Məhkəmə qərarları › İş №1(049)-164/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-164/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-164/2025 27.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Mübariz oğlu və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Saat: 11:40 xx xxxxxx 2002-ci ildə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ev 78/16 mənzildə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.2 və 177.2.3-1-ci, xx xxxxxx 2004-cü ildə Lənkəran rayonu, Ləj kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, 14 oktyabr 2024-cü il tarixdə informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə həmin gün səhər saatlarında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Mərkəzi bazar” ərazisində avtobus dayanacağında qarşılaşdığı,“F70.0 yüngül dərəcəli əqli gerilik və orqanizmin funksiyalarının 31-60 faiz pozulması”na görə sosial müavinət alan həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşıb, guya sağlamlığı ilə əlaqədar adına kart hesabı açaraq fotoşəkilləri ilə birlikdə sosial şəbəkələrdə paylaşmaqla, adına maddi yardım toplayaraq köməklik etmək istədiyini bildirib, bunun üçün şəxsiyyətini təsdiq edən sənədi ondan istəmiş, Zərərçəkmiş şəxs ona inanaraq həmin gün saat 15 radələrində yaşadığı Lənkəran rayonu, Vilvan kəndində yerləşən evdə anasından təhvil aldığı şəxsiyyət vəsiqəsini bazar ərazisinə qayıdaraq ona təqdim etdikdən sonra Zərərçəkmiş şəxs mobil telefonundan istifadə edərək sonuncuya göstərmədən internet üzərindən şəxsiyyət vəsiqəsində əks olunmuş anket məlumatları və istifadəsində olan +**********65 mobil nömrəsi ilə sonuncunun adına “Sima mobil tətbiqi”ni yükləyərək, ondan xəbərsiz gizli olaraq vahid niyyətlə informasiya texnologiyalarından istifadə etməklə əvvəlcə az miqdarda istehlak kreditinin verilməsi xidmətini göstərən BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin internet portalına daxil olaraq Zərərçəkmiş şəxs dair məlumatları müvafiq sütunlarda qeyd edərək adına açılmış elektron kredit müqaviləsini elektron imza ilə imzalamaqla sonuncunun adına saat 18:50 radələrində 70 manat məbləğində pul kreditinin ayrılmasına nail olduqdan sonra həmin vəsaiti özünə məxsus olan "xxxx" KB ASC-dən verilmiş 4098 5584 46528 9096 nömrəli kartın hesabına, ardınca Zərərçəkmiş şəxs adından "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" onlayn istehlak krediti platforması vasitəsi ilə sonuncunun adından müraciət edərək şəxsi məlumatları əks etdirməklə qeydiyyatdan keçərək Zərərçəkmiş şəxs adından operatorun suallarını cavablandıraraq Lənkəran rayonu, Şağlaser kəndində yaşayan tanışı Şahid2 məxsus "xxxx" KB ASC-dən verilmiş 5411 2498 0169 3503 nömrəli kartın hesabını qeyd edib, Zərərçəkmiş şəxs adına ayrılmış 70 manat məbləğində pul kreditinin saat 18:51-də həmin kart hesabına, oradan da öz kart hesabına yüklənməsinə nail olmaqla, Zərərçəkmiş şəxs adına rəsmiləşdirildiyinə görə ona məxsus olan cəmi 140 (yüz qırx) manat məbləğində pul vəsaitini vahid niyyətlə 2 (iki) dəfəyə informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 15 oktyabr 2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2 əqli qüsurlu olan həmkəndlisi Zərərçəkmiş şəxs sosial müavinət alması və adına bank kartının olması barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxsla görüşərək aldadıb şəxsi məlumatlarını ələ keçirərək adına kredit götürüb öz aralarında bölməklə bağlı təklifini qəbul edib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə həmin gün günorta saatlarında birlikdə Zərərçəkmiş şəxs işlədiyi Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Mərkəzi bazar” ərazisindəki avtobus dayanacağına gedərək, sonuncuya guya adına yenidən kart hesabı açaraq sosial şəbəkələrdə paylaşmaqla, ona maddi yardım yığacaqlarını bildirməklə aldadıb, mobil telefonunu və şəxsiyyət vəsiqəsini əldə etdikdən sonra aralarındakı razılaşmaya əsasən, qrup üzvü Təqsirləndirilən şəxs2 həmin mobil telefonla "xxxx" ASC-nin internet platformasına daxil olaraq, qeydiyyat bölməsində Zərərçəkmiş şəxs istifadəsində olan +**********65 mobil nömrəsini və onun bildirdiyi Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsində əks olunan şəxsi məlumatları ad, soyad, ata adı, doğum tarixi və fərdi identifikasiya nömrəsini qeyd edib mobil telefonun ekranını Zərərçəkmiş şəxs üzünə tutmaqla ondan xəbərsiz gizli olaraq sonuncunun adına "xxxx" ASC-yə aid “birbank mobil tətbiqi”ni yükələyib, informasiya texnologiyalarından istifadə etməklə orada onlayn kredit ayrılması əməliyyatını icra edib müraciəti tamamlayaraq, Zərərçəkmiş şəxs adına açılmış 4169 73******2931 nömrəli hesaba 3100 manat məbləğində kreditin ayrılmasını təmin etdikdən sonra, qrup üzvü Təqsirləndirilən şəxs2 saat 15:13 dəqiqədə mobil tətbiq vasitəsi ilə onlayn qaydada həmin vəsaitin adına olan "xxxx" KB ASC-dən verilmiş 4098 5844 6883 8790 nömrəli kartın hesabına yüklənməsi əməliyyatını icra edib bu zaman tutulmuş xidmət haqqından əlavə qalan 3069 manat məbləğində pulun kart hesabına yüklənməsinə nail olub, sonradan öz aralarında bölməklə, Zərərçəkmiş şəxs adına rəsmiləşdirildiyinə görə ona məxsus olan 3069 (üç min altmış doqquz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 22 oktyabr 2024-cü il tarixdə informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə yaşadığı Lənkəran rayonu, Vilvan kəndində qarşılaşdığı əqli qüsurlu Zərərçəkmiş şəxs guya sağlamlığı ilə əlaqədar adına kart hesabı açaraq sosial şəbəkələrdə paylaşmaqla, adına maddi yardım toplayaraq köməklik etmək istədiyini bildirib, bunun üçün mobil telefonunu ondan istəyib aldıqdan sonra, həmin mobil telefonla "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" onlayn istehlak krediti platforması vasitəsi ilə Zərərçəkmiş şəxs xəbərsiz gizli olaraq informasiya texnologiyalarından istifadə etməklə onun adından onlayn kredit məbləğinin ayrılması ilə bağlı müraciət edərək, Zərərçəkmiş şəxs adına ayrılmasını təmin etdiyi 200 manat məbləğində pul kreditini saat 21:07-də Lənkəran rayonu, Şağlaser kənd sakini olan tanışı Şahid2 məxsus "xxxx" KB ASC-dən verilmiş 5411 2498 0169 3503 nömrəli kartın hesabına, oradan da öz kart hesabına yüklənməsinə nail olmaqla, Zərərçəkmiş şəxs adına rəsmiləşdirildiyinə görə ona məxsus olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrar informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Mübariz oğlu, 15 oktyabr 2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs1 əqli qüsurlu olan həmkəndlisi Zərərçəkmiş şəxs sosial müavinət alması və adına bank kartının olması barədə məlumat alıb Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxsla görüşərək aldadıb şəxsi məlumatlarını ələ keçirərək adına kredit götürüb öz aralarında bölməyi təklif edib razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə həmin gün günorta saatlarında birlikdə Zərərçəkmiş şəxs işlədiyi Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Mərkəzi bazar” ərazisindəki avtobus dayanacağına gedərək, sonuncuya guya adına kart hesabı açaraq sosial şəbəkələrdə paylaşıb, ona maddi yardım yığacaqlarını bildirməklə aldadıb, mobil telefonunu və şəxsiyyət vəsiqəsini əldə etdikdən sonra aralarındakı razılaşmaya əsasən, o, həmin mobil telefonla "xxxx" ASC-nin internet platformasına daxil olaraq, qeydiyyat bölməsində Zərərçəkmiş şəxs istifadəsində olan +**********65 mobil nömrəsini və qrup üzvü Təqsirləndirilən şəxs1 bildirdiyi Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsində əks olunan şəxsi məlumatları ad, soyad, ata adı, doğum tarixi və fərdi identifikasiya nömrəsini qeyd edib mobil telefonun ekranını Zərərçəkmiş şəxs üzünə tutmaqla ondan xəbərsiz gizli olaraq sonuncunun adına "xxxx" ASC-yə aid “birbank mobil tətbiqi”ni yükələyib, informasiya texnologiyalarından istifadə etməklə orada onlayn kredit ayrılması əməliyyatını icra edib müraciəti tamamlayaraq, Zərərçəkmiş şəxs adına açılmış 4169 73******2931 nömrəli hesaba 3100 manat məbləğində kreditin ayrılmasını təmin etdikdən sonra, saat 15:13 dəqiqədə mobil tətbiq vasitəsi ilə onlayn qaydada həmin vəsaitin adına olan "xxxx" KB ASC-dən verilmiş 4098 5844 6883 8790 nömrəli kartın hesabına yüklənməsi əməliyyatını icra edib bu zaman tutulmuş xidmət haqqından əlavə qalan 3069 manat məbləğində pulun kart hesabına yüklənməsinə nail olub, sonradan öz aralarında bölməklə, Zərərçəkmiş şəxs adına rəsmiləşdirildiyinə görə ona məxsus olan 3069 (üç min altmış doqquz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Vilvan kənd sakini Nihad adlı şəxsi tanıyır. Onun həmkəndlisi olduğu üçün onun haqqında məlumatı olmuşdur. Nihad əqli qüsurlu olmaqla təqaüd alır. 14 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında o, Lənkəran şəhərində Bazar adlanan ərazidə Nihadı görüb ona maddi yardım verilməsi üçün adına kart hesabı açacağını və internetdə onun şəklini yayaraq maddi yardım toplayacağını deyərək bunun üçün ona şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmiş, Nihad da ona şəxsiyyət vəsiqəsinin anasında olduğunu və günortadan sonra gətirib ona verəcəyini demişdir. Həmin gün, saat təxminən 15 radələrində Nihad özünə məxsus şəxsiyyət vəsiqəsini gətirərək Lənkəran şəhərində Bazar adlanan ərazidə ona vermiş, o, Nihadın mobil telefonu vasitəsi ilə əvvəl "xxxx" MMC-dən sayta daxil olaraq Zərərçəkmiş şəxs anket məlumatlarını şəxsiyyət vəsiqəsindən baxaraq doldurmuş, müraciəti təsdiq olunduqdan sonra “SİMA” mobil tətbiqi ilə müqaviləni Nihadın adına imzalamış, müqavilə təsdiq olunduqdan sonra özünə məxsus “"xxxx" KB ASC” KB ASC-yə aid 4098-5844-6528-9096 nömrəli kart hesabına 70 manat pul yüklənmişdir. Daha sonra "xxxx" onlayn istehlak kreditindən Zərərçəkmiş şəxs adından onun mobil telefonu ilə qeydiyyatdan keçərək 70 manat pul krediti çəkərək tanışı olan Şahid2 məxsus “"xxxx" KB ASC” KB ASC-yə aid 5411-2498-0169-3503 nömrəli kart hesabına yükləmişdir. O, onlayn yolla "xxxx" saytından Zərərçəkmiş şəxs adına profil açmış, həmin saytda 70 manat pul krediti götürəcəyini qeyd etmiş, şəxsiyyət vəsiqəsinin FİN kodunu və email sətrini doldurduqdan sonra profil qeydiyyatından keçmiş və kreditin təsdiqlənməsi üçün anket məlumatlarını qeyd edərək operator tərəfindən verilmiş sualları cavablandırmış və tanışı Şahid2 kart məlumatlarını qeyd etdikdən sonra 70 manat pulu onun kart hesabına yükləmişdir. Sonra Şahid2 mesaj yazaraq onun kart hesabına 70 manat pul yüklüyəcəklərini və həmin pulu ona göndərməsini xahiş etmiş, Polad da həmin pulu onun kart hesabına yükləmişdir. O, Nihaddan şəxsiyyət vəsiqəsini alan zaman ona pul verəcəyini bildirdiyi üçün öz cibindən 50 manat pulu ona vermişdir. Lakin Nihadın onun adına "xxxx"dan və "xxxx"dan kredit götürməyi barədə məlumatı olmamışdır. Törətdiyi bu əməl barədə tanışı və dostu olan Lənkəran rayonu, Ləj kənd sakini Təqsirləndirilən şəxs2 bildirmişdir. O, Gülağaya Nihad adlı həmkəndlisinin təqaüd alması və adına bank kartı olmasını bildirmiş, Təqsirləndirilən şəxs2 da ona əgər o, təqaüd alırsa onun adına pul krediti çəkə biləcəyini ona bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2la birlikdə fikirləşmişlər ki, Nihadın mobil telefonundan mobil nömrə ilə qeydiyyat bölməsindən qeydiyyatdan keçərək taksit kart hesabı açsınlar və bank tərəfindən ona ayrılmış pulu öz hesablarına köçürsünlər. Belə ki, onlar qabaqcadan razılaşdıqları kimi 15 okyabr 2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhərində Bazar adlanan əraziyə gəlmişlər və Nihadın orada olduğunu görmüşlər. Daha sonra o, Nihada yaxınlaşıb Gülağanın onun adına kart hesabı açacağını və onun şəklini çəkib internetdə və sosial şəbəkələrdə yayacaqlarını və ona maddi yardım yığacaqlarını bildirmişlər. Nihad da onlarla razılaşmış və öz şəxsiyyət vəsiqəsi ilə mobil telefonunu onlara vermişdir. Gülağa onun mobil telefonunu alıb "xxxx" ASC-yə aid “Birbank” tətbiqi yükləmiş. Orada mobil nömrə ilə qeydiyyat bölməsindən Nihada aid ***-***-**-** mobil nömrəsini qeyd etmiş, daha sonra o, Gülağaya Nihadın şəxsiyyət vəsiqəsinin Fin kodunu demiş, Gülağa fin kodu da qeyd etdikdən sonra o, Nihadın doğum tarixini də ona bildirmişdir. Sonra Gülağa qeydiyyatı tamamlamış, Nihadın üz görüntüsünü istəyəndə onlar mobil telefonu Nihadın üzünə tutmuş və bundan sonra "xxxx" ASC tərəfindən Nihada 3100 manat məbləğində kredit ayrılmışdır. Bundan sonra Gülağa həmin pulu özünə məxsus "xxxx" KB ASC-yə aid 4098- 5844-6883-8790 nömrəli kart hesabına onlayn qaydada köçürmüş, bank faizləri çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 kartı hesabına 3069 manat pul daxil olmuşdur. Gülağa pulun çox hissəsini, yəni 1650 manat pulu ona məxsus "xxxx" KB ASC-yə aid 4098-5844-6528- 9096 nömrəli kart hesabına onlayn qaydada yükləmiş, o da həmin 1650 manat pulun çox hissəsini borcları olan şəxslərə qaytarmış və yerdə qalan pulları da şəxsi tələbatı üçün xərcləmişdir. Törətdiyi əməllərdən Nihadın xəbəri olmamış, Nihad, anadangəlmə qüsurlu olduğundan onun etdiyi əməliyyatlarla bağlı heç bir anlayışı olmamış, sistem üzərində Gülağa ilə birlikdə həmin əməliyyatları etmiş və Nihadın telefonuna gələn sms vasitəsi ilə göndərilmiş kodu öyrənmiş və tətbiq vasitəsi ilə həmin əməliyyatları icra etmişlər. Üzərindən bir neçə gün keçdikdən sonra o, Lənkəran rayonu, Vilvan kəndində olarkən Nihadı yenidən görmüş, həmin vaxt yenidən Nihadın adından pul krediti çəkməsini fikirləşmiş, Nihadla görüşmüş və onun mobil telefonunu ondan alaraq onun adına "xxxx" onlayn istehlak kreditindən yenidən 200 manat pul krediti çəkərək yenidən tanışı olan Şahid2 məxsus "xxxx" KB ASC-yə aid 5411-2498-0169-3503 nömrəli kart hesabına yükləmişdir. Daha sonra yenidən Şahid2 mesaj yazaraq onun kart hesabına 200 manat pul yüklüyəcəklərini və həmin pulu da ona göndərməsini xahiş etdiyindən, Polad da həmin pulu onun kart hesabına yükləmişdir. Onu etdiyi əməliyyatlardan heç kimin xəbəri olmamış, nə Zərərçəkmiş şəxs, nə də Təqsirləndirilən şəxs2 bundan məlumatı olmamışdır. Tanışı Şahid2 isə ona məxsus kart hesabına pul atacaqlarını və həmin pulun ona göndərilməsini xahiş etmişdir. Polad da öz kart hesabına yüklənmiş, 200 manat pulu onun kart hesabına atmışdır. Şahid2 onun etdiyi əməliyyatlardan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Mübariz oğlu ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Vilvan kənd sakini Nihad adlı şəxsin adına olan "xxxx" ASC-yə aid kart hesabından dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə ümumilikdə 3069 manat pulu əldə etmişlər. Belə ki, Nihad fiziki qüsurlu olduğundan onun adına olan "xxxx" ASC-yə aid təqaüd kartının olduğunu dostu Təqsirləndirilən şəxs1 ona bildirmiş, Təqsirləndirilən şəxs1la birlikdə Nihadın mobil telefonundan mobil nömrə ilə qeydiyyat bölməsindən qeydiyyatdan keçərək taksit kart hesabı açaraq bank tərəfindən ayrılmış pulu öz hesablarına köçürmələrini fikirləşmişdir. Onlar qabaqcadan razılaşdıqları kimi 15 okyabr 2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhərində Bazar adlanan əraziyə gedib Nihadın orada olduğunu görmüşlər. X12 yaxınlaşıb onun Nihadın adına kart hesabı açacağını və onun şəklini çəkib internetdə və sosial şəbəkələrdə paylaşacaqlarını və ona maddi yardım yığacaqlarını bildirdiyindəm, Nihad da onlarla razılaşmış və öz şəxsiyyət vəsiqəsi ilə mobil telefonunu onlara vermişdir. O, Nihadın mobil telefonunu alıb "xxxx" ASC-yə aid “Birbank” tətbiqi yükləmiş, orada mobil nömrə ilə qeydiyyat bölməsindən Nihada aid ***-***-**-** mobil nömrəsini qeyd etmiş, sonra Nicat ona Nihadın şəxsiyyət vəsiqəsinin Fin kodunu demiş, o, fin kodu qeyd etdikdən sonra Nicat Nihadın doğum tarixini ona bildirmişdir. Daha sonra o, qeydiyyatı tamamlamış, Nihadın üz görüntüsünü istəyəndə onlar mobil telefonu Nihadın üzünə tutmuşlar və bundan sonra "xxxx" ASC tərəfindən Nihada 3100 manat məbləğində kredit ayrılmışdır. Bundan sonra o, həmin pulu özünə məxsus "xxxx" KB ASC-yə aid 4098-5844-6883-8790 nömrəli kart hesabına onlayn qaydada köçürmüş, bank faizləri çıxdıqdan sonra onun kartın hesabına 3069 manat pul daxil olmuşdur. X11 həmkəndilisi olduğu üçün o, pulun çox hissəsini, yəni 1650 manat pulu Nicata məxsus "xxxx" KB ASC-yə aid 4098-5844-6528-9096 nömrəli kart hesabına onlayn qaydada yükləmiş, o, kart hesabında qalan 1419 manat pulun Türkiyə dövlətinə getmək üçün təyyarə bileti almış, Türkiyədə oxuduğu universitetin ödənişini həyata keçirmiş və qalan pulları da şəxsi tələbatı üçün xərcləmişdir. Nihad anadangəlmə qüsurlu olduğundan onun etdikləri əməliyyatlarla bağlı heç bir anlayışı olmamışdır. O və dostu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs anadangəlmə qüsurlu olduğunu bildikləri üçün bundan istifadə edərək Nihada məxsus kart hesabından sözügedən 3069 manat pulu ələ keçirmişlər. Onun Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs adına "xxxx" MMC-dən 70 manat, "xxxx" onlayn istehlak kreditindən 70 manat və 200 manat pul kreditini çəkməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 Mübariz oğlu son sözündə əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Vilvan kəndində anası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, subaydır. Əlilliyi ilə bağlı 2023-cü il tarixdən 150 manat təqaüd alır və həmin aylıq 150 manat təqaüd alması üçün "xxxx" ASC-dən ona plastik kart verilmişdir. 14 oktyabr 2024-cü il tarixdə o, anası ilə mübahisə edərək, şəxsiyyət vəsiqəsini ondan almış, anasına dostlarının ona maddi yardım etmək istədiklərini, bu səbəbdən ona plastik kart lazım olduğunu, bankdan kart götürməli olduğunu bildirmiş, bu təklifin ona həmkəndlisi Təqsirləndirilən şəxs1 etdiyini demişdir. Şəxsiyyət vəsiqəsini anasından aldıqdan sonra vəsiqəni özü ilə götürərək Lənkəran şəhərində Nicatgillə görüşmüşdür. 2024-cü ilin oktyabr ayında "xxxx" kredit xidmətindən ona zəng edilib, bir müddət əvvəl götürdüyü 50 manat kreditin faizi ilə birlikdə 86 manat ödənişini ödəməsini bildirdikdə o, "Azulmat”dan heç bir kredit götürmədiyini demişdir. Bundan sonra anasıgil onun mobil telefonu ilə yoxladıqda həqiqətən də həmin ayda onun adına "xxxx" xidmətindən 50 manat kredit götürüldüyü ona məlum olmuşdur. O, şəxsiyyət vəsiqəsini 14 oktyabr 2024-cü il tarixdə anasından aldıqdan sonra Təqsirləndirilən şəxs1 verdiyi üçün onun həmin krediti onuun adına götürməsi şübhəsi anasında yaranmış, buna görə Nicata zəng edib, onun adına "xxxx" xidmətindən 50 manat kredit götürməsi barədə soruşmuşdur. Nicat ilk öncə kredit götürməsini etiraf etməsə də, sonra kredit götürdüyünü etiraf edib qısa müddətdə həmin kreditə görə ödənməli olan 86 manat pulu ödəyəcəyini bildirmişdir. Nicat həmin 86 manat pulu söz verdiyi kimi ödədikdən sonra, 2024-cü ilin oktyabr ayının sonunda təqaüd pulları hesaba köçürüldüyü vaxtlarda anası onun kart hesabından pulu çıxarmaq istədiyi zaman kart hesabında pul olmadığını aşkar etmiş, onun təqaüd kartı anası Firuzədə olduğundan və həmin kartı heç kimə vermədiyindən, yəni təkcə özü kartdan istifadə edib pul çıxardığldan 2024-cü ilin oktyabr ayının sonunda kart hesabında pul olmadığını gördükdə bunun nə üçün baş verdiyini öyrənmək üçün anası "xxxx" ASC-nin Lənkəran filialına yaxınlaşmışdır. "xxxx" ASC-nin Lənkəran filialında onun anasına kart sahibinin yaxınlaşması bildirildiyindən, lakin o, banka getdib imza ata bilmədiyindən bankdan onun anasına kart hesabı ilə bağlı yoxlanış apara bilməyəcəklərini bildirmişdilər. Bundan sonra anası 06 noyabr 2024-cü il tarixdə notariusda onun yerinə müəyyən hərəkətləri icra edə bilmək məqsədi ilə etibarnamə götürdüyündən həmin etibarnamə ilə "xxxx" ASC-nin Lənkəran filialına gedərək müraciət etmişdir. Bankda yoxlanış aparıldıqda onlara məlum olmuşdur ki, 15 oktyabr 2024-cü il tarixdə onun şəxsiyyət vəsiqəsi ilə onlayn şəkildə "xxxx" ASC-yə müraciət edilərək onun adına 3069 manat kredit götürülmüşdür. Anası Firuzə dərhal bunun Təqsirləndirilən şəxs1 tərəfindən edildiyini bilmişdir. Çünki Nicat onun adına "xxxx" xidmətindən də kredit pul götürmüşdür. Nicat onu aldadıb 15 oktyabr 2024-cü il tarixdə onun adından "xxxx" ASC-yə müraciət edib onlayn şəkildə 3069 manat kredit götürüb özünə məxsus hesablara yönləndirib köçürtməklə oğurlamışdır. Anası Nicata zəng edib bu barədə danışdıqda Nicat onun adına 3069 manat pulun hesabından oğurlamasını inkar edərək, bu hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirdiyindən anası polis şöbəsinə şikayət etmək qərarına gəlmişdir. Anası şikayət ərizəsində Təqsirləndirilən şəxs1 onun xəstə olmasından istifadə edərək “Birbank” tətbiqi vasitəsiylə 3120.54 manat pulunu və həmçinin onun şəxsiyyət vəsiqəsindən istifadə edib "xxxx" xidmətindən 245 manat kredit pul götürülməsini qeyd etmişdir. Lakin polis tərəfindən alınmış Bank məlumatlarından onlara məlum olmuşdur ki, 15 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və onun dostu Təqsirləndirilən şəxs2 onun adından "xxxx" ASC-yə müraciət edib onlayn şəkildə 3069 manat kredit götürərək özlərinə məxsus kart hesablarına yönləndirməklə oğurlamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 onun şəxsiyyət vəsiqəsindən istifadə edərək 14 oktyabr 2024-cü il tarixdə, saat 18:50-də "xxxx" BOKT MMC-dən 70 manat, "xxxx" BOKT MMC-dən isə xx.xx.2024-cü il tarixdə, saat 18:51-də 70 manat, xx.xx.2024-cü il tarixdə, saat 21:07-də isə təkrarən 200 manat məbləğində pulu kredit olaraq çəkmişdir. Belə ki, ona ümumilikdə 3409 manat maddi ziyan dəymişdir. Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs həm ifadəsinin sonunda, həm də məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 Mübariz və Təqsirləndirilən şəxs1 oğlu ona dəymiş ziyanı tam ödədikləri üçün onlarla barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də həmin şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. Təqsirləndirilən şəxs1 ondan kart hesabının göndərməsini xahiş etdiyindən o, özünə məxsus olan “Leobank”-dan verilmiş kart hesabını Təqsirləndirilən şəxs1 göndərmiş, Təqsirləndirilən şəxs1 onun kart hesabına "xxxx"-dan 200 manat pul göndəriləcəyini, həmin pulu onun kart hesabına göndərməsini xahiş etmiş, o da Təqsirləndirilən şəxs1 etiraz etməmişdir. Sonra ona məxsus olan “Leobank” kart hesabına "xxxx"-dan 200 manat pul köçürülmüş, o da həmin vəsaiti öz kartı vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus “Leobank” kart hesabına göndərmişdir. Onun pulun oğurluq olması barədə həmin vaxt məlumatı olmamış, sonradan bu barədə məlumatı olmuşdur. Məhkəmə baxışında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 29 noyabr 2024-cü il tarixdə, Lənkəran rayonu, Vilvan kənd sakini Qanuni nümayəndə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə və Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət edərək anadangəlmə qüsurlu olan oğlu Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə aid plastik kartdan Nicat adlı şəxs tərəfindən oğlunun şəxsiyyət vəsiqəsindən istifadə edilərək “Birbank” təqtbiqi vasitəsi ilə 3120 manat pulu ələ keçirələrək özünə aid hesablara atılmış, bundan başqa, 150 manat təqaüd pulunu və Manato.az saytından isə 245 manat kredit yolu ilə pulunun oğurlanması barədə məlumat vermiş, məlum hadisə ilə bağlı məlumatlar şöbənin törədilmiş və hazırlanan cinayətlərin qeydiyyatı kitabında qeydiyyata alındıqdan sonra araşdırılmasına başlanılmış, tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Nicat adlı şəxs Lənkəran rayonu, Vilvan kəndində anadan olmuş Təqsirləndirilən şəxs1dur. O, Lənkəran ŞRPŞ-yə dəvət olunmuş və 01 dekabr 2024-cü il tarixdə Lənkəran polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 tanışı olan Lənkəran rayonu, Ləj kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 tanışı və həmkəndlisi olan əqli geriliyi və əlilliyi olan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid kart məlumatlarını və şəxsiyyət vəsiqəsini sonuncudan əldə edərək “Birbank” mobil tətbiqi ilə 3069 manat pulunu kredit yolu ilə ələ keçirib Təqsirləndirilən şəxs2 adına olan "xxxx" KB ASC-yə məxsus 4098- 5844-6883-8790 nömrəli “Leokart” hesabına, sonra isə həmin puldan 1650 manat pulu Təqsirləndirilən şəxs1 məxsus "xxxx" KB ASC-yə aid 4098-5844-6528-9096 nömrəli bank kart hesabına köçürmüşlər. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsindən istifadə edərək 14 oktyabr 2024-cü il tarixdə, saat 18:50-də "xxxx" BOKT MMC-dən 70 manat, "xxxx" BOKT MMC-dən isə 14 oktyabr 2024-cü il tarixdə, saat 18:51-də 70 manat, xx.xx.2024-cü il tarixdə, saat 21:07-də isə təkrarən 200 manat məbləğində pulu kredit olaraq çəkmişdir. Bank məlumatlarından və sorğulara alınmış cavabdan da göründüyü kimi Zərərçəkmiş şəxs ümumilikdə 3409 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: 01 dekabr 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi haqqında haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:00-da tutmadan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Mübariz oğlu əvvəllər məhkum edilməmişdir. Lənkəran Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən 8İ-24941 sayla reyestrdə qeydiyyata alınmış, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********941 saylı ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş 3515 manat ziyan tam ödənmiş, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Lənkəran şəhər İHB-nın Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Yusubov X5 rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla anası – 1972-ci il təvəllüdlü X4 ilə birlikdə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ev 78/16 mənzildə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 21 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin tutulmasından ötrü axtarışın elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Mübariz oğlunun barəsində axtarış elan edilmişdir. 12 aprel 2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Mübariz oğlu həmin tarixdə, saat 20:16-da şübhəli şəxs qismində tutulmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi haqqında haqqında 14 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Mübariz oğlu həmin tarixdə, saat 18:40-da tutmadan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 12 aprel 2025-ci il tarixli “ CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokolundan görünür ki, 02 ədəd CD diskə baxış keçirilimiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1-ci diskə baxış zamanı müəyyən edildi: CD diskdə “9096” faylı, LNK- 26(037)_2025_03_11_10_17_32, LNK-26(037)_2025_03_11_10_18_24, LNK- 26(037)_2025_03_11_10_19_48, LNK-26(037)_2025_03_11_10_20_35 və NFT 1(020)_2025_03_11_10_21_26 fotogörüntüləri vardır. Sözügedən fayla baxış zamanı müəyyən edildi ki, Şahid2 məxsus Unibanka aid 541124******3503 nömrəli kart hesabından Təqsirləndirilən şəxs1 məxsus Unibanka aid 409858******9096 nömrəli kart hesabına mobil tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 18:55:11-də 70 manat, xx.xx.2024-cü il tarixdə, 21:11:18 saatda 200 manat pul köçürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 tərəfindən Unibanka aid 409858******8790 nömrəli kart hesabı ilə Təqsirləndirilən şəxs1 məxsus Unibanka aid 409858******9096 nömrəli kart hesabına mobil tətbiqi vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə, 15:48:32 saatda 1650 manat pul köçürülmüşdür. LNK-26(037)_2025_03_11_10_17_32, LNK- 26(037)_2025_03_11_10_18_24, LNK-26(037)_2025_03_11_10_19_48, LNK- 26(037)_2025_03_11_10_20_35 və NFT 1(020)_2025_03_11_10_21_26 fotogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs1 1650 manat pulu kartdan Unibanka aid bankomatdan nağdlaşdırarkən fotogörüntüləri bankomatın kamerası tərəfindən çəkilmişdir. 2-ci diskə baxış zamanı müəyyən edildi: CD diskdə “8790” faylı vardır. Sözügedən fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 məxsus Unibanka aid 409858******8790 nömrəli kart hesabına internet üzərindən xx.xx.2024-cü il tarixdə, saat 15:13:27-də "xxxx" ASC yə aid Birbank proqramı vasitəsi ilə 3069 manat pul daxil olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 özünə məxsus həmin Unibanka aid 409858******8790 nömrəli kart hesabından Təqsirləndirilən şəxs1 məxsus Unibanka aid 409858******9096 nömrəli kart hesabına mobil tətbiqi vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə, 15:48:32 saatda 1650 manat pul köçürülmüşdür. Əldə edilən bank məlumatları onu göstərir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən Zərərçəkmiş şəxs qarşı oğurluq etdiklərini sübut edir. “Kapital bankdan alınmış cavablara baxış keçirilməsi haqqında” 12 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 4169-73**-****-2931 nömrəli kart hesabından 4098-58**-****-8790 saylı Unibank kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 15:13:27-də 3069 manat pul göndərilmiş, 4098-58**-****-8790 saylı Unibank kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 15:13:27-də 10,85 manat pul göndərilmiş, 4098-58**-****- 8790 saylı Unibank kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 15:13:27-də 10 manat pul göndərilmiş və 4098-58**-****-8790 saylı Unibank kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 15:13:27-də 30,69 manat pul göndərilmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" BOKT MMC-dən alınmış, H-414/2024 saylı cavab məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs tərəfindən "xxxx" BOKT MMC-yə müxtəlif tarixlərdə kredit əldə etmək məqsədi ilə müraciətlər olunmuşdur. Belə ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixlərində "xxxx" BOKT MMC-yə məxsus "xxxx" onlayn istehlak krediti platforması vasitəsilə müraciət edərək aşağıdakı krediti əldə etmişdir: xx.xx.2024-cü il tarixində, saat 18:51:44-də 541124******3503 saylı kart nömrəsinə 70 AZN (RRN: **********22); xx.xx.2024-cü il tarixində, saat 21:07:50-də 541124******3503 saylı kart nömrəsinə 200 AZN (RRN: **********09). Lənkəran şəhər İHB-nın Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X1 rayonu, Ləj kəndində qeydiyyatda olmaqla atası – xx.xx.1976-cı il təvəllüdlü X2 və anası – xx.xx.1979-cu il təvəllüdlü X3 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Mübariz oğlu həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada qeydiyyatdadır. Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Dödvlət Sosial Müdafiəsi X7 üzrə Məkrəzi Filialının 02 may 2025-ci il tarixli, 3-17-1/2- 102695/2025 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə sosial müavinət təyin edilmiş və 150 manat olmaqla ödəniş davam etdirilir. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli 2055 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs Yüngül əqli gerilik aşkar olunur. Zərərçəkmiş şəxs qeyd olunan kəmağıllılıq yüngül ifadə olunduğundan onu baş vermiş hadisələri düzgün qavrayıb təsvir etmək qabiliyyətindən məhrum etmir. Zərərçəkmiş şəxs təqdim olunmuş materiallara əsasən ictimai təhlükəli əməl törətmədiyindən və cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən onun anlaqlı olub-olmaması müəyyən edilə bilməz. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində isitintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs ona qarşı cianyət törədilən zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlər zamanı yaranmış şəraitin mahiyyətini tam dərk etmək, ola biləcək hadisələri əvvəlcədən tam şəkildə proqnozlaşdırmaq qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs onda müəyyən edilən yüngül dərəcəli əqli geriliklə əlaqədar başqa şəxslər tərəfindən aldadıla və təsir altında hərəkət edə bilər. "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, H-414/2024 saylı məktubun surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə "xxxx" BOKT MMC-yə məxsus "xxxx" onlayn istehlak krediti platforması vasitəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixində, saat 18:51:44-də 541124******3503 saylı kart nömrəsinə 70 manat, xx.xx.2024-cü il tarixində, saat 21:07:50-də 541124******3503 saylı kart nömrəsinə 200 manat kreditləri əldə etmişdir. BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, G-0210/025/289 saylı məktubun surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində BOKT "xxxx" MMC-dən istifadəsində olan +**********65 saylı mobil nömrəsinə göndərilmiş unikal SMS kod vasitəsi ilə 70 manat krediti rəsmiləşdirmiş, BOKT "xxxx" MMC-dən bir dəfə kredit əldə etmişdir. 70 manat kredit xx.xx.2024-cü il tarixdə, saat 18:50-də "xxxx" KB ASC-yə məxsus 709858******9096 saylı kart hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli “Qanuni nümayəndə qismində tanınma haqqında” qərardan görünür ki, Qanuni nümayəndə əqli geriliyi olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. 06 avqust 2025-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. 07 avqust 2025-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Mübariz oğlu barəsində xx.xx.2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə "xxxx", "xxxx" ASC-dən və "xxxx" BOKT MMC-dən daxil olmuş məktublara əlavə edilmiş 02 ədəd CD disk maddi sübut qismində tanınmış və 02 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mübariz oğlu tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlarla barışmış və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1 və Təqsirləndirilən şəxs2 Mübariz oğlunun CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1 və Təqsirləndirilən şəxs2 Mübariz oğlunun əməli CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan əməli törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxsin və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını CM-nin 59.1.12, 59.1.13-cü, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı, Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Mübariz oğlunun zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12, 59.1.13-cü, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı, Təqsirləndirilən şəxs2 Mübariz oğlunun əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mübariz oğlunun şəxsiyyəti, cəzanı yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxsə vurmuş olduqları zərərin ödənilməsini, zərər çəkmiş şəxsin onlardan şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Məhz buna görə də, məhkəmə yuxarıda qeyd olunanlar baxımından təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinin və Təqsirləndirilən şəxs2 Mübariz oğluna CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 dekabr 2024-cü il tarixdən 03 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, Təqsirləndirilən şəxs2 Mübariz oğlunun da 12 aprel 2025-ci il tarixdən 14 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onlara təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mübariz oğluna təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onların üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mübariz oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 dekabr 2024-cü il tarixdən 03 dekabr 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində 1 il 11 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs2 Mübariz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Mübariz oğlunun 12 aprel 2025-ci il tarixdən 14 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində 01 il 5 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Mübariz oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 Mübariz oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Mübariz oğlunun üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Hökmün icrası Təqsirləndirilən şəxs2 Mübariz oğlu və Təqsirləndirilən şəxs1 hər ikisinə münasibətdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar