Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-167/2024 11.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Lənkəran rayonu, Velədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 11 iyun 2024-ci il tarixdə, saat 17:23də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 15 may 2024-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu Velədi kəndində yerləşən birlikdə yaşadıqları evin qonaq otağında arvadı Zərərçəkmiş şəxs onun icazəsi olmadan Lənkəran rayonu Nərimanabad qəbəsinə qohumlarının evinə getmək istəməsindən sonra ona etiraz etdiyindən aralarında şəxsi münasibətləri zəminində baş verən münaqişə zamanı Gülnarə Orucanın boyun və bel nahiyəsindən qəsdən yumruqla zərbələr vuraraq sonuncuya sol bazu oynağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsihematoması, sağ bud nahiyəsində qançırla nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Güları Orucova arvadıdır. 1999-cu ildə ailə həyatı qurmuş və birgə nigahdan 2 övladları vardır. Əvvəllər münasibətləri normal olmuş, lakin sonradan ailə-məişət münasibətləri zəminində aralarında münaqişələr olmuşdur. Belə ki, arvadı Zərərçəkmiş şəxs icazəsiz atasının və qardaşlarının evinə getmiş, bir ər kimi onu saymamış, istədiyi kimi hərəkət etmişdir. Ona bir söz deyəndə həmin sözə görə onunla mübahisə etsə də, ailəsinə görə onun hərəkətlərinə dözmüş və ona əhəmiyyət verməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evdə olan zaman Gülnarəyə bacısının Kərbəladan qayıtdığını, onlara getməyini demişdir. X2 qəsəbəsində yaşayan qohumunun evinə getdiyini demişdir. Bu sözə görə əsəbləşdiyindən aralarında mübahisə baş vermiş, həmin vaxt Gülnarəni itələməklə ona yumruq zərbəsi vurmuş, sonra da evdən çıxıb getmişdir. Mübahisədən sonra etdiyi hərəkətə görə peşman olmuşdur. Münaqişə yaşadıqları evdə baş vermiş, 6-7 dəqiqə davam etmiş, orda kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 1999-cu ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və birgə nigahdan 2 övladları vardır. Əvvəllər münasibətləri normal olmuş, lakin sonradan ailə-məişət münasibətləri zəminində aralarında münaqişələr olmuşdur. Belə ki, Tələt heç yerdə işləməmiş, evə gəlir gətirməmiş, qohumlarının köməyi ilə ailəsini dolandırmışdır. Tələt işləməsə də, onu da işə getməyə qoymamış, evin əşyalarını satmaqla pulu siqaretə və içkiyə vermişdir.Tələt evdə mütəmadi olaraq onu narahat etmiş, səbəbsiz olaraq ona nalayiq sözlər demişdir. Ona bir söz deyəndə həmin sözə görə onunla mübahisə etsə də, ailəsinə görə onun hərəkətlərinə dözmüş və ona əhəmiyyət verməmiş, ancaq o, getdikcə pisləşmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evdə olmaqla Nərimanabad qəsəbəsində yaşayan qohumunun evinə getməyə hazırlaşmışdır. Ancaq əri Tələt qohumunun evinə getməməyini tələb etməklə onunla mübahisə etmiş, üstünə hücum edib saçından tutub dartmış, onu divanın taxtasına çırpıb boynuna və belinə yumruqla zərbələr vurmuş, külqabı və nəlbəkini ona atmışdır. Həmin vaxt qızı Ayətən Hüseynova onları ayırmışdır. Ancaq Tələt yenə də onu nalayiq sözlərlə təhqir etməklə sözlə onu bıçaqla öldürəcəyi ilə hədələmişdir. O da DİN-nin 102 xidmətinə zəng edib münaqişə barədə məlumat vermişdir. Münaqişə yaşadıqları evdə baş vermiş, 6-7 dəqiqə davam etmiş, orda kənar şəxslər olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur, sonuncu ona dəymiş maddi ziyanı tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid tədqiqat zamanı göstərmişdir ki, anası Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs ailə həyatı qurandan sonra bir yerdə yaşamışlar. Əvvəllər münasibətləri normal olmuş, lakin sonradan ailə-məişət münasibətləri zəminində aralarında münaqişələr olmuşdur. Belə ki, atası Tələt heç yerdə işləməmiş, evə gəlir gətirməmiş, anası qohumlarının köməyi ilə ailəsini dolandırmışdır. Tələt işləməsə də, anasını da işə getməyə qoymamış, evin əşyalarını satmaqla pulu siqaretə və içkiyə vermişdir. Tələt evdə mütəmadi olaraq anasını narahat etmiş, səbəbsiz olaraq ona nalayiq sözlər demişdir. Anası da ailəsinə görə atasının hərəkətlərinə dözmüş və ona əhəmiyyət verməmiş, ancaq atası getdikcə pisləşmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində anasının yaşadığı evə gələn zaman valideynlərinin münaqişəsi ilə rastlaşmışdır. Belə ki, atası anasının saçından tutub dartmış, onu divanın taxtasına çırpıb boynuna və belinə yumruqla zərbələr vurmuş, külqabı və nəlbəkini ona atmışdır. Həmin vaxt o, araya girib anasını atasından ayırmışdır. Ancaq atası Tələt yenə də anasını nalayiq sözlərlə söyməkdə davam etmişdir. Bu səbəbdən anası DİN-nin 102 xidmətinə zəng edib münaqişə barədə məlumat vermişdir.Münaqişə valideynlərinin yaşadıqları evdə baş vermiş, 6-7 dəqiqə davam etmiş, orda kənar şəxslər olmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmişin və şahidin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 438 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazu oynağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sağ bud nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İş materialında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs yaşadıqları evin qonaq otağında döymüşdür. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş işdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(049)-167/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-167/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver