Məhkəmə qərarları › İş №1(049)-16/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-16/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-16/2024 29.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:30 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə, Lənkəran şəhəri Üzeyir Hacıbəyov küçəsində xeyli miqdarda, yəni 04 ədəd bükümdə ümumi təmiz çəkisi 1,156 qram ayrıayrılıqda təmiz çəkiləri- 1,055 qram; 0,029 qram; 0,038 qram; 0,034 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış və 10 mart 2023-cü il tarixdə, saat 23:00 dəqiqədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran şəhəri Üzeyir Hacıbəyov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran şəhəri, Tofiq İsmayılov 26 ünvanında yerləşən, Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra, 10 mart 2023-cü il tarixdə saat 23:15 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin sayda və çəkidə narkotik vasitə heroin əynində olan cins gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərdi ki, 10 mart 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin həyətindən küçəyə çıxarkən küçədə polis əməkdaşlarını görüb, onlardan uzaqlaşmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onu görüb arxasınca gəlmişlər və onu saxlamışlar. Həmin vaxt yaşadığı ərazidə velosiped itdiyinə görə onunda ifadəsi alınması üçün polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilmiş, lakin hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxt izahat vermiş və oğurluq hadisəsi barədə məlumatının olmadığını bildirmişdir. Lakin polis əməkdaşları ona təzyiq göstərərək oğurluq hadisəsini üzərinə götürməyi tələb etmişlər. Bədənində olan ağrılarla əlaqədar narkotik vasitə qəbul edir.Lakin heç vaxt narkotik vasitə satmamışdır. X2 onun qonşusudur və yaxın münasibətləri vardır. O, narkotik vasitənin satışını həyata keçirməmiş və Səyavuş Novruzova narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması ilə bağlı əməliyyat məlumatları daxil olmuş və daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 10 mart 2023-cü il tarixdə, saat 23:00 dəqiqədə Lənkəran şəhəri Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs piyada gəzdiyini görüb ona yaxınlaşaraq hər iki qolundan tutub hərəkətsiz vəziyyətə gətirmişlər.Özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə əməliyyat məlumatlarının olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara birlikdə polis şöbəsinin inzibati binasına gəlmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələrini izaha etdikdən sonra, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olarsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əynində olan cins rəngli gödəkçənin sağ yan cibindən şəffaf selofana bükülmüş iki ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələri və siqaretin gümüşü rəngli ağ rənginə bükülmüş üç ədəd bükümdə içərisində narkotik vasitə heroin olan bükümlərini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,69 qram olmuşdur. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 8 bükümdə narkotik vasitə heroini 10 mart 2023-cü il tarixdə Tərlan adlı qonşusundan 40 manat aldığını, həmin bükümlərdən 3 ədədini 15 manata həmin tarixdə Səyavuş adlı tanışına satdığını, qalanlarını isə üzərində öz istifadəsi məqsədilə saxladığını bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 şahid- Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təqsdiq etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısının vəsatəti əsasında videokonfrans vasitəsi ilə dindirilmiş, şahid X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur və Faridlə dost münasibətləri vardır. Faridlə bir yerdə narkotik vasitə qəbul etsələrdə Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. 10 mart 2023-cü il tarixdə yaşadığı küçədə velosiped itdiyi üçün polis əməkdaşları onun ifadəsini almaq üçün onlara gəlmişdir. Həmin vaxt qonşuluqda yaşayan Təqsirləndirilən şəxs küçəyə çıxarkən polis əməkdaşları Faridi görüb saxlamışlar və Faridlə birlikdə onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alınmış və onu buraxmışlar. Polis şöbəsində izahatı alınarkən, izahatı müstəntiq tərəfindən komputerdə yazılmış, həmin izahat ona oxunmamış və izahatı özü oxuya bilmədiyi üçün mahiyyətini bilmədən imza etmişdir. Çünki həmin vaxt bədənində güzlü ağrılar olduğu üçün özünü pis hiss etmişdir. Onun izahatında narotik vasitəni Fariddən almasını göstərilsədə, o, belə bir ifadə verməmişdir. Çünki Faridlə birlikdə narotik vasitə qəbul etsədə, Farid heç vaxt ona narkotik vasitə satmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 10 mart 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuşdur. 10 mart 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibindən şəffav selofana bükülmüş, 2 ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr və siqaretin gümüşü rəngi ilə ağ rənginə bükülmüş, 3 ədəd bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Aşkar olunan 5 ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,69 olmuşdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 mart 2023-cü il tarixli 19/292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd sellofan bükümdə, üç ədəd isə siqaretin gümüşü və ağ kağızına bükülmüş içərilərində narkotik vasitəyə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,055 qram; 0,029 qram; 0,038 qram; 0,034 qram ümumi təmiz çəkisi 1,156 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. 1 ədəd bükümdə təmiz çəkisi 0,327 qram olan maddə narkotik, psixotrop və güclü təsir edən maddələrə aid deyildir. Heroinin ümumi təmiz çəkisi-1,156 qram olmuş, 0,1qram-tədqiqa sərf olunmuş və 1,056 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizanın 13 mart 2023-cü il tarixli, 281 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 13 mart 2023-cü il tarixli, 467 nömrəli arayışından görünür ki, Məmmədov X5 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda dayanmır. Sübutların qiymətləndirilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış 02 ədəd videoçəkilişin DVD diski maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 mart 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Məmmədov X5 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci il tarixdə şərti cəza müddəti başa çatmışdır. Bundan başqa, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 12 mart 2023-cü il tarixli, 4(049)-92/2023 nömrəli, qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X5 şəhəri, Ü.Hacıbəyov ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 251 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunmuşdur ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitə qəbul etsə də, polis əməkdaşları onu saxlarkən və polis şöbəsində üzərində baxış keçirilərkən üzərində narkotik vasitə aşkar olunmadığı, törədilmiş oğurluq hadisəsini öz üzərinə götürməsinə təkid edildiyini, polis əməkdaşlarının təsiri və təzyiqi altında izahatı verdiyini barədə ifadələrinə qiymət verərək, hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla yuxarıda qeyd edilən sübutlarla təkzib edilir. Bundan əlavə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də ki məhkəmə istintaq zamanı qanunla qadağan olunmuş narkotik vasitəni özünün istifadə etməsi üçün əldə etdiyini, heç bir vaxt narkotik vasitə satmağını bildirmiş, lakin araşdırma zamanı onun bu ifadəsini təkzib edən heç bir hal, o cümlədən istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması və satış niyyətini təsdiq edə biləcək hər hansı sair hal müəyyən edilməmişdir. İbtidai istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 10 mart 2023-cü il tarixdə, Lənkəran şəhəri Üzeyir Hacıbəyov küçəsində, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi ilə, 04 ədəd bükümdə ümumi təmiz çəkisi 1,156 qram ayrı-ayrılıqda təmiz çəkiləri- 1,055 qram; 0,029 qram; 0,038 qram; 0,034 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış və 10 mart 2023-cü il tarixdə, saat 23:00 dəqiqədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran şəhəri Üzeyir Hacıbəyov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran şəhəri, Tofiq İsmayılov 26 ünvanında yerləşən, Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra, 10 mart 2023-cü il tarixdə saat 23:15 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin sayda və çəkidə narkotik vasitə heroin əynində olan cins gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmçinin, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir. Eyni zamanda məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək qeyd edir ki, müvafiq əməliyyatı həyata keçirmiş və ibtidai istintaqda, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat-axtarış orqanının əməkdaşlarında da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir mötəbər əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs tərəfindən satışı gerçəkləşdirən şəxslərin dairəsi müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin satış məqsədi ilə əldə etməsi və üstündə saxlaması məhkəmə iclasında sübuta yetirilməmişdir. Halbuki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitənin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o, deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Göründüyü kimi ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitəni əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Bundan əlavə göstərilənlərlə yanaşı məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, narkotik maddənin cəmi 04 bükümdə olmasından başqa Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik maddəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. İstintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlsə də, onun yaşadığı evində narkotik vasitələrin, tərəzi və sair avadanlıqların olubolmamasını müəyyən etmək üçün baxış keçirilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonuna baxış keçirilərək narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər, zənglər və s. bu kimi hər hansı məlumatın daxil olması ilə hallar müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsinə tövsif edilməli olması qənaətinə gələrkən iş materiallarında olan Lənkəran ŞRPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığına alınmış cavabı əsas götürmüşdür. Belə ki, Lənkəran ŞRPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığı üzrə alınmış 15 mart 2023-cü il tarixli raportdan görünür ki, əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs Səyavuş Babayevə narkotik vasitə satması təsdiqini tapdığını, lakin onun həmin narkotik vasitələri Tərlan Kərimovdan alması xüsusatı ilə bağlı, həmçinin digər xüsusatlarla bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi qeyd edilmişdir. Məhkəmə əməliyyat-axtarış orqanının qeyd olunan məlumatı ilə əlaqədar «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya 12 fevral 2015-ci il tarixli qərarında sərgilənən hüquqi mövqeyinə diqqət yetirməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında imperativ olaraq göstərilmişdir ki, «əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.» Digər tərəfdən «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 16 və 17-ci bəndlərində qeyd edilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyataxtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedur daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, «Kobiaşvili Gürcüstana qarşı» (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), «İbrahimov və Məmmədov Azərbaycana qarşı» (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; «Meqrelişvili Gürcüstana qarşı» [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); «X6rşı» (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; «Tlaşadze və Kakaşvili Gürcüstana qarşı» [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də «Şöler Almaniyaya qarşı» işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, «Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir». Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı» məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 351.1 və 351.2-ci maddələrinin tələbinə görə Məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinə əsasən Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: Təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq ( CPM-nin 351.3.1-ci maddəsi), bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq (CPM-nin 351.3.2-ci maddəsi), məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM-nin 351.3.3-cü maddəsi), təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM-nin 351.3.4-cü maddəsi) Beləliklə məhkəmə istintaqında tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, ona görə də əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmalıdır, həmin əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, Azərbaycan Respublikası CMnin 234.1-ci maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan şahid ifadəsi, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, onun eyni kateqoriyalı cinayətə görə əvvəllər məhkum olunmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-nin 158.2, 158.2.1 və 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 1,056 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 02 ədəd DVD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin iş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi 1,056 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar