Məhkəmə qərarları › İş №1(049)-170/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-170/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-170/2024 07.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Lerik rayonu Piran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 06 iyul 2023-cü il tarixdə, axşam saat 23 radələrində, Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlanan ərazinin yaxınlığında yerləşən, Zərərçəkmiş şəxs məxsus, özünün xidmətçi işlədiyi “ATP” adlı kafeyə iş vaxtından sonra özündə olan açardan istifadə edib qapını açmaq yolu ilə qanunsuz daxil olaraq kafenin kassasına yaxınlaşıb açarı kassanın alt hisəssindən götürərək həmin açarla saxlanc yeri olan kassanı açaraq qanunsuz daxil olmaqla kassada saxlanılan, Zərərçəkmiş şəxs məxsus 1230 (min iki yüz otuz) manat məbləğdə pul vəsaitini, yəni özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. İşin məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs məxsus “ATP” adlı kafedə ofisiant və mühafizəçi işləmişdir. O, Təqsirləndirilən şəxs razılığı ilə gecələr də həmin kafedə qalmışdır. Tamerlanın ona iki aylıq əmək haqqı borcu olmuşdur. Özünün də aliment borcu olmuşdur. O, Tamerlanın razılığı ilə, belə ki, ona əvvəlcədən zəng edib razılıq almaqla 06 iyul 2023-cü il tarixdə kafedə iş vaxtı bitdikdən sonra kafenin otaqlarının birində olan kassanın altında olan açarı götürərək, kassanı açmış və oradan 850 manat pulu götürmüşdür. Bundan Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Ertəsi gün Tamerlan kafeyə gəldikdə pulu götürdüyü üçün onu təhqir etmişdir. Sonradan onun barəsində polisə şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyan onun tərəfindən tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, Lerik rayonun Piran kəndində yaşayır. Əvvəllər ailəli olsa da boşanmış və halhazırda subaydır. Keçmiş nikahından iki uşağı var. Uşqlara hər ay 160 manat aliment ödəyir. Əvvəllər məhkum edilməmişdir. Rəsmi olaraq iş yeri yoxdur. Zərərçəkmiş şəxs onun barəsində yazdığı ərizə ilə tanış olmuşdur. 2023-cü ilin may ayında Lənkəran şəhər “Ləvəngi” dairəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus “ATP” adlı yeməkxanada çayçı kimi işə düzəlmişdir. Ədalət atası Nərimanla tanışdır. Buna görə Nəriman onu işə götürmüşdür. O həm də gecələr obyektdə gözətçi kimi qalırmış. İşə düzələndə həm çayçı, həm də gözətçi kimi gündəlik 20 manat zəhmət haqqı almaq şərti ilə Ədalətlə razılaşmışdır. Lakin Ədalət pulu ona ayın sonunda ödəyəcəyini demişdir. Bəzən elə olurmuş ki, Ədalət ona 10 gündən bir 100 manat və yaxud 50 manat verirmiş. Ədalət ona həmin pulu verəndə maaşına aidiyyəti olmadığını deyir, bu ödənişlərin onun gözətçi kimi qalmağının əvəzi olduğunu bildirirmiş. O bu minvalla işləməyə davam etmiş. 2023-cü ilin iyun ayının sonlarında, təxminən, 1200 manata yaxın pulu Ədalətdə imiş, ödəniş etməmişdir. O, Ədalətdən övladlarına ödəməli olduğu, yığılıb qalan aliment borcunu ödəmək üçün 1500 manat pul istəmişdir. Ədalət də ona obyektin həyətində tikinti işləri getdiyini, sentyabr ayında birdəfəlik 3 və ya 4 min manat köməklik edəcəyini bildirmişdir. O isə ona ehtiyacı olduğunu desə də Ədalət ona dükanlara borclu olduğunu, bir həftəyə ona 300-400 manat verəcəyini demişdir. Üstündən bir həftə keçdikdən sonra Ədalət ona heç bir ödəniş etməmişdir. 06 iyul 2023-cü il tarixdə, axşam radələrində orada işləyən Seymur adlı şəxs ona 850 manat pul vermiş, pulu kassaya qoymağını tapşırmış və demişdir ki, səhər Ədalət gəlib pulu təhvil alacaq. Seymurdan pulu zalın girişində almışdır. Seymur pulu ona verdikdən sonra Ədalətə zəng edib pulu verdiyini bildirmiş və yeməkxanadan çıxıb getmişdir. O da pulu kassaya qoyub obyektdən çıxmış, işıqları söndürmüş, qapını bağlamış və öz otağına getmişdir. Bu zaman keçmiş həyat yoldaşı ona ismarıc yazaraq alimentin vaxtı olduğunu bildirmişdir. O da Ədalətə zəng edib alimentin vaxtı olduğunu bildirmiş və xahiş etmişdir ki, ona olan borcunu versin. Ədalət də sentyabr ayında ona birdəfəlik ödəniş edəcəyini demişdir. O Ədalətə kassada olan 850 manat puldan 500 manat verməsini xahiş etmişdir. Ədalət isə həmin pula dəyməməyi ilə bağlı ona xəbərdarlıq etmişdir. Lakin o pis vəziyyətdə olduğunu və pulu götürəcəyini bildirmişdir. Saat 23 radələrində otaqdan çıxıb özündə olan açarla yeməkxananın qapısını açıb zala girmişdir. Zalda olan, kassanın altında qoyulmuş açarı götürüb kassa aparatını açmış və kassada olan 850 manat pulu götürmüşdür. İşin məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Lənkəran şəhəri “Ləvəngi” dairəsində yerləşən “ATP” adlı kafe ona məxsusdur. Həmin kafeni çalışdırıram. Kafedə 4-5 işçi işləyir. O Nərimanı da, onun oğlu Tamerlanı da tanıyır. Həmin şəxslər onun çalışdırdığı kafeyə gəlib gedirmişlər. 2023-cü ilin aprel ayında Nəriman ondan oğlunu işə götürməyini xahiş etmişdir. Bildirmişdir ki, oğlu yaxşı çay dəmləyə bilir, çayxananı işlətsin. O da razılaşmışdır. Tamerlan gəlib çayxananı işlətməyə başlamışdır. Ora kafedir, yemək verilir. Lakin bəzi şəxslər yeməkdən sonra çay istəyir. Məhz Tamerlan çayların hazırlanmasını həyata keçirirmiş. Razılığa gəlmişlər ki, gündəlik Tamerlana 12-15 manat arası pul versinlər. Tanerlan da razılaşmış və işləmişdir. Kafeni hər gün Valeh adlı işçisi bağlayırmış, kassanın, həmçinin kafenin qapısının açarları da onda olurmuş. 06 iyul 2023-cü il tarixdə Valehin işi olduğu üçün Seymur adlı işçisi, ümumilikdə, 1230 manat pulu kassaya qoyub kassanı bağlamış və açarı da kassanın altına qoyaraq kafeni bağlayıb çıxmışdır. Növbəti gün Valeh gəlib kafeni açan zaman kassada pulun olmadığını görüb ona zəng etmişdir. O da təhlükəsizlik kameralarına baxan zaman Tamerlanın pulu kassadan götürərək getdiyini görmüşdür. Tamerlana zəng etmiş, telefonu açmamış, atası da telefonlara cavab verməmişdir. Onların yaşadığı kəndə getmişdir. Sonradan isə atası onunla əlaqə saxlamışdır. Atası hadisədən iki gün sonra ona 100 manat pul vermişdir. Hadisədən iki ay sonra isə 200 manat vermişdir. Sonradan isə, ümumiyyətlə, atası ilə əlaqəsi kəsilmişdir. O da Tamerlanın ziyanı qaytarmadığını görüb polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və o, Təqsirləndirilən şəxsla barışmışdır. Cinayət işi materiallarında olan “üzləşdirmə” protokollarından görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran şəhəri “Ləvəngi” dairəsində yerləşən “ATP” adlı kafedən oğurluq olması ilə bağlı məlumat daxil olmuşdur. İnzibati ərazinin əməliyyat müvəkkili olaraq o və sahə polis nəfəri olan Şahid2 baş verən cinayət hadisənin tez bir zamanda açılması, hadisəni törədən şəxs və ya şəxslərin dairəsinin müəyyən edilməsi üçün lazımi tədbirlər görməyə başlamışlar. Hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, lazımi qeydlər aparılmış, hadisə yerində olan nəzarət-müşahidə kameralarına baxış keçirilmişdir. Nəticədə hadisəni törədən şəxsin Lerik rayonu Piran kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 07 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Lerik rayonundan Lənkəran rayonuna doğru hərəkətdə olan zaman onu saxlamışlar, özlərini təqdim etmiş və məsələnin mahiyyətini izah edərək polis şöbəsinə dəvət etmişlər. İstintaq bölməsində izahatı alınan Təqsirləndirilən şəxs oğurluq əməlini törətdiyini etiraf etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid2 Hökməli oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 14 il olar ki, Zərərçəkmiş şəxs çalışdırdığı, Lənkəran şəhəri “Ləvəngi dairəsində yerləşən “ATP” adlı kafedə ofisiant kimi çalışır. Ödənişini gündəlik olaraq Ədalətdən alır. Hər gün kafeni açır və bağlayır, açar onda olur. Ondan başqa ancaq Ədalətdə kafenin qapılarının açarları var. Hər hansı bir əmək müqaviləsi yoxdur. Təqsirləndirilən şəxs tanıyır. O, 2023-cü ilin yay aylarında, dəqiq yadında qalmayan tarixdə atası ilə birlikdə ora gəlmişdir. Ədalət Tamerlanı çayçı kimi işə götürmüşdür. Yolu uzaq olduğu üçün atası Ədalətdən xahiş etmişdir ki, Tamerlan axşamlar evə getməsin və kafenin ərazisində olan otaqlardan birində qalsın. Ədalət də razılaşmışdır. Lakin Tamerlan orda qalmırmış. Hadisə baş verən axşam o Bakıda üzrdə imiş, pulları yığıb kassaya qoymağı Seymura tapşırmışdır. Seymur da pulu yığıb kassaya qoyduğu barədə məlumat vermişdir. Ona kassada, ümumilikdə, 1230 manat pul olduğunu demişdir. O da Seymura tapşırmışdır ki, kafeni bağlasın, o Bakıdan gələn kimi pulu oradan götürəcəkdir. Bu qaydada razılamışlar. Həmin gecə, saat 01 radələrində kafeyə çatmışdır. Kafenin qapısının açıb daxil olmuşdur. Kassaya yaxınlaşan zaman pulun orada olmadığını görmüşdür. Səhər bu barədə Ədalətə məlumat vermiş, kameralara baxan zaman Tamerlanın oradan oğurluq etdiyinin şahidi olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 22 il olar ki, Zərərçəkmiş şəxs çalışdırdığı, Lənkəran şəhəri “Ləvəngi dairəsində yerləşən “ATP” adlı kafedə ofisiant kimi çalışırmış, lakin 2023-cü ilin iyul ayında kafedə oğurluq hadisəsi baş verdikdən sonra orada işdən çıxmışdır, çünki o indiyə qədər kafedə belə bir hadisə ilə qarşılaşmamışdır. Təqsirləndirilən şəxs tanıyır. Tamerlan 2023cü ilin yay aylarında atası ilə birlikdə kafeyə gəlmiş və çayxananı işlətməyə başlamışdır. Hadisə baş verən axşam Valeh işdə olmamış, işdə olan zaman kassaya pulu Valeh yığırmış və kafeni də o bağlayırmış. Lakin Valeh həmin gün Bakı şəhərində olduğundan bu məsələləri ona tapşırmışdır. O da saat 23 radələrində pulu yığıb kassaya qoymuş, pul 1230 manat olmuşdur. Kassanı bağlayıb açarı kassssanın yanında olan dəftərin altına qoymuşdur. O pulu sayıb kassaya qoyan zaman Tamerlan kafenin içərisində, ondan azca aralıda olmuşdur. Bundan sonra isə o kafeni bağlamış və oradan çıxmışdır. Valeh ona gecə gəlib pulu kassadan götürəcəyini demişdir. Gecə Valeh ona zəng etmiş və pulun harada olduğunu soruşmuş, o da kassada olduğunu demişdir. Lakin Valeh pulun kassada olmadığını bildirmişdir. O bunun mümkünsüz olduğunu, pulu kassaya qoyduğunu bildirmişdir. Növbəti gün məlum olmuşdur ki, pulu Tamerlan oğurlayıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 4 il olar ki, Zərərçəkmiş şəxs çalışdırdığı, Lənkəran şəhəri “Ləvəngi dairəsində yerləşən “ATP” adlı kafedə aşpaz kimi çalışır. Təqsirləndirilən şəxs tanıyır, Tamerlan 2023-cü ilin yaz aylarında, dəqiq yadında qalmayan tarixdə kafeyə gəlib çayçı kimi işləməyə başlamışdır. Tamerlan onlar kimi hər gün səhər işə gəlir, axşam işə evə gedirmiş. Ümumiyyətlə, kafedə adam qalmırmış. 06 iyul 2023-cü il tarixdə, axşam radələrində o, Seymur və Tamerlan kafedə qalan son şəxslər olmuşlar. Hər gün axşam kassada olan pulu sayan Valeh isə şəxsi səbəblərdən Bakıda olmuş, Lənkərana qayıdırmış. Həmin gün, saat, təxminən, 22 radələrində üçü də kafedən çıxmış, Seymur kafeni bağlamış, o da evə getmişdir. Növbəti gün səhər işə gəlmiş, işini görməyə başlamışdır. Günorta radələrində eşitmişdir ki, Tamerlan kassada olan pulu oğurlayaraq getmişdir. Cinayət işi materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs ifadlərində qeyd etdiyi xüsusatları üzləşdirmə zamanı da səsləndirmişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən videogörüntü, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, vətəndaş Sultanov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diski açan zaman 54 saniyəlik videgörüntü açılır. Hadisə 06 iyul 2023-cü il tarixdə, saat 23 radələrində baş verib. Təqsirləndirilən şəxs kafenin əsas zalında olan kassaya yaxınlaşır, kasanın üzərində olan əşyanın altında qoyulmuş açarı götürüb kassanı açır və orada olan pulu götürüb zaldan çıxır. “Sübutların qiymətləndirilməsi haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi və hadisə görüntülərini əks etdirən 01(bir) ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə saat 18:00-də şübhəli şəxs qismində tutulmuşdur. 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə sat 16:20-da “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Lerik rayon İHB-nın Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 5-56-33/2-1144/2023 nömrəli 20 dekabr 2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonu, Piran kəndində ailə üzvləri – atası 1965-ci il təvəllüdlü X3 və anası 1966-cı il təvəllüdlü X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və o, Təqsirləndirilən şəxsla barışmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, videogörüntü, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs razılığı ilə Lənkəran şəhəri “Ləvəngi dairəsində yerləşən “ATP” adlı kafedə yerləşən saxlanc yerindən – kassadan əmək haqqı kimi borcunu götürməsi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, videogörüntü, və tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7, 11,12, 17 və 18-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və barışmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lerik rayonu, Piran kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcinin, müsadirə ediləsi əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lerik rayonu, Piran kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərcinin, müsadirə ediləsi əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar