Məhkəmə qərarları › İş №1(049)-16/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-16/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-16/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.40 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X39, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Müdafiəçi: Bakı Şəhər 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1958-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran rayonu, Mamusta kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 314.2-ci maddəsi ilə, xx.xx.1979-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lənkəran Rayon X23 Hüquqi Şəxsinin “Anesteziologiya, reanimotologiya və intensiv terapiya” şöbəsinin həkim-anestezioloq- reanimatoloqu vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, Lənkəran Rayon X23 Hüquqi Şəxsinin “Ümumi Cərrahiyyə” şöbəsinin həkim-cərrahı vəzifəsində işləməklə Lənkəran RMX X53 rəhbərliyi tərəfindən təsdiq edilmiş 2023-cü ilin may ayının növbətçilik qrafikinə əsasən xx.xx.2023-cü il tarix saat 09.00-dan xx.xx.2023-cü il tarix saat 09.00-dək olan müddətdə xəstəxananın “Ümumi Cərrahiyyə” şöbəsində məsul növbətçi həkim növbəsində olarkən xx.xx.2023-cü il tarixdə saat 11.20-də Lənkəran Rayon X23 Hüquqi Şəxsinin “Ümumi Cərrahiyyə” şöbəsinə “Uşaqlığın və uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması” diaqnozu ilə daxil olmuş 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs növbətçi həkim-cərrah kimi xidmətdə olduğu müddətdə xəstəyə ilkin tibbi yardım göstərmək, xəstənin müvafiq müayinələrinin aparılması, diaqnoz qoyulması, stasionara yerləşdirilib-yerləşdirilməməsi, xəstəni cərrahi əməliyyata götürüb-götürməməsi və sair kimi qərarlar vermək səlahiyyətinə malik olmaqla yerinə yetirdiyi təşkilati- sərəncamverici funksiyalara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkimcərrahın nümunəvi vəzifə təlimatı’-nın 6-cı, 7-ci və 8-ci bəndlərinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını və diaqnozunu müəyyən etməli, zəruri müalicəni təyin və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli olduğu halda, bunu etməyərək işinə vicdansız və laqeyd münasibət göstərməklə təlimatla üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib təlimatın tələblərini pozmaqla aparılmış müvafiq müayinələrdən sonra ona “Uşaqlıq fibromioması, qanaxma ilə fəsadlaşma” diaqnozu təyin edib operativ müalicə taktikası seçərək xx.xx.2023-cü il tarixdə saat 14.30-da ünvan 4 ünvanında yerləşən Lənkəran RMX PHŞ-nin “Ümumi Cərrahiyyə” şöbəsində Zərərçəkmiş şəxs üzərində “Abdominal total histerektomiya. İkitərəfli tubovarektomiya” cərrahiyyə əməliyyatını icra etməzdən öncə və sonra xəstəyə tromboemboliya əleyhinə aşağı molekulyar çəkili heparin (LMWH), aşağı dozada fraksiyalaşdırılmamış heparin və fundaparinoks dərman preparatlarından birini inyeksiya etməli olduğu halda bunu etməmiş, cərrahiyyə əməliyyatından sonra tromboemboliyanın profilaktikası məqsədi ilə antikoaqulyantlarla müalicə aparmamış, riskin artması zamanı isə medikamentoz müalicəni gücləndirməmiş, xəstənin ümumi vəziyyətinə, hemodinamik göstəricilərinə laborator analizlər aparmaqla, qanda koaqulyasiya sisteminə nəzarət etməmiş, qanın laxtalanma sistemini qiymətləndirməmiş, nəzarətdə saxlamamış, farmakoloji antikoaqulyasiya tədbirləri görməmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 17 dekabr 2021-ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmiş “Cərrahi əməliyyatdan sonrakı dərin venaların trombozu və ağciyər arteriyası tromboemboliyasının profilaktikası üzrə Klinik Protokol”-un tələblərini pozaraq risk dərəcəsinin qiymətləndirilməsi və profilaktikasının təşkili prinsiplərinə əməl etməmiş, xəstədə koaqulyasiya sisteminin vəziyyətini nəzarətdə saxlamamış və zəruri profilaktik tədbirlər görməmiş, nəticədə əməliyyat sahəsində - kiçik çanaq venalarında tromblar əmələ gəlmiş və qoparaq böyük qan dövranı ilə gələrək ağciyər arteriyasının tromboemboliyasını törətməklə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan xx.xx.2023-cü il tarixdə saat 12.55-də müalicə aldığı Lənkəran RMX PHŞ-nin “Ümumi Cərrahiyyə” şöbəsində “keçirdiyi cərrahi əməliyyatdan (abdominal total histerektomiya) sonra inkişaf edən ağciyər arteriyasının tromboemboliyasından baş vermiş kəskin ürək-ağciyər çatışmazlığımdan ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, Lənkəran Rayon X23 Hüquqi Şəxsinin “Anesteziologiya, reanimotologiya və intensiv terapiya” şöbəsinin həkim-anestezioloq- reanimatoloqu vəzifəsində işləməklə Lənkəran RMX X53 rəhbərliyi tərəfindən təsdiq edilmiş 2023-cü ilin may ayının növbətçilik qrafikinə əsasən xx.xx.2023- cü il tarix saat 09.00-dan xx.xx.2023-cü il tarix saat 09.00dək olan müddətdə xəstəxananın “Anesteziologiya, reanimotologiya və intensiv terapiya” şöbəsində məsul növbətçi həkim növbəsində olarkən xx.xx.2023-cü il tarixdə saat 11.20də Lənkəran Rayon X23 Hüquqi Şəxsinin “Ümumi Cərrahiyyə” şöbəsinə “Uşaqlığın və uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması” diaqnozu ilə daxil olmuş 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs növbətçi həkim-anestezioloq- reanimatoloq kimi xidmətdə olduğu müddətdə xəstəyə ilkin tibbi yardım göstərmək, xəstənin müvafiq müayinələrinin aparılması, xəstənin cərrahi əməliyyata götürülüb- götürülməməsi və sair kimi qərarlar vermək səlahiyyətinə malik olmaqla yerinə yetirdiyi təşkilati-sərəncamverici funksiyalara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim-anestezioloq- reanimatoloqun nümunəvi vəzifə təlimatı”-nın 6-cı, 7-ci və 8-ci bəndlərinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını və diaqnozunu müəyyən etməli, zəruri müalicəni təyin və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli olduğu halda, bunu etməyərək işinə vicdansız və laqeyd münasibət göstərməklə təlimatla üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib təlimatın tələblərini pozmaqla aparılmış müvafiq müayinələrdən sonra ona “Uşaqlıq fibromioması, qanaxma ilə fəsadlaşma” diaqnozu təyin edilib operativ müalicə taktikası seçilərək xx.xx.2023-cü il tarixdə saat 14.30-da ünvan 4 ünvanında yerləşən Lənkəran RMX PHŞ-nin “Ümumi Cərrahiyyə” şöbəsində Zərərçəkmiş şəxs üzərində “Abdominal total histerektomiya. İkitərəfli tubovarektomiya” cərrahiyyə əməliyyatını icra etməzdən öncə xəstəyə tromboemboliya əleyhinə aşağı molekulyar çəkili heparin (LMWH), aşağı dozada fraksiyalaşdırılmamış heparin və ya fundaparinoks dərman preparatlarından birini inyeksiya etməli olduğu halda bunu etməmiş, cərrahiyyə əməliyyatından sonra tromboemboliyanın profilaktikası məqsədi ilə antikoaqulyantlarla müalicə aparmamış, riskin artması zamanı isə medikamentoz müalicəni gücləndirməmiş, xəstənin ümumi vəziyyətinə, hemodinamik göstəricilərinə laborator analizlər aparmaqla, qanda koaqulyasiya sisteminə nəzarət etməmiş, qanın laxtalanma sistemini qiymətləndirməmiş, nəzarətdə saxlamamış, farmakoloji antikoaqulyasiya tədbirəri görməmiş, əməliyyatdan sonrakı dövrdə xəstənin müalicəsində aktiv iştirak etməli, gərəkli təyinatı verməli və onun icrasına nəzarəti həyata keçirməli olduğu halda bunu etməyərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 17 dekabr 2021-ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmiş “Cərrahi əməliyyatdan sonrakı dərin venaların trombozu və ağciyər arteriyası tromboemboliyasının profilaktikası üzrə Klinik Protokol”-un tələblərini pozaraq risk dərəcəsinin qiymətləndirilməsi və profilaktikasının təşkili prinsiplərinə əməl etməmiş, xəstədə koaqulyasiya sisteminin vəziyyətini nəzarətdə saxlamamış və zəruri profilaktik tədbirlər görməmiş, nəticədə əməliyyat sahəsində - kiçik çanaq venalarında tromblar əmələ gəlmiş və qoparaq böyük qan dövranı ilə gələrək ağciyər arteriyasının tromboemboliyasını törətməklə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan xx.xx.2023-cü il tarixdə saat 12.55-də müalicə aldığı Lənkəran RMX PHŞ-nin “Ümumi Cərrahiyyə” şöbəsində “keçirdiyi cərrahi əməliyyatdan (abdominal total histerektomiya) sonra inkişaf edən ağciyər arteriyasının tromboemboliyasından baş vermiş kəskin ürək-ağciyər çatışmazlığımdan ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir səhlənkarlığa yol verməmişdir. Xəstəni düzgün əməliyyat və müalicə etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 09.00-da Lənkəran RMX-a gəlib növbəni təhvil alarkən xəstəxananın Təcili Yardım şöbəsində Zərərçəkmiş şəxs X61 avtomobili ilə gətirildiyini və müalicə aldığını bilmişdir. Ellada “uşaqlıq qanaxması” diaqnozu ilə xəxtəxanaya daxil olmuşdur. O, gələnə qədər xəstəyə həkim cərrah Cəbrail Babayev tərəfindən qanaxmanı dayandırmaq üçün ilkin müayinələr edilmişdir. O, həkimlərə bildirmişdir ki, qanaxmanı dayandırmaq üçün xəstəyə “Dsenon” verilsin. Saat 09.00-dan 12.00-dək xəstə onun nəzarətində qəbul şöbəsində qalmış, lakin qanaxma dayanmadığına görə xəstənin özünün və qohumlarının razılığı ilə xəstə cərrahiyyə şöbəsinə yerləşdirilmişdi. Bundan sonra xəstəyə anestezioloqreanimatoloq Təqsirləndirilən şəxs2 tərəfindən baxılmış və müəyyən edilmişdi ki, xəstə əməliyyat oluna və ona narkoz verilə bilər. Əməliyyata hazırlıq edildikdən, yəni aşağı ətrafların elastik bintlə bağlanmasından, venadaxili infuziya davam etdirildikdən və arterial təzyiqə nəzarət olunduqdan sonra saat 14.00 radələrində əməliyyat başlandı. Əməliyyatda ondan başqa cərrah Cəbrail Babayev, anestizeoloq Təqsirləndirilən şəxs2 və tibbi bacıları Fərəxnisə və Mətanət iştirak etmişlər. Əməliyyat zamanı anestezioloq tərəfindən endortaxelial narkoz altında müvafiq dərmanlar xəstəyə inyeksiya edildikdən sonra onun tərəfindən xəstənin qarın boşluğu açılmış və uşaqlıq, artımları ilə bərabər çıxarılmışdı. Daha sonra qanaxmaya və yad cismlərə nəzarətdən sonra yara tikilmişdi. Əməliyyat təxminən bir saat yarım davam etmişdi. Əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşı olmuşdur. Narkozdan dərhal ayılmış, əməliyyatdan sonra edilə biləcək bütün tibbi yardımlar xəstəyə göstərilmişdi. Həmin gün nöbədə olduğu üçün gün ərzində gecə və səhər saat 12.00-a qədər o, işdə olmuşdur. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 12-də xəstə ona yaxşı olduğunu bildirmiş, bundan sonra o, evə gəlmiş, evə gəldikdən bir qədər sonra ona məlumat vermişlər ki, Ellada qəflətən vəfat etmişdir. Daha sonra o, xəstəxanaya gəlmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Elladanın qəfləti ölümünün səbəbi ağ ciyər arteriyalarının tromboemboliyası olmuşdur. Ümumiyyətlə bu tipli əməliyyatlarda əməliyyatdan sonra tromboemboliya yaranması ehtimalı yüksək olur. Lakin xəstə qanaxmaya görə əməliyyat olunduğuna, trombasitların miqdarı qanda normada olduğuna və koaquloqramma normal olduğuna görə xəstəyə qanı durulaşdırıcı dərman əməliyyatdan sonrakı dövrdə təyin olunmamışdı. Çünki xəstədə qanaxma ehtimalı çox idi. Lakin nəzərdə saxlamışdır ki, əməliyyatdan sonra ikinci sutkada xəstəyə qanı duruldan dərman təyin edilsin. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxsm əməliyyat etdikdən sonra Elladanın uşaqlığını artımları ilə (yumurtalıqları və borular) bərabər bir kiloluq bankada mərhumənin əri Ehtibara vermişdir ki, onu Lənkəran rayonunda fəaliyyət göstərən “Medican” hospitala aparsın və onlar da həmin orqanları histoloji müayinədən keçirməkdən ötrü Bakı şəhərinə göndərsinlər. Lakin növbəti gün xəstə vəfat etdiyi üçün onun nəticəsi ilə maraqlanmamışdır. Ehtibarın da həmin orqanları Bakıya göndəribgöndərmədiyini bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 Bahdur oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir səhlənkarlığa yol verməmişdir. Xəstəni düzgün müalicə etmişdir. xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək isə Lənkəran rayon X23 hüquqi şəxsinin “Anesteziologiya, reanimotologiya və intensiv terapiya” şöbəsində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyir. Həkim- anesteziloq-reanimatoloq kimi vəzifələri tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anemnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməkdən və sairdən ibarətdir. Kiminləsə düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.1962-ci il təvəllüdlü Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 09.00-da Lənkəran RMX-a gəlib növbəni təhvil almış və növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 09.00- da növbəni təhvil verib evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində xəstəxananın “X61” şöbəsinə Zərərçəkmiş şəxs X61 avtomobili ilə gətirildiyini və müalicə aldığını bilmişdir. Ellada “uşaqlıq qanaxması” diaqnozu ilə xəxtəxanaya daxil olmuşdur. Xəstə cərrahiyyə şöbəsinə qaldırıldıqdan sonra o, cərrahiyyə şöbəsinə getmişdir. Bundan sonra xəstəyə onun tərəfindən baxılmış və müəyyən etmişdir ki, xəstə əməliyyat oluna bilər. Belə ki, xəstənin ümumi vəziyyəti orta ağır olmuş, dəri və görünən selikli qişalar qismən avazımışdır. Prefirik limfa düyünləri əllənmirdi. Tənəffüs hərəkətlərinin sayı 16/dəq idi. Ağciyərlərin auskultasiyasında (qulaq asma) hər iki tərəfdə vezikulyar tənəffüs eşidilirdi. Arteriyal təzyiq 155/85 mm civə sütunu idi. PS 94 vurğu/dəq idi, ritmik idi. Dili nəm, qidalanması kafi olmuşdur. Qarnı yumşaq və ağrısız, defıkasiya aktı və sidik ifrazı normal olmuşdur. Xəstənin deməsinə görə uşaqlıq yolundan arabir qanaxma olurdu. Əvvəllər cərrahiyyə əməliyyatı keçirməmişdir. Ciddi bir terapivtik xəstəliyi olmamışdır. Dərmanlara qarşı allergik reaksiyası olmamışdır. Ailəsində və qohumlarında irsi xəstəlik olmadığını bildirmişdir. Son qida qəbulu həmin gün səhər saatlarında olmuşdur. Bundan sonra xəstəyə onun tərəfindən traxeyası intubasiya olunmaqla çoxkomponentli ümumi anesteziya aparılmasına qərar verildi. Anestezioloji risk ASA “E” mallanpati ikinci sinif. Daha sonra xəstə əməliyyat qabağı hazırlandı. Belə ki, xəstəyə bir ml dimidrol venadaxili, atropin sulfat 0,5 venadaxili, sibazon 2 ml əzələdaxili, natrixlor 500 ml venadaxili, ringer məhlulu 500 ml venadaxili iynə vasitəsi ilə inyeksiya edildi. Saat 14.30-da cərrahi əməliyyat başladı. Əməliyyatda ondan başqa həkim cərrah Təqsirləndirilən şəxs1, assistent cərrah Şahid2 və əməliyyat tibb bacları iştirak etmişlər. Əməliyyat zamanı onun tərəfindən endotraxeal narkoz altında müvafiq dərmanlar xəstəyə inyeksiya edildikdən sonra Təqsirləndirilən şəxs1 tərəfindən xəstənin qarın boşluğu açıldı və uşaqlıq, artımları ilə bərabər çıxarıldı. Daha sonra qanaxmaya və yad cismlərə nəzarətdən sonra yara tikildi. Əməliyyat təxminən bir saat yarım davam etdi. Əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşı olmuşdur. Narkozdan dərhal ayıldı. Əməliyyatdan sonra edilə biləcək bütün tibbi yardımlar xəstəyə göstərildi. Daha sonra xəstənin vəziyyəti kafi olduğundan onu “Cərrahiyyə” şöbəsinin palatasına köçürdülər. xx.xx.2023-cü il tarixdə saat 09.00-da növbəni təhvil verib evə getmişdir. Ondan sonra növbətçi anestezioloqreanimotoloq Şahid1 olmuşdur. Daha sonra xəstədən məlumatı olmamış və həmin gün saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs ölməsini ona bildirmişlər. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun mərhum arvadıdır. 2023-cü ilin may ayının təxminən ortalarında Ellada özünü narahat hiss etdiyini, uşaqlıq yolundan qan gəldiyini bildirmişdi. Həmin vaxt Elladanı Lənkəran RMX-a aparmış və müəyyən olunmuşdu ki, Elladanın uşaqlıq yolunda üç ədəd şiş vardır və həmin şişlər böyükdür. Belə olan halda onlar qərara gəldilər ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gedərək Elladanı əməliyyat etsinlər. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində o, balıq tutmaq üçün dənizə getmişdir. Oğlu saat 08 radələrində ona zəng edərək arvadının vəziyyətinin pisləşdiyini, Elladanın uşaqlıq yolundan qan gəldiyini bildirdikdən sonra “103” xidmətinə məlumat verdiklərini bildirmişdir. O, dərhal evə gəlmiş, evə çatanda artıq Təcili Yardım briqadası Elladanı evdən çıxarırdılar. O da onların ardınca Lənkəran RMX-a gəlmişdir. Burada Elladanı müayinə etdikdən sonra dərhal cərrahiyyə şöbəsinə yerləşdirmişlər. Saat təxminən 14 radələrində Cərrahiyyə şöbəsində olarkən həkim cərrah Təqsirləndirilən şəxs1 tərəfindən arvadı əməliyyat olunmuş və əməliyyat zamanı onun uşaqlığı artımları ilə bərabər götürülmüşdür. Əməliyyatdan sonra həmin gün o, arvadını saat təxminən 20 radələrində görmüşdür. Bu zaman arvadının huşu özündə deyildi. Onunla danışa bilməmişdir. Növbəti gün yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında oğlu anasını görmək üçün xəstəxanaya getmiş, sonradan oğlunun ona bildirməsinə görə anasının yanında olarkən anası onunla normal danışmış hətta mobil telefonda qızı və nəvələri ilə danışmışdır. Ellada bu vaxt oğluna durub gəzmək istədiyini bildirmişdir. Oğlu anasını qaldırıb gəzdirmək istəsə də tibb bacıları buna imkan verməmişlər. Saat təxminən 14 radələrində ona bildirmişlər ki, arvadı Lənkəran RMX-da vəfat etmişdir. Arvadının vəfat etməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Hesab edir ki, arvadı tromboemboliyadan vəfat etmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, arvadının ölümündə həkim səhvi olsa da hesab edir ki, heç bir həkim istəməz ki, onun əməliyyat etdiyi xəstə vəfat etsin. Bu səbəbdən də onun həkimlərdən heç bir şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran rayon X23 hüquqi şəxsində həkim anestezioloq-reanimotoloq vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə səhər saat 09.00-da Lənkəran RMX-a gəlib növbəni təhvil almış və gün ərzində növbədə olmuşdur. Həmin gün saat 12.30 radələrində ona məlumat vermişlər ki, cərrahiyyə şöbəsində xəstə vardır və dünən əməliyyat olunub, hazırda vəziyyət yaxşı deyildir. O, dərhal Cərrahiyyə şöbəsinə getmiş, burada müəyyən etmişdir ki, xəstə Zərərçəkmiş şəxsdır. Baxış zamanı xəstənin vəziyyəti kritik ağır idi. Huşu yox idi, kontakta daxil olmurdu, bəbəklər genəlmiş, işığa qarşı cavab reaksiyası yox idi. Aparılan intensiv reanimasyon tədbirlərinə baxmayaraq xəstədə saat 12.55-də bioloji ölüm qeyd olundu. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran RMX PHŞnin Cərrahiyyə şöbəsində həkim cərrah vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə səhər saat 08.55 radələrində Zərərçəkmiş şəxs adlı xəstə daxil olmuşdur. Xəstəyə baxmaq üçün həmin şöbənin həkimləri onu oraya dəvət etmişlər. O, aşağıya düşüb xəstəyə baxdıqda xəstənin uşaqlıq yolundan qanaxmadan şikayət etdiyini bilmişdir. Xəstənin vəziyyəti normal idi. Şiddətli qanaxma yox idi. Əgər olsa idi, o, qanaxmanı görərdi. O, növbəni təhvil verdiyi üçün ondan sonra növbəyə gələcək Təqsirləndirilən şəxs1 zəng etmiş, Sadir də heç bir problem olmadığını xəstəyə baxacağını bildirmişdi. O, xəstəyə hər hansı bir müdaxilə etməmiş və dərman verməmişdir. O, xəstəni Sadirə təhvil verib evə getmişdir. Həmin gün saat təqribən 12 radələrində Sadir ona zəng edərək Zərərçəkmiş şəxsm cərrahiyə əməliyatı edəcəyini və onun da əməliyyatda assistent kimi iştirak edərək onlara kömək etməsini xahiş etmişdi. O, Sadirlə razılaşmış və bir qədər sonra xəstəxanaya gəlmişdir. Əməliyyatda ondan başqa anestizeoloq Təqsirləndirilən şəxs2, cərrah Təqsirləndirilən şəxs1 və tibbi bacıları Fərəxnisə və Mətanət iştirak etmişlər. Bundan əlavə anestezioloji tibb bacısı Elazə də orada olmuşdur. Əməliyyat təxminən bir saat yarım davam etdi. Əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşı olmuşdur. Əməliyyat bitdikdən sonra o, evə yollanmışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işə gəldikdə Zərərçəkmiş şəxs öldüyünü öyrənmişdir. Ona xəstənin tromboemboliyadan vəfat etməsini bildirmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, Lənkəran RMX-da X61 şöbəsinin tibb bacısı işləyir. X21 ünvanına çağırışa getmişlər. Mərhuma ilk tibbi yardım etdikdən sonra qanaxması olduğunu bildirmişdir. O, qanaxmanı dayandırmaq üçün “vikasol” vurmuşdur. “Vikasol” dərmanının təsirinin nə qədər olduğunu isə bilmir. Daha sonra mərhumu Lənkəran RMX—nin acil şöbəsinə gətirmişlər. Xəstənin əməliyyat olunmasında iştirak etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Lənkəran RMX-da tibb bacısı işləyir. 28 may 2023-cü il tarixdə həkim Təqsirləndirilən şəxs1 də növbədə olmuşdur. Zərərçəkmiş şəxs əməliyyatı normal keçmiş və ayağına elastik bint bağlanmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Lənkəran RMX-da əməliyyat şöbəsində tibb bacısı işləyir. 28 may 2023-cü il tarixdə həkim Təqsirləndirilən şəxs1 də növbədə olmuşdur. Zərərçəkmiş şəxs əməliyyatı normal keçmişdir. X2 də tibb bacısı, anestezioloq isə Təqsirləndirilən şəxs2 olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində göstərdi ki, Lənkəran RMX təcili yardım üzrə həkim işləyir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəstəxanaya gətirilmiş və ona həkim İbrahim Məmmədov tərəfindən tibbi yardım göstərilmişdir. O, mərhumu müayinə və heç bir tibbi yardım etməmişdir. Həmin tarixdə növbəni təhvil aldıqdan sonra xəstəni anket məlumatlarını qeyd etməklə cərrahiyə şöbəsinə təhvil vermişdir. Xəstəlik tarixçəsində bu barədə qeydlər etmişdir. Lakin xəstənin boyunu və çəkisini şərait olmadığına ölçməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X27 ifadəsində göstərdi ki, Lənkəran RMX-da cərrah işləyir. Vəzifəsi növbədə olduğu müddətdə bütün cərrahi xəstələrə baxmaqdır. Lakin o, xəstəyə hər-hansı müdaxilə etməmişdir. Xəstə qanaxmaya görə əməliyyat olunduğunu xəstə öləndən sonra bilmişdir. Xəstənin çəkisinin nə qədər olduğunu bilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X15 ifadəsində göstərdi ki, Lənkəran RMX-da Ümumi cərrahhiyə şöbəsinin müdiri vəzifəsində işləyir. Hadisə vaxtı qeyri-iş günü olmuşdur və hadisə vaxtı o, başqa rayonda olmuşdur. İşə qayıtdıqdan sonra hadisə barədə məlumat almışdır. Xəstəni Təqsirləndirilən şəxs1 əməliyyat etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Tibb Universitetində dosent vəzifəsində işləyir. Mərhum Zərərçəkmiş şəxs təcili qaydada uşaqlıq qanaxmasına görə xəstəxanaya müraciət etmişdir. Görülən tədbirlər nəticə vermədiyinə görə həkimlər tərəfindən cərrahi əməliyyat olunması qərarı verilmişdir. Patalogiyaya uyğun olaraq cərrahi əməliyyat həyata keçirilmişdir və lazımi müalicələr təyin edilimişdir. Lakin xəstədə baş verən ölüm halına görə bizə gələn xəstəlik tarixçəsinəki məlumatlar tam olmamışdır. Orada müəyyən yazılar oxunmaması çətinlik yaratmışdır. Xəstəyə qanaxmanı dayandırmaq üçün təyin olunan vikasol dərmanı qananın laxtalanmasını surətləndirir və xəstə də qanın laxtalanmasını maksimum həddə çatmasına səbəb olub. Xəstənin çəkisinin 105 kq olduğunu bilmişlər. Həkim kimi deyə bilər ki, xəstəyə vikasolun vurulması trombaliyaya səbəb olmuşdur. Vikasol insan səhhəti üçün çox təhlükəlidir. Lakin protokolda var. Cərrah öz işini düzgün qurmuşdur. Xəstəyə əməliyyatxanaya qədər hər-hansı yardımların göstərilməsi barədə anestezioloq müstəqil şəkildə qərar verməlidir. №850/KEŞ nömrəli ekspert rəyini təsdiq edir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X47 ifadəsində göstərdi ki, Lənkəran RMX-da tibb bacısı işləyir. xx.xx.2023-cü il tarixdə, saat 9da növbəni təhvil almışdır. Həkim Təqsirləndirilən şəxs1 də xəstəxanada olmuşdur. Xəstə Zərərçəkmiş şəxs əməliyyatdan sonra yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində narhat olduğunu və qanaxması olduğunu bildirdi. O, bu barədə Həkim Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Həkim xəstəyə baş çəkmiş və ona göstərişlər vermişdir. Həmin gün xəstə ayağa qalxmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, o, xəstəyə əməliyyatdan sonra baxmışdır. Əməliyyatdan sonra Zərərçəkmiş şəxs vəziyyəti yaxşı olmuşdur. Əməliyyatda sonra xəstəyə həkimlər (Qulamov və Quliyev) tərəfindən verilən təyinatlara uyğun yardım etmişdir. Xəstənin şikayəti olmamışdır. Əməliyyatdan sonra xəstə intensiv palataya yerləşdirilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X12 ifadəsində göstərdi ki, Lənkəran RMX-da X61 şöbəsinin həkim işləyir. Xəstə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuşdur. Təcili yardım həkimi olaraq vəzifəsi xəstəyə ilk tibbi yardım göstərmək və ixtisas həkimi çağırmaqdır. Xəstəyə təcili yardım zamanı nə kimi tədbirlərin görülməsi barədə ona şifahi məlumat verilmişdir. O, xəstəyə göstərdiyi tibbi yardımları “Xəstə müayinə və müşahidə forması”-na qeyd etmişdir. Həkim Təqsirləndirilən şəxs1 ona verdiyi göstərişinə əsasən xəstəyə xx.xx.2023-cü il tarixdə saat 09:25-də “vikasol” vurulmuşdur. Xəstənin boyu və çəkisi ölçülməmişdir. Cinayət işinin 32-37-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 19 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə - keçirdiyi cərrahi əməliyyatdan (abdominal total histerektomiya) sonra inkişaf edən ağciyər arteriyasının tromboemboliyasından baş vermiş kəskin ürək-ağciyər çatışmazlığı olmuşdur. Zərərçəkmiş şəxs ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində cərrahi kəsik yarasından başqa digər xəsarət aşkar edilmədi. Daxili müayinə zamanı döş sümüyünün sınığı aşkar edilmişdir. Döş sümüyünün sınığı tibbi müdaxilə (ürəyin süni masajı) zamanı əmələ gələ bilməsi istisna edilmir. Cinayət işinin 41-50-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 473/KEŞ saylı rəyindən görünür ki; tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə “Uşaqlığın və uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması” diaqnozu ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Uşaqlıq fibroması, qanaxma ilə fəsadlaşma” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Abdominal total histerektomiya. İkitərəfli tubovarektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xx.xx.2023-cü il tarixdə reanimotoloqun baxışı zamanı xəstənin vəziyyətinin qəflətən pisləşdiyi qeyd edilmişdir. Xəstənin müayinəsi zamanı vəziyyətinin ağır olduğu və hemodinamik göstəricilərin pozulduğu müəyyən edilmişdir. Göstərilən reanimasiyan tibbi tədbirlərə baxmayaraq müsbət dinamika əldə edilməmiş və bioloji ölüm faktı qeydə alınmışdır. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb keçirdiyi cərrahi əməliyyatdan (“Abdominal total histerektomiya”) sonra inkişaf etmiş ağciyər arteriyasının tromboemboliyası və bununla da əlaqədar baş vermiş kəskin ağciyər-ürək çatmamazlığının olduğu müəyyən edilmişdir. Bununla da aparılmış müalicələrlə (cərrahiyyə əməliyyatı ilə) baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Digər tərəfdən həkimlər tərəfindən xəstədən xaric edilən hər bir orqan və ya toxuma hissəciyi (xüsusilə də şiş və ya şişə şübhə hallarında) mütləq qaydada patohistoloji biopsiya müayinəsindən keçirilməlidir. Çünki bu toxuma hissəciyinin şiş olubolmaması, şişdirsə xoşxasəli və ya bədxassəli (xərçəng) olub-olmaması yalnız mikroskop altında patohistoloji müayinə zamanı müəyyən edilə bilər. Bu müayinənin aparılmasına və aparılmasının təşkilinə cavabdeh həkim-cərrahın özüdür.Zərərçəkmiş şəxs Lənkəran rayon Mərkəzi Xəstəxanasında təyin edilmiş “Uşaqlıq fibroması, qanaxma ilə fəsadlaşma” diaqnozu aparılmış müayinələr əsasında qismən düzgün olmuşdur. Belə ki, xəstəyə qoyulmuş diaqnozun adlandırılmasında yalnışlığa yol verilmiş, “X1”-nın tələbləri pozulmuşdur. Diaqnoz “Uşaqlığın fibroması” yox, “Uşaqlığın fibromioması” və ya daha dəqiq "Uşaqlığın fibreleyomioması” adlandırılmalı idi. Fibroma yalnız birləşdirici toxuma hüceyrələrindən inkişaf edən xoşxassəli şişə deyilir. Uşaqlıq isə birləşdirici toxumadan deyil, əsas etibari ilə saya əzələ toxumasından ibarətdir və bu toxumadan inkişaf edən xoşxassəli şişə “Leyomioma” deyilir. Lakin bu diaqnostik yalnışlığın xəstənin ölümü ilə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Cərrahi əməliyyatdan sonrakı dərin venaların trombozu və ağciyər arteriyası trombemboliyasının profilaktikası üzrə Klinik Protokol”-un tələbləri pozulmuş, xəstədə koaqulyasiya sisteminin vəziyyəti nəzarətdə saxlanılmamış və zəruri profilaktik tədbirlər görülməmiş, nəticədə əməliyyat sahəsində - kiçik çanaq venalarında tromblar əmələ gəlmiş və qoparaq böyük qan dövranı ilə gələrək ağciyər arteriyasının trombeombeliyasını törətmişdir. Bu pozuntuya cavabdeh cərrahiyə əməliyyatını həyata keçirmiş müalicə həkimi - həkim cərrah və cərrahiyyə əməliyyatından sonrakı növbətçi reanimotoloqdur. Cinayət işinin 65-76-cə vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 668/KEŞ saylı rəyindən görünür ki, həmin rəy də xx.xx.2023-cü il tarixli, 473/KEŞ saylı komisyon məhkəmə-tibb ekspertizası rəyi ilə eyni məzmunludur. Cinayət işinin 83-97-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 850/KEŞ saylı rəyindən görünür ki; Zərərçəkmiş şəxs göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 24.1 (ona həvalə edilmiş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) bəndinin mövcud təlimat qaydalarının tələblərinə uyğun olmamışdır. Buna məsul şəxslər müalicə həkimi - həkim cərrah və növbətçi reanimotoloqdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Cərrahi əməliyyatdan sonrakı dərin venaların trombozu və ağciyər arteriyası tromboemboliyasının profilaktikası üzrə Klinik Protokol”un tələbləri pozulmuş, xəstədə koaqulyasiya sisteminin vəziyyəti nəzarətdə saxlanılmamış və zəruri profilaktik tədbirlər görülməmiş, nəticədə əməliyyat sahəsində - kiçik çanaq venalarında tromblar əmələ gəlmiş və qoparaq böyük qan dövranı ilə gələrək ağciyər arteriyasının tromboemboliyasını törətmişdir. Bu pozuntuya cavabdeh cərrahiyyə əməliyyatını həyata keçirmiş müalicə həkimi - həkim cərrah və cərrahiyyə əməliyyatından sonrakı növbətçi reanimotoloqdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Mərkəzi Xəstəxanası cərrahiyə şöbəsinə “Uşaqlığın və uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması” diaqnozu ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Uşaqlıq fibromioması, qanaxma ilə fəsadlaşma” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Abdominal total histerektomiya. İkitərəfli tubovarektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat fəsadsız olaraq yekunlaşmışdır. Əməliyyatdan sonra xx.xx.2023cü il tarixdə reanimotoloqun baxışı zamanı xəstənin vəziyyətinin qəflətən pisləşdiyi qeyd edilmişdir. Xəstənin müayinəsi zamanı vəziyyətinin ağır olduğu və hemodinamik göstəricilərin pozulduğu müəyyən edilmişdir. Göstərilən reanimasion tibbi tədbirlərə baxmayaraq müsbət dinamika əldə edilməmiş və bioloji ölüm faktı qeydə alınmışdır. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb keçirdiyi cərrahi əməliyyatdan (“Abdominal total histerektomiya”) sonra inkişaf etmiş ağciyər arteriyasının tromboemboliyası və bununla da əlaqədar baş vermiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu müəyyən edilmişdir. Bununla da aparılmış müalicələrlə (cərrahi əməliyyatı ilə) baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Digər tərəfdən, həkimlər tərəfindən xəstədən xaric edilən hər bir orqan və ya toxuma hissəciyi (xüsusilə şiş və ya şişə şübhə hallarında) mütləq qaydada patohistoloji biopsiya müayinəsindən keçirilməlidir. Çünki bu toxuma hissəciyinin şiş olub- olmaması, şişdirsə xoşxassəli və ya bədxassəli (xərçəng) olubolmaması yalnız mikroskop altında patohistoloji müayinə zamanı müəyyən edilə bilər. Bu müayinənin aparılmasına və aparılmasının təşkilinə cavabdeh həkim-cərrahın özüdür. Zərərçəkmiş şəxs üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra tromboemboliyanın profilaktikası məqsədi ilə qeyri-medikamentoz profilaktika tədbirləri və antikoaqulyantlarla müalicə aparılmalı, riskin artması zamanı isə medikamentoz müalicə gücləndirilməli idi. Cərrahiyə əməliyyatından öncə və sonra xəstəyə aşağı molekulyar çəkili heparin (LMWH), aşağı dozada fraksiyalaşdırılmamış heparin, fundaparinoks inyeksiya edilməli idi. Lakin xəstəyə yalnız cərrahiyə əməliyyatından sonra tromboemboliya əleyhinə “Fraksiparin (aşağı dozada fraksiyalaşdırılmamış heparin)” dərman preparatı təyin edilmişdir. Qeyd edilən dərman preparatı cərrahiyyə əməliyyatından sonra ilk 24 saat ərzində xəstəyə təyin edilə bilərdi. Zərərçəkmiş şəxs “Uşaqlığın fibroması” diaqnozu tibbi sənədlərdə əks olunmamışdır. Cərrahiyyə əməliyyatından sonra xəstənin hemodinamik göstəriciləri sabit olduqdan sonra cərrahiyyə şöbəsinə yerləşdirilə bilərdi. Xəstə cərrahiyyə əməliyyatından sonra ümumi cərrahiyyə şöbəsində müalicə aldığı zaman reanimatoloqun nəzarətində saxlanılmalı idi. Cinayət işinin 92-113-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ- 134 saylı rəyindən görünür ki; tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən Zərərçəkmiş şəxs xx.xx.2023- cü il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə daxil olduqdan sonra ona “Uşaqlıq qanaxması ilə fəsadlaşmış fibromioma” diaqnozu təyin edilmişdir. Anamnestik və obyektiv müayinədə uşaqlıq yolundan cüzi qanaxmanın olduğu qeyd edilmiş, qanın ümumi analizinə əsasən hemoqlobin göstəricisinin norma daxilində və meyitin müayinəsi zamanı daxili orqanların dolu qanlı olması xəstənin çox qan itirmədiyinin göstəricisidir. Hər bir cərrahiyyə əməliyyatları zamanı tromboemboliya kimi ağırlaşmanın baş verməsi mümkündür. Tromboemboliyanın risk faktorları müxtəlif patologiyalar (varikoz genişlənmələr, venoz çatmamazlıqlar, qanın durğunluğu və s.) və ya simptomsuz, yəni orqanizmdə hər hansı bir pozuntular nəticəsində baş verə bilər. “Tromboemboliya” ağır kliniki gedişə malik olur və cərrahi müdaxilələrdə profilaktik məqsədlə lazımi tədbirlərin görülməsi zəruridir. Xəstənin yaşı, çəkisi, əsas xəstəliyi, keçirdiyi əməliyyatın həcmi və xarakteri əməliyyatdan sonra baş verə biləcək venoz tromboemboliya üçün yüksək risk faktorları sayılır. Qeyd olunanları nəzərə alaraq, cərrahiyyə əməliyyatından öncə və sonra xəstədə tromboembaliya riski, qanaxma riskindən çox olmuş, yüksək qanaxma riski olmamışdır. Bundan əlavə xəstədə laxtalanma sistemi (koaquloqramma) və ürək-damar sisteminin vəziyyəti (ExoKQ) haqqında ətraflı məlumat olsa idi, qanaxma və tromboemboliya risklərini qiymətləndirmək daha rahat olardı. Zərərçəkmiş şəxs qeyd edilən qanaxma riski anamnestik və obyektiv müayinələr əsasında qeyd edilmişdir. Lakin ölçü vahidi, yəni itirilmiş qanın miqdarı göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, cərrahiyyə əməliyyatından öncə və sonra xəstəyə aşağı molekulyar çəkili heparin (LMWH), aşağı dozada fraksiyalaşdırılmamış heparin, fundaparinoks inyeksiya edilməli idi. Lakin xəstəyə yalnız cərrahiyyə əməliyyatından sonra tromboemboliya əleyhinə “Fraksiparin (aşağı dozada fraksiyalaşdırılmamış heparin) dərman preparatı təyin edilmişdir. Xəstəyə əməliyyatdan öncə yüksək qanaxma risklərinə görə antikoaqulyant vurulmasa da, əməliyyatdan sonra ilk 12-24 saat ərzində vurulmalı idi. Antikoaqulyantdan qanama riski, tromboemboliya riskindən aşağı olduğu üçün istənilən halda əməliyyatdan sonra antikoaqulyant tətbiq olunması tövsiyyə olunur. Cərrahi əməliyyat zamanı qanayan orqan - uşaqlıq xaric edildiyindən, əməliyyat sonrası qanama riski, əməliyyatdan öncəki riskdən daha aşağı qiymətləndirilir. Tromboemboliyanın profilaktikası aparılmış olsa idi, yaranmış ağırlaşmanın və arzuolunmaz letal sonluğun qarşısı alına bilərdi. Xəstə cərrahiyyə əməliyyatından sonra ümumi cərrahiyyə şöbəsində müalicə həkimi və həkimreanimotoloqun nəzarətində saxlanılmalıdır. Xəstənin vəziyyətinin ağırlaşması ilə əlaqədar növbədə olmuş reanimotoloq və ya reanimotoloji briqada ixtisaslı tibbi yardım göstərilməsi üçün cəlb oluna bilər. xx.xx.2023-cü il tarixdə xəstə üzərində cərrahiyyə əməliyatının aparılmasına baxmayaraq, reanimotoloqun qeydi yalnız xəstənin vəziyyətinin ağırlaşdıqdan sonra çağırış əsasında təmin edilmişdir. Qeyd olunan hal onu göstərir ki, əməliyyatdan sonra xəstəyə cavabdeh olan həkim-reanimatoloqun ümumiyyətlə baxışı keçirilməmişdir. Xəstə ekstubasiya olunduqdan və cərrahi şöbəyə köçürüldükdən sonra həkim-reanimatoloqun baxışı təmin edilməli idi. Əməliyyatdan sonra xəstənin hansı şöbəyə köçürülməsindən asılı olaraq onun müalicəsinə həmin şöbənin məsul həkimi cavabdehdir. Bu halda xəstə əməliyyatdan sonra cərrahiyyə şöbəsinə köçürüldükdə onun həyati vacib orqanlarının fəaliyyətinə növbətçi reanimotoloq nəzarət etməmişdir və müvafiq olaraq da ölümündə məsuliyyət daşımır.Zərərçəkmiş şəxs əməliyyatdan sonra onun ümumi vəziyyətinə, hemodinamik göstəricilərinə laborator analizlər aparılmaqla, qanda koaqulyasiya sisteminə nəzarət müalicə həkimi həkim-cərrah və həkimreanimatoloqla birgə aparılmalı idi. Qanın laxtalanma sistemi əməliyyat edən cərrah və anesteziyanı tətbiq edən anestezioloq- reanimotoloq tərəfindən qiymətləndirilməli, nəzarətdə saxlanılmalı, lazım olduğu halda farmakoloji və qeyri-medikamentoz antikoaqulyasiya tədbirləri görməli idi. Zərərçəkmiş şəxs üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə ona trobmoemboliya əleyhinə aşağı molekulyar çəkili heparin (LMWH), aşağı dozada fraksiyalaşdırılmamış heparin, fundaparinoks inyeksiya edilə bilərdi. Bu hal planlı əməliyyatlarda nəzərdə tutulur. Təcili əməliyyatlarda tromboemboliyanın aparılması mütləq göstəriş olmasa da, əməliyyatdan sonra 12-24 saat (ÜST-nın tövsiyyələrinə əsasən) ərzində icra edilməli idi. Əməliyyatdan öncə xəstəyə antikoaqulyantların vurulması qərarı qanaxmanın intensivliyi və koaqulyasiya sisteminin vəziyyətinə əsasən verilir. Buna məsul şəxs müalicə həkimi və həkim-reanimatoloqdur. Qeyri-medikamentoz profilaktika tədbirlərinin aparılması dedikdə əməliyyat zamanı kompression trikotaj (corab, elastik bint) və pnevmekompressiyalı manjetlə sarınması nəzərdə tutulur. Bu tədbirlər cərrah və anestezioloq-reanimatoloq tərəfindən birgə qərar verilir, bu da xəstənin əməliyyata hazırlayan personal tərəfindən həyata keçirilir. Zərərçəkmiş şəxs keçirdiyi cərrahiyyə əməliyyatından sonra xx.xx.2023-cü il tarixdə, saat 12.55-də vəziyyətinin ağırlaşması ilə əlaqədar cərrahiyyə şöbəsində həkimreanimatoloqun baxışı aparılmış, müayinə zamanı xəstədə hemodinamik göstəricilərinin pozulması qeyd edilmişdir. Xəstənin hansı müddətdə reanimasiya şöbəsində olması və hansı tarixdə cərrahiyyə şöbəsinə köçürülməsi haqqında xəstəlik tarixində qeydiyyat aparılmamışdır. “Cərrahi əməliyyatdan sonrakı dərin venaların trombozu və ağciyər arteriyası tromboemboliyasının profilaktikası üzrə Klinik Protokol”-un həkim cərrah və cərrahiyyə əməliyyatından sonrakı dövrdə reanimotoloq tərəfindən pozulmuşdur. Yəni həmin protokolun risk dərəcəsinin qiymətləndirilməsi və profilaktikanın təşkili prinsiplərinə əməl edilməmişdir. Klinik protokola əsasən, farmakoloji profilaktika tədbirləri bütün risk qruplarında olan xəstələr üçün təcili əməliyyatdan 1-3 saat əvvəl və yataq rejiminin sonuna qədər gündə 1 dəfə tətbiq edilir. Xəstə cərrahiyyə şöbəsində saxlanılan zaman reanimotoloqun nəzarətində olmadığı üçün o, ancaq ehtiyac olduğu (çağırıldığı zaman) hər hansı tədbir görə bilərdi. Zərərçəkmiş şəxs cərrahi əməliyyatın kiçik çanaq orqanları üzərində aparıldığını, əməliyyatın travmatik xarakterli (böyümüş orqanın xaric edilməsi) olduğunu nəzərə alaraq, əməliyyatdan sonra və əməliyyatdan əvvəl tromboemboliyanın profilaktikasının apanlmaması tromboemboliyanın yaranmasına, bu da xəstənin ölməsinə səbəb olmuşdur. Göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 24.1 (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) bəndinin mövcud təlimat qaydalarının tələblərinə uyğun olmamışdır. Buna məsul şəxslər müalicə həkimi - həkim-cərrah və həkim reanimatoloqdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Cərrahi əməliyyatdan sonrakı dərin venaların trombozu və ağciyər arteriyası trombombeliyasının profilaktikası üzrə Klinik Protokol”un tələbləri pozulmuş, xəstədə koaqulyasiya sisteminin vəziyyəti nəzarətdə saxlanılmamış və zəruri profilaktik tədbirlər görülməmiş, nəticədə əməliyyat sahəsində kiçik çanaq venalarında tromblar əmələ gəlmiş və qoparaq böyük qan dövranı ilə gələrək ağciyər arteriyasının trombombeliyasını törətmişdir. Bu pozuntuya cavabdeh cərrahiyyə əməliyyatını həyata keçirmiş müalicə həkimi - həkim cərrah və cərrahiyyə əməliyyatından sonrakı növbətçi reanimotoloqdur. Həkim anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs2 tərəfindən əməliyyatdan öncə xəstə ətraflı laborator və instrumental müayinələrdən keçirməli idi və buna az da olsa vaxtı var idi. Əməliyyat təcili olsa da, təxirəsalınmaz deyildir. Həmçinin erkən əməliyyatdan sonrakı dövrdə xəstənin müalicəsində aktiv iştirak etməli, gərəkli təyinatı verməli və onun icrasına nəzarəti həyata keçirməli idi. Həkim reanimotoloq Şahid1 tərəfindən xəstənin vəziyyəti pisləşdikdən sonra baxış keçirilmişdir. Reanimatoloqun ürək-ağciyər reanimasiya tədbirlərini aparmasına baxmayaraq xəstədə bioloji ölüm faktı qeydə alınmışdır. Bununla da baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə daxil olduqdan sonra uşaqlıq qanaxması səbəbi ilə təcili cərrahiyyə əməliyyatının aparılması tibbi göstəriş hesab edilmiş və əməliyyat təcili qaydada icra edilmişdir. Təcili əməliyyat aparılsa da, xəstəyə əməliyyatdan sonrakı nəzarət lazımi səviyyədə təmin edilməmiş və tromboemboliyanın profilaktikası aparılmamışdır. Təcili cərrahiyyə əməliyyatından öncə daha geniş müayinələrin (EKQ ExoKQ, rentgenoloji, USM) aparılması mümkün olmasa da, həmin müayinələr əməliyyatdan sonrakı müddətdə də təmin edilməmişdir. Qeyd olunan çatışmazlıqlar Zərərçəkmiş şəxs müalicəsi zamanı buraxılmış nöqsanlardır və buna məsul şəxslər həkim-cərrah və həkim anestezioloqreanimatoloqdur. Cinayət işinin 53-59-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04 mart 2024-cü il tarixli 3- 28/2-1775/2024 saylı məktubundan və ona əlavə edilmiş mütəxəssis rəyindən görünür ki; Zərərçəkmiş şəxs adına tərtib edilmiş ******* saylı xəstəlik tarixinə əsasən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə (bazar günü) xəstəxanaya qəbul olmuş və təxirə salınmaz cərrahı’ əməliyyat keçirmişdir. Səbəb kimi “uşaqlıq qanaxması ilə fəsədlaşmış fibromioma” qeyd olunmuşdur. Taktika düzgün deyil. Əldə olunan çox səthi doldurulan xəstəlik tarixində qeyd olunub ki, qadın 61 yaşındadır, təzyiqi 180/100 və çəkisi 105 kq-dır. Səhər saatlarında müraciət edib və qandan analizlər götürülüb, lakin nə ultrasəs müayinəsi, nə ginekoloqun baxışı, nə də ki, diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir diaqnostikmüalicəvi tədbirlər aparılmır (küretaj, biopsiya və s). Qan analizləri səhər saatlarında xx.xx.2023-cü il tarixdə saat 09.08-də götürülür və sonra heç bir təyinat barəsində məlumat yoxdur. Sadəcə xəstə saat 11.20-də şöbəyə qəbul olunur, ümumi cərrah (ginekoloq yox!) ona baxış edir və stasionarda da ona yalnız A/T yüksək olmasına görə ona yalnız dərman istifadə edilir (180/100 - 140/90 salınır). Qadın 14.20-də təxirəsalınmaz əməliyyata götürülür (halbuki huşu aydın, A/T təkrar 155/85 qalxır və qanda hemoqlobin 124 q/l, yəni - normaldır!). Anesteziya və cərrahi risk xəstəlik tarixində heç yazılmayıb, qanitirmə miqdarı da yoxdur. Diaqnozlarda yalnız “dəqiqləşdirilməmiş uşaqlıq qanaxması” qeyd olunur. Uşaqlıq qanaxması ilə fəsədlaşmış fibromioma, “Uşaqlığın intramural kistası” (belə anlayış mama- ginekologiyada heç yoxdur). Cərrahi əməliyyata göstəriş - davam edən uşaqlıq qanaxması olub, halbuki bu yaşda (yəni, menapauza dövründə) onkoloji xəstəliklərlə daha çox əlaqələdir, moma ilə yox. Təxirəsalınmaz əməliyyat yalnız həyati göstərişdə olunmalı idi, diaqnozu dəqiq olmadığı halda, yəni qadında hemorragin sok hemoqlobinin enməsi, təqyiqin düşməsi və ürək döyünməsinin artması olmalı idi. (Əksinə bütün göstəricilər normal kimi göstərilir, hətta A/T yüksəkdir). Xəstənin müayinəsi Səhiyyə Nazirliyinin ümumi qaydalarına uyğun deyil, belə ki, xəstəlik tarixinin yazılışı, müayinələr (ginekoloji baxış yoxdur, biopsiya yoxdur, ambulator müalicə tədbirləri yoxdur, vaxtında müdaxilə və qanaxmasının nə səbəbdən olması, dəqiq diaqnoz, tibbi konsilium, dinamikada qan analizləri, Rentgen müayinə, USM-si, EKQ kimi sənədlər X/T yoxdur). 105 kilo olan qadına “metobalik sindrom və ya piylənmə” diaqnozu da əlavə olunmalı idi və o, ağciyərin trombemboliyasına görə risk qrupuna aid idi (arterial təzyiqin yüksək olmasından əlavə). Cərrahi əməliyyatın tam həcmi bəlli deyil (bəzi protokolda - amputasiya, digərində ekstirpasiya qeyd olunur). Əməliyyat təxminən 2 saat gedir və total-abdominal histerektomiya və iki tərəfli tuboovariektnoiya aparılır, lakin sonradan qanaxmanın mənbəyi qeyd olunmur (boyundan, cismindən). Bu cür əməliyyatlar mütləq mama ginekoloq tərəfindən (və ya heç olmasa onun iştirakı ilə) aparılmalıdır və çıxarılan preparat (uşaqlıq və artımları dəqiq baxılmalı, hətta əməliyyatdan sonra təkrar vaginal baxış olunmalıdır - dəqiqləşdirilməmiş qanaxma diaqnozunun inkar və ya təsdiq etmək üçün, çünki bu cür qanaxmalar aterial təzyiqin yüksək olması halında vaginal (uşaqlıq yolu) varikoz genişlənmiş damarlardan da ola bilər. Reanimotoloq, həmçinin, anesteziya riski, ağ ciyərin R-skopiyasının olmaması, qadının A/T yüksək olduğu halda və EKQ olmadığı halda ən yüksək risk qeyd etməli idi. Məlum deyil ki, qadın saat 17.00-a qədər əməliyyatda olub, sonradan reanimasiya şöbəsində qaldığı halda dəqiq nə təyin olunub (təyinat vərəqi heç oxunulmur və dərmanların adları belə görünmür). Səhər saatlarında o, cərrahiyyə şöbəsinə köçürülür (köçürülmə epiqrizi yoxdur), yəni vəziyyəti barəsində heç bir sənədləşmə tərtib edilməyib (xəstə aktivləşib, yoxsa xərəkdə köçürülüb, planda hansı müayinə və müalicə tədbirləri var və s.). Təyinat vərəqəsində isə oxunulmayan dərmanlar xx.xx.2023-cü il tarix günorta saatlarınadək “y/y” (yerinə yetirilib?) kimi qeyd olunur, halbuki xəstə artıq cərrahi şöbədə 12.50-də köçürülüb (??). Belə uyğunsuzluqlar xəstəlik tarixində çoxdur. Cərrahi əməliyyatdan sonra “Ümumi cərrahiyyə” şöbəsində xəstələr öz həkimi (palata həkimi) və tibb bacılarının nəzarətində olur. Növbətçi reanimotoloq yalnız ağırlaşma halları olanda öz şöbəsindən digərlərinə çağırılır. Qadında heç qanaxma riski dərəcəsi yox, anestezioloji və cərrahi risk dərəcələri də qeyd olunmamışdır. Bu xəstənin əməliyyatından sonra da qanaxmanın mənbəyi haradan olduğu bildirilməyib. Vaginal qanaxmanın kəsilib-kəsilməməsi aydın deyil, təkrar qan analizi və koaquloqramma mütləq şəkildə əməliyyatdan sonra götürülməli idi. Qeyd olunmuşdur ki, xəstə tam müayinə olummadan cərrah tərəfindən “təxirəsalınmaz” əməliyyata götürülmüşdür. Reanimatoloqun kartında hemodinamikası stabil kimi qeyd olunur, lakin təkrar qeyd edirik ki, bu cür xəstələrə ağ ciyərin rentgeni və EKQ (elektrokardioqramma) gecikdirilmiş də olsa aparılmalı idi. Əməliyyatda və sonrakı təyinatlarda mütləq ginekoloq da iştirak etməli idi. Cərrah əməliyyatını yerinə yetirib, lakin diaqnozu dəqiq qoyulmadığından və histoloji əkilmənin xəstəlik tarixində olmamasından dəqiq qeyd etmək mümkün deyil. Əgər qadında uşaqlıq boyunun parçalanma studiyasında olan xərçəngdirsə, bu əməliyyat heç aparılmamalı idi. Xəstə təcili onkologiyaya çatmalı idi. Cərrahi əməliyyat zamanı qanaxmanın davam etməsi barədə heç bir qeyd yoxdur və cərrah tərəfindən əlavə müayinələr, təəssüf ki, yazılmayıb. Bundan yuxarıda qeyd etmişdik ki, anestezioloqreanimotoloqun “risk” dərəcəsi qeyd olunmur, anestezioloji kartda əməliyyat zamanı heç bir fəsad olunmayıb (qanaxma, təzyiqin və saturasiyanın düşməsi) və sonradan da reanimotoloqun heç bir qeydiyyatı yoxdur, yəni ağırlaşmalar olubsa da, sənədləşmə yoxdur (növbətçi Təqsirləndirilən şəxs2). Reanimatoloq-anestezioloq Şahid1 hərəkətini (hərəkətsizliyi) təyin etmək üçün bu klinikanın iş qrafiki lazım ola bilər. Yəni, növbə saat neçədə başlayır, xəstə kim tərəfindən dəyərləndirilir və hansı həkim ona “köçürmə epikrizi” yazır. X/T-nə əsasən, bu həkim yalnız ümumi cərrahiyyə şöbəsinə artıq xəstə klinik ölümdə olanda çağırılır və 5 dəqiqə sonra xəstə ölür.Zərərçəkmiş şəxs qeyd olunan kimi ginekoloji xəstəliyi var idi və burada bütün izardları sadalayacağıq:-Ginekoloji baxış olmadan təxirəsalınmaz əməliyyata göstərişlər uyğun gəlmir və diaqnozlar çox qarışıqdır, “dəqiqləşdirilməmiş” anlayışı bu cür şəraitdə olunmamalıdır (USM-si və digər müayinələr olduğu halda).Bu cür xəstələrdə mütləq öncədən biopsiya (uşaqlıq boyunundan və ya uşaqlıq boşluğundan) mütləq ginekoloq tərəfindən götürülməlidir və “önü diaqnoz” təyin olumalıdır.Xəstənin qan analizləri, klini gedişat və vəziyyətinin ağır olmadığı halda tam müayinə olunması üçün kifayət qədər zamanı və şəraiti var idi (MRX olduğu üçün) Qadın (anestezioloqun qeydiyyatına görə) səhər saatlarında yemək yeyib (öncədən qan analizi verib, aydın olmayır ki, nə zaman şəkər testi verib və nə zaman yemək yeyib (?). Çünki şöbədə 11.20-də olur və artıq saat 14.20-də əməliyyata götürülür. Hər hansı bir halda artıq çəkisi olan qadın, ağır qanaxma (?) olduğu halda və ağ ciyərinin R-skopiyası aparılmadan, ümumi anesteziyanın icra etməsi çox risklidir. Əməliyyatdan sonra da ağ ciyər trombombeliyasının profilaktikası barəsində bir qeydiyyat yoxdur (yalnız elastiki bintlərlə əməliyyatdan öncə ayaqlarının sarılması təyinatda var). Bu cür “ağır qanaxma” olan və kifayət qədər problemləri olan xəstə (arterial təzyiq, piylənmə, naməlum etiologiyalı qanaxma, natamam müayinələr - USM-siz, EKQ- siz, R-siz) təxirəsalınmaz qaydada yox, planlı qaydada və tam həcmdə bütün mütəxəssislərin baxışından sonra aparılmalı idi. Məsuliyyətə gəldikdə onu qeyd edirik ki, ən böyük məsuliyyət icra edən həkimlərdə olur, lakin növbə zamanı da xəstələrin baxımsız qalması da şöbədə olan növbətçi həkimlərin və personalın üzərinə düşür. Müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, KEŞ-1056 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs müalicəsi zamanı buraxılmış nöqsanlara məsul şxəslər həkim – cərrah və həkim anestezioloq-reanimatoloqdur. Vikasol dərmanının inyeksiyasının edilməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Cinayət işinin İİ cildinin 12-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X53 Tibbi xidmətlərin təşkili departamentinin 15 fevral 2024-cü il tarixli 18-1/2-1233/2024 saylı mütəxəssis rəyindən görünür ki, Cərrahiyyə əməliyyatından sonra xəstə Ümumi cərrahiyyə şöbəsinə yerləşdirildikdə həkim-reanimatoloqun deyil, şöbənin həkim-cərrahının nəzarətində olmalıdır. Ümumi cərrahiyyə şöbəsində, o cümlədən xəstəxananın digər şöbələrində reanimotoloq xəstəyə təcili və təxirəsalınmaz hallarda müdaxilə, həmçinin başqa bölmələrin həkimləri ixtisas üzrə yardım istədikdə konsultasiya etməlidir. Yuxarıda qeyd edilən hallar Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatr’na əsasən tənzimlənir. Cinayət işinin İ cildinin 3-6-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hadisə yerinə baxış keçirilməsi haqqında 28 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Lənkəran Rayon X23 Hüquqi Şəxsinin inzibati binasında “Ümumi Cərrahiyyə” şöbəsində 216 saylı otaqdır. Cinayət işinin İ cildinin 7-14-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Meyitə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirdi ki, Zərərçəkmiş şəxs dünən, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran RMX PHŞ-nin Cərrahiyyə şöbəsinə “Uşaqlıq qanaxması” diaqnozu ilə daxil olmuşdur. Xəstə qəbul şöbəsində müayinə olunarkən müəyyən olundu ki, uşaqlıq yolundan külli miqdarda qanaxma baş vermişdir və aparılan konservativ müalicə tədbirlərinə baxmayaraq xəstənin uşaqlıq yolundan qanaxma dayanmadığına görə xəstə və yaxınlarının öz razılığı ilə xəstənin üzərində cərrahiyyə əməliyyat aparılmağa qərar verildi və xəstə əməliyyata hazırlandırıldı. Əməliyyat prosesi çətin keçmədi, uşaqlıq artımları ilə bərabər xaric olundu, Daha sonra əməliyyat bitmiş, əməliyyatdan sonra reanimotoloqun baxışından sonra xəstə “Ümumi Cərrahiyyə” şöbəsinə yerləşdirildi və müalicəsi davam etdirildi. Həmin gün gecə o, növbədə olmuş, növbədə olduğu müddətdə xəstənin ağrıları olmuş, ağrılarını kəsmək üçün müvafiq dərmanları xəstəyə vermişdir. Səhər bir neçə dəfə xəstəyə baş çəkmişdir, sonuncu dəfə xəstəyə səhər, yəni xx.xx.2023-cü il tarixdə saat 11.30 radələrində baş çəkmişdir, bu zaman xəstənin oğlu da yanında olmuşdur. Onun göstərişi ilə tibb bacısı xəstənin təzyiqini ölçmüş və xəstənin təzyiqinin 160/90 olması müəyyən edilmişdi. Təzyiqi yüksək olduğu üçün xəstəyə təzyiq aşağı salmaq üçün bir ədəd dərman vermiş və venadaxili infuziya davam etməyə başlamışdı. Ağrıkəsicilər də vaxtlı-vaxtında vurulurdu. Növbədən sonra yorğun olduğuna görə evə - istirahət etməyə getmişdir. Evdə olarkən iş yoldaşı ona zəng edərək Zərərçəkmiş şəxs qəflətən keçindiyini bildirmişdir. Bundan sonra işə gəlmiş və Elladanın vəfat etməsini görmüşdür. Hesab edir ki, xəstə tromboemboliyadan vəfat etmişdir. Hansıki belə xəstələrdə daha tez-tez rast gəlinir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, xəstənin ayaqları tromboemboliyanın profilaktikası məqsədi ilə əməliyyatdan qabaq elastik bintlərlə bağlanmışdır. Meyiti meyitxanaya gətirməzdən əvvəl onu söküblər. Bintin izləri də xəstənin ayaqlarında vardır. Əvvəlcə meyit xarici müayinə olundu. Meyit təşrih masasının üzərinə arxası üstə uzadılmışdır. Əynində ağ bənövşəyi rəngli cərrahi köynək vadir. Qasıq nahiyəsi ağ rəngli bezlə ötülüdür. Meyit qadın cinslidir. Boyu 164 sm, düzgün bədən quruluşlu, yaxşı köklükdədir. Meyit soyuması bədənin bütün nahiyələrində eynidir. Meyit ləkəsi bədənin arxa səthində olub, bozumtul bənövşəyi rəngdədir. Barmaqla təzyiq etdikdə avazıyır və 15- 20 saniyədən sonra öz əvvəlki rəngini alır. Başında tükləri ağ sarı rəngdədir. Başın tüklü hissəsi xəsarətsizdir. Göz qapaqları örtülü olub, bəbəkləri dairəvi formada olub eyni bərabərlikdə genişlənmişdir. Qansızmalar yoxdur. Burun sümükləri və qığırdaqları tamdırlar. Ağızı qapalı olub, görünən dişləri özününkülərdir. Dili xüsusi ağız boşluğunda yerləşir. Boyunu bədəninə müvafiq olub, boynunda patoloji hərəkətlilik müşahidə olunmur. Döş qəfəsi formaca silindrik olub, quruluşca simmetrikdir, əllədikdə qabırğaları tamdırlar. Döş vəziləri yastılaşmış formadadır. Döş gilələrinin piqment sahələri qəhvəyimtil rəngdədir. Qarın divarı hamar olub, qabırğa qövsləri səviyyəsindən bir qədər hündürdə yerləşir. Ağ xətt, qasıq və göbək nahiyələrində yırtıqlar yoxdur. Xarici cinsiyyət üzvləri qadın cinsinə məxsus olub, düzgün formada inkişaf etmiş, xəsarətsizdirlər. Aralıq, sağrı və düz bağırsağın arxa keçəcəyi ətrafında hər hansı bir xəsarət müşahidə edilmir. Yuxarı və aşağı ətrafların sümük-oynaq sistemləri tamdırlar. Meyitin xarici müayinəsində qarının aşağı 1/3- nin ön səthində boylama istiqamətli 17 sm ölçüdə cərrahi tikişlər olan kəsik yarasından başqa digər xəsarət aşkar edilmədi. Bundan sonra Zərərçəkmiş şəxs meyiti daxili müayinə edildi. Başın yumşaq toxumalarının iç səthi açıq qırmızımtıl rəngdədir, qansızmasızdırlar. Gicgah əzələləri tamdır, qansızmasızdırlar. Kəllə tağı sümükləri tamdırlar. Alın sümüyünün qalınlığı 0,4 sm, ənsə sümüyünün qalınlığı isə 0,7 sm-dir. Sərt beyin qişası tamdır, gərginləşmişdir, qansızmasızdır. Yumşaq beyin qişaları solğun-çəhrayımtıl rəngdədir, ödemlidir, damarları kəskin doluqanlıdır, qişaları altına qansızma yoxdur. Beyinin qırış və şırımları yaxşı ifadə olunmuşdur, kəsdikdə beyinin ağ və boz maddəsinin sərhəddi aydın seçilir, toxuması ödemlidir, damarlarının divarları qalınlaşmışdır, az elastikdir, mənfəzləri doluqanlıdır. Yan mədəciklərdə 15-20 ml şəffaf, rəngsiz beyin mayesi vardır. Hipofiz böyüməmişdir. Beyinciyin toxuması kəsikdə qansızmasızdır, ağ və boz maddənin sərhəddi aydın seçilir. Kəllə əsası sümükləri tamdırlar. Boyunun, döş qəfəsinin və qarının əzələlərində kəsik xətti boyunca qansızmalar qeyd edilmir. Dərialtı piy qatının qalınlığı döşdə 2-2,5 sm və qarında 3,5-4 sm-dir. Döş sümüyünün orta 1/3-nin sınığı aşkar edildi. Periton və bağırsaqların seroz qişaları hamar və parlaqdır, bağırsaq ilgikləri köpməmişlər. Plevra boşluqlarında sərbəst maye yoxdur. Ağ ciyərlər plevra boşluqlarının az hissəsini tuturlar. Diafraqmanın sol gümbəzi orta qoltuqaltı xətt üzrə Vİİ qabırğaarası səviyyədə, sağ gümbəzi isə Vİ qabırğaarası səviyyədədir. Dilaltı sümük və qırtlaq qığırdaqları tamdırlar. Qida borusunun mənfəzi sərbəst keçiricidir, onun selikli qişası bozumtul-sianotikdir, büküşləri boylamadır. Traxeya və bronxların mənfəzləri sərbəst keçiricidir, selikli qişası solğun-çəhrayımtıl rəngdədir. Ağ ciyərlər bitişmələrdən azaddırlar. Ağ ciyərlərin aşağı paylarının kənarları büzüşmüş, kəsikdə seqmentar atelektazlar qeyd edilir, kiçik tikələri suda batır. Ağciyər toxuması tünd qırmızı rəngdədir, kəsik səthindən bozumtul rəngli ifrazat xaric olur, damarları doluqanlıdır, toxuması ödemlidir. Ağciyər arteriyasının mənfəzində ağciyər kökünə doğru gedən nisbətən ilişikli tromb kütləsi vardır, çətinliklə ayrılır və küt sürətdə xaric edilir. Ürək kisəsi tamdır, boşluğunda 10 ml sarımtıl rəngli şəffaf maye vardır. Ürək piy qatı ilə zəngindir. Ürəyin ölçüləri 16x12x7 sm-dir, epikard hamar və parlaqdır, qişası altına qansızmalar yoxdur. Ürək boşluqlarında 300 ml qırmızı rəngli xırda laxtaları olan duru qan vardır. Ürək əzələsi bərkvari konsistensiyalıdır. Sağ atreoventrikulyar dəlik bir barmağı, sol atreoven-trikulyar dəlik iki barmağı buraxır. Sol mədəciyin əzələ qatının qalınlığı 2,0-2,2 sm, sağ mədəciyin əzələ qatının qalınlığı isə 0,7-0,8 sm-dir. Tac damarların mənfəzlərində tək-tək lipoid çöküntüləri qeyd edilir. Aortanın intima qişası sarımtıl rəngdədir, skelerotik düyünlərlə örtülüdür, toxuması sərtləşmişdir. Diafraqma tamdır. Qara ciyərin ölçüləri 24x22x17x6 smdir, səthi hamardır, toxuması qəhvəyimtil rəngdədir, kəsikdə toxuma quruluşu aydın seçilir. Öd kisəsində 20 ml yaxın qatı qızılı rəngli öd vardır. Öd axacaqları sərbəstdir. Mədədə 500-700 ml həzmə getmiş horra vardır, mədənin selikli qişası bozumtul sianotikdir, büküşləri kobudlaşmışdır. Dalağın ölçüləri 7,5x3,5x1,5 sm-dir, kapsulası gərginləşmişdir, toxuması kəsikdə albalı rəngindədir, qaşıntı vermir. Mədəaltı vəzin ölçüləri 22x3,5x2,0 smdir, toxuması bərk konsistensiyalıdır, kəsikdə göyümtül-çəhrayı rəngdədir, qansızmasızdır. Nazik və yoğun bağırsaqların mənfəzlərində şöbələrə məxsus möhtəviyyat vardır, onların selikli qişaları solğun- çəhrayımtıl, bozumtul sianotikdir. Nazik bağırsağın bəzi nahiyələrində qansızmalar vardır. Böyrəküstü vəzlər yarpaq şəklindədir, kəsikdə beyin və qabıq maddəsinin sərhəddi aydın seçilir. Sağ böyrəyin ölçüləri 9,5x4,5x3,0 sm, sol böyrəyin ölçüləri 9,0x5,0x4,0 sm-dir, fibroz kapsulaları asanlıqla soyulur, səthləri hamardır, toxuması tünd qəhvəyi rəngdədir, damarları doluqanlıdır. Cərrahi müdaxilə ilə uşaqlıq tam xaric edilmişdir. Sidik kisəsi boşdur, çanaq və onurğa sütunu sümükləri tamdırlar. Məhkəmə histoloji müayinəyə baş beyin - 2, beyincik - 2, ürək - 2, ağ ciyər - 2, qara ciyər - 2, dalaq - 2, böyrək - 2, mədəaltı vəzi - 2, tromb kütləsi - 2 götürülərək qablaşdırıldı, müayinəyə göndərildi. Meyitin xarici və daxili müayinəsi bitdikdən sonra baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirdi ki, bir həkim cərrah kimi deyə bilər ki, əməliyyat düzgün aparılıb, qarın boşluğunda sərbəst qan tapılmadı, tikişlər yerindədir, xəstənin ölümünə səbəb tromboemboliya və onun da nəticəsində kəskin ağciyər-ürək çatışmazlığı xəstənin qəfləti ölümünə gətirib çıxarmışdır. Digər iştirakçılar tərəfindən əlavə və qeyd daxil edilmədi. Cinayət işinin İ cildinin 139-148-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon X23 Hüquqi Şəxsinin “Elektron qeydiyyat sistemi”-nə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08.27-də Zərərçəkmiş şəxs üçün Təcili və X19 Stansiyasına (Ambulans çağırış) çağırış olmuş və xəstəyə TTTYS-nin həkimi X16 tərəfindən “Uşaqlığın və uşaqlıq yolunun dəqiqləşdirilməmiş anomal qanaxması” diaqnozu qoyulmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 08.55-də Lənkəran RMX PHŞ-nın X51 daxil olmuş, bölmənin həkimi X12 tərəfindən ilkin müayinə olunaraq xəstəyə “uşaqlığın və uşaqlıq yolunun dəqiqləşdirilməmiş anomal qanaxması” diaqnozu qoyulmuşdur. Daha sonra xəstədən qanın ümumi analizi götürülmüş, göstəricilərin əksəriyyəti norma daxilində olmuş, bundan əlavə qanda HGB- Hemoqlobinin miqdarı normadan 0,1 vahid, MPV- Trombositlərin orta həcmi normadan 0,1 vahid və PDW-Trobmositlərin dağılım genişliyi normadan 2,72 vahid az olduğu müəyyən edildi. Protrombin zamanı 0,4 vahid az olmuşdur. Xəstəyə həkim Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10.49-da stasionarda 1 günlük yatış verilmiş, həmin tarixdə saat 12.17-də xəstənin üzərində həkim Təqsirləndirilən şəxs1 tərəfindən digər və dəqiqləşdirilməmiş total abdominal histerektomiya və bir əməliyyat zamanı hər iki yumurtalığın və boruların digər üsulla çıxarılması əməliyyatının icra olunmasına qərar verilmişdir. Cinayət işinin İ cildinin 149-153-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon X23 Hüquqi Şəxsinin balansında olan “Stasionara xəstə Qeydiyyat Kitabı”-na baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanında yaşamış 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “Uşaqlıq və uşaqlıq yolunda qanaxma” diaqnozu ilə (N93.9) həkim Təqsirləndirilən şəxs1 tərəfindən Lənkəran RMX PHŞ-də stasionara qəbul edilmiş, xəstə xx.xx.2024-cü il tarixdə xəstəxanada vəfat etmiş və həmin tarixdə xəstənin çıxışı həyata keçirilmişdir. Cinayət işinin İ cildinin 188-189-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon X23 Hüquqi Şəxsinin balansında olan “Cərrahiyyə şöbəsinin həkimlərin növbə cədvəli”-nə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə cərrah Təqsirləndirilən şəxs1 və asistent X24 RMX PHŞ-də növbədə olmuşlar. Cinayət işinin İ cildinin 194-195-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon X23 Hüquqi Şəxsinin balansında olan “Həkimlərin növbə cədvəli”-nə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09.00-dan saat 15.00-dək növbədə həkim anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs2, həmin gün saat 15.00-dan növbəti gün saat 09.00-dək növbədə İ.Cabbarov, xx.xx.2023-cü il tarixdə saat 09.00-dan saat 15.00- dək isə növbədə həkim anestezioloq-reanimatoloq Şahid1 olmuşlar. Cinayət işinin İ cildinin 222-223-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon X23 X25 şöbəsinin balansında olan "Daxili Tələbnamə”-yə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 28-xx.xx.2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs verilən dərmanlar siyahısında aşağı molekulyar çəkili heparin (LMWH), aşağı dozada fraksiyalaşdırılmamış heparin və fundaparinoks olmamışlar. Cinayət işinin İİ cildinin 64-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin Təcili və X19 şöbəsinin 01 aprel 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08.27-də ünvan 7 ünvanına Zərərçəkmiş şəxs adına çağırış daxil olmuşdur. Çağırışı TTTY şöbəsinin həkimi Esmira Həşimova yerinə yetirmiş və həmin xəstəyə “Uşaqlıq yolunun dəqiqləşdirilməmiş anomal qanaxması” XBT 10 üzrə kod N93.9 diaqnozu qoyaraq müvafiq ilkin tibbi yardım göstərmişdir. Cinayət işinin İİ cildinin 65-66-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin Təcili və X19 şöbəsində Zərərçəkmiş şəxs adına açılmış xx.xx.2023-cü il tarixli 8311 saylı “X36 Vərəqi”-dən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanına xx.xx.1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına çağırış olmuş, həkim Esmira Həşimova həmin çağırışa yollanmış, xəstə uşaqlıq yolunun qanaxmasından və təzyiqinin yüksək olmasından şikayət etmişdir. Xəstənin təzyiqi 180/100-dir. Tənəffüsü dəqiqədə 18 dəfə, temperaturu 36 dərəcə, saturasiyası (qanda oksigen) 98 olmuşdur. Xəstəyə “uşaqlıq yolunun dəqiqləşdirilməmiş anomal qanaxması” diaqnozu qoyulmuşdu. Eləcə də, xəstəyə “Vikasol” 2,0 ml, “Maqnezumsulfat” 5,0 ml, “Papaverin” 2,0 ml və “Dibazol” 2,0 ml dərman preparatları verilmişdir. Bundan sonra xəstənin təzyiqinin ölçüldüyü və aşağıya düşdüyü, yəni 150/90 olması müəyyən edildi. Nəbzi dəqiqədə 78 dəfə, temperaturu 36 dərəcə, tənəffüsü dəqiqədə 18 olmuşdur. Daha sonra xəstə Lənkəran RMX PHŞ-nin X61 şöbəsinə gətirilib təhvil verildi. Cinayət işinin İ cildinin 156-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin 19 yanvar 2024-cü il tarixli 18-1-58/2-69/2024 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 11.20-də Lənkəran RMX PHŞ-in cərrahiyyə şöbəsinə “Uşaqlığın və uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması” diaqnozu ilə daxil olmuş və şöbənin cərrahı Təqsirləndirilən şəxs1 tərəfindən təcili olaraq “Abdominal total histeroektomiya, ikitərəfli tubovarikoektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə əməliyyatdan sonra əməliyyat blokunun yaxınlığında yerləşən oksigen və süni tənəffüs aparatı ilə təchiz edilmiş ayıltma palatasına köçürülmüşdür. Burada reanimotoloqun və cərrahın göstərişləri əsasında tibb bacısı tərəfindən tibbi proseduralar icra edilmiş və xəstənin tibbi göstəriciləri stabilləşmişdir. Bir neçə saatdan sonra xəstədə narkozun təsirləri keçmiş, həkim reanimotoloqun və cərrahın xəstəyə birgə baxışı olmuşdur və o, ümumi palataya köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 13.00-da xəstənin halı qəflətən pisləşmiş və bütün reanimasion tədbirlərə baxmayaraq vəfat etmişdir. Reanimatoloqun rəyinə əsasən ölümün səbəbi ağciyər arteriyalarının tromboemboliyası, kəskin ağ ciyər-ürək çatışmazlığı olmuşdur. Lənkəran RMX PHŞ-də əməliyyat olunmuş bütün xəstələr tibbi göstəriciləri bərpa olunana və vəziyyətləri stabilləşdiyi halda ağırlıq dərəcəsindən asılı olaraq bir saatdan bir neçə saata kimi oksigen və süni tənəffüs aparatı ilə təchiz edilmiş ayıltma palatasında həyati vacib orqanlarının funksiyaları bərpa olunana qədər müalicə həkimlərinin (anestezioloq-reanimatoloq və cərrah) nəzarəti altında saxlanılır və sonra ümumi palataya köçürülür. Xəstənin ayıltma palatasında hansı müddətdə saxlanılması xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən asılıdır və bununla bağlı xüsusi bir normativ yoxdur. Cinayət işinin İ cildinin 158-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin 24 yanvar 2024-cü il tarixli 18-1-58/2-85/2024 saylı məktubundan görünür ki, Lənkəran RMX PHŞ-in laboratoriya şöbəsində patahistoloji müayinə aparılmadığına görə xəstələrdən götürülmüş orqan və toxuma hissəciyinin patahistoloji və biopsiya müayinəsindən keçirilməsi üçün müvafiq xidməti göstərə bilən laboratoriyalara göndərmək üçün xəstə yaxınlarına verilir. Cinayət işinin İ cildinin 12-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-58/2-4/2024 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə uşaqlıq yolunun qanaxması diaqnozu ilə cərrahiyyə şöbəsində əməliyyat olunmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs ölüm səbəbinin araşdırılması üçün meyit Lənkəran MTE və PA bölməsinə verilmişdir. Qurumdan xəstənin ölümü ilə bağlı rəy daxil olmadığına görə xəstəxanada araşdırma aparılmamışdır. Xəstəlik tarixində həkimin müalicə taktikasında yalnışlıq aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 159-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin 24 yanvar 2024-cü il tarixli 18-1-58/2-86/2024 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs əməliyyatda iştirak etmiş tibb işçiləri cərrah Təqsirləndirilən şəxs1, həkim-assistent Şahid2, həkim anestezioloq Təqsirləndirilən şəxs2, əməliyyat tibb bacıları X17 və X8, anestezioloji tibb bacısı X28 olmuşlar. Xəstəyə xx.xx.2023-cü il tarixdə qulluq etmiş növbətçi tibb işçiləri X4, X48, anestezioloq reanimotoloq Şahid1 olmuşlar. Cinayət işinin İİ cildinin 159-161-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin 14 iyun 2024-cü il tarixli 751 saylı məktubundan görünür ki, Lənkəran RMX PHŞ-in növbətçi cərrahı növbədə olduğu müddətdə növbə qrafikinə uyğun olaraq təyin edilmiş vaxtda növbəni qəbul etmək və təhvil vermək, növbəni qəbul edərkən xəstələrin sayını öyrənmək, boş çarpayılar haqqında məlumata sahib olmaq, müasir diaqnostika, müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, növbə müddətində stasionarda xəstələrə baxış keçirmək, xəstənin vəziyyətindən asılı olaraq müalicə taktikasında dəyişiklik etmək, əlavə müalicə metodlarının zəruriliyini müəyyən etmək, zərurət yarandığı halda təcili və təxirəsalınmaz cərrahlıq fəaliyyəti göstərmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə nəzarət etmək, növbədə olan tibb işçilərinin komplektləşdirilməsini təmin etmək, lazım olduqda xəstələrin hospitalizasiyasını, şöbədən evə yazılması, başqa şöbəyə köçürülməsi haqqında göstəriş vermək, konsultantların dəvət olunması, ixtisaslaşmış briqadanın yaradılmasnı təmin etmək və digər vəzifə öhdəliklərini daşıyır. Lənkəran RMX PHŞ-in növbətçi anestezioloqreanimatoloqu növbədə olduğu müddətdə növbə qrafikinə uyğun olaraq təyin edilmiş vaxtda növbəni qəbul etmək və təhvil vermək, növbəni qəbul edərkən xəstələrin sayını öyrənmək, boş çarpayılar haqqında məlumata sahib olmaq, müasir diaqnostika, müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, növbə müddətində stasionarda xəstələrə baxış keçirmək, reanimotoloji xidmət göstərmək, xəstənin vəziyyətindən asılı olaraq müalicə taktikasında dəyişiklik etmək, əlavə müalicə metodlarının zəruriliyini müəyyən etmək, zərurət yarandığı halda təcili və təxirəsalınmaz anestezioloji xidmət göstərmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə nəzarət etmək, növbədə olan tibb işçilərinin komplektləşdirilməsini təmin etmək, lazım olduqda xəstələrin hospitalizasiyasını, şöbədən evə yazılması, başqa şöbəyə köçürülməsi haqqında göstəriş vermək, konsultantların dəvət olunması, ixtisaslaşmış briqadanın yaradılmasnı təmin etmək və digər vəzifə öhdəliklərini daşıyır. Cinayət işinin İİ cildinin 135-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-dən rayon prokurorluğuna daxil olmuş 20 aprel 2024cü il tarixli 18-1-58/2-492/2024 saylı məktubdan və ona əlavə edilmiş Sertifikasiya Şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ümumi cərrahiyyə ixtisası üzrə, eləcə də, Təqsirləndirilən şəxs2 və Şahid1 Anesteziologiya-Reanimatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaları üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən icazə verilmişdir. Cinayət işinin İİ cildinin 130-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2003-cü il tarixli AB-İ seriyalı, 081041 saylı Diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2003-cü ildə Azərbaycan Tibb universitetinin hərbi-tibb fakültəsinin müalicə işi ixtisasını bitirmişdir. Dövlət imtahan komissiyasının 12 iyun 2003-cü il tarixli qərarı ilə ona hərbi-həkim ixtisası verilmişdir. Cinayət işinin İİ cildinin 131-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 30 iyun 2006-cı il tarixli 38 saylı vəsiqənin (sertifikatın) surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Müdafiə Nazirliyinin MHKH-də anesteziologiya və reanimotologiya ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçmişdir. Hərbi Tibb fakültəsinin buraxılış imtahan komissiyasının qərarına əsasən ona həkim anestezioloq-reanimatoloq ixtisası verilmişdir. Cinayət işinin İİ cildinin 78-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-dən rayon prokurorluğuna daxil olmuş 06 may 2024-cü il tarixli 18-1-58/2-560/2024 saylı məktubdan görünür ki, Lənkəran RMX PHŞ-in Cərahiyyə şöbəsində çalışan mama-ginekoloqların “Uşaqlığın ekstrpasiyası” əməliyyatı aparmaq üçün praktik vərdişləri yetərincə olmadığından bu əməliyyat daha peşəkar cərrahlar tərəfindən aparılır. “Uşaqlığın ekstrpasiyası” əməliyyatı zamanı qanaxma və digər fəsadların olması riski daha böyük olduğu üçün bu cür əməliyyatları peşəkar və təcrübəli həkim cərrahlar tərəfindən icra edilməsi məqsədəuyğun hesab edilir. Cinayət işinin İ cildinin 170-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin baş həkiminin 12 yanvar 2015-ci il tarixli 29 saylı Əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdən Lənkəran RMX PHŞ-nin Ümumi Cərahiyyə şöbəsinə 1,0 ştat vahidi ilə həkim-ümumi cərrah təyin edilmişdir. Cinayət işinin İ cildinin 169-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin direktorunun 21 iyun 2023-cü il tarixli PHŞ-6-58/3- 1-1386/2023-k saylı Əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz təşəbbüsü ilə) əsasən xitam verilməklə işdən azad edilmişdir. Cinayət işinin İ cildinin 164-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin direktorunun 05 sentyabr 2022-ci il tarixli 2751-k saylı Əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən Lənkəran RMX PHŞ-nin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə 1,0 ştat vahidi ilə həkim anestezioloq reanimotoloq təyin edilmişdir. Cinayət işinin İİ cildinin 83-86-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran RMX PHŞ-nin 21 may 2024-cü il tarixli 18-1-58/2- 644/2024 saylı məktubdan və ona əlavə edilmiş xidməti xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunurlar. Cinayət işinin İ cildinin 199-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 01 fevral 2024-cü il tarixli 2-2-438/2-006098/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 231-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 08 fevral 2024-cü il tarixli 2-2-438/2-008004/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 120-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 12-4/02 nömrəli arayışdan görünür ki, Qulamov X18 rayonu, Mamusta kəndi ünvanında arvadı X40 ilə birgə yaşayır. Cinayət işinin İ cildinin 121-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işinin İİ cildinin 133-134-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 397 və 398 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 Astara rayonu, Şiyəkəran kəndi ünvanında arvadı X9, övladları 2008-ci il təvəllüdlü X29, 2009-cu il təvəllüdlü X41 və 2014-cü il təvəllüdlü X30 ilə birgə yaşayır. Cinayət işinin İİ cildinin 135-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işinin İİ cildinin 61-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Lənkəran şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 12-16 nömrəli arayışdan görünür ki, Həşimova X20 şəhəri, Mirmustafaxan küçəsi, ev 74 ünvanında əri X10, övladları 1989-cu il təvəllüdlü X13 və 1990-cı il təvəllüdlü X14 ilə birgə yaşamışdır. Cinayət işinin İİ cildinin 62-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Lənkəran şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs şəhərdə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işinin İİİ cildinin 1-3 və 44-45-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİİ cildinin 46-48 və 86-87-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. CM-in 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmadır. CM-nin 314.2-ci maddəsinə əsasən isə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk öncə qeyd edir ki, bəhs olunan cinayətin obyektiv cəhəti aşağıdakı zəruri əlamətləri özündə əks etdirir: - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması; - ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə, vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə etinasız yanaşması və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmə üçün vəzifəli şəxsin üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrinin yerinə yetirikmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Qeyd edilən hal, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə araşdırılmış məhkəmə ekspertiza rəyləri, tibbi sənədlərlə tam sübuta yetirilmişdir. Eləcə də, təqsirləndirilən şəxslərin cinayət məsuliyyəti ibtidai istintaq zamanı keçirimiş məhkəmə ekspertizaları ilə yanaşı, məhkəmə istintaqqı zamanı keçirilmiş ekspertiza rəyi ilə tə tam təsdiq edilmişdir. Məhkəmə, təqsirləndirilən şxəslərin özlərini təqsirli bilməməsi, hər hansı səhlənkarlığa yol verməməsi ilə bağlı ifadələrini işin məhkəmədə müəyyən olunan halları ilə üst-üstə düşməyən ifadə kimi qiymətləndiriərək iş üzrə ittihamın həlli üçün əhəmiyyətli olan sübut kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, yaşayış və xidməti yeri üzrə müsbət xarakterizə olunmasını, uzun illər tibb sahəsində qüsursuz fəaliyyət göstərməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqların olması və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi M-nin 59.1.4cü və 59.1.12-ci maddələrinə əsasən, yaşayış və xidməti yeri üzrə müsbət xarakterizə olunmasını, uzun illər tibb sahəsində qüsursuz fəaliyyət göstərməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətin xarakteri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin azadlıqdan məhrum edilməsi və cəmiyyətdən müəyyən müddətə təcrid edilməsi ədalət prinsipinin pozulması ilə nəticələnə bilər. Buna görə də, məhkəmə təqsirləndirilən şəxslərə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, ədalətli və ağlabatan hesab edir. Məhkəmə bu qənaətə gələrkən iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, xüsusilə zərərçəkmiş şəxsin hüquqi varisinin mövqeyini diqqətə almışdır. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında » 25 iyun 2023-cü il tarixli Qərarının 26-cü bəndində göstərilmişdir ki, « Məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir.Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır.» Göstərilən normalara əsasən, məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxsə əlavə cəza qismində dövlət və özəl tibb müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq və tibb fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 27:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Astara rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onlar barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətə dövlət və özəl tibb müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq və tibb fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətə dövlət və özəl tibb müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq və tibb fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar