Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-171/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:55 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cü ildə Rusiya Federasiyasında anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi ev 18-də qeydiyyatda olmaqla orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Lənkəran rayonu Liman şəhərində oğurluq, yəni özgənin əmlakının gizli olaraq talamaq məqsədilə hərəkət edərək, Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu Liman şəhəri M.İbayev küçəsi ev 11 ünvanına qapıdan qanunsuz daxil olaraq, evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı paltar dolabından qiyməti 1870 manat olan 1 ədəd qızıl qolbağı, qiyməti 1600 manat olan 1 cüt brilliant qaşlı qızıl sırğanı və qiyməti 120 manat olan 1 ədəd gümüş üzüyü, ümumilikdə 3590 (üç min beş yüz doxsan) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra o, 30 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri- 0,181 qram, 0,129 qram, 0,208 qram, 0,174 qram, ümumi 0,692 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞnin Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 30 noyabr 2022-ci il tarixdə saat 16:20-də Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsində saxlanılaraq Liman polis bölməsinə gətirilmiş, bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 4 ədəd bükümdə ümumi 0,692 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda anası Ağanənə Həbibova ilə birlikdə yaşayır. Anası özü də xəstə olduğundan xəstəxanada yatır. O ailəli olsa da, bir müddət əvvəl arvadından boşanmışdır. O aşpazdır. Liman şəhərində yerləşən “Port dönər” adlanan dönərxanada dönərçi işləmişdir. Heç vaxt məhkum olunmamışdır. Əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən çox istifadə etmişdir. Hazırda qurudulmuş marixuanadan və az miqdarda metamfetamindən istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni Lənkəran şəhər ərazisində tanımadığı şəxslərdən alıb istifadə edir. Narkotik vasitə və psixotrop maddənin tüstüsündən qəbul edir. Belə ki, 29 noyabr 2022-ci il tarixdə axşam evdə olduğu zaman yemək yeyib spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul etdikdən sonra oğurluq etmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, qonşuluqda yaşayan Hakim adlı şəxsin evindən oğurluq etsin. Hakimin evdə olmadığını bilmişdir. Hakim evdə anası Təranə ilə birlikdə yaşayırmış. Onun Hakimlə münasibəti qonşu kimi normal olmuşdur. Hakim özü Liman şəhəri M.İbayev küçəsində yaşayır. Evləri arasında təxminən 400 metr məsafə vardır. Belə ki, evdə heç kimin olmadığını bilib həmin gecə yəni 29 noyabr 2022-ci il tarixdə saat 23 radələrində evdən çıxıb piyada hakimin evinə doğru getmişdir. Ev iki mərtəbəli imiş. Evin birinci mərtəbəində yaşayış yoxdur və həmçinin qapı və pəncərədə yoxdur. Ona görə də, birinci mərtəbədən pilləkənlə yuxarı yəni ikinci mərtəbəyə qalxmışdır. Yuxarı qalxanda ayaqqabılarını çıxartmışdır. İkinci mərtəbədə taxta qapı var imiş. Qapı bağlı imiş. Sol tərəfdə də ağ rəngdə qapı var imiş. Həmin qapının dəstəyini sıxmış və qapı açılmışdır. Oradan otağa daxil olmuşdur. Qaranlıq imiş. Həmin otaqdan da başqa otağa girmişdir. Otaqda bir paltar şkafı görmuşdür. Şkafın qapısı yox imiş. Şkafın aşağı hissəsində görmüşdür ki, qızıl qoymaq üçün qab vardır. Həmin qabların birini açmış, onda heçnə yox imiş. Digərini açanda içərisində qızıllar görmüşdür. Orada bir üzük var imiş. Üzüyü barmağına taxmışdır. Qalan 1 ədəd qolbağlı və 1 cüt sırğanı götürüb gödəkçənin cibinə qoymuşdur. Evi axtarmış və heçnə tapa bilməmişdir. Evdən çıxanda qulağına səs gəlmişdir. Bilmişdir ki, evdə kimsə var. O bunu eşidib evdə kiminsə olduğundan şübhələnmişdir. Həmin şəxs evin işıqlarını yandırmışdır. O gizlənmiş və evin ikinci mərtəbəsində pəncərəni açıb oradan yerə tullanmışdır. Daha sonra çəpərin üstündən tullanıb küçəyə çıxmış və oradan evə getmişdir. Ayaqqabıları orada qalmışdır. Həmdə evdən tullanıb gedəndə başında olan qara rəngli papağı da yerə düşmüş və orada qalmışdır. Ayaqqabıları da qara rəngdə imiş. Oradan evə gəlmişdir. Baxıb görmüşdür ki, cibində qoyduğu qolbağ və sırğa yoxdur. Hardasa düşmüşdür. Üzük barmağında olduğu üçün qalmışdır. Üzük gümüş olduğu üçün onu barmağına taxmışdır. Bundan sonra 30 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran şəhərinə gəlib orada “kiçik bazar” ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən, dörd bükümdə 30 manata “şüşə” adlanan metamfetamin almışdır ki, istifadə etsin. Həmin bükümləri əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Metamfetamin alandan sonra Liman şəhərinə qayıtmışdır. Aldığı metamfetamindən hissəhissə özü istifadə edəcəkdir. 30 noyabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Liman şəhəri H.Aslanov küçəsi ilə piyada gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinə gətirmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə Liman polis bölməsinə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O baş təhqiqatçısı polis mayoru Mircan Quliyev tərəfindən tutulmuşdur. Polis əməkdaşları bilməsin deyə üzüyü barmağından çıxarıb cibinə qoymuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O əynində olan şalvarının sağ yan cibində saxladığı 4 bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin cibində saxladığı 1 ədəd üzüyü, 1 manat pul əskinasını, 7 ədəd “Rotmons” markalı siqareti və 1 ədəd alışqanı təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heçnə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş dörd büküm metamfetamini elektron tərəzidə çəkmişlər və çəkisi 0,95 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş dörd büküm metamfetamini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. 7 ədəd siqaret, alışqan və 1 manat pulu özünə qaytarmışlar. Üzərindən aşkar edilmiş üzük oğurluq olduğu üçün götürmüşlər. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə və psixotrop maddə qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik vasitələri və psixotrop maddələri heç vaxt satmamışdır. Bədənində hərdəm ağrılar yarandığı üçün narkotik vasitədən və psixotrop maddədən istifadə edir. O bundan başqa daha oğurluqlar etməmişdir. Oğurluq etdiyi üçün əməlindən peşmandır. O həmin oğurluğu tək törətmiş, bu işdə ona kömək edən və yaxud əlbirliyi olan şəxs olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməlindən peşimançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, onunla barışdığını bildirib, ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantıdır. 30 noyabr 2022-ci il tarixdə Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayan 1989-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin Liman PB-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 30 noyabr 2022-ci il tarixli qərarə əsasən o Liman polis bölməsinin polis nəfərləri polis baş serjantı Şahid3 və polis serjantı Şahid4 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 30 noyabr 2022-ci il tarixdə saat 16 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi, Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsini müşahidəyə götürmüşlər. Həmin gün saat 16:20-də Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və baş təhqiqatçı polis mayoru Mircan Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt polis nəfəri polis serjantı Şahid4 “Samsung A 21” markalı mobil telefonla çəkiliş aparmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan dör ədəd bükümləri, 1 ədəd üzüyü, 1 manat pulu, 7 ədəd rotmons siqareti və 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa heç bir qanunsuz əşya və narkotik vasitə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,95 qram olmuşdur. Sonra həmin psixotrop maddə metamfetamin bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş dörd bükümdəki metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini 30 noyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhər ərazisində tanımadığı şəxsdən 30 manata özü qəbul etmək üçün almışdır. Üzərindən aşkar edilmiş gümüş üzüyü 29 noyabr 2022-ci il tarixdə saat 23 radələrində qonşusu Təranənin evindən oğurlamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, bundan başqa həmin evdən 1 ədəd qızıl qolbağını da oğurlamış, evdən səs gəldiyinə görə qorxub pəncərədən tullanıb qaçan zaman yolda qolbağını salıb itirmişdir. Həmin gümüş üzük də iş üçün əhəmiyyət kəsb etdiyindən ondan götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul, alışqan və siqaret özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin dörd bükümdə psixotrop maddə metamfetamini konkret olaraq kimdən aldığını bilmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanılan zaman və sonradan ona hədə-qorxu gələn və yaxud onu döyən olmamışdır. Təqsirləndirilən şəxs, Liman şəhəri M.İbayev küçəsi ev 11-də yaşayan Zərərçəkmiş şəxs evindən 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbağ və 1 ədəd gümüş üzük oğurlamış, deməsinə görə qolbağı itirmiş və gümüş üzüyü də təqdim etmişdir. Məhkəmə istintaqında Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı veridiyi ifadəsindən görünür ki, ünvan 2 ünvanda oğlu Şahid1 ilə birlikdə yaşayır. Evi iki mərtəbəlidir. Evin birinci mərtəbəsində yaşayış yoxdur. Evin birinci mərtəbəsi açıqdır. Birinci mərtəbədən ikinci mərtəbəyə pilləkən vardır. O heç bir yerdə işləmir. Belə ki, 27 noyabr 2022-ci il tarixdə Bakı şəhərində yaşayan X5 rayona gəlib onu öz yaşadığı Bakı şəhərindəki evinə aparmışdır. Bir müddət əvvəldə oğlu Şahid1 işləmək üçün Bakı şəhərinə getmişdir. 29 noyabr 2022-ci il tarixdə oğlu Şahid1 Bakı şəhərindən evə qayıtmışdır. Ev boş qalmasın deyə oğlu Hakim evə qayıtmışdır. O hələ bir müddət Bakı şəhərində qalmalı imiş. 29 noyabr 2022-ci il tarixdə gecə saat 23 radələrində oğlu Şahid1 qardaşı Raufa zəng edərək evə bir şəxsin daxil olduğunu demişdir. Həmin vaxt o da Hakimlə danışmışdır. Hakim demişdir ki, həmin gün saat 20 radələrində evə qayıtmış, gecə saat 23 radələində yatmaq istəyərkən evin digər otaqların birində səs eşitmişdir. Digər otağa keçmək istəyən zaman görmüşdür ki, evin dəhlizin qapısı açıqdır və orada ayaqqabı var. Hakim bilmişdir ki, evə oğru girib. Hakim yataq otağın qapısını açmadan həmin şəxsə otaqdan çıxmasını demişdir. Həmin şəxs sakit qalıb çıxmadığı üçün oğlu Hakim qardaşı Raufa zəng etmiş və həmin şəxs özünü pəncərədən atıb qaçmışdır. Oğlu Hakim bunları ona deyəndən sonra 30 noyabr 2022-ci il tarixdə səhər tezdən qardaşı Raufla birlikdə Bakı şəhərindən çıxıb Lənkərana yaşadığı evə gəlmişlər. Evə gələndən sonra görmüşdür ki, həmin şəxsin ayaqqabıları evdədir. X5 DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O dərhal həmin naməlum şəxsin girdiyi otağa baxanda görmüşdür ki, otaqda paltar dolabında gödəkçənin cibində qoyduğu qızıl-zinət əşyaları yerində yoxdur. Bilmişdir ki, həmin şəxs qızılları oğurlamışdır. Həmin şəxs oradan 1 ədəd 750 əyarlı, 22 qramlıq 1870 manat qiymətində qızıl qolbağı, 1 cüt 750 əyarlı, 1600 manat qiymətində brilliant qaşlı sırğanı, 1 ədəd 120 manat qiymətində gümüş üzüyü oğurlamışdır. Bundan başqa evdən heçnə oğurlamamışdır. Oğurluq nəticəsində ona 3590 manat ziyan vurulmuşdur. Hadisədən sonra qalmış ayaqqabılardan və yerə düşmüş papaqdan şübhələnmişlər. Ona görə də, şübhələnmişlər ki, həmin papaq və ayaqqabılar qonşuluqda yaşayan Təqsirləndirilən şəxs məxsusdur. Həmin gün oğlu Hakim bu barədə ərizə ilə Liman polis bölməsinə şikayət etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 2 ünvanda anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanır. Yaşadığı ev iki mərtəbəlidir. Evin birinci mərtəbəsində yaşayış yoxdur. Evin birinci mərtəbəsi açıqdır. Birinci mərtəbədən ikinci mərtəbəyə pilləkən vardır. Belə ki, o təxminən 2022-ci ilin noyabr ayın ortalarında Bakı şəhərinə işləməyə getmişdir. Bakı şəhərində işləyib orada qalırmış. 27 noyabr 2022-ci il tarixdə Bakı şəhərində yaşayan dayısı Rauf Mustafayev rayona gəlib anası Təranəni öz yaşadığı Bakı şəhərindəki evinə aparmışdır. 29 noyabr 2022-ci il tarixdə o Bakı şəhərindən çıxıb Lənkərana gəlmişdir. Həmin gün saat 20 radələrində yaşadığı Liman şəhəri M.İbayev küçəsi ev 11 ünvanına gəlmişdir. Anası Təranə də, hələ bir müddət Bakı şəhərində qalmalı imiş. Həmin gecə saat 23 radələrində o evin işlıqlarını söndürüb yataq otağına keçib yatmağa hazırlaşırmış. Həmin vaxt evin digər otağında səs eşitmişdir. Dəhlizə çıxmışdır. Görmüşdür ki, qapı açıqdır və orada ayaqqabı var. Bilmişdir ki, kimsə evə oğurluğa daxil olub. Daha sonra yataq otağında səs eşitmişdir. Əvvəl biraz qorxmuş və qapının qarşısında dayanıb “kimsən çıx” demişdir. Həmin şəxs səsinə cavab verməmişdir. Həmin vaxt o Bakı şəhərində yaşayan dayısı Raufa zəng etmişdir. Anası Təranə də orada olduğundan hər ikisi ilə danışmışdır. Həmin şəxs bunu eşidib pəncərədən tullanıb getmişdir. Həmin gecənin səhəri yəni 30 noyabr 2022-ci il tarixdə anası Təranə və dayısı Rauf Baki şəhərindən gəlmişlər. Dayısı Bakı şəhərindən gələndən sonra DİN-nin 102 xidmətinə zəng etmişdir. Anası gələnə kimi o evin otağında heçnəyə baxmamışdır. Anası gələndən sonra birlikdə həmin naməlum şəxsin girdiyi otağa baxanda görmüşdür ki, otaqda paltar dolabında gödəkçənin cibində qoyulmuş qızıl-zinət əşyaları yerində yoxdur. Bilmişdir ki, həmin şəxs qızılları oğurlamışdır. Həmin şəxs oradan anası Təranəyə məxsus 1 ədəd 1870 manat qiymətində 22 qramlıq qızıl qolbağı, 1600 manat qiymətində 1 cüt brilliant qaşlı sırğanı, 1 ədəd 120 manat qiymətində gümüş üzüyü oğurlamışdır. Bundan başqa evdən heçnə oğurlamamışdır. Oğurluq nəticəsində onlara 3590 manat ziyan vurulmuşdur. Hadisədən sonra qalmış ayaqqabılardan və yerə düşmüş papaqdan şübhələnmişlər. Ona görə də, şübhələnmişlər ki, həmin papaq və ayaqqabılar qonşuluqda yaşayan Təqsirləndirilən şəxs məxsusdur. Həmin gün o bu barədə ərizə ilə Liman polis bölməsinə şikayət etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs düşmüş 1 ədəd papaq və ona məxsus ayaqqabıları götürmüş və onları təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 30 noyabr 2022-ci il tarixli, protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən dörd bükümdə ümumi 0,95 qram psixotrop maddə metamfetamin və 1 ədəd gümüş üzük aşkar olunaraq götürülmüş, o həmin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, tanımadığı şəxsdən 30 manata alaraq istifadəsi üçün üzərində saxladığını, gümüş üzüyüdə 29 noyabr 2022-ci il tarixdə gecə saat 23 radələrində qonşusu Təranənin evindən oğurladığını bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 19/1225 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,181 qr; -0,129 qr; -0,208 qr; -0,174 qram; ümumi təmiz çəkisi:-0,692 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. metamfetaminin təmiz çəkisi -0,692 qram, tədqiqata sərf edildi-0,02qr (hər.ob-0,05qr) qalıq 0,492 qramdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 1244 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium Narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Hadisə yerinə baxış keçirilməsi haqqında 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu, Liman şəhəri, M.İbadov küçəsi ev 11-də baş vermişdir. Təqdim edilmiş əşyanın maddi sübut qismində götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd papaq və 1 cüt ayaqqabı oğurluğun predmeti olduğundan maddi sübut qismində götürülmüşdür. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 1 ədəd gümüş üzüyün qiyməti 120 manat, 1 ədəd qızıl olbağın qiyməti 1870 çamat, 1 cüt qızıl sırğanın qiyməti 1600 manatdır. Zərərçəkmiş şəxs Lənkəran ŞRPŞ-nə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki 4 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,692 qram metamfetaminin qalığı, şəxsi axtarışın videogörüntüləri olan DVD disk, təqdim edilmiş 1 ədəd gümüş üzük, 1 cüt ayaqqabı və 1 ədəd papaq maddi sübut qismində tanınmış, 0,692 qram metamfetaminin qalığı, 1 cüt ayaqqabı və 1 ədəd papaq maddi sübutların saxlanılması otağına, 1 ədəd gümüş üzük Zərərçəkmiş şəxs təhvil verilmiş, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarında saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(049)-385/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmışdır. DİN-nin BƏSİİ tərəfindən verilmiş Arayışdan və Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Bəgəmir Cahangirovun xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Lənkəran ŞRPŞ-si tərəfindən CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Lənkəran şəhər İHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, atası X4, anası X2 və qardaşı X3 ilə birlikdə Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi ev 18 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ifadələri, habelə ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsyə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsi və əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmaması və ona dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxsnin CM-nin CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsyə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyatda olması alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza keçiriləndən sonra qalıq qalmış 0,492 qram narkotik vasitə metamfetaminin məhv edilməli, şəxsi axtarış videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı, 1 ədəd gümüş üzüyün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 1 ədəd papaq və 1 cüt ayaqqabı isə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2(iki) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - ekspertiza keçiriləndən sonra qalıq qalmış 0,492 qram narkotik vasitə metamfetaminin məhv edilsin, şəxsi axtarış videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – 1 ədəd gümüş üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 1 ədəd papaq və 1 cüt ayaqqabı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş ürzə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-171/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-171/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver