Məhkəmə qərarları › İş №1(049)-168/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-168/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-168/2023 06.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Lənkəran rayonu, Port-İliç (indiki Liman) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi, ev 105-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Lənkəran rayonu, Liman şəhərində dəmir yol vağzalının yanında əmisi oğlu Şahid tanışı Zərərçəkmiş şəxs ilə əmisi oğluna görə şəxsi münasibətləri zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs ağız nahiyyəsindən yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona üst çənədə İİ kəsici dişin travma nəticəsində itirilməsi, solda İİİ kəsici dişin sınığı, alt çənə nahiyyəsində sıyrıq, alt dodaq nahiyəsində qançırla nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir Məhkəmə baxışında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “Kamaz” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yük daşımaqla məşğul olur. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs onun əmisi oğlu Şahidla sürücü yoldaşıdır. Əvvəllər Bəşirlə münaqişəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə X4 şəhərinə Pambıq zavodunda yük vurmağa getmişlər. Həmin vaxt Nicatla Bəşir arasında olan mübahisə zamanı Bəşir başı ilə Nicata bir zərbə vurub onun burnunu sındırmış və gözünü qaraltmışdır. Lakin Nicat bununla bağlı şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə əmisi oğlu Nicat ona zəng edərək Bəşirin onu döydüyünü demişdir. Bu səbəbdən xx.xx.2023cü il tarixdə, saat 21 radələrində o, Nicat və Bəşir Liman şəhərində dəmir yol vağzalının yanında görüşmüşlər. Həmin vaxt Bəşirdən Nicatı niyə vurduğunu soruşduqda ona heç bir söz deməmişdir. O da əsəbləşdiyindən yumruqla Bəşirin ağız nahiyəsindən bir zərbə vurmuşdur. Zərbənin təsirindən Bəşir özünü itirmiş və yerə yıxılmışdır. Bir neçə dəqiqədən sonra o və Nicat çıxıb getmişlər. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, barışdıqları üçün işə xitam verilməsini, həmçinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “Kamaz” markalı ** BZ *** qeydiyyat nişanlı avtomaşını ilə yük daşımaqla məşğul olur. Şahid onun sürücü yoldaşıdır və aralarında əvvəllər münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində onlar Şirvan şəhərinə Pambıq zavodunda yük vurmağa getmişlər. Həmin vaxt Şahid ona yaxşı oğlan olmadığını deməklə onu nalayiq söyüşlərlə söymüşdür. Bu səbəbdən onlar orda dalaşmış, o Nicatı başı ilə vurmuş və Nicat da ona daş atmışdır. Lakin bunula bağlı heç biri şikayət etməmişlər. 24.01.202-cü il tarixdə, saat 22 radələrində Nicatın əmisi oğlu Təqsirləndirilən şəxs ona zəng edib Liman şəhərində dəmir yol vağzalının yanında onu gözlədiyini demişdir. Bunun səbəbini soruşduqda onu Nicatla barışdıracağını demişdir. O da 15 dəqiqədən sonra ora getmiş, Samidin onu gözlədiyini görmüşdür. Onunla salamlaşandan sonra Nicat da ora gəlmişdir. Bu zaman gözləmədiyi halda Samid yumruqla onun ağız nahiyəsindən bir zərbə vurmuşdur. Zərbənin təsirindən onun halı pisləşmiş və yerə yıxılmışdır. Bir neçə dəqiqədən sonra özünə gələndə onların çıxıb getdiklərini görmüşdür. Xəsarət aldığından Lənkəran RMX-ya getmiş və ona tibbi yardım göstərilən zaman 2 dişinin sınması məlum olmuşdur. Hadisədən sonra Samid gəlib ondan üzr istəmədiyindən ondan şikayət etmişdir. Məhkəmə baxışında Şahid ifadəsində göstərdi ki, “Kamaz” markalı ** BH *** qeydiyyat nişanlı avtomaşınla yük daşımaqla məşğul olur. Zərərçəkmiş şəxs onun sürücü yoldaşıdır və əvvəllər aralarında münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində onlar Şirvan şəhərinə Pambıq zavodunda yük vurmağa getmişlər. Həmin vaxt aralarında sözlü mübahisə olduğundan Bəşir ona nalayiq sözlər demişdir. Bu səbəbdən onlar orda dalaşmış, Bəşir başla onun burnundan bir zərbə vurmuş, lakin bununla bağlı heç biri şikayət etməmişlər. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, əmisi oğlu Təqsirləndirilən şəxs və Bəşir Liman şəhərində dəmir yol vağzalının yanında aralarında olan mübahisəni həll etmək üçün görüşmüşlər. Söhbət zamanı X3 niyə vurduğunu soruşmuş, o da cavabında lazım olduğu üçün vurduğunu demişdir. Bu zaman Samid yumruqla Bəşirin ağız nahiyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Bəşir özünü itirmiş və yerə yıxılmışdır. Bir neçə dəqiqədən sonra o və Samid ordan çıxıb getmişlər. İş materialında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 31 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Liman şəhəri, Dəmir yolu vağzalının sağ tərəfində yerləşən ərazidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 68 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- üst çənədə İİ kəsici dişin travma nəticəsində itirilməsi, solda İİİ kəsici dişin sınığı,alt çənə nahiyyəsində sıyrıq,alt dodaq nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının 06 fevral 2023-cü il tarixli 194 saylı arayışından görünür ki, Bağırov X1 şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Bağırov X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixili “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona görə də işə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bağırov X1 rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi, ev 105-də yaşayır, himayəsində bir azyaşlı xx.xx.2021-ci il təvəllüdlü X2 uşağı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar