Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-163/2024 16.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonu Ləj kəndində doğulmuş, evli, iki uşaq atası, orla ixtisas təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın TTTY şöbəsində feldşer işləyən, məhkum olunmamış, Lənkəran rayonu Ləj kəndində yaşamaqla qeydiyyatda olan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, 16 iyul 2024-cü il tarixdə, saat 11:35-də baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 22 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus «VAZ 21074» minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Şağlaküçə kəndindən keçən hissəsindən, Lənkəran şəhər istiqamətində 60 km/saat sürətlə hərəkətdə olduğu zaman, sürücü olaraq hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcüd yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə elməli və avtomobilin hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin elməli, bununla da, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36- cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələblərini pozaraq, texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21074» minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili yağışlı yol şəraitində idarə edərkən hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilmədiyindən idarəetməni itirərək avtomobil yolun hərəkət hissəsindən çıxaraq yolun sol təminidə yerləşən X2 məxsus beton dirəyə dəymiş, onun, avtomobili idarə edən şəxs olaraq yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs canlı şəxslərdə ümumilikdə həyat iiçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik-baş beyinin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin sınıqları (ənsə, kəllə əsası), təpə-ənsə nahiyələrindəki yumşaq toxumalar altına yayılmış qansızma, sol tərəfli qabırğaların sınıqları (sol İİ-İV), sol ağciyərin zədələnməsi, döş boşluğunda qansızma (250 ml), döş qəfəsin sol ön səthində yumşaq toxumalar altına yayılmış qansızma, sol bud sümüyünün qapalı sınığı, başın ənsə, döş qəfəsi nahiyələrində əzilmiş-cırılmış yaralar, boyun, sağ baldır, sağ pəncə, hər iki topuq nahiyələrində qançırlar, sol baldır nahiyəsində sıyrıqdan ibarət xəsarətlər alıb, başın və döş qəfəsin küt travması ilə əlaqədar baş beyinin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin (ənsə, kəllə əsası) sınığı, qabırğaların sol tərəfli sınığı, sol ağciyərin zədələnməsi və döş boşluğunda qanaxma nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəlidir və üç övladı olmuşdur. Böyük oğlu mərhum Muraddan başqa daha iki azyaşlı uşağı vardır. Lənkəran Rayon Mərkəzi X1 Tibbi yardım şöbəsində feldşer işləyir. Özünə məxsus "VAZ 2107" minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. "BC" dərəcəli sürücülük vəsiqəsi var. Həmin avtomobili 2023-cü ilin sentyabr ayından idarə edir. Avtomobili ilə işə gedib-gəlir. Bəzən də, uşaqlarını avtomobillə məktəbə aparıb-gətirir. Böyük oğlu, mərhum Zərərçəkmiş şəxs Lənkəran şəhəri 8 nömrəli məktəbin 6-cı sinifində oxumuşdur. Murad çox vaxtlar özü avtobusla məktəbə gedib-gəlmişdir. Bəzən dərsə gecikəndə onu özü aparmışdır. 22 yanvar 2024-cü il tarixdə hava yağışlı olduğundan Muradı özü avtomobili ilə məktəbə aparmaq qərarına gəlmişdir. Ona görə də, saat 08 radələrində mərhum oğlu Murad idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmiş və o, kənddən çıxıb Lənkəran şəhərində yerləşən 8 nömrəli orta məktəbə doğru hərəkətə başlamışdır. Ləj kəndindən Lənkəran rayonu Haftonu qəsəbə ərazisinə çıxmışdır. Oradan da, Lənkəran rayonu Şağlaküçə kənd asfalt yoluna çıxıb Lənkəran şəhəri istiqamətində hərəkətə başlamışdır. Hava yağışlı olduğundan avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Mərhum oğlu Murad avtomobildə, arxa oturacaqda, sağ tərəfdə əyləşmişdir. Avtomobili idarə edərkən hava yağışlı olduğundan qəfildən idarəetməni itirmiş, avtomobil yoldan çıxıb yolun sol tərəfində yerləşən beton elektrik dirəyinə çırpılmış və dirək yerə aşmışdır. Hüşü başından çıxmışdır. Özünə gələndən sonra avtomobilin ön şüşəsindən çıxmış və görmüşdür ki, mərhum oğlu Murad arxa oturacaqda sıxılmış vəziyyətdə qalmışdır. Həmin vaxt Muradı çıxartmaq istəsə də, çıxarda bilməmişdir. Bu zaman həmkəndlisi Qasım Aslanzadə yanına gəlmiş və ona kömək etmişdir. Həmin vaxt yoldan keçən kənd avtomobillərin sürücüləri və sərnişinləri də gəlib hamısının köməyi ilə Muradı avtomobildən çıxartmışlar. Dərhal yoldan keçən avtomobillərin biri ilə Muradı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Muradı xəstəxanada reanimasiya şöbəsinə yerləşdirmişlər. Biraz keçəndən sonra Murad aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Avtomobili ilə hərəkətdə olduğu zaman elə bil qəfildən gözləri qaralmış, hava yağışlı olduğundan idarəetməni itirmiş, avtomobil yoldan çıxıb yolun solunda yerləşən dirəyə çırpılmışdır. O, idarə etdiyi avtomobili ilə hərəkətdə olduğu zaman ehtiyyatsızlıqdan avtomobili elektrik dirəyə çırpılıb mərhum oğlu Zərərçəkmiş şəxs xəsarət alıb vəfat etdiyi üçün əməlindən peşmandır. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Sön sözündə isə ailəsinə yeganə qazanc gətirən və himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, hadisə yerinə və avtomobilə baxış keçirilməsi haqqında protokollar, məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-tibbi ekspertizasının rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun əridir. Üç övladı olmuşdur. Böyük oğlu mərhum Muraddan başqa daha iki azyaşlı uşağı vardır. X9 şəhərində X7 Tibbi Yardım stansiyasında feldşer işləyir. Əhlimanın özünə məxsus “VAZ 2107” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili idarə edir. Əhliman bəzən uşaqları da, həmin avtomobillə məktəbə aparıb-gətirir. Böyük oğlu, mərhum Zərərçəkmiş şəxs Lənkəran şəhəri 8 nömrəli məktəbin 6-cı sinifində oxumuşdur. Murad çox vaxtlar özü avtobusla məktəbə gedib-gəlmiş, bəzən dərsə gecikəndə Əhliman onu avtomobillə özü aparırmışdır. 22 yanvar 2024-cii il tarixdə hava yağışlı olduğundan Əhliman demişdir ki, özü avtomobillə Muradı məktəbə aparacaqdır. Ona görə də, saat 08 radələrində Murad, Əhlimanın idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmiş və Əhliman kənddən çıxıb Lənkəran şəhərinə getmişlər. Onlar gedəndən təxminən yarım saat keçməmiş ona xəbər çatmışdır ki, Əhliman idarə etdiyi avtomobillə Lənkəran şəhər istiqamətində hərəkətdə olduğu zaman Lənkəran rayonu Şağlaküçə kəndində qəza keçirtmiş və avtomobili beton dirəyə çırpmış və oğlu xəsarət almışdır. Biraz keçəndən sonra məlum olmuşdur ki, oğlu Murad aldığı xəsarətlərdən vəfat etmişdir. Sonradan Əhlimandan eşitmişdir ki, Lənkəran şəhər istiqamətinə hərəkətdə olduğu zaman Şağlaküçə kənd ərazisində idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq elektrik beton dirəyinə çırpılmış və oğlu Murad xəsarət alaraq vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbi olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, Cənub Regional hidrometrologiya Mərkəzində metrologiya üzrə texnik vəzifəsində işləyir. Demək olar ki, iki gündən bir növbədə olur. 21 yanvar 2024-cii il tarixdə, saat 08 radələrində işə getmişdir. İş yeri Lənkəran şəhəri Hava Limanın yanındadır. 22 yanvar 2024-cii il tarixdə, saat 08 radələrində işdən çıxıb marşurut avtobusu ilə yaşadığı Lənkəran rayonu Ləj kəndinə, evə getdiyi zaman, Lənkəran rayonu Şağlaküçə kəndindən keçən hissədə saat 08:10-da görmüşdür ki, yol bağlanıb, yola beton elektrik dirəyi aşmışdır. Bu zaman görmüşdür ki, Ləj kəndi istiqamətinə gedən yolun sağ tərəfində «VAZ 21074» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxıb, yola perpendikulyar vəziyyətdə kanala doğru qalmışdır. O, dərhal marşrut avtobusundan düşmüş və avtomobilə doğru qaçmışdır. Orada kənarda heç kim olmamışdır. Marşrut avtobusunun sürücüsü də düşüb yanına gəlmişdir. Baxıb görmüşdür ki, avtomobilin şüşələri sınmış, avtomobil əzilmiş vəziyyətdədir. Sürücü kənd sakini Təqsirləndirilən şəxsdir. Əhliman özü şokda olduğundan nə etdiyini bilməmişdir. Həmin vaxt möhkəm yağış yağmışdır. O, dərhal avtomobilə baxmış və görmüşdür ki, avtomobilin qabaq sağ oturacağın arxa tərəfində təxminən 11-12 yaşlı bir uşağın ayağı sıxılmış vəziyyətdə, baş və bədən hissəsi isə avtomobildən çıxmış, baş nahiyəsi dirəyə sıxılmış vəziyyətdə qalmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra 112 xidmətinə zəng etsə də ora düşə bilməmişdir. Daha sonra təcili tibbi yardım stansiyasına zəng etmişdir. Həmin an o, uşağa kömək etmək üçün onu qaldırmaq istəmişdir. Lakin eletrik beton dirəyi uşağı sıxdığı üçün qaldıra bilməmişdir. Həmin vaxt yoldan keçən şəxslərin köməkliyi ilə elektrik dirəyini azca yuxarı qaldırıb uşağı ordan çıxara bilmişlər. Uşağın baş nahiyəsi dirəyin altında qalmışdır. Uşağı avtomobildən çıxaran kimi bir avtomobilə qoyub dərhal xəstəxanaya göndərmişlər. Sürücti Əhliman isə özünü itirmişdir. Həmin vaxt bilmişdir ki, uşaq sürücü Əhlimanın oğlu Zərərçəkmiş şəxsdir. Zərərçəkmiş şəxs həmin vaxt nəfəs alırdı. O, uşağı xəstəxanaya göndərən kimi orada qalmayıb evə getmişdir. Evə gedəndən sonra ona xəbər çatmışdır ki, Murad xəstəxanada ölmüşdür. Sonra ona məlum olmuşdur ki, sürücü Əhliman həmin gün saat 08 radələrində Ləj kəndindən çıxıb Lənkəran şəhər istiqamətinə hərəkətdə olarkən Şağlaküçə kəndində idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq yolun sol tərəfində beton elektrik dirəyə çırpılmışdır. Zərbənin təsirindən beton elektrik dirəyi yerindən çıxaraq yola aşmışdır. O özü, atası və anasını 2018-ci ildə yol-nəqliyyat hadisəsi zamanı itirmişdir. Ona görə də, həmin hadisəni görüb dərhal kömək etmişdir. Hadisəni ilk görən o, olmuşdur və kömək etmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Lənkəran rayonu Şağlaküçə kəndində, asfalt yolda baş vermiş, avtomobil yolu asfalt-beton örtüklü olmaqla, asfalt örtüyü yaş vəziyyətdə olmuş, sürücü Təqsirləndirilən şəxs idarə eldiyi “VAZ-21074” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran rayonu Ləj kəndindən Lənkəran şəhər istiqamətinə hərəkətdə olduğu zaman yoldan çıxaraq yolun solunda yerləşən beton elektrik dirəyinə dəymiş, zərbənin təsirindən dirək yola aşmış, avtomobilin qabaq hissəsi yolun sol tərəfində yerləşən kanala doğru olmaqla dayanmışdır. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli avtomobilə keçirilmiş baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs məxsus “VAZ-21074” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin beton elektrik dirəyinə dəyməsi nəticəsində avtomobilin ban hissəsi və sağ tərəfi əzilərək yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan 22 yanvar 20204-cii il tarixli, 000048 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 fevral 2024-cü il tarixl, 02 saylı ekspert rəyindən göünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində - baş beyinin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin sınıqları (ənsə, kəllə əsası), təpə - ənsə nahiyələrindəki yumşaq toxumalar altına yayılmış qansızına, sol tərəfli qabırğaların sınıqları (sol İİ-İV), sol ağciyərin zədələnməsi, döş boşluğunda qansızına (250 ml), döş qəfəsin sol ön səthində yumşaq toxumalar altına yayılmış qansızına, sol bud sümüyünün qapalı sınığı, başın ənsə, döş qəfəsi nahiyələrində əzilmiş-cırılmış yaralar, boyun, sağ baldır, sağ pəncə, hər iki topuq nahiyələrində qançırlar, sol baldır nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd elmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cii il tarixdə sərnişin olduğu minik avtomaşının beton maneəyə çırpılması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhıım Zərərçəkmiş şəxs ölümünə - başın və döş qəfəsin küt travması ilə əlaqədar baş beyinin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin (ənsə, kəllə əsası) sınığı, qabırğaların sol tərəfli sınığı, sol ağciyərin zədələnməsi və döş boşluğunda qanaxma səbəb olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran Rayonlarası Qeydiyyat İmtahan və X5 31 yanvar 2024-cü il tarixli 3-13-16-5/2- 890/20204 nömrəli məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran ravonu Ləj kənd sakini Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdə “BC" kateqoriyalı BD-412224 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 mart 2024-cii il tarixli, 8/638 saylı rəyindən görünür ki, “VAZ-21074” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı və həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və va hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar. Mövcüd şəraitdə hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcüd yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli, texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21074» markalı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməməsi, idarəetməni itirməsi və avtomobilin yolun hərəkət hissəsindən çıxaraq maneəyə dəyməsi faktları onu izah edir ki, mövcüd hadisə Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarə etmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Ona görə də “VAZ-21074” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəməyə tədqiq edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə Təqsirləndirilən şəxs barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi VAZ 21074 minik markalı, 42 CX-697 qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınaraq Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, ailəsinin qazanc gətirən şəxs və himayəsində iki azyaşlı, eləcə də zərərçəkmiş şəxsin məhz onun azyaşlı uşağının olmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətmiş, onun islah olunmağa meylli davranışını, ölmüş şəxsin doğma oğlu olmasını, əməlinin nəticəsində yaranmış məhrumiyyətləri aradan qaldırmağa cəhd etmiş təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 85 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut VAZ 21074 minik markalı, 42 CX-697 qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmaqla icra edilmiş hesab edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İş üzrə maddi sübut VAZ 21074 minik markalı, 42 CX-697 qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmaqla icra edilmiş hesab edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-163/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-163/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver