Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-156/2023 04.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 04 avqust 2023-cü il tarix, saat 11:25-də baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2022-ci ilin dekabr ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq dörd ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,222 qram, 0,221 qram, 0,223 qram, ümumi təmiz çəkisi 0,912 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 09 dekabr 2022-ci il tarixdə saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran şəhərrayon polis şöbəsinin ünvanı ünvan 3 şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd işlək vəziyyətdə, üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi, şalvarının sol yan cibindən isə qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ondan aşkar edilmiş psixotrop maddə-metamfetamin və elektron tərəzi ona məxsus deyildir. O, Lənkəran RŞPŞ-də döyülmüş, metamfetaminlə elektron tərəzini cibinə qoyub kamera qarşısında, əməli etiraf etmədiyi təqdirdə oğlunu külli miqdarda narkotok vasitə ilə tutacaqları ilə hədələmişlər. Buna görə də məcburiyyət qarşısında qalıb etmədiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə ədalətli hökm çıxarılmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü madələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını tam çəkib 10 iyun 2019-cu il tarixdə azadlığa buraxılmışdır. İlk dəfə 2010-cu ildə narkotik vasitə heroindən istifadə etmişdir. Tutulub azadlıqdan məhrum ediləndən, həmçinin azadlığa çıxandan sonra isə istifadə etməmişdir. Lakin son 5 aydır ki, psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Psixotrop maddəni Lənkəran şəhərinin müxtəlif yerlərində üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən almışdır. Elektron tərəzini də, təxminən, tutulmamışdan bir həftə əvvəl Lənkəran şəhəri mərkəzi bazar ərazisində tanımadığı şəxsdən almışdır. Tərəzini üzərində gəzdirməyində məqsədi psixotrop maddə alan zaman satıcılar tərəfindən aldadılmamaq olmuşdur. 09 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri mərkəzi bazar ərazisinə getmiş, orada bir neçə dəfə psixotrop maddə aldığı şəxsə yaxınlaşıb ondan istifadəsi üçün 4 ədəd bükümdə psixotrop maddə metamfetamin alıb ağrıları olan zaman qəbul etmək üçün əynində olan şalvarın sol, elektron tərəzini isə şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, saat 16 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ilə evi istiqamətində hərəkətdə olan zaman ona əvvəllər görmədiyi və tanımadığı üç şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim edərək ona narkotik vasitə, həmçinin psixotrop maddə qəbul etməyi, üzərində gəzdirməyi, həmçinin satışı ilə məşğul olmağı ilə bağlı məlumatların yoxlanılması məqsədilə üzərində şəxsi axtarış həyata keçirilməli olduğunu, bu səbəbdən də onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O üzərində qanunla qadağan edilmiş predmet olduğu üçün getməyə qorxsa da yayınmağının imkansız olduğunu görüb onlarla razılaşmış və polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələnə qədər əməkdaşlar onu nəzarətdə saxlamış, buna görə də üzərində olan bükümləri hardasa gizlətmək şansı olmamışdır. Polis şöbəsinə gələndən sonra onu otaqların birinə aparmışlar, özünü Coşqun kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan edib vəkillərin siyahısın təqdim etmiş və hüquqlarının müdafiəsi üçün müdafiəçi seçməyini istəmişdir. Seçdiyi müdafiəçi polis şöbəsinə dəvət edilmişdir. Müdafiəçinin, həmçinin polis əməkdaşlarının iştirakı və videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Coşqun adlı polis əməkdaşı ona üzərində hər hansı bir qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməyini təklif etmişdir. O da əynində olan şalvarın sol yan cibindən dörd ədəd, içərisində psixotrop maddə metamfetamin olan sellofan büküm, sağ yan cibindən isə elektron tərəzi, gödəkçəsinin sol yan cibindən isə “Nokia” markalı mobil telefonu çıxarıb çıxarıb təqdim etmişdir. Coşqun adlı polis əməkdaşı həmin bükümlərdə nə olduğunu soruşmuş, o da bükümlərdə şüşə, yəni psixotrop maddə metamfetamin olduğunu demişdir. Sonra isə Coşqun onun üzərində ətraflı şəxsi axtarış keçirtmiş, nəticədə hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra Coşqun həmin bükmləri öz elektron tərəzisində çəkmiş və bükümlərin ümumi çəkisi 0,99 qram olmuşdur. Təhqiqatçının ona verdiyi suallara cavab olaraq bildirdmişdir ki, üzərindən aşkar edilmiş bükümlərdə psixotrop maddədir, Lənkəran şəhəri mərkəzi bazar ərazisində, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış, elektron tərəzini isə aldığı maddələrin çəkisini ölçmək üçün üzərində gəzdirir. Sonra isə çəkiliş yekunlaşmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti özünün ibtidai istintaqda verdiyi ifadələri ilə yanaşı, məhkəmə istintaqında dindirilmiş şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutla, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Beləki, məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını əldə etməsi, saxlaması, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə dəqiq və etimad doğuran mənbədən məlumatlar daxil olmuşdur. Əməliyyat qrupun tərkibində o, cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 Baləddin oğlu və əməliyyat müvəkkili Şahid3 09 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində saxlayaraq Lənkəran ŞRPŞ-nə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofanın içərisinə qoyulmuş 4 ədəd sellofan büküm, həmin şalvarının sağ yan cibindən isə bir ədəd elektron tərəzi, əynində olan gödəkçəsinin sol yan cibindən isə bir ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Elektron tərəzi işlək vəziyyətdə olmuşdur. Sellofan bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 0,99 qram olmuşdur. Daha sonra həmin bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırlıb möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərin içərisində psixotrop maddə metamfetamin vardır, şəxsi istifadəsi üçün mərkəzi bazar ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında almışdır, elektron tərəzini isə narkotik vasitə və psixotrop maddə alan zaman çəkidə aldadılmamaq üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış, elektron tərəzini isə əldə etdiyi bükümləri daha xırda hissələrə bölüb realizə etmək məqsədilə əldə etməsi müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o və ya digər polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamışlar, ona fiziki və ya psixi təsir göstərməmişlər. Məhkəmə iclasında şahid Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: İşdə olan 09 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarının sol yan cibindən 04 ədəd bükümdə, ilkin çəkisi 0,99 qram olan psixotrop maddə metamfetamin, şalvarının sağ yan cibindən isə bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə və elektron tərəzinin özünə məxsus olduğunu etiraf etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 10 dekabr 2022-ci il tarixli 19/125 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan kütlələr.....” sözlər və imzalar zərfdəki, 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,222 qram, 0,221 qram, 0,223 qram, ümumi təmiz çəkisi 0,912 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra qalıq çəkisi 0,752 qramdır. Ekspertiza tədqiqatının dəyəri isə 65 manat müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan 1 ədəd elektron tərəzi.....” sözlər və imzalar olan zərfdəki 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 28 yanvar 2023-cü il tarixli 103 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulunda yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2011-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib saxlayaraq daşıdığı, elektron tərəzini isə əldə etdiyi psixotrop maddəni realizə etmək üçün bükümlərə bölmək məqsədilə əldə etməsi müəyyən edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs ilə əlaqədar inzibati ərazi dairəsinə şikayət daxil olmamışdır. Tutmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş dörd ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,222 qram, 0,221 qram, 0,223 qram, ümumi təmiz çəkisi 0,912 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,752 qram qalığı, işlək vəziyyətdə, üzərində psixotrop madə metamfetamin izləri olan bir ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Bayramov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında verdikləri təsdiqedici ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi, maddi sübutlar, 09 dekabr 2022-ci il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin və müdafiəçisinin çıxışlarının aşkar olunmuş psixotrop maddə metamfetaminin, həmçinin elektron tərəzinin ona məxsus olmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və DVD diskdə olan videogörüntülərlə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi ilə təmin edilmiş, müafiəçinin iştirakı ilə istər şəxsi axtarış zamanı verdiyi izahatında, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində psixotrop maddənin istifadəçisi kimi özünü təqsirli bildiyini, yəni satış məqsədinin olmadığını bildirmişdir. Buna görə də məhkəmə aşkar edilmiş, dövriyyəsi qadağan olunmuş psixotrop maddənin, həmçinin elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olması hissəsində təqsirləndirilən şəxsin məhkəmə istintaqında deyil, ibtidai istintaq dövründə verdiyi ifadəsini inanadırıcı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində psixi və fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə müdafiəçisinin müdafiə nitqinin dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan təqbirinin seçilməsi haqqında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(049)-396/2022 saylı Qərarından görünür ki, məhkəmə iclası zamanı o, özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, ondan aşkar olunaraq götürülmüş 4 ədəd bükümdə psixotrop maddə metamfetamin və elektron tərəzi özünə məxsusdur, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki təzyiq və təsirlər olmamış və əməlindən peşmandır. Bundan əlavə cinayət işinə əlavə edilmiş Lənkəran rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə göstərdiyi hallar öz əksini tapmamış, göstərilən xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı həyata keçirilmiş DVD diskdə olan videogörüntülərdən də görünür ki, ona verilmiş suallarına cavab olaraq bildirmişdir ki, aşkar edilmiş psixotrop maddə, həmçinin elektron tərəzi ona məxsusdur. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. İş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bayramov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin islah olunmayaraq yenidən cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə təyin olunmalı və onun 2011-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0,752 qram olan psixotrop maddə-mrtamfetamin və bir ədəd elektron tərəzi, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və onun 2011-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 0,752 qram olan psixotrop maddə-metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(049)-156/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-156/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver