Məhkəmə qərarları › İş №1(049)-171/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-171/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-171/2024 09.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X16 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Xüsusi ittihamçı X2, Təqsirləndirilən şəxs X7, Təqsirləndirilən şəxsin müdafiəçisi, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1973-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X15 özünə məxsus “WhatsApp” vasitəsilə status paylaşmaqla onu təhqir etməklə, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları “WhatsApp” vasitəsi ilə yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Özü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X3 Mərkəzinin direktoru vəzifəsində çalışır. X12 isə X3 Mərkəzində aparıcı hidroloq vəzifəsində çalışmışdır. Anar Rzayev mart ayından başlayaraq bir neçə dəfə özunun sosial şəbəkə hesabında, yəni “WhatsApp”-da statusunda ünvanına təhqiramiz paylaşımlar etmişdir. Bunu görən əməkdaşlar hər dəfə bu hadisəni ondan gizlətməyə çalışsalar da, sonuncu dəfə, 27 may 2024-cu il tarixdə yenidən Anar Rzayev “WhatsApp” sosial şəbəkəsində, statusda paylaşdığı barədə ona məlumat vermişlər. Görüntülər ona mərkəzin əməkdaşları tərəfindən təqdim edilmişdir. 27 may 2024-cu il tarixində o vaxt aparıcı hidroloq olmuş Anar Rzayev barəsində xidməti məruzə və “WhatsApp” sosial şəbəkəsində paylaşdığı görüntülərə dair fotoşəkilləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təqdim etmişdir. X24 tutduğu vəzifəsindən azad edilmişdir. Beləliklə də, X12 «WhatsApp»-da onun ünvanına böhtan ataraq onu təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, o, bazar günü evdə olarkən özünə məxsus “WhatsApp”-ın statusunda foto şəkil paylaşaraq altında barəsində “RASİM MÜƏLLİM ANQİRİR.” yazmışdır. X12 daha sonra özünə məxsus “WhatsApp”-ın statusunda fotoşəkil paylaşaraq altında “ KİSS MY ASS RASİM”, daha sonra biədəb fotoşəkil paylaşaraq altında kinayə ilə “Rasim müəllim Qaş qabağın yerlə gedir, de görüm neyləmişəm mən. Ürəyin tuk-tuk edir de görüm neyləmişəm mən” sözlərini yazmışdır. X12 yuxarıda qeyd etdiyi sözləri “WhatsApp”ın statusu vasitəsi ilə paylaşmışdır. Anar Rzayev barəsində paylaşdıqları ilə onu biabır etmək, alçaltmaq və cəmiyyətdə hörmətdən salmaq məqsədini güdmüşdür. Bununla əlaqədar o, qarşısına qoyduğu çirkin məqsədlərə qismən də olsa nail olmuşdur. Çünki həmin təhqir xarakterli məlumatlar cəmiyyətdə təsirsiz qalmamışdır. A.N.Rzayevin “WhatsApp” vasitəsilə paylaşdığı fotolar və sözlər onda əsəbi vəziyyət yaratdığından səhhəti də onu narahat edir. Ona görə də xüsusi ittiham qaydasında şikayət yazmaqla aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. A.N.Rzayevin “WhatsApp” vasitəsilə paylaşdığı təhqir xarakterli fotolar və sözlər cəmiyyətdə yayılmışdır. Azərbaycan Respublikası CM-nin 148ci maddəsinə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən ona qarşı törətdiyi əməl həm də xüsusi əlamətlərinə görə fərqlənir. Çünki o, onu təhqir etmişdir. Ona görə də əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi vardır. A.N.Rzayevin hansı prinsiplərə və çirkin məqsədlərə görə ona qarşı bu əməlləri törətməsi onun məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Çünki işin məhkəmə baxışı zamanı həmin halların müəyyən olunacağına şübhə etmir. A.N.Rzayevin söyləyib, paylaşdıqlarının heç bir faktiki əsası yoxdur. A.N.Rzayev bilməlidir ki, yayılan məlumat əxlaqi prinsiplər, ... cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat bir neçə şəxsə və yaxud qeyri-miiəyyən şəxslər dairəsinə bildirildikdə yaydmış hesab edilir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Təhqir formal tərkibli cinayətdir və başqa şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldığı andan başa çatmış sayılır. Hesab edir ki, X15 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X4 şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında göstərmişdir ki, Anar Rzayevlə 2023-cü ilin dekabr ayınadək münasibətləri səmimi olmuşdur. Anar Rzayev əvvəl baş mühəndis işləmiş, sonradan hansısa problemi olduğu üçün aparıcı meteorolog vəzifəsinə endirilmişdir. Anar Rzayev gecə saat 23.30-da Milli Meteorologiya Xidmətinin əməkdaşı Umara xanıma telefonu vasitəsilə səs atdığı üçün ona iradını bildirmiş, bundan sonra, münasibətləri soyumuşdur. Belə ki, Xidmət rəisi onunla əlaqə saxlayaraq həmin hadisəyə görə ona iradını bildirmiş, buna görə də o, öz növbəsində Anar Rzayevi yanına cağıraraq ona iradını bildirmişdir. Ondan sonra münasibətləri korlanmış və hidrometeorologiyanı bilmədiyi üçün onun işlərini İlhamə xanıma tapşırmışdır ki, Anar Rzayevin işlərində problemlər olmasın. Əlavə olaraq da Anar Rzayevin “WhatsApp”-nı bloklamışdır. Buna görə də Anar Rzayevin onun barəsində etdiyi əvvəlki paylaşımları görməmişdir. Əvvələr də Anar Rzayev telefonu vasitəsilə bu tip paylaşımlar etmişdir. xx.xx.2024-cü il tarixdə Gülnarə Kərimoiva adlı işçilsi ona bildirmişdir ki, “onlar utanırlar, Anarın qarşısını alın, o, barənizdə pis şeylər, görüntülər paylaşır.” Cavabında bunlardan məlumatsız olduğunu bildirmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra Anarın atası ondan üzr istəmək üçün onun qəbuluna gəlmək istəmiş, o, onu qəbul etməkdən imtina etmişdir. Çünki hesab etmişdir ki, oğlunun təqsirinə görə atası üzr istəməli deyil. Bundan sonra Ağadadaş adlı şəxslə ona xəbər göndərmişlər ki, o, Anarı bağışlasın. Verilən suallara cavab olaraq bildirmişdir ki, “Rasim müəllim Qaş qabağın yerlə gedir, de görüm neyləmişəm mən. Ürəyin tuk-tuk edir de görüm neyləmişəm mən” şəkilini və sözləri özünə böhtan sayır. Rəis olmamışdan əvvəl Anarla bir yerdə işləmişlər. Anar Lerik stansiyasının rəisi olmuş, özü isə ona tabe olmuş və heç vaxt subardinasiya qaydalarını pozmamışdır. Anar yaxşı aparıcı meteorolog olmuş, o sahədən anlayışı var. Lakin, hidrometeorologiya sahəsindən anlayışı olmadığı üçün, həmin işi İlhamə xanım görmüşdür. Özü şəxsən Anar Rzayevin telefonundakı statusu görməmişdir. Çünki onu bloklamışdır. Bazar ertəsi işə gəldiyi zaman işçisi Gülnarə Kərimova onun yanına, sənədi imzalamağa gətirərək bildirmişdir ki, Anar Rzayev işə çıxmamışdır. Daha sonra isə Gülnarə bilmişdir ki, “Anar Sizin barəsində görüntülər paylaşıb, hamı bunu görüb, Sizə demirlər, xahiş edirəm ki, bina son qoyasınız”. Bundan sonra Gülnarə həmin paylaşımları ona göstərmişdir. Daha sonra o, əməkdaşlarını yanına dəvət etmiş və onlar hamısı bildirmişlər ki, Anarın yaydığı görüntüləri onlar da görmüşlər. İşçiləri Anarın paylaşımlarını skrin edib bir-birlərinə göndərmişlər. Anar Rzayev işçisi Əfqan Hümmətova etiraf edərək bildirmişdir ki, paylaşımlardakı “Rasım” sözünü məhz onu nəzərdə tutaraq yazmışdır və Əfqanın buna görə iradlarına “əcəb eləmişəm” demişdir. Məhkəmədən Anar Rzayevə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamda özümü təqsirli bilməyərək göstərmişdir ki, Rasim Cahangirovla əvvələr münasibətləri yaxşı olmuşdur. Həmin münasibətlər 2024-cü ilin mart ayından pozulmuşdur. Xidmətdən məlumat daxil olmuşdur ki, sel olacaq. Bu məlumatı Rasim Cahangirova ötürməli idi. Lakin onu tapa bilmədiyi üçün, məlumatı birbaşa Millli Meteorologiya Xidmətinə, Umara xanıma göndərmişdir. Buna görə də Rasim Cahangirov onun əvəzinə Gülnarə xanımı özünə işçi kimi qəbul etmişdir. Bundan sonra da Rasim Cahangirova salam verdiyi halda, sonuncu onun salamlarını almamışdır. Özü telefonunun statusunda paylaşımlar edərək orada müxtəlif şəkillər yerləşdirir. Əsas məqsədi həmin şəkillərlə vətəndaşları maarifləndirməkdir. Rasim Cahangirovun istinad etdiyi şəkilləri də o paylaşmışdır. Lakin, həmin şəkillərə əlavə edilmiş yazıları o, yazmamışdır. Ola bilər ki, Rasim Cahangirovun şahidləri onun paylaşımlarının altından onun adından yazılar yazsınlar. Qeyd olunan paylaşımlarla əlaqədar Bakı şəhərində, Baş İdarədə ondan izahat alınmış, orada da bildirmişdir ki, həmin paylaşımlar ona məxsusdur, lakin yazılar ona məxsus deyildir. Hesab edir ki, bunları Rasim Cahangirov özü təşkil etmişdir. Belə ki, o, ona bildirmişdir ki, “onsuzda səndən narazı idim, indi sənə “torba” tikəcəm”. Məhkəmə tərəfindən təqdim edilən şəkillərə baxaraq və verilən suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, paylaşımdakı fil şəklini paylaşım etməklə, vətəndaşlara “savannalar var-təbiətdir” mesajını ötürmüşdür. Həmin filin quyruğunu xorttum kimi qəbul edib statusuna yerləşdirmişdir. Belə şəkilləri 2024-cü ilin mart ayından əvvəl də paylaşmışdır. Kişi cinsi orqanını əks etdirən şəkili, sadəcə onda maraq yaratdığı üçün statusuna yerşəlşdirmişdir. Həmin şəklin altındakı yazıları xatırlamır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir Məhkəmə iclasında şahid qismində dindirlmiş X11 göstərmişdir ki, o, meteorologiya üzrə texnik vəzifəsində çalışır. 2024-cü ilin may ayının 27-də Anar Rzayevin telefonunun statusunda fil şəkli və yazılar görmüşdür. Bundan əlavə Anar statusuna biədəb bir şəkil də qoymuşdur. Onun altında sözlər yazılmışdır, lakin nə yazıldığını xatırlamır. Ancaq “Rasim” yazıldığı yadındadır. Məhkəmə tərəfindən ona təqdim edilmiş şəkilləri Anar Rzayevin telefonunun statusunda görmüşdür. Anar Rzayevin adını telefonunun kontaktında “Anar RHMM” kimi yazmış və o, Anarın iş qrupundadır, lakin Anar şəkilləri qrupda deyil, statusunda yerləşdirmişdir. Qrupda iki nəfərdən çox şəxs vardır. O, Anarın statusuna baxdıqdan sonra ona bildirmişdir ki, “belə şeylər etmək lazım deyil. Bizdə başqa “Rasim” adlı şəxs yoxdur.” Cavabında Anar ona bildirmişdir ki, “işimə qiymət vermirlər, bu işdən irgənmişəm”. xx.xx.2024-cü il tarixdən sonra Anara zəng edib paylaşımları nə səbəbdən statusuna qoyduğunu soruşduqda, Anar ona bildirmişdir ki, “elə-belə qoymuşam”. Məhkəmə iclasında şahid qismində dindirlmiş X8 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Anar Rzayev statusunda fil və mikrofonlu bir şəxsin şəkillərini qoyduğunu və altlarında “Rasim” adının yazıldığını görmüşdür. Fil şəklinin altında yazılan sözlərin mənasını bilməsə də, bir şəxsə göstərmiş və sonuncu həmin sözlərin təhqiri sözlər olduğunu ona bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, şəkillərin məhz Rasim Cahangirova ünvanladığını ondan bilmişdir ki, Anar məhkəməyə təqdim edilmiş şəkillərdən əvvəl də öz statusunda paylaşdığı digər şəkillərdə “rəisin əvvəlki vəziyyəti” və “rəisin indiki vəziyyəti” sözlərini yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş X9 göstərmişdir ki, xüsusi ittihamçı müdiri, Anar Rzayev isə iş yoldaşıdır. Anar Rzayev tərəfindən paylaşımlar edilən zaman məzuniyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə Anar Rzayevin statusunda şikayətçinin istinad etdiyi şəkilləri görmüşdür. Həmin şəkilləri gördükdən sonra bu barədə iş yoldaşı Gülnarə xanıma bildirmişdir. Müdirlərinə deməkdən çəkinmişdir. İşə çıxdıqdan sonra müdir ondan soruşmuşdur ki, həmin şəkillər barəsində birbaşa ona niyə məlumat verməmiş, cavabında bildirmişdir ki, çəkindiyi üçün onları ona göstərməmişdir. İşdəki ab-havadan başa düşmüşdür ki, Anar Rzayev həmin paylaşımları Rasim Cahangirov barəsində etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, son bir ayda Anarın statusunda belə şəkillər görmüş, Əfqan Hümmətov bu barədə Anar Rzayevlə söhbət də etmişdir. Özü də Anar Rzayevin statusundakı şəkilləri skrin etmişdir. Lakin ondan əvvəl isə digər iş yoldaşları da onları skrin etmişdir. O, işə çıxdığı zaman qeyd olunan “söhbət” artıq üzə çıxmışdır. Telefonun kontaktında Anar Rzayevi “Anar müəllim iş yoldaşı” kimi qeyd etmişdir. X25 Cahangirov arasında münasibətlər 2024-cü ilin may ayınadək normal olmuş, ondan sonra korlanmışdır. Bundan əvvəl, Anar Rzayevin statuslarında belə şəkillər görməmişdir. Qeyd olunan statusu gördükldən sonra, xx.xx.2024-cü il tarixdə Anar Rzayevi “bloka atmışdır.” Məhkəmə iclasında şahid qismində dindirlmiş X13 göstərmişdir ki, 2024-cü ilin may ayında Anar Rzayevin statusunda şikayətçinin istinad etdiyi şəkilləri görmüşdür. İş yoldaşları Anar Rzayevə bildirmişlər ki, “belə şeylər etmək olmaz”. Verilən suallara cavab olaraq bildirmişdir ki, özü ümumi regional və stansiyanın qrupundadır. Anar Rzayev onlara bildirmişdir ki, "bunları etmişəm ki, Rasim görsün”. Bunu özünə de dedikdə, cavabında bildirmişdir ki, “Rasim məni otağına buraxmır”. İngilis dilini bilmir, şəkillərdə Rasim adını görməmişdir. X26 belə statuslar paylaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş X5 göstərmişdir ki, Anar Rzayev onun oğludur. Rasim Cahangirovu birinci dəfədir ki, görür. Günlərin birində ona xəbər çatmışdır ki, oğlu Anar, Rasim Cahangirov barəsində məlumat yayıb. O da, cavabında bildirmişdir ki, oğlu belə bir məlumat yayıbsa, gedib Rasim Cahangirovdan üzr istəyəcək. O, Ağadadaşa bildirmişdir ki, həmin məsələni aydınlaşdırmaq üçün Rasim Cahangirov onu qəbul etsin. Lakin o, Rasim Cahangirovun qəbulunda olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu Anar ona bildirmişdir ki, son zamanlar Rasim Cahangirov onu qəbul etmir. Rasim onun işçisi olmuş bir xanımı işə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 714/k nömrəli əmrin çıxarışından görünür ki, X3 Mərkəzinin aparıcı mütəxəssis hidrologu X12 ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan 3 ədəd şəkillərdən görünür ki, şəkillərdə “Kiss mu Ass Rasım” yazısı olan fil şəkili, “Rasım Müəllim anqırır” yazısı olan müğəninin şəkili və “Rasim müəllim Qaş qabağın yerlə gedir, de görüm neyləmişəm mən. Ürəyin tuk-tuk edir de görüm neyləmişəm mən” sözləri yazmış kişi cinsi orqanını təsvir edən şəkil əks olunmuşdur. X12 tərəfindən məhkəməyə təqdim edilmiş “WhatsApp” vasitəsilə xx.xx.2024-cü il tarixdə paylaşdığı yazıdan görünür ki, o, yazısında, “Ayrıca da 7 gün ərzində Statusda mənim xəbərim olmadan mənim adımdan paylaşmalar aparılıb. Bunuda sizə bildirmək istəyirəm” qeyd etmişdir. Məhkəmə iclas iştirakçılarını dinləyib, işdəki sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, X12 tərəfindən X2 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi sübuta yetirildiyindən Anar Rzayev CM-nin 148-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalı, CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab edilərək ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma hesab olunur. Məhkəmə iclasında təqsirləndirlən şəxs etiraf edərək bildirmişdir ki, “Kiss my Ass Rasım” yazısı olan fil şəkili, “Rasım Müəllim anqırır” yazısı olan müğəninin şəkili və “Rasim müəllim Qaş qabağın yerlə gedir, de görüm neyləmişəm mən. Ürəyin tuk-tuk edir de görüm neyləmişəm mən” sözləri yazmış kişi cinsi orqanını təsvir edən şəkili o, özü öz statusuna qoymuşdur. Lakin, şəkillərin altındakı sözləri o yazmamışdır. Məhkəmə təqsirləndirlən şəxsin şəkillərin altındakı sözlərin onun yazmaması barədə göstərdiyini inadırıcı hesab etmir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər bildirmişlər ki, əvvələr təqsirləndirlən şəxslə xüsusi ittihamçı arasında münasibətlər yaxşı olmuş, lakin son zamanlar korlanmışdır. Məhz onların münasibətləri korlandıqdan sonra, qeyd olunan şəkillər və yazılar təqsirləndirlən şəxsin statusuna yerləşdirilmişdir. Təqsirləndirilən şəxs onları öz statusuna yerləşdiyi zaman dərk etmişdir ki, onun telefonunu kontaktında olan hər bir şəxs həmin statusu görə bilər. O, bunu arzulamış və niyyətinə də şatmışdır. Həmin statusdakı şəkilləri və yazıları onun kontaktında olan bir çox şəxs görmüş və bu barədə xüsusi ittihamçıya məlumat vermişlər. Hamıya bəllidir ki, eşşək anqırır. Hər bir şəxs də eşşək sözünü özünə təhqir hesab edir. Təqsirləndirlən şəxs “Rasım Müəllim anqırır” yazısı olan şəkili statusuna qoymaqla məhz xüsusi ittihamçını təhqir etmək, yəni onun şəxsiyyəti şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma məqsədini güdmüş və buna nail olmuşdur. Məhkəmə həmin yazıların onun tərəfindən yazılmadığına dair təqsirləndirlən şəxsin göstərdiyinə ona görə də inanmır ki, o, kişi cinsi orqanını əks etdirən şəkilin onun tərəfindən statusuna yerləşdirildiyini özü məhkəmə iclasında etiraf etmişdir. Həmin şəkili statusuna nə səbəbdən yerləşdirdiyinə dair suala cavab olaraq bildirmişdir ki, “kişi cinsi orqanını əks etdirən şəkili, sadəcə onda maraq yaratdığı üçün statusuna yerləşdirmişdir.” Ondan əvvəl isə bildirmişdir ki, həmin şəkillərdən əvvəl statusuna yerləşdirdiyi şəkillərdə “əsas məqsədi həmin şəkillərlə vətəndaşları maarifləndirməkdir.” Hətta məhkəmə hesab etsə ki, həqiqətən də kişi cinsi orqanını əks etdirən şəkilin altındakı sözləri təqsirləndirilən şəxs yazmayıb, onda o, həmin cinci orqanının şəklini statusuna yerləşdirməklə kimi və ya kimləri “maarifləndirmək” istəmişdir? Axı onun statusunu, telefonunda olan onun ən yaxın ailə üzvləri, o cümlədən də azyaşlı və ya yetkinlik yaşına şatmayan uşaqlar, onun iş yoldaşları və s. görəcəkdirlər. Normal, əxlaq normalarına riayət edən heç bir şəxs belə şəkilləri paşlaşmaqla “maarifləndirməyə” xidmət etməz. Həmin şəkili statusuna qoymaqla, onun altında yazıları yazmaqda təqsirləndirlən şəxsin bir niyyəti olmuşdur- ən alçaq formada xüsusi ittihamçını təhqir etmək. Buna da nail olmuşdur. Təqsirləndirlən şəxs “WhatsApp” vasitəsilə xx.xx.2024-cü il tarixdə paylaşdığı yazını məhkəməyə təqdim edərək xüsusi ittihamçı barədə edilmiş paylşımların onun tərəfindən edilmədiyini bildirmişdir. Lakin onun dedikləri, bundan əvvəl məhkəmə iclasında verdiyi ifadəsini inkar edir. Həmin məhkəmə iclasında o etiraf etmişdir ki, həmin şəkilləri statusuna özü yerləşdirmişdir. Təqsirləndirlən şəxs məhkəməyə “WhatsApp” vasitəsilə xx.xx.2024-cü il tarixdə paylaşdığı yazını təqdim etməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə iclasında sübuta yetirldi ki, təqsirləndirlən şəxs kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində CMnin 148-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz . İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə axılması üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli № 3 qərarının 5-ci bəndində göstərilmişdir ki, Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin Qərarın 21-ci bəndində göstərilir, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fıziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Rasim Cahangirov ali savadlı şəxs olmaqla rəhbər vəzifəsində işləyərək hörmət və nüfuza malikdir. Təqsirləndirlən şəxs onu ailəsini, kollektiv və rəhbərliyinin gözü qarşısında, yuxarıda qeyd olunmuş şəkilləri və yazıları statusuna qoymaqla, onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində CM-nin 148-ci maddəsinin tərkibi vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X7 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini Azərbaycan Respublikasının CM-nin 59.2-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X7 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, X10 onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ bəndinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin V bəndinə əsasən, məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma hesab olunur. X1 yerləşdirdiyi şəkil və sözlərlə xüsusi ittihamçıya böhtan atmamış, buna görə də X7 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi sübuta yetirilmir. Belə ki, böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymada ifadə olunur. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri və s.) başa düşülür. Kütləvi informasiya vasitəsi dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Yəni, qeyd olunan hallardan biri olmazsa, bu böhtan hesab olumayacaqdır. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Təqsirləndirlən şəxsin paylaşdığı şəkillərdə xüsusi ittihçı barəsində hər hansı bir yalan məlumat yayılmamışdır. Sonuncu yalnız təhqir olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bu maddə ilə bəraət verilməlidir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirlən şəxsin əməlində böhtanın olmamasını xüsusi ittihamçı özü də öz şikayətində qeyd etmişdir. Belə ki, xüsusi ittihamçı öz şikayətində X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etsə də, konkret olaraq şikayətində (şikayətinin mətnində) X7 CM-nin 147.1-ci maddəsində nəzərdə tutlmuş əməli deyil, CM-nin 148-ci maddəsində nəzərdə tutlmuş əməli törətməsini dəfələrlə təkrarlamışdır. Hətta o, şikayətinin sonunda “X15 Azərbaycan Respublikası CMnin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.” yazmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilsin və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Cəzanın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar