Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-158/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 16:10 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 29,177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə barəsində amnistiya Qərarının 4-cü bəndi tətbiq edilərək azaldılmış 2 il 1 ay 28 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla 2 il 7 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 9 ay 19 gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 07 gün vaxtında əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri Ş.Xiyabanı ev 46/8 mənzil 7 yaşamış və barəsində Lənkəran rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2024-cü ilin fevral ayının sonlarında, Lənkəran şəhəri Böyükbazar adlana ərazisində, istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) bükümdə, təmiz çəkisi -1,074 qram olan, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 fevral 2024-cü il tarixdə, saat 19:07 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri H.Abdullayev küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki uzun illərdir ki, narktotik vasitə qəbul edir. Hərdən heroin, hərdən də, psixotrop maddə metamfetmin qəbul edir. O metamfetamini qızdırıb tüstüsünü çəkməklə qəbul edir. O, həbsdən azad edildikdən bir müddət sonra psixotrop maddə qəbul etməsə də lakin sonradan yenidən qəbul etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bimədiyi şəxsdən 10 manata 1 ədəd bükümdə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin metamfetamini qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 19 radələrində Lənkəran şəhəri H.Abdullayev küçəsi ilə piyada evinə tərəf gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərinin təqdim etdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Lənkəran polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O, da həmin vaxt əynində olan şalvarının sağ pistol cibindən bir ədəd bükümdə metamfetamini təqdim edərək, bükümün içərisində özünə məxsus metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə onun özünə məxsus olmuşdur və tutulmamışdan bir neçə saat bundan öncə Lənkəran şəhər Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata almışdır. Əməlindən çox peşmandır. Ona ittiham olunduğu maddənin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı X2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 26 fevral 2024-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin polis nəfərləri Əhməd Salayev və Şahid2 cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 19:07-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Abdullayev küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs də, onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Mahir Şahbazbəyli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra polis nəfəri Şahid2 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sol yan cibindən nokia markalı mobil telefonunu, sağ yan cibindən isə Texno markalı mobil telefonunu, bundan sonra şalvarının sağ pistol cibindən bir ədəd sellofan bükümü təqdim edərək, bükümün içərisində özünə məxsus metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçısı həmin bükümün içərisinə baxış keçirdikdə, bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümdə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxslə bu barədə sorğu sual edildikdə o üzərində aşkar olumuş kütlənin metamfetamin olduğunu və özünə məxsus olduğunu, tutulmamışdan bir neçə saat öncə Lənkəran şəhər Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata qəbul etmək üçün alaraq üzərində saxlammışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin psixotrop maddə olan metafetaminə bənzər kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi-axtarış zamanı aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmiş və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəsini müəyyən etmək mümkün olmamışdır. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş şahid polis əməkdaşı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə edilmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 26 fevral 2024-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 19:07-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Abdullayev küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs də, onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Mahir Şahbazbəyli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra polis nəfəri Şahid2 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sol yan cibindən nokia markalı mobil telefonunu, sağ yan cibindən isə Texno markalı mobil telefonunu, bundan sonra şalvarının sağ pistol cibindən bir ədəd sellofan bükümü təqdim edərək, bükümün içərisində özünə məxsus metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçısı həmin bükümün içərisinə baxış keçirdikdə, bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümdə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə bükümün çəkisi 1,10 qram olmuşdur. Təqsirləndirilən şəxslə bu barədə sorğu sual edildikdə o üzərində aşkar olumuş kütlənin metamfetamin olduğunu və özünə məxsus olduğunu, tutulmamışdan bir neçə saat öncə Lənkəran şəhər Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata qəbul etmək üçün alaraq üzərində saxlammışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin psixotrop maddə olan metafetaminə bənzər kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi-axtarış zamanı aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 26 may 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ pistol cibindən bir ədəd bükümdə metamfetamini təqdim edərək, bükümün içərisində özünə məxsus metamfetamin olduğunu bildirir. Şifahi sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu və tutulmamışdan bir neçə saat öncə Lənkəran şəhər Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 27 fevral 2024-cü il tarixli 19/192 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd bükümdə metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,074 qram olan ağ rəngli krsitallardan ibarət maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına ”daxildir (Siyahı İ). Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 26 fevral 2024-cü il tarixli, 206 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından verilmiş tələbnamədən, hökmlərin və qərarların surətindən görünür ki, təqsirləndirilən şəxs Ağayev X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 2 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında ” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı tətbiq edilməklə cəzası 6 (altı) ay azaldılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 29,177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(049)-112/2021 №-li hökmünə əsasən təyin edilmiş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 7(007)-404/2022 №-li qərarı ilə barəsində amnistiya Qərarının 4-cü bəndi tətbiq edilərək azaldılmış 2 il 1 ay 28 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 2 il 7 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 ay 19 gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 07 gün vaxtında əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran şəhər Psixatriya xəstəxanasına edilmiş sorğu nəticəsində Ağayev X1 şəhər Psixatriya xəstəxanasında qeydiyyta olmadığı müəyyən edilmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:07-də Lənkəran ŞRPŞ-nin əməkdaşlarının Lənkəran şəhəri, H.Abdullayev küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanmışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-46/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 19:07-dən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən edilir ki, Ağayev X1 şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 46/8 mənzil 7 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 1,074 qrampsixotrop maddə metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 1,024 qram psixotrop maddə metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tötərdiyi cinayəti səmimi etiraf etməsini, etdiyi əməldən səmimi peşmançılığını bildirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 fevral 2024cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 1,024 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 1,024 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-158/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-158/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver