Məhkəmə qərarları › İş №1(049)-156/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-156/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-156/2025 07.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Lənkəran Penitensiar kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayının 9-da Lənkəran rayonu ərazisində istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə, təmiz çəkisi- 1,087 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 iyun 2025-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 16:41-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq, üstü yoxlanılarkən həmin çəkidə psixotrop maddə olan metamfetamin əynində olan şalvarının sağ yan kiçik həcmli cibindən şəffaf sellofan kəsiyinə bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Lənkəran rayonu Şağlaser kəndində anası ilə birlikdə yaşayır. Subaydır, heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Psixotrop maddə olan metamfetamindən istifadə edir. Hansı səbəbə ifadə verməyi ona məlumdur. xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün Lənkəran rayonu Qumbaşı kənd ərazisində üzdən tanıdığı adını “Elşad” olaraq bildiyi şəxsdən 15 manata 1 büküm metamfctamin almışdır. xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri. Z.Əliyeva küçəsində piyada hərəkətdə uiduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ardınca onu üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməyində şübhəli olduğunu bildirib üzərinə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı predmet olub-olmamasını bildirmişlər. O da şalvarının sağ yan kiçik həcmli cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxararaq təqdim elmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstünə axtarış keçirilmiş və şalvarının arxa cibindən özünə məxsus olan 01 ədəd Redmi markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Telefon polis əməkdaşları tərəfindən əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra üzərindən aşkarlanmış həmin kütlələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. O, yalnız öz istifadəsi üçün psixotrop maddə əldə etmiş, onların satışı ilə məşğul deyil. Məhkəmə iclasında dindirilmiş Şahid1 Baladadaş oğlu ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantı rütbəsindədir. Lənkəran rayon Şağlaser kənd sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur. Ondan başqa şöbənin CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis leytenantı Şahid3 da tədbirin keçirilməsində iştirak etmişlər. 12 iyun 2025-ci il tarixdə, saat 16:41-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əkbərov X1 şəhəri, 2-ci mikrorayon adlanan ərazidə, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutman andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik ölçülü cibindən 1(bir) ədəd bükümdə psixotrop maddə melamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan başqa onun üzərində "Redmi’ markalı mobil telefon, 30 qəpik pul və alışqan aşkar olunmuşdur. Mobil telefon material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokola əlavə olunmuş, 30 qəpik pul və alışqan isə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində təqdini etdiyi əşyalardan başqa digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilərək zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərinə müvafiq qeydlər aparılmışdır, saxlanılan şəxs və iştirak edən digər şəxslər tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütləni Lənkəran rayonu Qumbaşı kəndində adını ‘'Elşad" olaraq bildiyi tanımadığı şəxsdən özü qəbul etmək üçün 15 manata almış, özü narkotik vasitələr və psixotrop maddələr qəbul edəndir və həmin maddələrin satışı ilə məşğul deyil. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış və bu barədə heç bir şikayəti və tələbi yoxdur. Üstünü yoxlama Lənkəran şəhəri, Z.Əliyeva küçəsində keçirilmiş, üstünü yoxlama zamanı mobil telefon vasitəsi ilə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolun yerində tərtib olunması üçün lazımi şərait olmadığından Lənkəran ŞRPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş və heç bir etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Protokola 01 ədəd DVD diski əlavə olunmuşdur. Təqsirləndirilən şəxs 01 bükümdə təqdim etdiyi psixotrop maddə olan metafetamini Elşad adı kimi adını bildiyi şəxsdən aldığım bildirmişdir. Elşad adlı şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, hələki müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. Lənkəran rayonu Şağlaser kənd sakini Təqsirləndirilən şəxs psixatrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması barədə məlumat Lənkəran ŞRPŞ-in NMQ-a daxil olmuşdur. Bu barədə həmin qrupun baş əməliyyat müəkkili Şahid1 rəhbərliyə məruzə etmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi Şahid1 etmiş, qrup üzvləri isəo və Şahid2 olmuşlar. 12 iyun 2025-ci il tarixdə, saat 16:41-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əkbərov X1 şəhəri, 2-ci mikrorayon adlanan ərazidə, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin zaman onun hüquq və vəzifələri izah edilmişdir. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik ölçülü cibindən 1(bir) ədəd bükümdə psixotrop maddə melamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan başqa onun üzərində "Redmi’ markalı mobil telefon, 30 qəpik pul və alışqan aşkar olunmuşdur. Mobil telefon material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokola əlavə olunmuş, 30 qəpik pul və alışqan isə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində təqdini etdiyi əşyalardan başqa digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərinə müvafiq qeydlər aparılmışdır, saxlanılan şəxs və iştirak edən digər şəxslər tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütləni Lənkəran rayonu Qumbaşı kəndində adını ‘'Elşad" olaraq bildiyi tanımadığı şəxsdən özü qəbul etmək üçün 15 manata almış, özü narkotik vasitələr və psixotrop maddələr qəbul edəndir və həmin maddələrin satışı ilə məşğul deyil. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış və bu barədə heç bir şikayəti və tələbi yoxdur. Yoxlama zamanı o, mobil telefonla həmin anın videosunu çəkmişdir. Müvafiq şərait olmadığından saxlanılan şəxs Əkbərov X1 ŞRPŞ-ə gətirilmiş və orada protokol tərtib edilmişdir. Psixatrop maddənin mənbəyi isə hazırki tarixədək müəyyən edilə bilməmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. Lənkəran rayonu Şağlaser kənd sakini Təqsirləndirilən şəxs psixatrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması barədə məlumat Lənkəran ŞRPŞ-in NMQ-a daxil olmuşdur. Bu barədə həmin qrupun baş əməliyyat müəkkili Şahid1 rəhbərliyə məruzə etmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi Şahid1 etmiş, qrup üzvləri isə o və Şahid3 olmuşlar. 12 iyun 2025-ci il tarixdə, saat 16:41-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əkbərov X1 şəhəri, 2-ci mikrorayon adlanan ərazidə, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin zaman onun hüquq və vəzifələri izah edilmişdir. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik ölçülü cibindən 1(bir) ədəd bükümdə psixotrop maddə melamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan başqa onun üzərində "Redmi’ markalı mobil telefon, 30 qəpik pul və alışqan aşkar olunmuşdur. Mobil telefon material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokola əlavə olunmuş, 30 qəpik pul və alışqan isə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində təqdini etdiyi əşyalardan başqa digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, möhürlənmiş, zərfin üzərinə müvafiq qeydlər aparılmışdır, saxlanılan şəxs və iştirak edən digər şəxslər tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütləni Lənkəran rayonu Qumbaşı kəndində adını ‘'Elşad" olaraq bildiyi tanımadığı şəxsdən özü qəbul etmək üçün 15 manata almış, özü narkotik vasitələr və psixotrop maddələr qəbul edəndir və həmin maddələrin satışı ilə məşğul deyil. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış və bu barədə heç bir şikayəti və tələbi yoxdur. Yoxlama zamanı Şahid3 tərəfindən mobil telefonla həmin anın videosunu çəkmişdir. Müvafiq şərait olmadığından saxlanılan şəxs Əkbərov X1 ŞRPŞ-ə gətirilmiş və orada protokol tərtib edilmişdir. Psixatrop maddənin mənbəyi isə hazırki tarixədək müəyyən edilə bilməmişdir. Cinayət işinin 10-12-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 12 iyun 2025- ci il tarixdə, saat 16:41-də Lənkəran ŞRPŞ-nin əməxdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Əkbərov X1 şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik ölçülü cibindən 1(bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan başqa onun üzərində “Redmi" markalı mobil telefon, 30 qəpik pul və alışqan aşkar olunmuşdur. Mobil telefon və şəxsiyyət vəsiqəsi material üzrə əhəmiyyət kəsb etmədiyi üçün götürülərək protokola əlavə olunmuşdur. 30 qəpik pul isə əhəmiyyət kəsb elmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində təqdim etdiklərindən başqa digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdə metamfetaminə bənzər kültlə 1.34 qram çəkidə olmuş və qablaşdırılmışdır. Daha sonra zərf möhürlənmiş, zərfin üzərinə müvafiq qeydlər yazılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütləni saxlanmamışdan 1 gün qabaq Lənkəran rayonu Qumbaşı kəndində adını Elşad olaraq bildiyi şəxsdən özü qəbul etmək üçün 15 manata almış, özü narkotik vasitələr və psixotrop maddələri qəbul edəndir və həmin maddələrin satışı ilə məşğul deyil. Cinayət işinin 39-42-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyun 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin gün, saat 16:41-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri zamanı Əkbərov X1 şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Saxlanıldıqdan sonra üstü yoxlanmış, yoxlanılan zaman üzərindən 1 bükümdə ümumi təmiz çəkisi 1,34 (bir tam yüzü, otuz dörd) qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. və üzərindən 1 ədəd redmi markalı mobil telefonun aşkərlaəı. ısı raportda qeyd edilmişdir. Təqdim olunan 1 ədəd ağ rəngli zərfə, 1 (bir) ədəd Redmi markalı mobil telefona və 1 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm metamfetamin yazılan zərfdən 1 (bir) ədəd bükümdə psixatrop məddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Diskdə olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması. Təqsirləndirilən şəxs ondan narkotik maddələr aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Cinayət işinin 39-42-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 iyun 2025-ci il tarixli 19/246 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkarlanmış 1 ədəd büküm ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1.087 qram olan ağ rəngli kristalardan ibarət maddə metamlelamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Cinayət işinin 68-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2025-ci il tarixli, 338 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMASİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 70-71-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-tibbi ekspertizasının 13 iyun 2025-ci il tarixli, 384 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 91-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs son dövrlərdə psixotrop maddələrdən əldə edərək istifadəyə etməyə başlamışdır. Cinayət işinin 81-83-cü vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu qapalı məhkəmə iclasında əvvəllər də narkotik vasitələrin satışı ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, polis əməkdaşları onu saxlayarkən üzərindən psixatrop maddə olan metamfetamini aşkar edildiyini, həmin vasitəni Lənkəran rayonu Qumbaşı kəndində aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan ona qarşı heç bir təzyiq göstərilmədiyini, fiziki və mənəvi təsirə məruz qalmadığını bildirərək barəsində olan vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 29-cu vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə saat 18:00-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-83-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyun 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 135-140-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,087 qram psixotrop maddə metamfetamin, videogörüntü köçürülmüş iki ədəd DVD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdə, ümumi təmiz çəkisi 1.087 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış hissəsi istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 56-58, 85-86-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 97-99-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2021-ci il tarixli Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixli amnitsiya qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinəəsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminəəsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi işüzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 1.087 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansıüsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla vəəşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinəəsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinəəsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmişşəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. xx.xx.2021-ci il tarixli Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixli amnitsiya qərarına əsasən cəzası 06 ay azaldılmış xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunduğundan və hazırki cinayəti törətdiyi vaxtdan iki il keçdiyi üçün məhkumluğu ödənilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, əvvəlki məhkumluğunun da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinəəsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.037 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.037 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar