Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-165/2023 05.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 2005-ci ildə Lənkəran rayonu, Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 22 iyul 2022-ci il tarixdə gündüz saatlarında, Lənkəran şəhəri, Sahil küçəsində özgənin əmlakını gizli yolla talamaq məqsədilə hərəkət edərək, həmin ünvanda yerləşən “Dəniz hotel” adlı obyektin yaxınlığında saxlanılan, X4 məxsus Mersedes markalı ** ON *** qeydiyyat nişanlı mikroavtobusun qapısını açıb avtomobilin salonuna daxil olduqdan sonra, salonun arxa oturacağının üzərində qoyulmuş Zərərçəkmiş şəxs məxsus çantasının içərisindən bir ədədinin qiyməti 1500 manat olan, ümumi qiyməti 3000 manat olan, hər birinin çəkisi 4.0 qram, 750 əyyarlı, brilyant qaşlı iki ədəd qızıl üzükləri, 600 manat qiymətində əyyarı 583 olan, çəkisi 6 qram olan bir ədəd qızıl bilərziyi, bir ədədinin qiyməti 250 manat, ümumi qiyməti 500 manat olan, hər birinin çəkisi 1,8 qram, əyyarı 583 olan, iki ədəd qızıl bilərzikləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumlikdə 4100 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə zamanı o, Dəniz oteldə ofisiant işləmişdir. 22 iyul 2022-ci il tarixdə, günorta saatlarında o, hazırda zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs və onunla birlikdə gələn ailəsinə qulluq etmişdir. Sonradan eşitmişdir ki, oğurluq olmuşdur. Onu polis şöbəsinə dəvət edirib dindirdikdən sonra sərbəst buraxmışlar və o, da Bakı şəhərinə getmişdir. Sonra öyrənmişdir ki, onu oğurluq cinayətinə görə axtarırlar. O, heç kimin əşyasını götürməmişdir. Cinayət işinin 73-74-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dindirmə protokolundan görünür ki, məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə 06 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. Lənkəran rayonun Liman şəhərində M.Ə.Sabir küçəsi ev 5-də valideynləri ilə birlikdə yaşayır. Subaydır. Əvvəllər məhkum edilməmişdir. İşləmir, arada bir fəhləlik işi olanda işləyir. O bu ilin yay aylarında Lənkəran şəhərində dəniz kənarında yerləşən Dəniz hotelin yaxınlığında olan çayxanada çay paylayan kimi işə düzəlmişdir. 2022-ci ilin iyul ayının 20-25 ərəfələrində təxminən saat 16 radələrində işlədiyi çayxananın qarşısından Mersedes markalı ağ rəngli mikro avtobus dayanmışdır. İçərisində bir neçə qadın çoxlu uşaq və iki nəfərədə kişi düşüb onun işlədiyi dəniz sahilindəki çayxanaya gəlmişlər. O onların ləhcələrindən yerli sakinlər olmadığını bilmişdir. Onlar dənizdə çimərkən o mikro avtobusun içərisinə kənardan baxanda orada çoxlu çanta olduğunu görmüşdür. Ətrafa baxanda mikroavtobusdan düşənlərin çox hissəsi dənizdə çimdiyini, çiməyənlərdə, sahildə quma uzanıb dincəldiyini görmüşdür. Həmin şəxslərin başları qarışıq olduğunu gördüyü üçün mikroavtobusdan oğurluq etmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, onlar çıxıb gedəcəklər ondan şübhələnməzlər. İlk öncə ətrafa baxmış və onu heç kəsin görmədiyindən tam əmin olduqdan sonra mikroavtobusun giriş qapısını yoxlamışdır. Qapı örtülsədə, lakin kilidlənməmişdir. O qapını açıb mikroavtobusun içərisinə daxil olaraq oturacaqların üstünə və altına qoyulmuş çantaları axtarmışdır. Arxa çərgədə olan oturacaqların birində qadın çantasını axtaranda çantanın içərisində 2 ədəd qızıl üzük və 3 ədəd qızıl bilərziyi görüb onları götürmüşdür. O qzıllar həmin vaxt cibinə qoymuşdur. O çayxanadan çıxıb qızılları bir az aralıda otların arasında gizlətmişdir. Sonra yenidən çayxanaya qayıdaraq öz işinə davam etmişdir. Həmin şəxslər dənizdən çıxıb evlərinə gedərkən qızıl sahibi olan bir qadının qızıllarının olmadığını bildirmişdir. Sonra oraya polis əməkdaşları gəlib həmin şəxsləri polis şöbəsinə aparmışlar. O qızılları iki-üç gün orada saxladıqdan sonra ondan heç kəs şübhələnmədiyi üçün qızılları həmin yerdən götürmüşdür. Qızılları bazarda satıb pul etmək istəsə də, polislərin onu yaxalaya biləcəyini fikirləşmiş, bunun üçün qızılları Masallı rayonuna aparıb orada bazarın girişində tanımadığı bir şəxsə 600 manata satmışdır. Həmin şəxs onun qızılları oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. O əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmişdir. O bundan savayı heç yerdən oğurluq etməmişdir. Oğurluq hadisəsini tək etmişdir, bu işdə ona heç kəs köməklik etməmişdir. Oğurluq edərkən onu ətrafdan görən şəxs olmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifаdəsində göstərdi ki, ailəsi ilə birlikdə Beyləqan rayonun 20 yanvar küçəsində yaşayır. Evlidir, iki övladı var və evdar qadındır. X9 Beyləqan rayonunda hərbi hissədə işləyir. O xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyət götürmüşdür. xx.xx.2022-ci il tarixdə gündüz saat təxminən 14 radələrində o, əri Seyran, atası Zakir, anası Sevda ilə birlikdə tanışlar Elşənin idarə etdiyi Mersedes markalı mikroavtobulsa Lənkəran şəhərinə dənizdə çinmək üçün gəlmişlər. Onlar dəniz kənarında yerləşən Dəniz Hotelin yaxınlığında yerləşən dəniz sahilində yerləşən kafeyə gəlmişlər. Avtomobildən düşərkən çantalarının çox hissəsi avtomobildə saxlamışlar. Özləri ilə ancaq yeməklərini götürmüşlər. Mikroavtobusun sürücüsü Elşən onların xahişi ilə mikroavtobusda saxladıqları çantalarından nəsə lazım olduqda rahat götürmələri üçün mikroavtobusun qapısını kilidləməmişdir. O və anası arada bir mikroavtobusa girib oradan pal-paltar götürmüşlər. Həmin gün saat 19 radələrində mikroavtobusa daxil olanda oradakı çantaları hamısı dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, mikroavtobusun arxa çərgəsində olan oturacağın üzərinə qoyduğu çantasının içərisinə baxanda həmin çantada saxladığı qızıl əşyalarını görməmişdir. Qızıllarını axtarsada tapa bilməmişdir. Bundan sonra bilişdir ki, mikroavtobusdan oğurluq edilərək ona məxsus qızıl əşyaları oğurlamışdır. Buna görə əri Seyran DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib onları polis şöbəsinə dəvət etmişlər. Əvvəl oğulurluq hadisəsi ilə bağlı şübhələndiyi şəxs olmasada sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini istirahət etdikləri dəniz kənarı kafedə işləyən Anar adlı şəxs olmuşdur. O hadisə baş verməzdən bir neçə dəfə Anarın mikroavtobusun ətrafında gəzişdiyini, mikroavtobusun içərisinə boylandığını və arada bir onlara tərəfə də baxdığını görmüşdür. Sonra başı azyaşlı uşaqlarına qarışdığı üçün Anara əhəmiyyət verməmişdir. O da bundan istifadə edərək oğurluq etmişdir. Baş vermiş oğurluq nəticəsində ona təxminən ümumilikdə 4100 manat ziyan dəymişdir. Oğurlanmış iki ədəd qızıl üzüklərin hər birinin çəkisi 4.0 qram, 750 əyyarlı, üzərində xırda brilyant qaşları vardır, oğurlanmış qızıl bilərziklərdən birinin əyyarı 583 idi, çəkisi 6 qram olsada, digər qızıl bilərzikərin hər birinin çəkisi 1,8 qram, əyyarı 583 idi. Bilərziklərin üzərilərində heç bir qaş olmamışdır. Oğurluq zamanı ondan başqa heç kəsin əmlakı oğurlanmamışdır. Hazırda ona vurulmuş maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifаdəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə gündüz saat təxminən 14 radələrində kürəkəni Seyran, əri, Zakir qızı Sara ilə birlikdə tanışları Elşənin idarə etdiyi mikroavtobulsa Lənkəran şəhərinə dənizə çinmək üçün gəlmişlər. Onlar dəniz kənarında Dəniz Hotelin yaxınlığılnda yerləşən kafeyə gəlmişlər. Hamı mikroavtobusdan düşərkən çantalarının çox hissəsi orada saxlamışlar. Özləri ilə ancaq yeməkləri götürmüşlər. Mikroavtobusun sürücüsü Elşən avtomobilin qapısını ona görə kilidləməmişdir ki, nəsə lazım olarsa mikroavtobusdan rahat götürə bilsinlər. O və qızı arada bir mikroavtobusa girib oradan pal-paltar götürmüşlər. Həmin gün saat 19 radələrində mikroavtobusa daxil olanda orada olan çantaları hamısı dağınıq vəziyyətdə olduğunu görmüşlər. Sara öz çantasına baxanda qzıllarının çantada olmadığını görmüşdür. Bundan sonra bilmişlər ki, mikroavtobusdan oğurluq edilmişdir. Saranın qızıl əşyaları oğurlanmışdır. Buna görə kürkəni Seyran DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirdib sonra onları polis şöbəsinə dəvət etmişlər. Baş vermiş oğurluqda Saraya ümumilikdə 4100 manat ziyan dəymişdir. Həmin qızıl əşyalarını Sara üçün hamısını o hədiyyə olaraq almışdır. Belə ki, oğurlanmış iki ədəd qızıl üzüklərin hər birinin çəkisi 4.0 qram, 750 əyyarlı, üzərində xırda brilyant qaşları vardır, oğurlanmış qızıl bilərziklərdən birinin əyyarı 583 idi, çəkisi 6 qram olsada, digər qızıl bilərzikərin hər birinin çəkisi 1,8 qram, əyyarı 583 idi. Bilərziklərin üzərilərində heç bir qaş olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə gündüz saatlarında o, arvadı Sevda, qızı Sara, kürəkəni Seyran ilə birlikdə tanışı Elşənin idarə etdiyi Mersedes markalı mikroavtobusla Salyan rayonundan Lənkərana yola düşmüşlər. Onlar təqribən saat 14 radələrində Lənkərana çatmışlar. Sürücü Elşən onları Lənkəran şəhərində dəniz kənarında yerləşən Dəniz Hotelin yanında yerləşən çimərliyə gətirmişdir. Elşən mikroavtobusu çayxananın girişində çayxanadan 35-40 metr aralıda çəpərin yanında saxlamışdır. Onlar mikroavtobusda düşdükdə dənizdə çinmək üçün şəxsi əşyalarını götürsələrdə çantaları mikroavtobusda saxlamışlar. Həmin gün saat 19 radələrində evə getməyə hazırlaşarkən qızı Sara mikroavtobusa daxil olanda əşyaların dağınıq olduğunu gördükdən sonra ona çantasında saxladığı qızıl əşyalarının yerində olmadığını demişdir. O mikroavtobusa daxil olanda, mikroavtobusun içərisində olan çantalar hamısı axtarılmış və dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mikroavtobusun arxa cərgəsində olan oturacağın üzərində qoyulmuş qızı Saraya məxsus çantanın içərisində isə qızıl əşyalar oğurlanmışdır. Buna görə o DİN-nin 102-xidmətinə zəng edib məlumat vermişdir. Həmin vaxt polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Baş vermiş oğurluqda oğurlanmış qızıl əşyaları hamısı qızı Zərərçəkmiş şəxs məxsusdur. Baş vermiş oğurluq nəticəsində Saraya 4100 manat ziyan dəymişdir. Sonradan bilmişdir ki, həmin oğurluq hadisəsinin Anar tərəfindən törədilmişdir. Onlar orada olarkən Anarın bir neçə dəfə mikroavtobusun ətrafında gəzişdiyini və mikroavtobusun içərisinə boylandığını hətta onlara tərəf tez-tez baxdığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir Rütbəsi polis leytenantıdır. Lənkəran şəhəri Sahil küşəsi onun xidməti ərazisidir. xx.xx.2022-ci il tarixdə Sahil küçəsində yerləşən Dəniz hotelin yaxılığındakı çimərliyə gələn Zərərçəkmiş şəxs məxsus qızıl əşyalarının oğurlanması barədə məlumatı vardır. Zərərçəkmiş şəxs öz ailə üzvləri ilə birlikdə həmin tarixdə Lənkəran şəhər dəniz kənarı çimərlikdə olarkən, gəldikləri mikroavtobusun içərisində saxladığı çantasından iki ədəd üzük və 3 ədəd bilərziyin naməlum şəxs tərəfindən oğurlanmıdşır. Həmin oğurluq faktı ilə əlaqədar tərəfindən əməliyyat axtarış tədbirləri keçirilsədə oğurluq hadisəsini törətmiş şəxsi müəyyən etmək mümkün olmamışdır. Lakin sonradan tərəfindən keçirilmiş tədbirlərlə həmin oğurluq hadisəsini oğruluq hadisəsinin baş verdiyi çimərlikdə işləyən Anar adlı şəxs tərəfindən törədiməsi barədə məlumat əldə etmişdir. Lakin həmin ərəfədə o məzuniyyətdə olduğu üçün onu əvəz edən əməliyyat müvəkkil Elçin Fətullayeva bildirmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs yerini müəyyən edərək dindirilməsi üçün İstintaq bölməsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə tərəfindən aparılan söhbət əsnasında ona bildirmişdir ki, o dəniz kənarında yerləşən işlədiyi çayxanada olarkən dənizə gələn başqa rayon sakinlərinə məxsus qızıl əşyalarını oğurlanmışdır. Ondan bunu necə etdiyini soruşanda Anar ona dənizə çiməyə gələn başqa rayonun sakinləri onun işlədiyi çayxanaya gəldiklərini, onlar dənizdə çimərkən gəldikləri mikroavtobusun qapısının açıq olduğunu, mikroavtobusun içərisinə baxanda orada çoxlu çanta gördüyünü, ətrafa baxdıqdan sonra heç kəsin olmadığından tam əmin olduqdan sonra mikroavtobusun içərisinə daxil olaraq orada oturcaqların üzərlərinə qoylumuş çantaları axtardığını, arxa oturacağın üzərinə qoyulmuş çantanın içərisində qızıl əşyalarını götürüb oradan uzaqlaşdığını, onları sonra Masallı rayonunda tanımadığı şəxslərə satdığını bildirmişdir. Cinayət işinin 104-105-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş şahid X2 ifadəsindən görünür ki, Lənkəran rayonun Liman şəhəri M.Ə.Sabir küçəsi ev 5– də ailəsi ilə birlilkdə yaşayır. Evlidir. Himayəsində 3 övladı vardır. Əvvəllər məhkum edilməmişdir. İşləmir, evdar qadındır. Təqsirləndirilən şəxs kiçik oğludur. Anar onunla birlikdə yaşayır. Anar heç yerdə işləmir, subaydır və əvvəllər məhkum edilməmişdir. 2022ci ilin iyul ayında Anar Lənkəran şəhərində Dəniz hotelin yaxınlığında yerləşən çayxanda çaypaylayan işləmişdir. Ona bu ilin dekabr ayında polis şöbəsində bildirilmişdir ki, Anar dəniz kənarında yerləşən işlədiyi çayxanada olarkən dənizə gələn başqa rayon sakinlərinə məxsus qızıl əşyalarını oğurlamışdır. O bu barədə Anardan soruşduqda oda təsdiq etmişdir. Anar ona dənizə çinməyə gələn başqa rayonun sakinləri onun işlədiyi çayxanaya gəldiklərini, onlar dənizdə çimərkən gəldikləri mikroavtobusun qapısının açıq olduğunu, mikroavtobusun içərisinə baxanda orada çoxlu çanta gördüyünü, ətrafa baxdıqdan sonra heç kəsin olmadığından tam əmin olduqdan sonra mikroavtobusun içərisinə daxil olaraq orada oturcaqların üzərilərinə qoylumuş çantaları axtardığını, arxa oturacağın üzərinə qoyulmuş çantanın içərisində qızıl əşyalarını götürüb oradan uzaqlaşdığını, onları sonra Masallı rayonunda tanımadığı şəxslərə satdığını bildirmişdir. Ondan niyə oğurluq etdiyini soruşanda pulu olmadığını bildirmişdir. Buna görə onu danlamışdır. Oğlu Təqsirləndirilən şəxs əvvəllərdə oğurluq etməmişdir. Anarın oğurladığı qızıl əşyaları barədə heç bir məlumatı yoxdur. Anarın törətdiyi oğurluq hadisəsi barədə ona polis şöbəsində bildirilmişdir, onun oğurluq etməsindən qabaqcadan xəbəri olmamışdır. Cinayət işinin 8-11-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 22 iyul 2022-ci il tarixli baxış protokolundan və fotocədvəldən görünür ki, oğurluq hadisəsi Lənkəran şəhər Sahil küçəsindən yerləşən Dəniz Hotelin yaxınlığında dayanmış X4 məxsus Mersedes markalı ** ON *** qeydiyyat nişanlı mikroavtobus tipli avtomobilin salonunda baş vermişdir. Cinayət işinin 96-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus brilyant qaşlı qızıl üzüklərin hər birinin qiyməyi 1200, bir ədəd qızıl bilərzik 500 manat, iki ədəd uşaq üçün qızıl bilərzik isə hər biri 150 manat, ümumi ziyan 3200 manat, qiymətində qiymətləndirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlər ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 və X2 ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs özünü oğurluq cinayəti ilə təqsirli biməyərək o barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri və digər sənədlərlə təkzib olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət hadisəsi ilə bağlı tam, müfəssəl əhatə oluduğuna görə məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini iş üzrə sübut növü kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 2 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulduqda cinayət məsuliyyəti yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs 4100 manat olan əşya oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, oğurluq nəticəsində talanmış əmlakların qiymətinə dair təklif olunmuş sübutları araşdıraraq hesab edir ki, iş materiallarına olan mütəxəssis rəyində göstərilən qiyməti zərərçəkmiş şəxsin bildirdiyi qiymət əsasında olduğu üçün həmin qiymətin zərərçəkmiş şəxsin bildirdiyi kimi müəyyən edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 56-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesab edilmişdir. Hazırkı iş üzrə məhkəmə hazırlıq iclasının 07 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və həbsetmənin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 55-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş AZ-İ 574060 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur. Cinayət işinin 81-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsn əvvəllər məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri ilə yanaşı təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni barəsində başqa cinayət işləri üzrə istintaqın davam etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 21-ci maddəsində müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusiləağır cinayət ) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməlini yetkinlik yaşına çatmadığı vaxtda törətdiyindən və hazırda yetkinlik yaşına çatdığından məhkəmə hesab edir ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Maddi sübut, məhkəmə məsrəfləri yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-165/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-165/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver