Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-170/2023 16.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1965-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, bir azyaşlı uşağı olan, “Əfqanıstan və Qarabağ Müharibəsi” veteranı, SSRİ Ali Sovetinin rəyasət heyətinin xx.xx.1988-ci il tarixli qərarı ilə “Qırmızı ulduz” ordeni ilə, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2003-cü il tarixli qərarı ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuş, pensiyaçı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, 16 mart 2023-cü il tarixdə, saat 15.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs müəyyən məbləğdə pul müqabilində hərbi xidmətdən pensiyaya bıraxdıracağma imkanının olmasına inandıraraq, aldadıb, sonuncunun etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs hərbi xidmətdən pensiyaya buraxdıracağına yalan vədlər verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 2021 -ci ilin aprel ayında Şirvan şəhəri. Heydər Əliyev prospektində yerləşən «Banu Çiçək» adlı kafedə Zərərçəkmiş şəxs 8000 manat. 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs tərəfindən Lənkəran şəhəri, Heydər Əliyev prospektində eriəsər. REFEM» adlı mağazadan «Milliön» ödəmə terminalı vasitəsilə 676S6_********** nömrəli kart hesabına göndərilmiş 100 manat və 200 manat olmaqla cəmi 300 manat pulu alıb, ələ keçirərək sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 8300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şahid onun qonşusudur. 2021-ci ilin aprel ayında Şahid ona zəng vuraraq 2-ci Qarabağ müharibəsində yaralanmış Nail adlı tanışına pensiyaya çıxmağa köməklik göstərə biləcəyini soruşduqda köməklik göstərə biləcəyini bildirmişdir. 2021-ci ilin aprel ayında Şirvan şəhərində yerləşən "Banu Çiçək" adlı kafedə Nail və Şükür ilə görüşmüşdür. Şükür ondan Nailə köməklik göstərməyini xahiş etmişdir. Nail ona 8000 manat pulunun olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq ona bildirmişdir ki, işini düzəltsə ona əlavə olaraq 1000 manat pul verəcəkdir. Bir həftə sonra Nail ona zəng vurub pensiya məsələsini danışıb-danışmadığını soruşmuş, o da Naili yenidən Şirvan şəhərinə dəvət etmişdir. Lakin Nailin pensiyaya çıxmasında köməklik göstərməsi barədə heç bir orqanla əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs və Şahid 2021-ci ilin aprel ayında yenidən Şirvan şəhərinə gələrək onunla “Banu Çiçək” adlı kafesində görüşmüşlər. Nailə bildirmişdir ki, onu pensiyaya çıxartmağa çalışacaqdır. Nail ona 8000 manat pul vermiş və bildirmişdir ki, pensiyaya çıxdıqdan sonra ona 1000 manat əlavə pul verəcəkdir. 2021-ci ilin may ayında o, Nailə zəng vurub 100 manat pul lazım olduğunu bildirmişdir. Nail Lənkaran şəhərində olduğunu bildirib özünə məxsus kartın şəklini ona göndərməsini xahiş etmişdir. Bundan sonar Nail ona məxsus olan kart hesabına 100 manat pul göndərmişdir. 5 gündən sonra daha 200 manat pul istəmiş, onu da Nail onun kart hesabına göndərmişdir. O, Zərərçəkmiş şəxs aldığı ümumilikdə 8300 manat pulu övladının müalicə xərcələrinə və borclarına ödəmişdir. Həmin pul ilə Zərərçəkmiş şəxs pensiyaya çıxması istiqamətində heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs isə ona pulu verdikdən sonra dəfələrlə zəng vurub nə zaman pensiyaya çıxacağını bildirmişdir. O isə Zərərçəkmiş şəxs hər dəfə işini tezliklə həll edəcəyini bildirmişdir. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışaraq, ona olan borcunu tam şəkildə ödəmişdir. Həmçinin maddi ziyanın 25 faizi məbləğində pul vəsaitini də dövlət nəfinə ödəmişdir. Məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs göstərdi ki, İİ Qarabağ müharibəsinin qazisi və İİ qrup əlildir. İİ Qarabağ müharibəsində Füzuli, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib, hər iki döyüşdə ağır yaralanmış, 2022-ci ilin fevral ayına kimi hospitalda, reabilitasiya mərkəzlərində müalicə almışdır. 2022-ci ilin fevral ayında ordu sıralarında tərxis olunmuş və ona İİ qrup əlillik təyin edilmişdir. Buna baxmayaraq pensiya almır. 2021-ci ilin əvvəllərində hospitalda olduğu zaman özü ilə birlikdə hərbi xidmətdə olmuş Şahidlə söhbət etdiyi zaman pensiyaya çıxa bilmədiyini dedikdə, sonuncu ona bildirmişdir ki, Şirvan şəhərində tanıdığı Elxan adlı şəxs pensiyaya çıxmaqda ona köməklik edə bilər. O, Şükürdən Elxanla danışmağı xahiş etdikdə sonuncu Elxana zəng vurmuş və telefon danışığı zamanı Elxan görüşüb söhbət etməyi təklif etmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Şükürlə Şirvan şəhərinə gəlmiş və Elxanla “Banu Çiçək” kafesində görüşüb söhbət etmişlər. Orada Elxan ona demişdir ki, 9000 manat pul müqabilində onu ordu sıralarından pensiyaya buraxdıra bilər, 8000 manatını əvvəlcədən, 1000 manatını isə sonradan verməli olacaq. O Elxanla razılaşmışdır. Bundan təxminən bir həftə sonra o, Şirvan şəhərinə gəlmiş və “Banu Çiçək” kafesində Şükürün yanında Elxana 8000 manat pulu sayaraq vermiş və Elxan qısa zaman ərzində onu pensiyaya buraxdıracağını bildirmişdir. O, Lənkəran rayonunda olduğu zaman Elxanla mobil telefon nömrəsi ilə danışmış və Elxan hər dəfə tez bir zamanda onu pensiyaya buraxdıracağını demişdir. 2021-ci ilin may ayında 10 gün vaxt aralığında Elxanın xahişi ilə onun bank kartına Lənkəran şəhəri, Heydər Əliyev prospektində yerləşən «REFEM» adlı mağazadan «MilliÖn» ödəmə terminalı vasitəsilə 100 manat bir, 200 manat bir pul göndərmişdir. Bundan sonra Elxanla dələlərlə əlaqə saxlasa da, sonuncu hər dəfə bir bəhanə gətirib qısa zamanda pensiyaya buraxılma məsələsini həll edəcəyini demişdir. 2022-ci ilin fevral ayında o, öz səyi nəticəsində pensiyaya buraxılmış, lakin bu barədə Elxana bir söz deməmişdir. Həmin ərəfələrdə yenə də Elxanla danışıb pensiyaya buraxılmağı ilə bağlı olan məsələnin nə yerdə olduğunu soruşmuş, lakin Elxan qısa zamanda məsələnin öz həllini tapacağını demişdir. Sonradan isə o, artıq aldadıldığını başa düşüb Elxandan öz pulunu tələb etməyə başlamış, lakin sonuncu onu aldadaraq pulunu geri qaytarmamışdır. Elxanın onun pulunu qaytarmadığını görüb o, şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər tam ödənilmişdir, onlar barışmışlar, ona qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2019- 2021-ci illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləmişdir. Zərərçəkmiş şəxs da məhz həmin ərəfələrdə tanımış, onunla birlikdə qeyd etdiyi hərbi hissədə işləmişlər, Nail də onun kimi müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləmiş, onunla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə uzun illərdir ki, tanıyır, onunla aralarında düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Elxan onun qonşusudur, həm də o, Elxanın çörək sexində sürücü işləmişdir. Elxan özü əvvəllər Hacıqabul rayonunda komissar olmuş, sonradan isə işdən çıxmışdır. 2021-ci ildə Elxanla görüşərkən sonuncu ona demişdir ki, pensiyaya çıxmaq, yer dəyişmək ilə bağlı əlaqələri vardır və hər hansı bir şəxsi pulu müqabilində pensiyaya göndərə və yerini dəyişə bilir, bunun üçün tanışları vardır. 2021-ci ildə hazırda xatırlamadığı zaman Nail Nəsirovla söhbət edərkən sonuncu ona Daxili qoşunlardan xəstəliklə pensiyaya çıxmaq istədiyini demişdir. Nailin deməsinə görə yaralanmış, lakin onu pensiyaya buraxmamışlar. O, Nailə demişdir ki, Elxan adlı tanışı vardır və Elxan pulu ilə bu məsələni həll edə biləcəyini demişdir. Həmin vaxt o, Nailə Elxanın telefon nömrəsini vermiş və Elxanla onun adından danışmağını demişdir. Sonradan Nail ona zəng vurub demişdir ki, Elxanla danışmış və Elxan ona bu məsələni həll edə biləcəyini demişdir. Sonradan Nail ona zəng vuraraq Elxanın 9000 manat pul istədiyini demişdir. O isə Nailə demişdir ki, 9000 manat böyük məbləğdir. Nail ona demişdir ki, 8000 manat pulu hazırlamış və Elxanla görüşmək lazımdır, o da, onunla gəlsin. O da razılaşmışdır. 2021-ci ilin aprel ayında dəqiq tarixi yadında qalmayan gün Nail ilə Şirvan şəhərinə gəlib Elxanla görüşmüşlər. Söhbət zamanı Elxan Nailə onu pensiyaya buraxdıracağına dair vəd vermiş və narahat olmamağı bildirmişdir. Həmin vaxt Nail onun yanında Elxana 8000 manat pul vermiş və Elxan pulu alıb saymış və Nailə narahat olmamağı, məsələnin 1 ay ərzində həll olunacağını demişdir. Qeyd etsin ki, Naillə Elxanın yanma getməmişdən əvvəl sonuncuya məbləğin böyük məbləğ olduğunu, heç olmasa Elxanla aralarında müqavilə bağlamağı demişdir. Lakin Nail bunu etməmişdir. Elxana pulu verdikdən sonra onlar oradan ayrılmışlar və həmin gün o öz işləri ilə məşğul olmuşdur. Bundan sonra o və Nail Elxanla dəfələrlə danışdıqda sonuncu hər dəfə Naili komissiyadan çağıracaqlarını demişdir. Bu məsələdən bir xeyli müddət keçdikdən sonra Elxanla danışdıqda sonuncu pulu verdiyi adamın öldüyünü və səbrli olmaqlarını Nailin pulunu qaytaracığım demişdir. Lakin sonradan Elxan Nailin pulunu qaytarmamışdır. Nail də bu səbəbdən polisə şikayət etmişdir. Elxan hər dəfə müxtəlif bəhanələr gətirməklə Nailə pulunu qaytaracağını demiş, lakin hazırki vaxta kimi pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs izahatında yalan göstərmişdir. Nail onun yanında pensiyaya çıxmasına köməklik göstərilməsi üçün Elxana 8000 manat pul vermişdir. X5 sonradan 300 manat da göndərmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, işin məhkəmə baxışı zamanı və ibtidai araşdırma dövründə verdiyi ifadələr, həmçinin zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş götürmə aparılması haqqında 05 noyabr 2022-ci il tarixli qərardan, eləcə də həmin tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid təqdim etdiyi diskdə olan 3 ədəd audiofayla baxış zamanı müəyyən olunmuşdur ki, audio faylların biri 08:35 dəqiqə, biri 08:46 dəqiqə, biri isə 05:42 dəqiqə müddətindədir. Audiofayllara qulaq asıldıqda orada bir nəfər şəxsin (Şahid) bir nəfər şəxslə (Təqsirləndirilən şəxs) danışıq aparması müəyyən olunmuşdur. Danışıqlar zamanı Təqsirləndirilən şəxs Şahid Zərərçəkmiş şəxsla danışmaqla ərizəsini geri götürməsini xahiş etməsini xahiş edir, Şahid isə bu məsələni Zərərçəkmiş şəxs özünün deməsini, ona aidiyyətinin olmadığını deyir. Həmçinin səs yazmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla borc müqaviləsini bağlaya bilməyəcəyini deməklə Şahid bir nəfər şəxs tapmasını və həmin şəxsin adına Zərərçəkmiş şəxsla borc müqaviləsi bağlamasını xahiş etdiyi müəyyən olunur. Həmçinin səs yazılarının birində isə Şahid, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs səsləri müəyyən olunur ki, həmin səs yazısında Şahid Təqsirləndirilən şəxs pul sayıb təqdim etməsi eşidilir, orada Təqsirləndirilən şəxs özünü pensiyadə olan polkovnik-leytenantı kimi təqdim edir və Zərərçəkmiş şəxsla söhbət aparır. Baxışda iştirak edən Şahid bildirmişdir ki, təqdim etdiyi diskdə olan audioyazıların ikisi onunla Təqsirləndirilən şəxs arasında aparılan telefon danışıqlarıdır, digər audiosəs yazısı isə Təqsirləndirilən şəxs kafedə pul verən zaman yazdığı səs yazısıdır, orada Zərərçəkmiş şəxs da olmuşdur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 341.1, 313, 311.3.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci il tarixdə Əzizbəyov rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə qalan 05 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış və Lənkəran şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədə (reyestr № 8i- 3636) qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu 8300 manat ziyan sonuncu tərəfindən tam şəkildə ödənilmişdir, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbzlə müəyyən olunur ki, o, Kapital Bank” ASC-nin Lənkəran rayon filialı vasitəsi ilə X2 hesabına hazırkı cinayət işi üzrə vurduğu zərərin 25 faizi miqdarında, yəni 2075 (iki min yetmiş beş) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs aylıq 80 manat olmaqla Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə görə Prezident təqaüdü alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, sonu xx.xx.2023-cü il hesab edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Seçilmiş qətimkan tədbirinin müddəti əvvəlki həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılaraq xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 1 ay müddətinə, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-170/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-170/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver