Məhkəmə qərarları › İş №1(049)-163/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-163/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-163/2023 26.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, H.Abdullayev küçəsi, ev 11/107-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2022-ci ilin noyabr ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,250 qr; -0,115 qr; -0,047; -0,221 qram; ümumi təmiz çəkisi –0,633 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 25 noyabr 2022-ci il tarixdə saat 09:20-da Lənkəran şəhəri Z.Əliyeva küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin şəffaf rəngli sellofana kəsiklərinə bükülmüş halda əynində olmuş şalvarın sol yan cibindən və şalvarın sağ cibindən üzərində narkotik vasitə heroin izləri olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları onun evinə girərək onu həbs etmişlər. Onu atası ilə birlikdə polis şöbəsinə aparmışlar. Üzərində həmin vaxt elektron tərəzi olmamışdır. Üzərində aşkar olunan narkotik vasitə isə onun özünə məxsus olmuş və narkotik vasitəni Lənkəran şəhərində Vüqar adlı şəxsdən almışdır. Müstəntiq ona söz vermişdir ki, tərəzini də boynuna götürəcəyi halda barəsində olan cinayət işini məhkəməyə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə göndərəcəkdir. Onu polislər əmisinin hüzr mərasimi keçirilərkən həbs etmişlər. Həmin vaxt atasını və bibisi oğlunu da polis şöbəsinə aparmışlar. Atasını sərbəst buraxsınlar deyə tərəzinin də ona məxsus olduğunu bildirmişdir. Heç vaxt narkotik satmamışdır. Göstərilənlərə əsasən ona yalnız AR CM-nin 234.1 maddəsi ilə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına verdiyi ifadəsindən fərqli olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində göstərmişdir ki, “Polis şöbəsində polis əməkdaşlarıın və müdafiəçinin iştirakı ilə üzərinə keçiriən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində olan və polis əməkdaşlarına təqdim etdiyi elektron tərəzini aldığı narkotik vasitə heroini çəkməsi üçün üzərində gəzdirmişdir”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, ev 11/107-də qeydiyyatda olan və Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, dalan 2, ev 26-da yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir qərəzli münasibətləri olmamışdır. 25 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsini bildirib şöbəyə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı İsmət Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən gümüşü kağızda dörd ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli bükümlər, həmin şalvarın sağ yan cibindən isə 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı üzərində aşkar edilmiş 4 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və istifadəsi üçün Lənkəran şəhəri, “Böyük bazar” adlanan ərazidən tanımadığı şəxsdən aldığını, üzərində aşkar edilmiş elektron tərəzini narkotik vasitə alan zaman aldanmasın deyə üzərində gəzdirdiyini bildirmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Tahir Mahirli ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə saat 09 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsindən Polis şöbəsinə apardıqlarını, həmin vaxtı təqsirləndirilən şəxsin tək olduğunu, Təqsirləndirilən şəxs atası və bibisi oğlunu Polis şöbəsinə aparmadıqlarını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara şalvarın sol yan cibindən 4 ədəd şəffaf rəngli büküm, şalvarın sağ yan cibindən isə 1 ədəd elektron tərəzi aşkar edilmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 4 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilərək zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə heroini qəbul etmək üçün 25 noyabr 2022-ci il tarixdə Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını, lakin satışı ilə də məşğul olmadığını, üzərində aşkar edilmiş elektron tərəzini isə narkotik vasitələrin çəkisini bilmək və narkotik vasitələri alan zaman aldanmamaq üçün istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 25 noyabr 2022-ci il tarixli 19/1207 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd heroinə bənzər kütlə və elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -0,250 qr; -0, 115 qr ; -0,047 qr; 0,221 qr; ümumi təmiz çəkisi: - 0,633 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.” Ekspertizanın dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 25 noyabr 2022-ci il tarixli 1231 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından təmiz çəkisi 0,513 qram təşkil edən narkotik vasitə - heroin, 1 ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından təmiz çəkisi 0.513 qram təşkil edən narkotik vasitə - heroin və 1 ədəd elektron tərəzi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə saat 09:50-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli, 4(049)-377/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 5(049)-464/2022 saylı qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid1 25 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası və qardaşı ilə birlikdə ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmaması və şəxsi axtarış zamanı üzərindən çıxan elektron tərəzinin ona məxsus olmaması, həmin elektron tərəzi müstəntiq tərəfindən ona verilərək gələcəkdə barəsində olan cinayət işinin CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndərilməsi bildirib aldadılaraq sənədlərə qol çəkdirməsi, tutularkən atası və bibisi oğlu ilə birlikdə əmisinin yas mərasimi zamanı keçirilən zaman Polis şöbəsinə aparıldığını, atasının buraxılması üçün eletron tərəzini ona məxsus olmasını etiraf etməsi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,513 qram təşkil edən narkotik vasitə – heroin və bir ədəd elektron tərəzi məhv edilməli, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,513 qram təşkil edən narkotik vasitə - heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar