Məhkəmə qərarları › İş №1(049)-160/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-160/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-160/2023 05.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 05 may 2023-cü il tarix, saat 11:55-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, narkotik maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 25 noyabr 2022-ci il tarixdə, Lənkəran şəhəri 5 saylı tam orta məktəbin yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,251qram, 0,161qram və 0,139 qram, ümumi təmiz çəkisi-0,551qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 26 noyabr 2022-ci il tarixdə, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin günü, saat 12:35-də Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın arxa sağ cibindən qeyd olunan bükümlərdə və çəkidə narkotik vasitə heroin və gödəkcəsinin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Əvvələr 12 il yarım DTX-də baş şavuş vəzifəsində çalışmışdır. Fərdi olaraq elektrik avadanlıqlarını təmir ilə məşğuldur. Narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları onu saxlayaraq üzərində baxış keçirtmiş, üstündən narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Həmin gün saat 06:10-dan 11:00-dək Lənkəran ŞRPŞ-nin zirzəmisində saxlanılmış, daha sonra baş əməliyyatçı Faiq müəllim ona bildirmişdir ki, tərəzi ilə bükümləri etiraf etsə barəsində CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlayacaqlar. Daha sonra ondan xahiş etmişlər ki, o, özünü CM-nin 206-cı maddəsi ilə də, yəni qaçaqmalçılıqla da təqsirli bilsin. O, bu təkliflə razı olmadıqdan sonra, baş əməliyyatçı Səbri müəllim “2” rəqəmini deyərək barəsində CMnin 234.2-ci maddəsi ilə istintaq aparılmışdır. Əlavə olaraq əməliyyatçı Əlvan onun sifətini əli ilə vuraraq onu döymüşdür. Bunu o, hətta onunla Əlvanı istintaq zamanı üzləşdi zaman Əlvanın üzünə demişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Fərdi olaraq elektrik avadanlıqlarını təmir ilə məşğuldur. Əvvələr CM-nin 234.1-ci maddəsi ilə məhklum olunmuş, 2019-cu ildə azadlığa buraxılmış, azadlığa buraxıldıqdan sonra da təkrar olaraq heroindən yandırıb tüstüsünü çəkməklə istifadə edir. Narkotiok vasitələri Lənkəran şəhərində adlarını bilmədiyi narkoman tanışlarından alır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Lənkəran şəhəri 5 saylı məktəbin yaxınlığında, çörək zavodunun yanında olarkən orada Cəfər kimi bildiyi şəxsdən 3 bükümdə heroin almış, aldığı bükümləri üzərində olan tərəzi ilə çəkmişdir ki, onu aldatmasın. Cəfərə bunun müqabilində 15 manat pul vermişdir. Heroini alıb üzərində saxlamışdır ki, ağrıları olanda istifadə etsin. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçisinin iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın arxa cibində saxladığı 3 bükümdə heroini və gödəkcəsinin cibindən bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərin ona məxsus olduğunu, istifadəsi üçün üzərində saxladığını, bükümlərin heroin olduğunu, həmin bükümləri saxlanılan gündən bir gün qabaq 5 saylı məktəbin yaxınlığında Cəfər adlı şəxsə ümumilikdə 15 manat verməklə aldığını, elektron tərəzini isə narkotik vasitə alan zaman çəkidə onu aldatmamaları üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlələr iştirakı ilə elektron tərəzidə çəkilmiş və heroinlərin çəkisi 0,81qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonda götürülmüş bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Müdafiəçinin ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən zor, güc, təzyiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. O, narkotik vasitələri Lənkəran şəhərində üzdən tanıdığı narkomanlardan alır. Həmin şəxslərin adlarını bilmir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi Lənkəran ŞRPŞnin NMQ-nin əməliyyat müvəkkili Şahid1 raportu, təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması” barədə protokol, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd CD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutlarla, üzləşmə-dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri, əməliyyat tapşırıqlarına verilmiş cavab məktubları, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələrini əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılmasını məqsədilə əməliyyat qrupunun tərkibində, polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlayaraq Lənkəran ŞRPŞ-ə gətirmişlər. Orada videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bundan əvvəl isə o, əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini, şalvarının arxa sağ cibindən 3 ədəd büküm çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilmiş, kütlələr və elektron tərəzi götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələri saxlanılan gündən bir gün qabaq Lənkəran şəhəri 5 saylı orta məktəbinin ətrafında “Cəfər” adlı şəxsə 15 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamış, onun satışı ilə məşğul deyildir. Əlavə olaraq bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamışdır. Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satmış, lakin əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi və satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan xx.xx.2022-ci il tarixli “Tutulma protokolundan” görünür ki, təqsirləndirlən şəxs həmin gün, saat 12:35-də Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılmışdır. İşdə olan 26 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə təqsirləndirlən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd elektron tərəzi və şalvarının sağ arxa cibindən 3 ədəd bükümdə 0,81 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 03 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümləri saxlanılan gündən bir gün qabaq 5 saylı məktəbin yaxınlığında Cəfər adlı şəxsə ümumilikdə 15 manat verməklə aldığını, elektron tərəzini isə narkotik vasitə alan zaman çəkidə onu aldatmamaları üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizanın 27 noyabr 2022-ci il tarixli 19/1215 №-li rəyinə əsasən: Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,251 qr; -0,161 qr; -0,139 qram: ümumi təmiz çəkisi: -0,551 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər: 1ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqatatəqdim edilmiş heroinlərə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatından sonra qalıq şəkisi 0,401 qramdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 1236 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2018-ci ildən “Opium Narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirlərinin nəticəsi olaraq Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla, nisbətən ucuz qiymətə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək baha qiymətə narkoman tanışlarına satmaqla, narkotik vasitələrə olduğu maddi ehtiyacını ödəməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən narkotik vasitə heroini satış məqsədilə əldə edərək üzərində saxlamış, bir qismini istifadə etmiş, bir qismini xırda bükümlərə bölüb üzərində satış məqsədilə daşımış və 26 noyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni və satdığı şəxslərin dairəsini, həmçinin üzərindən aşkarlanmış narkotik vasitələri əldə etdiyi “Cəfər” adlı şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsi, hökmün və Salyan rayon Məhkəməsinin qərarının surətləri və Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2018-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 04 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamə və ailə tərkibi haqqında arayışdan görünür ki, təqsirləndirlən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamış və himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 adında bir azyaşlı uşağı vardır. İşdə olan xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,551qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qaytarılmış təmiz çəkisi 0,401qram heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD diskdə olan videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində psixi və fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasını xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi. Həmçinin, işdə olan Lənkəran rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti əsasında araşdırma aparılmış, qeyd olunan faktlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,251qram, 0,161qram və 0,139qram, ümumi təmiz çəkisi-0,551qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında verdiyi təsdiqedici ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar, xx.xx.2022-ci il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin və müdafiəçisinin çıxışlarının aşkar olunmuş narkotik vasitə heroinin, həmçinin elektron tərəzinin ona məxsus olmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və CD diskdə olan videogörüntülərlə təkzib olunur. Belə ki, təqsirləndirlən şəxs ibtidai istintaq zamanı müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə istər şəxsi axtarış zamanı verdiyi ifadəsində, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həmçinin cinayət işinin materialları ilə tanış olan zamanı protokola etdiyi qeydlərdə üzərindən aşkar edilmiş narkotik vasitənin, həmçinin elektron tərəzinin ona məxsus olduğunu, lakin özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, yəni satış məqsədinin olmadığını bildirmişdir. Buna görə də məhkəmə aşkar edilmiş, dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin, həmçinin elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olması hissəsində təqsirləndirilən şəxsin məhkəmə istintaqında deyil, ibtidai istintaq dövründə verdiyi ifadəsini inanadırıcı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Habelə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yənin əvvəllər CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji xəstəxanasında 2018-ci ildən “Opium Narkomanlığı” diaqnozu ilə qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,401 qram olan narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd CD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında 2018-ci ildən “Opium Narkomanlığı” diaqnozu ilə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,401 qram olan narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar