Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-169/2025 08.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Saat 16:45 xx.xx.1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-304/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, həbs olunan qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla, fakitiki olaraq ünvan 2da yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2025-ci ilin may ayının sonunda Lənkəran şəhəri “Dosa” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,919 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən 30 may 2025-ci il tarixdə saat 19:55 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, S.Bayramov küçəsində saxlanıldığı yerdə üstü yoxlanılarkən əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə xeyli miqdarda -0,919 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotikdən istifadə etdiyi üçün azadlıqdan məhrum növündə cəzaya məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Ona verilmiş hazırki ittihamla razı deyil. 30 may 2025-ci il tarixdə saat 15-16 radələrində faktiki yaşadığı ünvan 2da yerləşən fərdi yaşayış evinin giriş qapısının qarşısında olan zaman 3 və ya 4 nəfər üzərinə hücum çəkib onunla birlikdə həyətə daxil olmuşlar. Həmin şəxslər həyətə daxil olduqdan həyətdə yerləşən ona məxsus emalatxanada da axtarış aparmağa başlamış, lakin heç nə aşkar etməmişlər. Pul qabında olan 144 manat məbləğində pulu da götürmüşlər. Evdə həmin vaxt yaşlı anası olmuşdur. Həyətə daxil olan şəxslərdən polis əməkdaşı Şahid4 tanımışdır. Şahid4 başqa onu saxlayan polis işçilərini üzdən tanıyır. Şahid4 və onunla həyətə daxil olan polis işçiləri ona zor tətbiq edərək üzərinə 1 qram metanfetamini qoymuşlar. Daha sonra evin giriş qapısından çöldə videoçəkiliş aparmışlar. O, polis işçilərindən qorxduğu üçün üzərinə qoyulmuş bükümü videoçəkiliş zamanı çıxarıb təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Şahid4 təxminən 3 ay əvvəl ona zəng vurub ona “bizi görüm-baxıb eləmirsən” demiş, o da cavabında ona “başa düşmədiyini” demişdir. Bundan sonra bu hadisə, yəni onun polis əməkdaşları tərəfindən qanunsuz şəkildə məsuliyyətə cəlb edilməsi baş vermişdir. Polis əməkdaşları ona zor tətbiq etmiş, onu döyərək həqiqətdə ona aid olmayan psixotrop maddə metamfetamini onun üzərinə qoymuşlar. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bilmədiyini qeyd edərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri Səttarxan küçəsi ev 5-də qeydiyyatda olmaqla, Lənkəran şəhəri, S.Bayramov küçəsi ev 3də yaşayır. 2022-ci ildə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum olunmuş, 2023-cü ilin oktyabr ayında həbsdən azad olunmuşdur. Əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etsə də, həbsdən çıxdıqdan sonra istifadə etməmişdir. Son iki aydır ki, şüşə deyilən psixotrop maddə metamfetamini zər kağızında yandırıb tüstüsünü qəbul etməklə istifadə edir. 28 may 2025-ci il tarixdə Lənkəran şəhəri, H.Əliyev adına olan parkın yaxınlığında adını “Mehman” kimi tanıdığı, lakin harada yaşamasını bilmədiyi şəxsi görmüş və “Mehman”dan şüşə adlanan metamfetamin olub-olmadığını soruşmuşdur. Son iki ayda sonuncudan bir-iki dəfə istifadə etmək üçün psixotrop maddə metamfetamin almışdır. “Mehman” üstündə metamfetamin olmasını bildirdikdən sonra parkın yaxınlığında yerləşən “Dosa Mall” adlanan yerin qarşısında “Mehman”a 35 manat pul verib bir bükümdə 1 qramdan azca çox metamfetamin almışdır. “Mehman”dan metamfetamini aldıqdan sonra həmin bükümdən azca istifadə etmiş və qalanını da əynində olan şalvarının sağ yan cibində saxlamışdır. 30 may 2025-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evin küçəsinə çıxaraq piyada getdiyi vaxt qonşuluqda yaşayan Şahid5 da küçədə görmüşdür. Bu zaman bir neçə mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini təqdim edib X3 Şöbənin əməkdaşları olduqlarını bildirmiş və videoçəkiliş etmişlər. Ona üzərində narkotik vasitə və psixotrop maddə metamfetamin saxlamaqda şübhə olduğu bildirilmiş və varsa təqdim etməsi təklif olunmuşdur. Şalvarının sağ yan cibində qoyduğu bir sellofan bükümdə olan metamfetamini təqdim etmişdir. Bundan sonra onu regoinal şöbəyə gətirib protokol tərtib etmişlər və protokolu imza etmişdir. Daha sonra onu vəkillə təmin edib şübhəli şəxs qismində tutmuşlar. Polis əməkdaşları ona qarşı heç bir zor tətbiq etməmiş və döyməmişlər. Aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün saxlamış və satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir polis rütbəsindədir. Lənkəran şəhəri, Səttarxan küçəsi ev 5-də qeydiyyatda olmaqla Lənkəran şəhəri, S.Bayramov küçəsi ev 3-də yaşayan Təqsirləndirilən şəxs və Lənkəran şəhəri, H.Əliyev küçəsi ev 40-da qeydiyyatda olan və Lənkəran şəhəri, Cavanşir küçəsi ev 10-da faktiki yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı icraatına qəbul edilmiş və məlumatın mötəbərliyi yoxlanıldıqdan sonra bu istiqamətdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibinə onunla birlikdə BNMİ-nin X3 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CBRŞ-nın polis nəfəri, polis baş serjantı Şahid4, CBRŞ-nın polis nəfəri, polis baş serjantı Şahid3 və BNMİ-nin CBRŞ-nın polis nəfəri, polis baş serjantı Şahid6 daxil edilmişlər. 30 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:55 dəqiqədə Lənkəran şəhəri, S.Bayramov küçəsində Şahid5 və Təqsirləndirilən şəxs saxlanılmışlar. Sonunculara polis əməkdaşları olduğuqlarını bildirib hüquq və vəzifələrini izah etdiksən sonra üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa çıxarıb təqdim etmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd selofan büküm çıxararaq təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirilərkən psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 24 manat pul əskinası, 1 (bir) ədəd “Texno Spark” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,09 qram olmuşdur. Həmin metamfetaminə bənzər kütlə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokola əlavə edilmiş, 24 manat pul əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. BNMİ-nin CBRŞ-nın polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən “Sony” markalı videokamera vasitəsilə çəkiliş aparılmış və videogörüntülər DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Prokotolu yerində tərtib etmək üçün şərait olmadığından protokol BNMİ-nin CBRŞ-nin inzibati binasında tərtib olunmuşdur. Şöbədə araşdırmanın davam etdirilməsi üçün saxlanılan şəxslər və üzərilərindən aşkar olunanlar BNMİ-nin CBRŞ-nin təhqiqatçısı, polis mayoru Famil Həsənovun xidməti otağına gətirilmişdir. Təhqiqatçı tərəfindən xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd zərfdə olan psixotrop maddəyə videokamera vasitəsi ilə baxış keçirilmiş və yenidən eyni zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs bir bükümdə psixotrop maddə metamfetamini təqdim edərək iki gün əvvəl “Mehman” adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmiş, lakin şəxsiyyəti barədə heç bir məlumat verməmişdir. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, “Mehman” adlı şəxsin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etsə də, lakin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Saxlanılan şəxsə qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahidlər Şahid6, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdilər. Şahid4 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs heç vaxt zəng etmədiyini, saxlanılarkən onu döymədiyini, ona qarşı hansına qanunazidd hərəkətlərə yol vermədiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Belə ki, onların yaşadıqlar fərdi yaşayış evləri üzbəüzdür. Dəqiq tarixi xatırlamasa da, təqribən axşam saat 19-20 radələrində onu yaşadığı evin yerləşdiyi küçədə BNMİ-nin CBRŞ-nin əməkdaşları onu saxlamışlar. O, daha sonra Təqsirləndirilən şəxs polis işçiləri ilə birlikdə yaşadığı evin qapısından çıxdığını görmüşdür. Onun özünü saxlayan polis işçilərindən Lənkəran sakini olduğu üçün yalnız Şahid4 tanımışdır. Şahid4 onun saxlayan qrupun daxilində olmuş, Təqsirləndirilən şəxs saxlayan əməkdaşları isə tanımır. Daha sonra videoçəkiliş aparılmışdır. O və Təqsirləndirilən şəxs üzərlərində olan psixotrop maddə metamfetamin bükümlərini təqdim etmişlər. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş şahid oğlunun Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhəri, H.Əliyev küçəsi ev 40-da qeydiyyatda olmaqla, hazırda Lənkəran şəhəri, Cavanşir küçəsi ev 10-da yaşayır. 30 may 2025-ci il tarixdə saat təxminən 19:55 radələrində Lənkəran şəhəri, S.Bayramov küçəsində olarkən Təqsirləndirilən şəxs ilə qarşılaşmış və həmin zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib X3 Şöbənin polis əməkdaşları olduqlarını bildirmiş və hüquq və vəzifələrini izah etdikdən sonra üzərilərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olduğu halda təqdim etmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir selofan bükümdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin bükümü elektron tərəzidə çəkilmiş və çəkisi 1,09 qram olmuşdur. Sonra həmin büküm qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdə saat 19:55-də saxlanılmış, həmin gün saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur. 30 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:55 dəqiqədə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Lənkəran şəhəri, S.Bayramov küçəsində piyada hərəkət etdiyi zaman Şahid5 ilə birlikdə saxlanılmış, saxlamanın səbəbi Təqsirləndirilən şəxs izah edildikdən sonra ona üstünün yoxlanılacağı, üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd selofan büküm çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetaminə bənzər kütlənin olmasını bildirməsi və həmin kütlənin elektron tərəzidə çəkilərək çəkisinin 1,09 qram olması, həmin bağlamanın qablaşdırılaraq üstünün möhürlənməsi müəyyən edilmişdir. Baxış videoçəkilişdən istifadə edilməklə aparılmış və diskə köçürülərək protokola əlavə edilmişdir. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 30 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm psixotrop maddə metamfetaminə baxış keçirilmiş və ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 31 may 2025-ci il tarixli 19/222 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,919 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, 305 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata götürülməsi məsləhət görülür. Qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını əldə etməsi, üzərində daşıması, istifadəsi ilə məğul olması barədə əməliyyat məlumatları daxil olmuş və keçirilmiş tədbirlərlə göstərilənlər təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-304/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 471 saylı arayışından görünür ki, Həsənov X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi üzrə verilmiş xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran şəhər İHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə və Arayışından görünür ki, Həsənov X2 şəhəri, Səttarxan küçəsi, ev 5-də arvadı yetkinlik yaşına çatmış iki övladı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükülüdə təmiz çəkisi 0,919 qram psixotrop maddə metamfetamin və 02 ədəd DVD diskdə olan videogörüntülər maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış0,869 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD diskdə videogörüntülər cinayət işinin materiallarına əlavə edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2025-ci il tarixdə saat 21:10-da Lənkəran şəhəri ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nin MSY-yə təhvil verilmişdir. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(049)-147/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq üzərində 02 il 07 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində hər hansı psixotrop maddə olmaması, onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qoyularaq üzərinə psixotrop maddə metamfetamin qoyulması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin, müdafiə tərəfinin çıxışlarının və Şahid5 ifadəsinin «polis əməkdaşlarının təqsirləndirilən şəxslə birlikdə yaşadığı evdən çıxmaları» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onu saxlayan polis əməkdaşların ibarət qrupda Şahid4 olmasını bildirsə də, Şahid5 polis əməkdaşı Şahid4 Təqsirləndirilən şəxs deyil, onu saxlayan qrupun tərkibində olduğunu göstərmişdir. Lakin polis əməkdaşı Şahid4 Təqsirləndirilən şəxs saxlayan qrupun tərkibində olması işin mübahisəsiz halı olmaqla, həm Təqsirləndirilən şəxs, həm Şahid4 özünün, həm də ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş digər polis əməkdaşlarının verdikləri ifadələrlə öz təsdiqini tapır. Bu baxımdan məhkəmə Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zamanı daha inandırıcı və obyektiv ifadə vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalaraq döyülməsini bildirsə də, işdə olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə həmin hallar istisna edilir. Buna görə də, məhkəmə hesab edir ki, müdafiə tərəfinin yuxarıda təsvir edilən dəlilləri özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas rolunda çıxış edə bilməz. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün, xeyli miqdarda, 0,919 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edərək, qanunsuz olaraq üzərində saxlayaraq daşıması 30 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD disk, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 30 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntülər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadələri deyil, ibtidai istintaq zamanı verdiyi ifadələrini daha inandırıcı və səmimi hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən zorakılıq tətbiq edildiyi üçün aşkar edilmiş psixotrop maddə metamfetaminin ibtidai istintaq zaman ona məxsus olmasını bildirməsi barədə dəlillərini məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadələri kimi qiymətləndirir. Belə ki, işdə olan DVD disklərdəki videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olmasını isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdən 01 iyun 2025-ci il tarixdədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,869 qram çəkidə psixotrop maddə mefamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin əks olunduğu 2 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəflərinə bağlı məhkəmə qeyd edir ki, 31 may 2025-ci il tarixli 19/222 nömrəli məhkəmə-kimyəvi ekspertizası Təqsirləndirilən şəxs ilə yanaşı Şahid5 üzərindən aşkar edilmiş psixotorp maddəyə münasibətdə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 31 may 2025-ci il tarixli 19/222 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 60 manatın yarısı, yəni 30 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdən 01 iyun 2025-ci il tarixdədək 02 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq qalan 0,869 qram çəkidə psixotrop maddə mefamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin əks olunduğu 2 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaitinin 30 manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-169/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-169/2025
08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver