Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-16/2023 10.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 67.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 4-cü hissəsi tətbiq edilməklə xx.xx.2021-ci il tarixə çəkilməmiş 08 ay 02 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,188 qram və 0,247 qram, ümumi təmiz çəkisi 0,435 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 07 aprel 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 18:55-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində saxlanılaraq şəhər-rayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 02 ədəd şəffaf selofan bükümlərin içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata 2 bükümdə qəbul etmək üçün heroin almışdır. O həmin heroini qəbul etmək üçün üzərində saxlamşdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Gərmətük qəsəbsəində polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Orada onun üzərində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının cibindən 2 bükümdə heroini çıxardıb təqdim etmişdir. Onunla bu barədə sorğu sual edildikdə, üzərində aşkar olumuş kütlənin heroinin özünə məxsus olduğunu, heroinin həmin gün gündüz saatlarında böyük bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Hazırda etdiyi əməldən çox peşman olmuşdur. Məhkəmədən barəsində yüngül cəza çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs etdiyi cinayət əməli özünün etirafı ilə yanaşı məhkəmə istintaqında digər sübutlarla da təsdiq olunmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində narkotik vasitələri saxlaması və gəzdirməsi barədə məlumat əldə etmişdir. Onun cinayət əməlini ifşa etmək üçün ötrü 07 aprel 2022-ci il tarixdə əməliyyat qrupunun üzvləri ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və X3 ilə birlikdə, saat 18:55-də Təqsirləndirilən şəxs yaşadığı Gərmətük qəsəbəsində görüb birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada onun üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi-axtarış aparılmış, Təqsirləndirilən şəxs şalvarının cibindən çıxartdığı 2 ədəd ağ selofan bükümü təqdim etmişdir. Bükümlərə baxış keçirildikdə, içərilərində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxsla bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olumuş maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini tutulduğu gün Lənkəran şəhərində Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manat alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahid Lənkəran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 lazımi qaydada məlumat verilsə də, o, iş yerini dəyişdiyindən, üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, orada Şahid1 göstərdiyinə uyğun ifadə vermişdir. İşdə olan 07.04. 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 02 şəffaf selofana bükülmüş bükümü təqdim edərək içərisində heroin olduğunu bildirmiş, həmin bükümə baxdıqda içəriində heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş vasitənin Lənkəran şəhərində, bazar ərazisində tanımadığıl şəxsdən 10 manata aldığını bildirmişdir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/428 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarolunmuş iki büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,188 qr: -0,247 qram: ümumi təmiz çəkisi: - 0,435 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra heroinin qalığı 0,335 qram olmuşdur. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 700 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan xasiyyətnamədən və arayışdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində inzibati ərazi dairəsinə şikayət daxil olmamış və onun himayəsində yetkinlik yaşına çatmamış xx.xx.2006-cı il təvəllüdlü Nihad və azyaçlı xx.xx.2011-ci il təvəllüdlü Nahid adlı iki uşaq vardır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, törətdiyi cinayəti etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 il 02 ay 27 gün azadlılğın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesabı ilə 07 ay 13 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 4-cü hissəsi tətbiq edilməklə həmin hökmlə təyin edilmiş və xx.xx.2021-ci il tarixə çəkilməmiş 08 ay 02 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, həmin hökmlə CM-nin 67.1-ci maddəsinin tətbiqi üçün əsas isə onun Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması olmuşdur. Həmin CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cəzanın cəkilməmiş hissəsi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirləndirlən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verildiyindən, hazırda təsirləndilən şəxsin əməlində cinayətlərin təhlükəli residivini deyil, sadə residivi vardır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin islah olunmayaraq yenidən cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0,335 qram olan narkotik vasitə-heroin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 0,335 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-16/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-16/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver