Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-159/2025 07.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1976-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Səttərxan küçəsi ev 86-da qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə Lənkəran şəhəri Kiçik Bazar ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi -0.343 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən 04 iyun 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 00:19-də Lənkəran şəhəri, Hacılar küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılarkən əynində olan qolsuz gödəkçənin sağ yan cibindən həmin 0,343 qram çəkidə xeyli miqdarda psixotrop maddə metmafetamin 1 ədəd sellofan kəsiyi bükümündə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, ünvan 1 ünvanda tək yaşayır. Subaydır. Əvvəllər bir neçə dələ oğurluq narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. 10 ildən artıqdır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Spid xəstəliyindən (QİÇS) xəstəliyindən əziyyət çəkir, bədəni çürüyür. Həmin maddələrə aslılğı yüksək həddədir. Həmin madələrdən istifadə etmədikdə bədənində şiddətli ağrılar olur. İstifadəsin də ***-***-**-** saylı mobil nömrəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Lənkəran şəhərində yerləşən yaşadığı evdən çıxıb piyada şəkildə Lənkəran şəhəri. “Kiçik Bazar" adlanan əraziyə getmişdir. Orada əvvəllər də, bir neçə dəfə narkotik vasitə aldığı, üzdən tanıdığı lakin adını bilmədiyi şəxsi görüb ondan istifadəsi üçün şüşə, yəni psixotrop maddə metamfetamin ona verməsini istəmişdir. Bu zaman həmin şəxs ona təxminən yarım qram onda şüşə olduğunu və ona 15 manat satacağını bildirmişdir. O da razılaşıb 15 manat pulu verib bir bükümdə metmfetamini alıb cibinə qoymuşdur. Oradan piyada şəkildə hərəkət edib Lənkəran şəhəri Hacılar küçəsinə tərəf gəlmişdir. 04 iyun 2025-ci il tarixdə saat 00:19 radələrində Lənkəran şəhəri, Hacılar küçəsi ilə hərəkətdə olduğu zaman hərəkət edən bir avtomobil qarşısını kəsmişdir. Bu zaman avtomobildən 3 nəfər mülki geyimli şəxs düşüb ona yaxınlaşmışdır. Onlardan biri videoçəkiliş aparmışdır. Həmin şəxslər qolundan tutub, Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları olduğunu və ona qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop madələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı ilə bağlı əməliyyat məlumatları olduğunu deyib, vidoçəkiliş vasitəsilə üstünün yoxlanılmalı olduğunu ona bildirmişlər. Bu zaman üstünün yoxlanılmasına etirazının olmadığını bildirmişdir. Bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmadığı sualı verildikdə o, əynində olan şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsini, iki ədəd “Kapital banka" məxsus plastik kartı, işıq sayğacının plastik kartını, əynində olmuş qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, əynində olmuş şalvarın sağ yan cibindən 62 manat pulu, qolsuz gödəkçənin sol yan cibindən “Keno" markalı siqaret qutusu və alışqanı təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkarlanmış büküm içərində nə olduğu sualına həmin bükümün şüşə, yəni psixotrop maddə metamfetamin büküm olduğunu və saxlanılmamışdan təxminən 1 saat qabaq Lənkəran şəhəri, Kiçik Bazar ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra üzərində başqa qanunsuz əşya, predmet olmadığını bildirdikdən sonra polis əməkdaşı üstünü yoxlamağa başlamışdır. Bu zaman şalvarının arxa sağ cibindən istifadə etdiyi qara rəngli “Samsung” markalı telefon aşkar edilərək götürülmüşdür. Sonra aşkar edilmiş metamfetamin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0.56 qram olması müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış, o və polis əməkdaşı tərəfindən imzalarala təsdiq olunmuşdur. Üzərindən aşkar edilmiş 62 manat pul, bank kartları, işıq sağacının kartı, siqaret qutusu və alışqan ona qaytarılsa da, mobil telefon və şəxsiyyət vəsiqəsi işi üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş əşyalara və buna aid videogörüntüyə baxış keçirilmişdir. Sonra təhqiqatçı tərəfindən zərfdə olan metamfetamin bükmünün ona məxsus olub-olmaması, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki zor və ya psixi təsirə məruz qalıb-qalmamağı barədə verdiyi suallara cavab olaraq o, üzərindən aşkar edilmiş metamfetaminin ona məxsus olduğunu və polis tərəfindən saxlanılan zaman fiziki zor və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bununla bağlı protokol tərtib olunub, o və polis əməkdaşları tərəfindən imzalarla təsdiq olunmuşdur. Narkotik vasitə və psixatrop maddələrin satışı ilə məşğul deyil, yalnız onun istifadəçisidir.Təqsirləndirilən şəxs sonda ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Lənkəran şəhəri, Səttərxan küçəsi ev 86-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələri və onların prekursorların əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu barədə etimad doğuran mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı rayon şəhər polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, o əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək Şahid1 həvalə edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 04 iyun 2025-ci il tarixdə saat 24 radələrində Lənkəran şəhəri, Hacılar küçəsi ərazisində çıxıb müşahidələr aparmağa başlamışlar. Qısa bir müddət sonra Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşmışlar. Bu zaman tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmağa başlanmışdır. Özlərini Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları olduğunu təqdim etmişlər. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üstünün yoxlanılmalı olduğunu bildirmişdir. O da narazılıq etməyib razılaşmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynində olan şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartı, 1 ədəd işıq kartı, sağ yan cibindən ümumilikdə 62 manat pul, əynində olan qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd büküm psixotrop maddə metamfetaminə bənzər kütlə, eləcə də “Keno” markalı siqaret və 1 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Aşkar edilmiş metamfetamin bükümünün saxlanılmamışdan 1 saat qabaq Lənkəran şəhəri, “Kiçik Bazar’' ərazisində üzdən tanıdığı və lakini adını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa üzərində qanunsuz qanunla qadağan edilməyən predmet olmadığını bildirdikdən sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əyində olmuş şalvarın sağ arxa cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra 1 büküm psixotrop maddə metamfetamin bükümü ekspertizaya təqdim edilməsindən ötrü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,56 qram olması müəyyən olunmuşdur. Sonra metafmetaminə bənzər büküm ağ zərfin içərisinə qoyub üstünü möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs və onun tərəfindən zərf imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfindən götürüldüyü bildirilmiş, 62 manat pul, bank kartları, işıq kartı və siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə metmafetaminə baxış keçirmək və müvafiq qərar qəbul etmək Lənkəran ŞRPŞ-ya aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfimdən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pisxotrop maddə metamfetaminə, mobil telefona və üsütünü yoxalanılması haqqında videogörüntüyə baxış keçirilmişdir. Bu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin bükümünün ona məxsus olub- olmaması, saxlanılan zaman fiziki zor və psixi təsirə məruz qalıb-qalmamağı sualına o, üzərindən akşar edilmiş psixotrop maddə metamfetamin ona məxsus olduğu, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki zor və psixi təsirə məruz qalmadığını bildirilmişdir. Bununla bağlı protokol tərtib olunaraq imzlarla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantı rütbəsindədir. Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Lənkəran şəhəri, Səttərxan küçəsi ev 86-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələri və onların prekursorların əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu barədə etimad doğuran mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı rayon şəhər polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, o baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək Şahid1 həvalə edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 04 iyun 2025-ci il tarixdə saat 24 radələrində Lənkəran şəhəri, Hacılar küçəsi ərazisində çıxıb müşahidələr aparmağa başlamışlar. Qısa bir müddət sonra Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşmışlar. Bu zaman Şahid2 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmağa başlanmışdır. Özlərini Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları olduğunu təqdim etmişlər. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üstünün yoxlanılmalı olduğunu bildirmişdir. O da narazılıq etməyib razılaşmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynində olan şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartı, 1 ədəd işıq kartı, sağ yan cibindən ümumilikdə 62 manat pul, əynində olan qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd büküm psixotrop maddə metamfetaminə bənzər kütlə, eləcə də “Keno” markalı siqaret və 1 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Aşkar edilmiş metamfetamin bükümünün saxlanılmamışdan 1 saat qabaq Lənkəran şəhəri, “Kiçik Bazar’' ərazisində üzdən tanıdığı və lakini adını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa üzərində qanunsuz qanunla qadağan edilməyən predmet olmadığını bildirdikdən sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əyində olmuş şalvarın sağ arxa cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra 1 büküm psixotrop maddə metamfetamin bükümü ekspertizaya təqdim edilməsindən ötrü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,56 qram olması müəyyən olunmuşdur. Sonra metafmetaminə bənzər büküm ağ zərfin içərisinə qoyub üstünü möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs və onun tərəfindən zərf imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfindən götürüldüyü bildirilmiş, 62 manat pul, bank kartları, işıq kartı və siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə metmafetaminə baxış keçirmək və müvafiq qərar qəbul etmək Lənkəran ŞRPŞ-ya aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfimdən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pisxotrop maddə metamfetaminə, mobil telefona və üsütünü yoxalanılması haqqında videogörüntüyə baxış keçirilmişdir. Bu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin bükümünün ona məxsus olub- olmaması, saxlanılan zaman fiziki zor və psixi təsirə məruz qalıb-qalmamağı sualına o, üzərindən akşar edilmiş psixotrop maddə metamfetamin ona məxsus olduğu, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki zor və psixi təsirə məruz qalmadığını bildirilmişdir. Bununla bağlı protokol tərtib olunaraq imzlarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. İcraatına Lənkəran şəhəri. Səttərxan küçəsi ev 86-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələri və onların prekursorların əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu barədə etimad doğruran mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən rayon şəhər polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, o, şöbənin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 04 iyun 2025-ci il tarixdə saat 24 radələrində rəhbərliyi altında Lənkəran şəhəri, Hacılar küçəsi ərazisində çıxıb müşahidələr aparmağa başlamışdır. Qısa bir müddət sonra Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşmışlar. Bu zaman baş əməliyyat müvəkkili Şahid2 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmağa başlanmışdır. Özlərini Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları olduğunu təqdim etmişlər. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üstünün yoxlanılmalı olduğunu bildirmişdir. O da narazılıq etməyib razılaşmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynində olan şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartı, 1 ədəd işıq kartı, sağ yan cibindən ümumilikdə 62 manat pul, əynində olan qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd büküm psixotrop maddə metamfetaminə bənzər kütlə, həmin gödəkçənin “Keno” markalı siqaret və 1 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Aşkar edilmiş metamfetamin bükümünün saxlanılmamışdan 1 saat qabaq Lənkəran şəhəri, “Kiçik Bazar’' ərazisində üzdən tanıdığı və lakini adını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa üzərində qanunsuz qanunla qadağan edilməyən predmet olmadığını bildirdikdən sonra tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əyində olmuş şalvarın sağ arxa cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra 1 büküm psixotrop maddə metamfetamin bükümü ekspertizaya təqdim edilməsindən ötrü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,56 qram olması müəyyən olunmuşdur. Sonra metafmetaminə bənzər büküm ağ zərfin içərisinə qoyub üstünü möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs və onun tərəfindən zərf imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfindən götürüldüyü bildirilmiş. 62 manat pul, bank kartları, işıq kartı və siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə metmafetaminə baxış keçirmək və müvafiq qərar qəbul etmək Lənkəran ŞRPŞ-ya aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfimdən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pisxotrop maddə metamfetaminə, mobil telefona və üsütünü yoxalanılması haqqında videogörüntüyə baxış keçirilmişdir. Bu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin bükümünün ona məxsus olub- olmaması, saxlanılan zaman fiziki zor və psixi təsirə məruz qalıb-qalmamağı sualına o, üzərindən akşar edilmiş psixotrop maddə metamfetamin ona məxsus olduğu, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki zor və psixi təsirə məruz qalmadığını bildirilmişdir. Bununla bağlı protokol tərtib olunaraq imzlarla təqsdiq edilmişdir. Cinayət işinin 9-11-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olmuş qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan kəsiyinin içərisindən bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi bükümün psixotrop maddə metamfetamini olduğunu, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri. “Kiçik Bazar" ərazisində üzdən tanıdığı lakin, adını bilmədiyi şəxsdən 15 manat şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilib zərfə qoyulub möhürlənərək qablaşdırılmışdır. Cinayət işinin 13-15-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 iyun 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək zərfə qablaşdırılmış bir ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin və DVD diskdə isə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunmasının əks olunduğu videogörüntüsü qeydə alınmışdır. Cinayət işinin 48-49-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 04 iyun 2025-ci il tarixli 19/229 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) büküm metamfetaminə bənzər kütlə....’* sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0.343 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Cinayət işinin 64-cü vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2025-ci il tarixli, 312 saylı rəyinə görə Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin 85-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Lənkəran şəhəri, Səttərxan küçəsi ev 6-da qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəçisi, daşınması ilə məşğul olması barədə əməliyyat aparatına əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamışdır. Aşkar edilmiş psixotrop maddə metamfetamini Lənkəran şəhəri, “Kiçik Bazar" ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığınım bildirsə də, keçirilmiş tədbirlər zamanı həmin maddəni əldə etdiyi şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət işinin 151-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Şəhər Psixatriya Xəstəxanasının 08 avqust 2025-ci il tarixli, 659 nömrəli arayışından məlum olur ki, Kərimov X1 şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda deyildir. Cinayət işinin 31-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdə saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-99-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “maddi sübut hesab edilmə haqqında” 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,343 qram (qalıq-0,293 qram) psixotrop maddə və içərisində videogörüntülər olan (“əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında”) iki ədəd DVD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,343 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,293 qram hissəsi istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 102-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran şəhər mənzil təsərrüfatı idarəsindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Səttərxan küçəsi ev 86-da qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 80-82, 104-149-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, bundan sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə baxılan cinayət işinə bəraət verilmiş, xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və xx.xx.2025-ci il tarixli Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarları ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinəəsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminəəsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi işüzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 1.087 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansıüsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla vəəşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinəəsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinəəsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmişşəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Tələbnamədən və iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunduğundan və hazırki cinayəti törətdiyi vaxtdan iki il keçdiyi üçün məhkumluğu ödənilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, əvvəlki məhkumluğunun da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinəəsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edildiyindən Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdən 05 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət hazırki iş üzrə təyin ediləcək cəzadan CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,293 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdən 05 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.293 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-159/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-159/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver