Məhkəmə qərarları › İş №1(049)-161/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-161/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-161/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev ofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vüəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 16:45 xx xxxxxx 1997-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-402/2022 saylı qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri" “ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, aralarında 10 yaş fərq olan xx xxxx 2007-ci il təvəllüdlü on altı yaşına çatmayan Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bildiyi halda, 2022-ci ilin sentyabr ayından etibarən aralarında sevgi münasibətləri yarandıqdan sonra 06 noyabr 2022-ci il tarixdə, saat 24 radələrində Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən evə gələrək, Zərərçəkmiş şəxs ilə yataq otağında sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. O, Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin sentyabr ayının ortalarında "İnstaqram" sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. O, 21 oktyabr 2022-ci il tarixədək Nişanə ilə görüşməmiş, yalnız onlar sosial şəbəkə vasitəsilə görüntülü danışmışlar. Nişanənin valideynləri vəfat etdiyindən nənəsi ilə yaşamışdır. Nişanənin 16 yaşının tamam olmadığını bilmişdir. 21 oktyabr 2022-ci il tarixdə el adəti ilə Nişanənin evinə anası Esmira, nənəsi Nigar, dayısı qızı Ruziyə, xalası Leyla və xalası qızı Jaləni elçiliyə göndərmişdir. Nişanənin nənəsi Kinonağa, onun Nişanə ilə ailə qurmağına razılıq vermişdir. O, həmin gündən etibarən bir neçə dəfə Nişanənin yaşadığı evə getmişdir. 06 noyabr 2022-ci il tarixdə, saat 24 radələrində Nişanənin yaşadığı evə getmiş və Nişanə ilə onun yataq otağında sonuncunun razılığı əsasında cinsi əlaqədə olmuşdur. 18 noyabr 2022-ci il tarixdə Nişanəni ailə həyatı qurmaq üçün yaşadığı evə gətirmişdir. Amma Nişanənin yaşı çatmadığı üçün, o, Nişanə ilə rəsmi nikah bağlaya bilməmişdir. Nişanə ilə yalnız 1 dəfə onun razılığı ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, onkoloji xəstəlikdən əziyyət çəkməsini, onkoloji dispanserdə qeydiyyatda olmasını, hal-hazırda zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışdığını, onlarla o və ailəsinin mehriban münasibətdə olmasını, zərər çəkmiş şəxslə nişanlandıqlarını və gələcəkdə rəsmi nikah münasibətlərinə daxil olacaqlarını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonunu Aşağı-Nüvədi qəsəbəsində nənəsi Qanuni nümayəndə qəyyumluğunda yaşayır. O, xx xxxx 2007-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikası, Xasavyurt şəhərində yerləşən xəstəxanada doğularkən anası Sevinc ölmüşdür. O, atası Vüsalı görməmiş və bildiyinə görə atası Vüsal da xəstəlikdən ölmüşdür. O, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs ilə 17 sentyabr 2022-ci il tarixdə "İnstaqram" sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. 21 oktyabr 2022-ci il tarixədək Elvinlə görüşməmiş, yalnız sosial şəbəkə vasitəsilə görüntülü danışmışlar. 21 oktyabr 2022-ci il tarixdə Elvinin anası Esmira, nənəsi Nigar, dayısı qızı Ruziyə, xalası Leyla və xalası qızı Jalə onların evinə elçiliyə gəlmişlər. Nənəsi Kinonağa, onun Elvinlə ailə qurmağına razılıq vermişdir. Həmin gündən etibarən Elvin bir neçə dəfə onların yaşadığı evə gəlib-getmişdir. 06 noyabr 2022-ci il tarixdə, saat 24 radələrində Elvin, onun yaşadığı evə gəlmiş və otağında onun razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. 18 noyabr 2022-ci il tarixdə Elvin, onu, öz razılığı ilə ailə həyatı qurmaq üçün yaşadığı Lənkəran şəhərində yerləşən "Su-8" adlanan ərazidə olan evinə aparmışdır. Amma, onun rəsmi nikah bağlamağa yaşı çatmadığı üçün Elvinlə nikaha daxil ola bilməmişdir. Elvin onun 16 yaşının tam olmadığını əvvəlcədən bilmişdir. Elvin onunla yalnız 1 dəfə 06 noyabr 2022-ci il tarixdə, saat 24 radələrində yaşadığı Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində yerləşən evdə, ona məxsus yataq otağında razılığı əsasında cinsi əlaqədə olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını, Elvinlə nişanlandıqlarını, gələcəkdə rəsmi nikah münasibətlərinə daxil olacaqlarını, eyni zamanda Təqsirləndirilən şəxs ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, nəvəsi Zərərçəkmiş şəxs ilə birlikdə Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Nişanənin anası, yəni onun qızı Sevinc xx xxxx 2007-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt şəhərində yerləşən xəstəxanada Nişanəni doğarkən ölmüşdür. Həmçinin, bir müddət sonra Nişanənin atası Vüsal da ölmüşdür. Nişanə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onun qəyyumluğuna verilmişdir.Nişanənin bir ayağı şikəstdir və o, yeriyəndə axsayır. O, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdən etibarən tanıyır. Elvinlə qohumluğu yoxdur, ədavəti və düşmənçiliyi də olmamışdır. 2022-ci ilin oktyabr ayının ortalarında Nişanə, Elvin adlı bir oğlanı sevdiyini və Elvinin anasının yaxın günlərdə onların evinə elçiliyə gələcəyini ona bildirmişdir. O da Nişanədən, Elvinin onun 16 yaşına çatmadığını bilib-bilmədiyini soruşmuşdur. Nişanə də Elvinin onun 16 yaşına çatmadığını bildiyini, çünki, o, Elvinə şəxsiyyət vəsiqəsini göstərdiyini ona bildirmişdir. 21 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində Elvinin anası Esmira, nənəsi Nigar, dayısı qızı Ruziyə, xalası Leyla və xalası qızı Jalə Nişanəni el adəti ilə Elvinə nişanlamaq üçün onların yaşadığı evə gəlmişdir. Elvin də onlarla birlikdə, onların yaşadıqları evə gəlmişdir. O, Nişanənin Elvinlə ailə qurmaq üçün nişanlanmasına razılıq vermişdir. Həmin gündən etibarən Elvin hərdən bir onların evinə gəlmiş və evin digər otağında oturub Nişanə ilə söhbət edərək çay içmişdir. 18 noyabr 2022-ci il tarixdə, günorta saatlarında Elvin onların yaşadığı evə gəlmiş və onun razılığı ilə ailə qurmaq üçün Nişanəni yaşadığı evə aparmışdır. 19 noyabr 2022-ci il tarixdə, səhər saatlarında nəvəsi Nişanə yaşadıqları evə qayıtmış və ona "16 yaşım tamam olmadığı üçün Elvinlə rəsmi nikah bağlaya bilməyəcəm və buna görə də evə qayıtdım ki,18 yaşım tamam olandan sonra Elvinlə evlənəcəm"deyə bildirmişdir. Həmçinin, Nişanə, 06 noyabr 2022-ci il tarixdə, saat 24 radələrində özünə məxsus yataq otağında Elvinin onunla, öz razılığı əsasında cinsi əlaqədə olduğunu ona bildirmişdir. Qanuni nümayəndə zərər çəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını, təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə aralarında mehriban münasibət olmasını, Nişanənin Elvinlə nişanlandığını və gələcəkdə rəsmi nikah münasibətlərinə daxil olacaqlarını nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2022-ci ilin oktyabr ayının ortalarında oğlu Elvin, ona Nişanə adlı qızı sevdiyini bildirmiş və Nişanəyə elçi getməyini ondan xahiş etmişdir. O da Nişanənin harada yaşadığını Elvindən soruşmuşdur. Elvin Nişanənin atası və anasının vəfat etdiyini və Nişanənin Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində nənəsi ilə birlikdə yaşadığını ona bildirmişdir. O, oğlu Elvin üçün elçiliyə getmək məqsədilə bu barədə anası Nigara, bacısı Leylaya, Leylanın qızı Jaləyə və qardaşı qızı Ruziyəyə bildirmişdir. 21 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində yuxarıda adlarını qeyd etdiyi qohumları ilə birlikdə, Nişanənin yaşadığı Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində yerləşən evə getmişdir. Onları Nişanənin yaşadığı evə Elvin aparmışdır. Kinonağa Nişanənin, onun oğlu Elvinlə ailə qurmasına razılıq vermişdir. Bundan sonra, onlar yaşadıqları evə qayıtmışlar. Həmin vaxtdan etibarən Elvin bir neçə dəfə Nişanənin evinə getmişdir.18 noyabr 2022-ci il tarixdə, günorta saatlarında Elvin el adəti ilə Nişanəni ailə qurması üçün yaşadıqları evə gətirmişdir. O, oğlu Elvinə, Nişanə ilə gedib rəsmi nikaha daxil olmaqlarını tövsiyə etmişdir. Həmin vaxtı oğlu Elvin, Nişanənin 16 yaşının tamam olmadığını ona bildirmişdir. O, əvvəlcə Nişanənin 16 yaşının tam olmadığına inanmamış və Nişanədən şəxsiyyət vəsiqəsini istəmişdir. Nişanə şəxsiyyət vəsiqəsini ona vermiş və o, şəxsiyyət vəsiqəsinə baxan zaman Nişanənin 16 yaşının tamam olmadığını görmüşdür. Bundan sonra, o, Elvinə "Nişanəni səhər aparıb evinə qoyarsan, onun 18 yaşı tam olandan sonra, onunla ailə həyatı qurarsan" bildirmişdir. O, həmin gecə Elvinlə Nişanənin bir otaqda yatmalarına icazə verməmişdir. Belə ki, Nişanə onunla bir otaqda yatmışdır. Elvin isə öz otağında yatmışdır.Polis şöbəsində sonradan ona məlum olmuşdur ki, oğlu Elvin 2022-ci ilin noyabr ayının əvvəllərində Nişanənin yaşadığı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində yerləşən evdə onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 22 noyabr 2022-ci il tarixli 1157 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti 2-3 həftədən çoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 10 yanvar 2023-cü il tarixli,32 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun məcburi müalicəyə ehtiyacının olubolmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs həmçinin törədilmiş əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun anlaqlı və ya anlaqsız olub-olmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs ünsiyyətçillik,adaptivlik,konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs təlqinə qapılmağa,başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya,təsvir edə və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, öz hərəkətlərini idarə etmək qabliyyətinə malikdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 29 noyabr 2022-ci il tarixli, 968 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 23 dekabr 2022-ci il tarixli,1046 nömrəli tibbi arayışından görünür ki,iş üzrə yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən təqdim edilmiş notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 21 avqust 2020-ci il tarixli, 62 nömrəli sərəncamının surətindən görünür ki, xx xxxx 2007-ci il təvəllüdlü Əliyeva X1 rayonunun Aşağı-Nüvədi qəsəbəsində yaşayan nənəsi Qanuni nümayəndə qəyyumluğuna verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-373/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-402/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər mənzil təsərrüfatı idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədli X2 şəhəri Ş.Xiyabanı küçəsi ev 155/27 ünvanında valideynləri, qardaşı, babası və bibisi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, gənc olmasını, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, qeyd olunan şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə nişanlanmasını və gələcəkdə rəsmi qaydada nikaha daxil olaraq bir ailə kimi yaşayacaqlarına dair müsbət addımlar atması təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və həmin halları CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 152.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-373/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-402/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdən hazırki tarixədək olan müddət ərzində, yəni 6 aydır ki, həbsdə saxlanılır. Belə ki, CPM-nin 158.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Bu baxımdan məhkəmə belə qənatə gəlir ki, təqsirləndirilən şəxs artıq kifayət qədər müddət ərzində həbsdə saxlanılmış və həmin müddət ərzində islah olmuşdur. Ona həmin müddətdən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğun olmazdı. Məhz buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 22 noyabr 2022-ci il tarixdən 22 may 2023-cü il tarixədək onun şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesalanmaqla təyin edilmiş cəzanı çəkmiş hesab edilməli, barəsində seçilmiş “ev dustaqlığı" qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbs və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesalansın və ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı" qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar