Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-167/2025 17.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1994-cü il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 12 iyun 2025-ci il tarixinə keçən gecə Lənkəran rayonu Vilvan kəndində əmisi qızı X3 mərhum əri X1 vəfatından sonra sonuncunun qardaşı X2 ilə evlənib Bakı şəhərinə getmələri barədə məlumat əldə etdikdən sonra həmin gecə saat 00:03-də Elsevər Abbasovun böyük qardaşı Zərərçəkmiş şəxs zəng edərək buna öz narazlığını bildirərkən aralarında baş vermiş mübahisə ilə əlaqədar saat 00:10 radələrində sonuncunun yaşadığı Lənkəran rayonu Vilvan kəndindəki yaşadığı həyət evinin qapısının qarşısına gedib, Zərərçəkmiş şəxs küçəyə çağıraraq qardaşı Elsevər Abbasovun onun əmisi qızı Gülüş Nəsirova ilə evlənməsinə böyük qardaşı olaraq mane olmadığına görə Zərərçəkmiş şəxsla mübahisə edib ayağından təpiklə vurub itələyərək yerə yıxdıqdan sonra qəsdən əlinə və belinə təpiklə vuraraq Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid sol said nahiyəsində əzilmiş yara və sağ kürək nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, halhazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş, eyni məzmunda yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan: 12 iyun 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran rayonu Vilvan kəndində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının 12 iyun 2025-ci il tarixli, 380 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zaman onun bədəni üzərində - sol said nahiyyəsində əzilmiş yara sağ kürək nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşynın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 iyun 2025-ci il tarixli, 12-11/205 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Vilvan kəndində yaşayır və anası – X4 olmaqla ailə üzvləri vardır. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra hakimiyyəti başçısının Vilvan kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 13 iyun 2025-ci il tarixli, 12-11/20 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran rayonu, Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət (ərizə) daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Lənkəran şəhər Psixiatriya Xəstəxanası PHŞ-nin 13 iyun 2025-ci il tarixli, 474 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriyan Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(049)-167/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməklə, onun barəsində axtarış elan edilmişdir. Lənkəran Şəhər, Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 96/2-241-26/25 nömrəli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:05-də Lənkəran ŞRPŞ-nə könüllü olaraq gəlmiş və Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 305 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-167/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-167/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver