Əri Zərərçəkmiş şəxs da həmin tarixdə yaşadığı kənddə toy mərasimi olduğundan, saat 18 radələrində oraya getmişdir. Axşam saat 22 radələrində əri taksi ilə Boladi kəndinə gəlmiş və onu götürüb yaşadığı evə getmişlər. Həmin gün evə oğru daxil olduğunu hiss etməmişlər. 05 oktyabr 2022-ci il tarixdə o, evin ikinci mərtəbəsində yerləşən yataq otağına daxil olduqda pəncərənin açıq olduğunu görmüşdür, evə oğru daxil olmaq ehtimalı ağlıma gəlmiş və həmin otaqda paltar şkafında qoyduğu qızıl zinət əşyalarının yerində olub-olmadığına baxmışdır. Şkafda qoyduğu əl çantasının içində olan qızıl qutusu yerində olmamışdır, həmin qutunun içərisində bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzük olmuşdur. Dərhal əri Zərərçəkmiş şəxs zəng edərək bildirmişdir ki, evindən bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzük oğurlanmışdır. Bundan sonra evdə olan digər otaqlarda qoyduğu qızıl-zinət əşyalarını və pul vəsaitlərini qoyduğu yerlərə baxmış, hər şeyin yerində olduğunu görmüşdür. Bir müddət sonra əri və polis əməkdaşları ünvanlarına gəlmiş, evə baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, 03 oktyabr 2022-ci il tarixdə evdə olmadıqları müddət ərzində kürəkəni Təqsirləndirilən şəxs evə daxil olaraq qızıl-zinət əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxslə barışmışlar, götürdüyü qızl boyunbağı və qızıl üzüyü qaytarmışdır. Oğurlanmış qızıl boyunbağı və qızıl üzük özünə məxsusdur, əri Zərərçəkmiş şəxs onun üçün almışdır. Qızıl boyunbağı 1500 manat, qızıl üzük isə 1000 manat qiymətində olmuşdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün, zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən mütəxəssis rəyi və s. sübutlarla təsdiq olunur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirini seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Şağlaser kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Evin yataq otağından bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzük oğurlanmışdır. Cinayət işinin materiallarında olan mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 1ədəd, əyyarı 583 olan qızıl üzüyün qiyməti 1000 manatdır, qeyd olunmuş 1 ədəd qızıl boyunbağının qiyməti 1500 manatdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış və ünvan 2ş (reyestr № 8İ-5559, xx.xx.2023) ərizədə Zərərçəkmiş şəxs tərəfindən qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və onlar barışmışlar. Lənkəran şəhər İHB-nın Lənkəran rayon Boladi qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və iki övladları - xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 ilə birlikdə Lənkəran rayonu, Boladi kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl üzük maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl üzük Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanı tam ödənildiyini, zərərçəkmiş şəxslə barışdığını, yaşayış yerindən müsbət xarakterizə olunduğunu və himayəsində yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayonu, Boladi kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cu il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Boladi kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutun zərərçəkmiş şəxsə verilməsi nəzərə alınmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-155/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-155/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver