Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-159/2023 24.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxx 1992-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə , xx xxx 1993-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, Masallı Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək Cinayət Məcəlləsiunin 66.5-ci maddəsinə əsasən cəzalar qismən toplanmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 03 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) gün müddət çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşımaqla saxlamışdır. Belə ki, o, 23 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Lənkəran rayonu, Velədi kəndində yerləşən və fəaliyyət göstərən “Sitrus meyvə bazarı”nda olarkən oğurluq etmək qərarına gəlib, bu niyyətini Təqsirləndirilən şəxs2 bildirib razılığını aldıqdan sonra sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ətrafı nəzərdən keçirərkən həmin vaxt bazarda meyvə satışı ilə məşğul olan Astara rayonu, Çayoba kənd sakini X2 “Redmi 11” markalı mobil telefonunu meyvə qutusunun üzərində nəzarətsiz qoyub müştərilərə meyvə satdığını müşahidə edərək, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə hərəkət edib, aralarındakı razılaşmaya və ümumi niyyətə uyğun olaraq özü ətrafı müşahidə edib, qrup üzvü Təqsirləndirilən şəxs2 isə 1200 manat qiymətində həmin “Redmi 11” markalı mobil telefonu arxa qoruyucusunun altında qoyulmuş 420 manat nəğd pul vəsaiti ilə birlikdə gizli olaraq götürüb, ona təhvil verdikdən sonra telefonu söndürərək avtomobildə gizlətməklə, zərərçəkmiş şəxs X5 məxsus ümumilikdə 1620 manat qiymətində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisindən, satış məqsədi olmadan, qanunsuz olaraq, məlum olmayan mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,207 qram; -0,280 qram; -0,195 qram, ümumi təmiz çəkiləri 0,682 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərini görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 23 noyabr 2022-ci il tarixdə, saat 15:50 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Velədi kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən qeyd olunan bükümlərdə və çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşımaqla saxlamışdır. Belə ki, o, 23 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Lənkəran rayonu, Velədi kəndində yerləşən və fəaliyyət göstərən “Sitrus meyvə bazarı”nda olarkən sonuncunun ona birlikdə oğurluq etmək barədə təklifini qəbul edib, bu məqsədlə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ətrafı nəzərdən keçirərkən həmin vaxt bazarda meyvə satışı ilə məşğul olan Astara rayonu, Çayoba kənd sakini X2 “Redmi 11” markalı mobil telefonunu meyvə qutusunun üzərində nəzarətsiz qoyub müştərilərə meyvə satdığını müşahidə edərək, qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə hərəkət edib, aralarındakı razılaşmaya və ümumi niyyətə uyğun olaraq sonuncu ətrafı müşahidə edib, özü isə 1200 manat qiymətində həmin “Redmi 11” markalı mobil telefonu arxa qoruyucusunun altında qoyulmuş 420 manat nəğd pul vəsaiti ilə birlikdə gizli olaraq götürüb, qrup üzvü Təqsirləndirilən şəxs1 təhvil verdikdən sonra sonuncu telefonu söndürərək avtomobildə gizlətməklə, zərərçəkmiş şəxs X5 məxsus ümumilikdə 1620 manat qiymətində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində satış məqsədi olmadan, qanunsuz olaraq, məlum olmayan mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,286 qram; -0,120 qram; -0,245 qram, ümumi təmiz çəkiləri 0,651 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərini görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 23 noyabr 2022-ci il tarixdə, saat 17:05 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Velədi kəndində sitrus bazarında olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən qeyd olunan bükümlərdə və çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən istifadə edir. 23 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində Lənkəran rayonu Velədi kəndində yerləşən sitrus bazarında dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq bazarda alver edən X9 adında şəxsin telefonun götürdüyünü bildirmişdir. O da, Rahimə bunun ona aid olmadığını demişdir. Bundan bir qədər sonra bir neçə polis əməkdaşı sitrus bazarında ona yaxınlaşaraq bazarda oğurluq olduğu üçün polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmişdir. Həmin vaxt ona bazardan X9 adında şəxsin telefonun oğurladıqlarını bildirmişlər. Polis əməkdaşlarına heç bir oğurluq cinayətini törətmədiyini bildirmişdir. Bir qədər sonra onun qarşısına narkotik qoyularaq narkotik vasitənin ona məxsus olduğunu bildirməsi tələb edilərək ona hədə-qorxu gəlinmişdir. O da, məcbur qalıb videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olduğunu qeyd etmişdir. Videoçəkiliş zamanı onun yanında müdafiəçisi olsa da, müdafiəçiyə narkotik vasitənin ona məxsus olmadığını, ona hədə-qorxu gəlindiyini deməmişdir. Hazırda isə həqiqəti qeyd etməyi özünə borc bilir və bu səbəbdən birdaha bildirir ki, heç bir oğurluq etməmişdir. Həmçinin Lənkəran ŞRPŞ-nə aparılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Cinayət işinin 269-271-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dindirmə protokolundan görünür ki, məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadələrində göstərmişdir ki, Lənkəran rayonu Velədi kəndində yerləşən Sitrus meyvə bazarında dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə meyvə satışı ilə məşğul olur. Psixi xəstəliklərə görə heç bir yerdə qeydiyyatda deyil. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur. 2020-ci ildən narkotik vasitə olan heroindən istifadə edir. Heroini zər kağızda yandırma yolu ilə tüstüsünü qəbul edir. Demək olar ki, hər gün narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində üzdən tanığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən almışdır. Narkotik vasitələrə pul çatdıra bilmədiyi üçün oğurluq hadisələri törətmişdir. Belə ki, 23 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Lənkəran rayonu Velədi kəndində yerləşən sitrus bazarında dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə bazarda meyvə satışı ilə məşğul olan Astara rayon sakini X2 qara rəngli Redmi 11 markalı mobil telefonunu oğurlamışlar. Həmin telefonu İqbal meyvə yeşiklərinin üzərində qoymuşdur. Rahim ilə birlikdə telefonu görmüşlər, qərara gəlmişlər ki, həmin telefonu oğurlayıb sataraq pul əldə etdikdən sonra aralarında bölsünlər. bu məqsədlədə Rahim telfonu meyvə yeşiklərinin üzərindən oğurlamış, o da Rahimi uzaqdan müşahidə etmişdir. Daha sonra Rahim telefonu gətirib ona vermiş, o da telefonun arxalığını çıxartmış, telefonun söndürmüş və Rahimə demiş ki, telefonu apar maşında qoy, sonra satarıq. Rahim də telefonu avtomobildə gizlətmişdir. Daha sonra heç nə olmamış kimi meyvə satışı ilə məşğul olmağa davam etmişlər. Bundan başqa həmin gün 23 noyabr 2022-ci il tarixdə saat Mərkəzi bazar ərazisində olan zaman saat təxminən 10:20 radələrində üzdən tanığı, adını və ünvanını bilmədiyi şəxslə rastlaşmışlar. Söhbət edən zaman biri-birilərinin narkoman olduğunu bilmişlər. O həmin şəxsdən narkotik maddə istəmişdir. Həmin şəxsdə ona üzərində narkotik maddə olduğunu bildirmiş və 15 manata üç bükümdə narkotik maddə olan heroin satmışdır. O, həmin şəxsdən aldığı narkotik maddəni əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. 23 noyabr 2022-ci il tarixdə saat təxminən 15:40 radələrində yaşadığı evinə getmək istəyən zaman bazardan çıxmış, dostu Rahim isə bazarda qalmışdır. Lənkəran rayonu Velədi kəndində küçədə piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdib edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkil ilə təmin etmişlər. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı əynindəki şalvarının sol yan cibindən istifadəsi üçün saxladığı şəffaf rəngli sellkofana bükülmüş üç büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş üç büküm heroini elektron tərəzidə çəkmişlər və çəkisi 0,74 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş üç büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini qəbul etməklə və oğurluq hadisələri etməklə cinayət törətdiyini başa düşür, narkotik maddələri heç vaxt satmamışdır. Törətdiyi oğurluq hadisəsini Rahim ilə etmişdir. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Narkotik vasitələrin satışı ilə də heç vaxt məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən istifadə edir. 23 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Lənkəran rayonu Velədi kəndində yerləşən sitrus bazarında alver edən X9 adında şəxsin telefonunu yerdə görmüşdür. Telefonu yerdən götürdükdən sonra söndürmüşdür. Bundan bir qədər sonra bir neçə polis əməkdaşı sitrus bazarında ona yaxınlaşaraq bazarda oğurluq olduğu üçün polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmişdir. Həmin vaxt ona bazardan X9 adında şəxsin telefonun oğurladıqlarını bildirmişlər. Polis əməkdaşlarına telefonun harada olduğunu bildirmişdir. Bir qədər sonra əməliyyatçı Şahid1 əlində bir neçə xırda bükümlərlə onun yanına gələrək onun qarşısına bükümlərdən qoymuş və ona bildirmişdir ki, digər bükümüdə Təqsirləndirilən şəxs1 üzərinə qoyacaqdır. Şahid1 ona hədə qorxu gələrək videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını bildirməsini tələb etmişdir. O da, məcbur qalıb videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olduğunu qeyd etmişdir. Videoçəkiliş zamanı onun yanında müdafiəçisi olsa da, müdafiəçiyə narkotik vasitənin ona məxsus olmadığını, ona hədə-qorxu gəlindiyini deməmişdir. Cinayət işinin 280-282-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dindirmə protokolundan görünür ki, məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadələrində göstərmişdir ki, Əvvəllər məhkum olunmuşdur. İşin mahiyyəti üzrə göstərmiş ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. O, Lənkəran rayonu Velədi kəndində yerləşən Sitrus meyvə bazarında dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə meyvə satışı ilə məşğul olur. Psixi xəstəliklərə görə heç bir yerdə qeydiyyatda deyil. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur. 2020-ci ildən narkotik vasitə olan heroindən istifadə edir. Heroini zər kağızda yandırma yolu ilə tüstüsünü qəbul edir. Demək olar ki, hər 3-4 gündən bir narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində üzdən tanığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən almışdır. Narkotik vasitələrə pul çatdıra bilmədiyi üçün oğurluq hadisəsi törətmişdir. Belə ki, 23 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Lənkəran rayonu Velədi kəndində yerləşən sitrus bazarında dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə bazarda meyvə satışı ilə məşğul olan zaman Astara rayon sakini X2 qara rəngli Redmi 11 markalı mobil telefonunu oğurlamışlar. Həmin telefonu İqbal meyvə yeşiklərinin üzərində qoymuşdur. Onlar da telfonu görmüş və qərara gəlmişlər ki, telefonu oğurlayıb satsınlar, əldə olunmuş puluda aralarında bölsünlər. O, telefonu meyvə yeşiklərinin üzərindən oğurlamış, İlkin isə onu müşahidə etmişdir. Telefonu oğurladıqdan sonra gətirib İlkinə vermiş, İlkin də telefonun arxalığını açıb, telefonu söndürmüş və ona verib demiş ki, maşında gizlətsin, ara sakitləşdikdən sonra telefonu satacaqlarını, əldə etdikləri pulu da aralarında böləcəklərini bildirmişdir. Telefonun arxalığında pul olmamışdır. Daha sonra heç nə olmamış kimi meyvə sdatışı ilə məşğul olmağa davam etmişlər. Bundan başqa həmin gün 23 noyabr 2022-ci il tarixdə Mərkəzi bazar ərazisində olan zaman saat təxminən 10:00 radələrində üzdən tanığı, adını və ünvanını bilmədiyi şəxslə rastlaşmışdır. Söhbət edən zaman biri-birilərinin narkoman olduğunu bilmişlər. O da həmin şəxsdən narkotik maddə istəmişdir. Həmin şəxsdə ona üzərində narkotik maddə olduğunu bildirmiş və 30 manata üç bükümdə narkotik maddə olan heroin satmışdır. O da, həmin şəxsdən aldığı narkotik maddəni əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. 23 noyabr 2022-ci il tarixdə saat təxminən 17:05 radələrində Lənkəran rayonu Sitrus bazarında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdib edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkil ilə təmin etmişlər. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı əynindəki şalvarının sol yan cibindən istifadəsi üçün saxladığı şəffaf rəngli sellofana bükülmüş üç büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş üç büküm heroini elektron tərəzidə çəkmişlər və çəkisi 0,76 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş üç büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini qəbul etməklə və oğurluq hadisələri etməklə cinayət törətdiyini başa düşür, o narkotik maddələri heç vaxt satmamışdır. Törətdiyi oğurluq hadisəni İlkin ilə etmişdir. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Narkotik vasitələrin satışı ilə də heç vaxt məşğul olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sitrus meyvələrinin satışı ilə məşğul olur. Astara rayonunda həyətlərdən sitrus meyvələri alıb Lənkəran rayon Velədi kəndində yerləşən Sitrus meyvə bazarına gətirib satır. Qazandığı pulla özünü və ailəsini dolandırır. 2021-ci ilin dekabr ayının əvvəllərində Lənkəran şəhərində Optimal telefon mağazasından 1200 manata Redmi Mİ-11 markalı mobil telefon almışdır. Həmin telefonu istifadə edir. Hər gün olduğu kimi 23 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Astara rayonundan aldığı sitrus meyvələrini Lənkəran rayon Velədi kəndində yerləşən sitrus bazarına gətirmişdir. 22 noyabr 2022-ci il tarixdə də bazarda 420 manat alver etmişdir. Həmin puluda telefonunun arxalığına qoymuşdur. Bazarda alver edən zaman o telefonun hesablayıcısından istifadə etmişdir. Yenədə telefonunu qutunun üzərində qoymuşdur və meyvə sata-sata hesablayıcıdan istifadə edirmiş. Həmin vaxt yəni saat təxminən 15 radələrində yanına müştəri gəlmişdir. O müştəriyə mandarin (naringin) satmışdır. Həmin vaxt naringin meyvəsini tərəzidə çəkib müştəriyə vermiş və telefonunu qutunun üzərindən götürmək istəyən zaman telefonunun qutunun üzərində olmadığını görmüşdür. Ətrafa baxmış və telefonunu tapa bilmədiyi üçün telefonuna tanımadığı bazarda olan müştərinin telefonu ilə zəng etmişdir. Həmin vaxt telefonunun söndürüldüyünü görmüş və bilmiş ki, telefonu oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə bu barədə məlumat bildirmişdir. Hazırda ona məlum olmuş ki, telefonunu onunla bir bazarda işləyən meyvə satışı ilə məşğul olan Lənkəran rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə oğurlamışlar. Telefonu ona qaytarılmış, telefonunun arxalığında olan 420 manat pulu isə Rahim Bağırovun atası Habil hissə-hissə ona qaytarmışdır. Onun hazırda Rahim Bağırovdan və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi ev dalan 2, ev 3-də qeydiyyatda olan, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 23 noyabr 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 23 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 15:40 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran rayonu Velədi kəndində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs1 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 Hasənxan oğlunun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükalmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 0,74 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Elşən Musazadə və Təqsirləndirilən şəxs1 imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən 2020-ci ildən narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 23 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində Mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 15 (on beş) manata aldığını bildirmiş, istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs1 protokolu imzalarla təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 ilə şifahi sorğu keçirilərkən əlavə olaraq hər hansı bir cinayət hadisəsi törətməsi barədə ondan soruşulanda, o bildirmiş ki, Lənkəran rayonu Sitrus meyvə bazarında dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə meyvə satışı ilə məşğul olan zaman Təqsirləndirilən şəxs2 həmin bazarda olan digər satıcı Astara rayon sakini Zərərçəkmiş şəxs Redmi 11 markalı mobil telefonunu meyvə yeşiklərinin üzərindən oğurladığını və həmin telofunu daha sonra birlikdə sondürüb maşında gizlətdiyini bildirmişdir. Telefonu sonra birlikdə satacağlarını bildirmişdir. Lakin telefonu sata bilmədiklərini, maşında gizlətdiylərini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi ev dalan 2, ev 3-də qeydiyyatda olan, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da, həmin qrupa daxil edilmişdir. 23 noyabr 2022-ci il tarixdə təxminən saat 15:40 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran rayonu Velədi kəndində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Ona saxlanılmasının səbəblərini izah edərək onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 Hasənxan oğlunun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükalmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən 2020-ci ildən narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 23 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində Mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 15 (on beş) manata aldığını bildirmiş, istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 ilə şifahi sorğu keçirilərkən əlavə olaraq hər hansı bir cinayət hadisəsi törətməsi barədə ondan soruşulanda, o bildirmişdir ki, Lənkəran rayonu Sitrus meyvə bazarında dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə meyvə satışı ilə məşğul olan zaman Təqsirləndirilən şəxs2 həmin bazarda olan digər satıcı Astara rayon sakini Zərərçəkmiş şəxs Redmi 11 markalı mobil telefonunu meyvə yeşiklərinin üzərindən oğurladığını və həmin telofunu daha sonra birlikdə sondürüb maşında gizlətdiyini bildirmişdir. Telefonu sonra birlikdə satacağlarını bildirmişdir. Lakin telefonu sata bilmədiklərini, maşında gizlətdiylərini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbiri zamanı həmin gün, təxminən 15:40 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran rayonu Velədi kəndində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs1 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükalmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs2 cinayət əməllərini ifşa etmək üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsindən ötrü 23 noyabr 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 23 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid5 və polis baş leytenantı Şahid6 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs2 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 17:05 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Velədi kəndində sitrus bazarında meyvə satışı ilə məşğul olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı bazarda insanların çox olduğundan və Təqsirləndirilən şəxs2 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid6 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və prüdmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 0,76 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Ədalət Muradov və Təqsirləndirilən şəxs2 imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən 2020-ci ildən narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 23 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində Mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 30 (otuz) manata aldığını bildirmiş, istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs2 protokolu imzalarla təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 ilə şifahi sorğu keçirilərkən əlavə olaraq hər hansı bir cinayət hadisəsi törətməsi barədə ondan soruşulanda, o bildirmiş ki, Lənkəran rayonu Sitrus meyvə bazarında dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə meyvə satışı ilə məşğul olan zaman o, həmin bazarda olan digər satıcı Astara rayon sakini Zərərçəkmiş şəxs Redmi 11 markalı mobil telefonunu meyvə yeşiklərinin üzərindən oğurladığını və həmin telofunu daha sonra dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə sondürüb maşında gizlətdiyini bildirmişdir. Telefonu sonra birlikdə satacağlarını qeyd etmiş, lakin telefonu sata bilmədiklərini, maşında gizlətdiklərini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbiri zamanı həmin gün təxminən saat 17:05 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Velədi kəndində sitrus bazarında meyvə satışı ilə məşğul olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı bazarda insanların çox olduğundan və Təqsirləndirilən şəxs2 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbiri zamanı həmin gün təxminən saat 17:05 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Velədi kəndində sitrus bazarında meyvə satışı ilə məşğul olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı bazarda insanların çox olduğundan və Təqsirləndirilən şəxs2 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan iş üzrə 23 noyabr 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Cinayət işinin materiallarında olan iş üzrə 23 noyabr 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, X6 üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, Rahim Bağırov həmin narkotik vasitənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Cinayət işinin materiallarında olan iş üzrə məhkəmə-kimyəvi ekspertizanın 24 noyabr 2022-ci il tarixli, 19/1199 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi- 0,682 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli olan maddə heroindirlər. Cinayət işinin materiallarında olan iş üzrə məhkəmə-kimyəvi ekspertizanın 24 noyabr 2022-ci il tarixli, 19/1200 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdə təmiz çəkisi- 0,651 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli olan maddə heroindirlər. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 1218 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 1217 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi eytiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2020-ci ildən “Opium Narkomanlığı” qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 14 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Redmi 11 markalı mobil telefonun bazarda ikinci əl satış qiyməti 700 manatdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, zərərçəkmiş və şahidlər ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert və mütəxəssis rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid3, Şahid5 və Şahid6 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi - 0,682 qram və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdə təmiz çəkisi - 0,651 qram narkotik vasitə heroinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini hər iki əməl üzrə təqsirli biməyərək o barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özlərini müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, hadisə yerinə baxış protokolları, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş CD disk və digər sənədlərlə təkzib olunur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərə hədə-qorxu gəlinməsi və ibtidai istintaq zamanı fiziki zora məruz qalması ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə məhkəmə hazırlıq iclasında hər hansı psixi və ya fiziki zora məruz qalmaları ilə bağlı sual verilmiş, təqsirləndirilən şəxslər belə bir halın baş vermədiyini bildirmişlər. Digər tərəfdən məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsi axtarış zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi hər bir təqsirləndirilən şəxsə ayrılqıda münasibətdə eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı heç bir zor tətbiq edilmədiyini və ya hədə qorxu gəlinmədiyini bildirmişlər. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmaları barədə ilkin əməliyyat məlumatı narkotik vasitənin qəbul etməsi və üzərlərində gəzdirmələri barədə olmuşdur ki, bu hal da iş materiallarının olan raportlar və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə qərarlardan da görünür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı tutulub polis şöbəsinə gətirildikdən sonra üzərlərinə baxış keçirilməsi zamanı oğurluq cinayəti törətdiklərini özləri etiraf etmişlər. Həmin hal, yəni oğurluq cinayətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğu tərəfindən etiraf olunması “Şəxsi axtarış və götürmə barədə” 23 noyabr 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsü ilə də tam təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadələrini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadələri sübut növü kimi qəbul etmir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ümumi dəyəri 700 manat olan əşya oğurlamışlar ki, bu əməllər onların oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, oğurluq nəticəsində talanmış əmlakların qiymətinə dair təklif olunmuş sübutları araşdıraraq hesab edir ki, iş materiallarına olan mütəxəssis rəyində göstərilən qiyməti zərərçəkmiş şəxsin bildirdiyi qiymət əsasında olduğu üçün həmin zərərçəkmiş şəxsin bildirdiyi kimi müəyyən edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.1-ci maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəzalar təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 25-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 178-180-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 236-237-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayonu, Sütəmurdov kənd inzibati ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Kazımlı X7 rayonu, Sütəmurdov kəndində yaşayır, yaşayış müddəti ərzində özünü sakit aparmış, ondan şikayət daxil olmamışdır. Cinayət işinin 241-242-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Kazımlı X7 Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qərarına əsasən təyin edilmiş cərimə cəzası 320 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, 04 iyun 2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. CM-nin 83-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsi, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Cinayət işinin 74-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 17:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 182-184-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 noyabr 2022-ci il trixdən hesab edilmişdir. Cinayət işinin 234-235-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayonu, Sütəmurdov kənd inzibati ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran rayonu, Sütəmurdov kəndində arvadı X3, övladı xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır, yaşayış müddəti ərzində özünü sakit aparmış, ondan şikayət daxil olmamışdır. Cinayət işinin 238-240-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Masallı Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək Cinayət Məcəlləsiunin 66.5-ci maddəsinə əsasən cəzalar qismən toplanmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 03 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Cinayət işinin 245-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 20 yanvar 2023-cü il tarixli, 18 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 01 il 03 ay 21 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsi, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, CM-nin 60-cı maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasaən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipindən çıxış edərək hesab edir ki, hər bir təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin hər biri üzrə ayrılıqda cəza təyin edilməklə qəti cəza müəyyən edilməlidir. Bu baxımdan məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-nin 177.2.1-ci maddəsi üzrə hər iki təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmağı, vurulmuş ziyanı ödəməsi, habelə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması nəzərə alınmaqla, eləcə də CMnin 60-cı maddəsinin hazırkı halda tətbiq edilməsi mümkünlüyünü əsas götürməklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə CM-nin 177.2.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxslərin CM-nin 234.1-ci maddəsi ilə olunduqları cinayətin xarakteri və təqsirləndiriilən şəxslərin şəxsiyyəti yəni, hər iki şəxsin narkomaniyadan əziyyət çəkməsi, mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərilərində şəxsi istehlak miqdarından üç dəfə artıq narkotik vasitə daşımaqla saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxslər cəmiyyətdən müəyyən müddət təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Buna görə də hər iki şəxsə CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum edilmələrini məqsədəmüvafiq qəbul etdiyindən hesab edir ki, hər işi şəxsə CM-nin 177.2.1-ci maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla toplandıqdan sonra hər iki şəxsə qəti cəza təyin edilməli, eyni zamanda Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən CM-nin 67-ci maddəsi də rəhbər tutulmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,501 qram qalıq çəkisi olan heroin, habelə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,532 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 və X14 barələrində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd Redmi markalı mobil telefonun zərərçəkmiş şəxs X5 qaytarılmaqla icra edilmiş hesab edilməlidir. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 120 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrndə cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Şirvan Apellyasiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) gün müddəti CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 7 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,501 qram qalıq çəkisi olan heroin, habelə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,532 qram qalıq çəkisi olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs2 və X14 barələrində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd Redmi markalı mobil telefonun zərərçəkmiş şəxs X5 qaytarılmaqla icra edilmiş hesab edilsin. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-159/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-159/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver