Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-161/2025 16.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirlən şəxs: xx.xx.1973-cü il tarixdə Lənkəran rayonu Kirov qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin çantasından çıxarmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Ələt-Astara magistral avtomobil yolunun 164-cü kilometrliyində, yolun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində, Bakı şəhəri istiqamətində hərəkətdə olan yolda idarə etdiyi “Scania” markalı 98AA713 dövlət nömrə nişanlı yük avtomobili ilə ölkələr arası yük daşınması ilə məşğul olan İran İslam Respublikası vətəndaşı Banı X3 məxsus avtomobilin sərnişin hissəsinə sonuncunun icazəsi və razılığı ilə daxil olduqdan sonra Banı X2 avtomobildə olmamasından istifadə edib avtomobilin salonunda, oturacağın üzərində olan əl çantasının içərisindən 20 aprel 2025-ci il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun 1530 (min beş yüz otuz) manatla ifadə olunan 900 (doqquz yüz) ABŞ dolları və 0,1485 (sıfır tam on mində min dörd yüz səksən beş) manatla ifadə olunan 50.000 (əlli min) İran rialı olmaqla, Banı X3 məxsus Azərbaycan manatına münasibətdə ümumilikdə 1530,1485 (min beş yüz otuz, tam on mində min dörd yüz səksən beş manat) manat məbləğində pul vəsaitini çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Lənkəran rayonu İstisu qəsəbəsində gəlini Əfsanə ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində spirtli içki qəbul etmişdir. Həmin gün, saat 19 radələrində Astara-Bakı magistral yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində, üzü Bakı şəhəri istiqamətində, körpünün aşağı hissəsində dayanıb evə getmək üçün avtomobil gözləyirmiş. Bu zaman yük avtomobilinin gəlib qarşısında dayanmasını, İran vətəndaşı sürücünün düşüb bir nəfər şəxslə görüşməsinin şahidi olmuşdur. Sürücüyə yaxınlaşıb yaşadığı kəndə getmək üçün onu bir neçə yüz metr qarşıda düşürməsini istəmişdir. Sürücü sonradan adını Fərəh Babək kimi bildiyi İran vətəndaşı ona etiraz etməmiş və avtomobildə əyləşib gözləməyini istəmişdir. O, yük avtomobilinə əyləşdikdən sonra avtomobilin salonunda, oturacağın üzərində pul kisəsinin olmasını görmüşdür. Həmin vaxtı sürücü yük avtomobilinin yanında çöldə nəyləsə məşğul olmuşdur. Sürücünün avtomobildə olmamasından istifadə edib həmin pul kisəsini açıb içərisindən 900 ABŞ dolları və 50.000 riyal pulu götürüb cibinə qoymuşdur. Sonra pul kisəsini təkrar oturacağın üzərinə qoymuşdur. Bir neçə dəqiqədən sonra sürücü kabinaya əyləşmişdir. Sürücü avtomobili hərəkətə gətirib 30-40 metr getdikdən sonra sürücü pul kisəsinə baxmış, pulunun oğurlanmasının fərqinə vardıqdan sonra avtomobili saxlayıb ondan pulunu oğurlayıb-oğurlamadığını soruşmuşdur. O, pulu oğurladığını etiraf etməmişdir. Həmin vaxtı aralarında mübahisə yaranmışdır. O, yük avtomobilindən aşağı düşüb, yolun sağ kənarında, çəmənlik əraziyə keçib pulu kiçik qum yığının içərisinə salmışdır. Sürücü ona yaxınlaşıb pulu qaytarmağını tələb etdikdə o, ciblərini boşaldaraq pulu oğurlamadığını bildirmiş və oradan uzaqlaşmışdır. Təxminən 30 dəqiqə sonra pulu götürmək üçün tanımadığı taksi ilə həmin əraziyə qayıtmışdır. Taksidən düşüb çəmənlik ərazidə pulu axtarmağa başlamışdır. Həmin yük avtomobili yenə də orada olmuşdur. Bu zaman avtomobilin sürücüsü İran vətəndaşı təkrar qaçaraq ona yaxınlaşıb pulu qaytarmağını tələb etmişdir. Cinayət törədən zaman o, spirtli içkinin təsiri altında olmuşdur. Onu İran vətəndaşı döyməmiş, ona narkotik vasitə təklif etməmiş, onu təhqir etməmişdir, o, yalandan həmin şəxsin ondan uzaqlaşması üçün DİN-nin 102 xidmətinə zəng edib belə formada məlumat vermişdir. Bir neçə dəqiqədən sonra oraya polis əməkdaşları gəlmişlər. Onunla sorğu sual aparmışlar. O, həmin vaxtı polis əməkdaşlarına bildirmişdir ki, avtomobilin salonundan götürdüyü pulları yolun kənarında qum yığının içərisində gizlətmişdir. O, polis işçilərinin iştirakı ilə videoçəkiliş vasitəsilə həmin yerdən pulları çıxarıb polis işçilərinə təqdim etmişdir. Polis işçiləri onun içkili olduğunu bilib onu sərxoşluq müayinəsindən keçirmişlər və məlum olmuşdur ki, o, hadisədən qabaq spirtli içki qəbul etmişdir. O, içkili olduğu üçün oğurluq etmişdir. Etdiyi əməldən peşmandır. Pulların hamısını geri qaytarmışdır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Banı X2 məhkəməyə göndərdiyi xx.xx.2025ci il tarixli ərizəsində göstərmişdir ki, İran İslam Respublikasının Astara şəhərində ailəsi ilə birlikdə yaşayır. İran İslam Respublikası və Rusiya Federasiyası arasında özünə məxsus “Scania” markalı 98AA713 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımaqla məşğul olur. xx.xx.2025-ci il tarixdə, Lənkəran rayonu Girdəni kəndindən keçərkən idarə etdiyi yük avtomobilindən Təqsirləndirilən şəxs ona məxsus 900 ABŞ dolları və 50.000 İran rialı oğurlamışdır. Həmin faktla bağlı Lənkəran ŞRPŞ-də başlanmış cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Dəymiş ziyan 900 ABŞ dolları və 50.00 İran rialı istintaq dövründə ona tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının ərazisini tranzit keçdiyi üçün burada qalmağa və məhkəmədə iştirak etməyə imkanı yoxdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ziyan ödənildiyi üçün ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs Banı X2 ifadəsindən görünür ki, İran İslam Respublikasının Astara şəhərində ailəsi ilə birlikdə yaşayır. Ayrı-ayrı ölkələrə yük daşımaqla məşğul olur. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında idarə etdiyi “Scania” markalı 98AA713 dövlət qeydiyyat nişanlı TİR yük avtomobili ilə İran İslam Respublikasının sərhəddini keçib Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Saat təxminən 19 radələrində Astara-Ələt magistral avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edirmiş. Avtomobilində tanışı Şahid1 çatası ehtiyat hissələri olmuşdur. Buna görə də, magistral avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsinə çatan zaman Şahid1 zəng edib onu yolda gözlədiyini bildirmiş və Girdəni körpüsünü keçdikdən sonra üzü Bakı şəhəri istiqamətində avtomobilini saxlayıb Şahid1 gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Şahid1 oraya gəlmiş və o, avtomobildən düşüb Şahid1 ilə görüşüb Rəşada ehtiyat hissələrini vermişdir. Bundan sonra yük avtomobilinə qayıdan zaman bir nəfər tanımadığı, adını sonradan Arifə kimi bildiyi qadın ona yaxınlaşmışdır. Həmin qadın gedəcəyi yol istiqamətində bir neçə yüz metr qarşıda onu düşürməyini xahiş etmişdir. 0, da etiraz etməmişdir. Həmin qadından avtomobilinin salonunda əyləşməsini istəmişdir. Qadın avtomobilin salonunda əyləşmişdir. 0, isə həmin vaxtı avtomobilin yük yerindən qaz balonunu götürüb salona əyləşmişdir. Avtomobili hərəkət etdirdikdən 30-40 metr sonra salonun oturacağının üzərində qoyduğu pul kisəsinin yerini dəyişməsindən şübhələnmişdir. Pul kisəsini götürüb içinə baxan zaman orada olan ona məxsus 900 ABŞ dolları və 50.000 riyal İran pulunun orada olmamasını aşkar etmişdir. Həmin qadına pulunun harada olmasını, pulunu oğurlayıb-oğurlamamasım soruşmuşdur. Lakin həmin qadın ona pulu oğurlamadığını bildirib narazı formada avtomobildən düşmüşdür. O, pulunu Arifənin götürdüyündən şübhələndiyi üçün avtomobildən düşüb Arifəyə yaxınlaşmışdır. Arifə həmin vaxtı istiqamətdə olduğu yolun sağ tərəfində olan çəmənlik əraziyə keçmişdir. O, Arifəyə oğurladığı pulu ona qaytarmasını tələb etsə də Arifə ciblərini boşaltmış və pulunun onda olmadığını bildirmişdir. Pulun üzərində olmadığını görüb Arifəyə inanmış və avtomobilinə əyləşib Şahid1 zəng edib pulunun itməsi barədə məlumat vermişdir. Həmin qadın da əks istiqamətdə yeriyərək piyada oradan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra Şahid1 oraya gəlmiş, təxminən 20-25 dəqiqə sonra Arifə adlı həmin qadın taksi ilə oraya gəlib çəmənlik əraziyə girərək nəyisə axtarmasını görmüşdür. Qaçaraq Arifəyə yaxınlaşmış və pulunu qaytarmasını tələb etmişdir. Bu zaman Arifə ona böhtan atmağa, onu təhqir etməyə başlamışdır. Onu narkotiklə, silahla tutduracağı ilə bağlı hədələmişdir. Daha sonra Arifə adlı həmin qadın polisə zəng edərək ona narkotik təklif etdiyini, qəbul etmədiyi üçün tərəfindən döyülüb təhqir edildiyini bildirmişdir. Həmçinin onun avtomobilində silah və narkotik maddə olması barədə yalan məlumat vermişdir. Bir neçə dəqiqədən sonra oraya polis əməkdaşları gəlmişdir. O, baş verənləri polis işçilərinə danışmışdır. Polis işçiləri avtomobilinə və hadisənin baş verdiyi əraziyə baxış keçirmişlər. Arifə adlı qadın baxış zamanı yolun sağ kənarında çəmənlik ərazidə qum yığının içərisində gizlətdiyi ona məxsus 900 abş dollarını və 50.000 riyal İran pulunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis işçiləri tərəfindən Arifənin təqdim etdiyi pullar götürülmüş və sənədləşdirilmişdir. Həmçinin baxış zamanı Arifə adlı qadının sərxoş olduğu məlum olmuşdur. Bundan başqa o, Arifəni söyməmiş, döyməmiş, narkotik vasitə təklif etməmiş, həmçinin avtomobilində silah və ya narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs sərxoş olduğu üçün həmin vaxtı yalandan polisə belə formada məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 900 ABŞ dolları və 50.000 riyal maddi ziyan dəymişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təsərrüfatla məşğul olur. İran İslam Respublikası vətəndaşı Banı X4 şəxsən tanımır. Babakın xalası oğlu Bijən onunla birlikdə işləyir. xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasından təsərrüfatda ağaclara su vermək üçün ehtiyat hissə göndərmişlər. Həmin yükü Babəkə vermişlər ki, ona çatdırsın. Həmin gün, saat 19 radələrində Babək ona zəng edərək Lənkəran rayonuna çatdığını, Ələt-Astara magistral avtomobil yolu ilə üzü Bakı şəhəri istiqamətində gəldiyini bildirərək ona yolun Girdəni kəndindən keçən hissəsində körpünün altına çıxmağını istəmişdir. O, da BMV markalı 77MN311 dövlət nömrə nişanlı avtomobili ilə tək Babəkin dediyi yerə getmişdir. O, həmin yerə çatan zaman Babəkin artıq orada olduğunu və onu gözlədiyini görmüşdür. Babək avtomobildən düşüb ona ehtiyat hissələrini vermişdir. Sonra o, öz avtomobilinə oturub oradan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra Babək ona zəng edərək ehtiyat hissələrini verdikdən sonra avtomobilinə bir qadının əyləşdiyini, həmin şəxsin avtomobilinin salonunda oturacağın üstündə qoyduğu çantanın içərisindən 900 abş dolları və 50.000 riyal pulunu oğurladığını, lakin pulu oğurladığını etiraf etmədiyini və çıxıb getdiyini bildirərək onun həmin yerə gəlməyini istəmişdir. O, həmin əraziyə yaxın məsafədə olduğu üçün qısa müddətdə həmin yerə qayıtmışdır. O, Babəkin dediyi yerə çatdıqdan sonra adını sonradan Arifə kimi bildiyi qadın taksi ilə oraya gəlib çəmənlik əraziyə girərək nəyi isə axtarmağa başlamışdır. Babək ona dediyi qadının həmin şəxs olduğunu bildirib qadına yaxınlaşmış və pulunu qaytarmasını tələb etmişdir. Bu zaman Arifə Babəkə böhtan atıb Babəki təhqir etməyə başlamış və onları narkotiklə, silahla tutduracağı ilə bağlı hədələmişdir. Daha sonra Arifə adlı həmin qadın polisə zəng edərək Babəkin ona narkotik təklif etdiyini, qəbul etmədiyi üçün Babək tərəfindən döyülüb təhqir edildiyini bildirmişdir. Həmçinin Babəkin avtomobilində silah və narkotik maddə olması barədə yalan məlumat vermişdir. Bir neçə dəqiqədən sonra oraya polis əməkdaşları gəlmiş, Babək baş verənləri polis işçilərinə danışmış, polis işçiləri avtomobilə və hadisənin baş verdiyi əraziyə baxış keçirmişlər. Həmçinin Arifə adlı qadınla söhbət aparmışlar. Arifə baxış zamanı Bakı şəhəri istiqamətində yolun sağ kənarında çəmənlik ərazidə qum yığınının içərisində gizlətdiyi Babəkə məxsus 900 abş dollarını və 50.000 riyal İran pulunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis işçiləri tərəfindən Arifənin təqdim etdiyi pullar götürülmüş və sənədləşdirilmişdir. Həmçinin baxış zamanı Arifə adlı qadının sərxoş olduğu məlum olmuşdur. O, Babəkin Arifəni söyməyinin, döyməyinin, narkotik vasitə təklif etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs sərxoş olduğu üçün həmin vaxtı yalandan polisə belə formada məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin ŞHÜ rəis köməkçisi, polis polkovnik-leytenantı Şahid2 ibtidadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Lənkəran rayonu İstisu qəsəbə sakini Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə müraciət edərək Girdəni körpüsündə 2 nəfər İran vətəndaşının ona narkotik maddə təklif etmələri, vətəndaş qəbul etməməsi səbəbindən şəxslər tərəfindən döyülməsi təhqir olunması, iran vətəndaşlarının avtomobillərində silah və narkotik maddə olması barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında qeyd edilən ünvana istintaq əməliyyat qrupu ilə birlikdə getmişdir. Hadisənin baş verdiyi yer Ələt-Astara magistral avtomobil yolunun 164-cü kilometliyindən keçən ərazisi olmuşdur. Həmin yerə çatdıqları zaman yolun kənarında yük avtomobilinin yanında dayanmış İran İslam Respublikası vətəndaşı Banı X5 müraciət edərək həmin tarixdə, saat 19 radələrində tanımadığı qadının idarə etdiyi “Scania” markalı 98AA713 dövlət nömrə nişanlı “TİR” yük avtomobilindən 900 ABŞ dolları və 50.000 riyal pulu oğurlamasını bildirmişdir. Banı X5 həmçinin bildirmişdir ki, həmin gün, saat 19 radələrində idarə etdiyi yük avtomobili ilə Ələt-Astara magistral avtomobil yolu ilə üzü Bakı şəhəri istiqamətində hərəkətdə olarkən rayonun Girdəni kəndi ərazisində İran İslam Respublikasından göndərilən bağlamanı Rəşad adlı tanışına verdikdən sonra yolun kənarında dayanmış sonradan adını Arifə kimi bildiyi qadının onu avtomobili ilə qarşı tərəfə bir neçə yüz metr aparmasını istədiyini, həmin qadının avtomobilin salonunda əyləşdikdən sonra özü avtomobilə əyləşərkən avtomobilin salonunda oturacaqda qoyduğu əl çantasının içərisində olan 900 ABŞ dolları və 50.000 riyal pulunun olmamasını aşkar etdiyini, bu barədə həmin qadına bildirdikdən sonra qadının ona etiraz edib avtomobildən düşərək yolun digər tərəfmə keçdiyini, ondan pulunu tələb etdikdə isə həmin qadının ona etiraz edib pulun onda olmadığını bildirib oradan uzaqlaşdığını, bir neçə dəqiqədən sonra həmin qadının təkrar taksi ilə oraya gəldiyini və yolun kənarında çəmənlik əraziyə doğru getdiyini gördüyünü, bu zaman ona yaxınlaşıb pulunu tələb etdiyi zaman həmin qadının onu şərləyərək polisə zəng edib guya ki, narkotik vasitə təklif etməsi barədə yalan məlumat verdiyini bildirmişdir. Hadisənin baş verdiyi yerdə olan Lənkəran rayonu İstisu qəsəbə sakini Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, Bani X2 idarə etdiyi “Scania” markalı 98AA713 dövlət nömrə nişanlı “TİR” yük avtomobilinin salonunda olan əl çantasının içərisindən 900 ABŞ dolları və 50.000 riyal pulu oğurlayaraq yolun digər tərəfində asfalt yolun kənarında olan qum yığınının içərisində gizlətdiyini etiraf edib həmin pulları qum yığınının içərisindən çıxararaq təqdim etmişdir. Həmin pullara baxış keçirdikdə doqquz ədəd MB615384751B2, MB615384781B2, PC46689571BC7, MB61538472İB2, LD818965640D4, QB43178610B2, MK20896654BK11, PK88607636FK11, OH00173852MM8 seriya və nömrəli 100-lük ABŞ dolları, bir ədəd üzəri fars hərfləri və sözləri ilə yazılmış 50.000 İran riyalının olması müəyyən edilmişdir. Aşkarlanmış 9 ədəd 100-lük ABŞ dolları və bir ədəd 50.000 İran riyalı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı Emil Nurizadə tərəfindən götürülmüşdür. Baxışda iştirak edən Bani X5 götürülmüş pulların ona məxsus olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən “Scania” markalı 98AA713 dövlət nömrə nişanlı “TİR” yük avtomobilinə baxış keçirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs danışıq və hərəkətlərindən spirtli içki qəbul etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, İran vətəndaşı tərəfindən ona narkotik vasitə təklif edilməmiş, İran vətəndaşları tərəfindən döyülməmiş, təhqir olunmamış, avtomobildə silah və narkotik maddə olmamışdır. Sərxoş olduğu üçün belə bir formada polisə zəng vurub məlumat vermişdir. Baxış zamanı video və foto çəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid Lənkəran ŞRPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 ifadəsindən görünür ki, o Şahid2 ilə analoji məzmunda ifadə vermişdir. Cinayət işinin 6-9-cu vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və videogörüntülərdən görünür ki, hadisənin baş verdiyi yer Ələt-Astara magistral avtomobil yolunun 164-cü kilometliyindən keçən ərazidir. Baxış zamanı İİR vətəndaşı Bani X5 bildirmişdir ki, həmin tarixdə, saat 19 radələrində sonradan adını bildiyi “Arifə” adlı qadının onun idarə etdiyi “Scania” markalı 98AA713 dövlət nömrə nişanlı “TİR” yük avtomobilindən 900ABŞ dolları və 50.000 riyal pulu oğurlamışdır. Hadisənin baş verdiyi yerdə olan Lənkəran rayonu İstisu qəsəbə sakini Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, Bani X2 idarə etdiyi “Scania” markalı 98AA713 dövlət nömrə nişanlı “TİR” yük avtomobilinin salonunda olan əl çantasının içərisindən 900ABŞ dolları və 50.000 riyal pulu oğurlayaraq yolun digər tərəfində asfalt yolun kənarında olan qum yığınının içərisində gizlətdiyini etiraf edib həmin pulları qum yığınının içərisindən çıxararaq təqdim etmişdir. Aşkarlanmış 9 ədəd 100-lük ABŞ dolları və bir ədəd 50.000 İran riyah iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Baxışda iştirak edən Bani X5 götürülmüş pulların özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin 62-ci vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, doqquz ədəd 100-lük ABŞ dolları və bir ədəd 50.000-lik İran rialı, həmçinin baxış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd CD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 72-ci vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş əməliyyat tapşırığının cavabından görünür ki, xx.xx.2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Bani X3 məxsus “Scania” markalı 98AA713 dövlət qeydiyyat nişanlı TİR yük avtomobilindən 900 ABŞ dolları və 50.000 riyal məbləğində pulu rayonun İstisu qəsəbə sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs oğurladığı 900 abş dolları və 50.000 riyal pul götürülərək aidiyyəti üzrə təhvil verilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini törədərkən ona başqa heç kim köməklik etməmişdir. Cinayət işinin 43-44-cü vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş internet çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixinə 1 İran rialının Azərbaycan manatına olan məzənnəsi 0,0297 manat, 1 abş dollarının Azərbaycan manatına olan məzənnəsi 1,7000 manat təşkil etmişdir. Cinayət işinin 18-ci vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş Bani X5 tərəfindən Lənkəran ŞRPŞ-ə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, oğurluq hadisəsi zamanı ona dəymiş maddi ziyan olan 900 ABŞ dolları və 50.000 İran rialı ona tam ödənilmiş, bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 10-cu vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Cinayət işinin 67-ci vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli, 342 nömrəli arayışından görünür ki, Ağayeva X7 şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyildir. Cinayət işinin 53-54-cü vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cərimə dövlət hesabına tam ödənildiyindən hökm icra edilmişdir. Cinayət işinin 65-66-cı vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə mənfi xasiyyətləndirilmiş, Lənkəran rayonu, İstisu qəsəbəsində oğlu, gəlini və nəvəsi ilə yaşaması qeyd edilmişdir. Cinayət işinin 128-129-cu vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7,10 və 26-cı bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 9 ədəd 100-lük ABŞ dolları və 1 ədəd 50.000-lik İran rialı pul əskinaslarının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, maddi sübut kimi tanınmış hadisə yerinə baxışın əks olunduğu videogörüntlərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 9 ədəd 100-lük ABŞ dolları və 1 ədəd 50.000-lik İran rialı pul əskinaslarının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alısın. Maddi sübut kimi tanınmış hadisə yerinə baxışın əks olunduğu videogörüntlərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlənşəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-161/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-161/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver