Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-158/2023 13.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bərbər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 14:45-də Lənkəran şəhəri, «Ləvəngi dairəsi» deyilən ərazinin yaxınlığındakı işlədiyi bərbərxanada tanışı Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərdən irəli gələn səbəblərdən baş vermiş münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs üz-göz nahiyəsinə qəsdən zərbə vurmaqla, həmçinin əlləri ilə onu kənara itələməklə iti kənarlı kəsici şüşə parçasının onun sağ qaş nahiyəsinə zərblə çırpılması nəticəsində ona sağ qaş nahiyəsində kəsilmiş yara, hər iki üst göz qapaqları nahiyələrində qançırla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri Ləvəngi dairəsi adlanan ərazidə aylıq səksən manata icarəyə götürdüyü 6 kvadratmetrlik dükanda bərbərlik etməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs əvvəllər tanıyır. Əvvəllər aralarında şəxsi münasibətlərdən irəli gələn səbəblərə görə ziddiyyət vardır. Zərərçəkmiş şəxs onun işlədiyi bərbər dükanından təxminən 10-15 metr məsafədə bərbərlik edir. Zərərçəkmiş şəxs yanına gələn müştərilərə onu pisləmişdir. Bu da müştərilərinin sayının azalmasına səbəb olmuşdur. xx.xx.2023-cü il saat 14 radələrində işlədiyi dükanın qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs onun yanından keçərkən nə üçün yanına gələn müştərilərə onu pislədiyini və nəticədə müştərilərinin sayının azalmasına səbəb olduğunu Zərərçəkmiş şəxs soruşmuşdur. Aralarındakı dialoq dükanın daxilində davam etmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs stolun üzərində olan fincanı ona doğru atmışdır. Əlbəyaxa zamanı Zərərçəkmiş şəxs əlləri ilə onun sol əlini sıxaraq burmuşdur. Həmin zaman sol əlinin 2-ci və 3-cü barmaqlarında şiddətli ağrılar hiss etmişdir. Mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs gözqapaqları nahiyəsinə bir dəfə zərbə vuraraq əlləri ilə onun çiyin nahiyəsindən arxaya doğru qəsdən zərblə itələmişdir. Bu zaman pəncərə şüşəsinin iti uclu hissəsi Zərərçəkmiş şəxs qaş nahiyəsinin kəsilərək xəsarət almasına səbəb olmuşdur. Zərərçəkmiş şəxs özündən kənara itələyərkən zərbənin təsirindən onun pəncərə şüşəsinə çırpılacağını və pəncərə şüşəsinin sınaraq ona xəsarət yetirə biləcəyini qabaqcadan düşünmüşdür və belə bir nəticəni qabaqcadan arzulamışdır. Aralarındakı mübahisə 1-2 dəqiqə ərzində davam etmişdir. Kənardan oraya gələnlər olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanın tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisində icarəyə götürdüyü 6 kvadratmetrlik dükanda bərbərlik etməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun dükanından təxminən 15-20 metr uzaqlıqda yerləşən başqa bir dükanda bərbər işləyir. Əvvəllər aralarındakı münasibətlər pis olmuşdur. xx.xx.2023-cü il saat 14 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisində yerləşən dükanların qarşısı ilə keçib tini dönərkən Qeysər ona demişdir ki, «buradan keçmə, çünki mənim müştərilərimin sayının azalmasına səbəb olmusan, hər dəfə mənim müştərilərimə məni pisləyirsən”. Qeysərlə arasında olan dialoq sonuncunun işlədiyi dükanın daxilində davam etmişdir. Mübahisə zamanı Qeysərlə əlbəyaxa olarkən sonuncunun əl-qolunu tutaraq sıxmışdır ki, ona xəsarət yetirə bilməsin. Həmin vaxt Qeysər sol əl barmaqlarında şiddətli ağrılar hiss etdiyini bildirərək onun göz qapaqları nahiyəsinə yumruqla zərbə vurmuş, əlləri ilə onu zərblə kənara itələmişdir. Aralarındakı münaqişə 1-2 dəqiqə ərzində dükanın daxilində baş vermiş və həmin vaxt oraya kənardan gələn şəxslər olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri «Ləvəngi dairəsi» adlanan ərazidə Təqsirləndirilən şəxs işlədiyi dükanın daxilində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 36 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ qaş nahiyəsində kəsilmiş yara, hər iki üst göz qapaqları nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ qaş nahiyəsində kəsilmiş yara iti kənarlı və ya uclu əşyanın, digər xəsarətlər isə bərk küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 40 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol əlin ll və lll barmaqları nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir, yetirilmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sübutların qiymətləndirilməsi haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci(döymə) maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Lənkəran ŞRPŞ-nin X1 göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-158/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-158/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver