Məhkəmə qərarları › İş №1(049)-172/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-172/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-172/2024 17.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu Xarxatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Lənkəran rayonu Xarxatan kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 04 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran rayonu, Xarxatan kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi ilə əlaqədar aralarında mülki mübahisə olduğuna görə münasibətləri pozulmuş qardaşı Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin ərazisində yerləşib, faktiki işlətdiyi çayxananın həyətində yeni tökdürdüyü betonu əvvəlcədən qəbul etdiyi spirtli içkinin təsirindən yaranan yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində əlindəki bel ilə zədələdiyi vaxt buna iradını bildirən qardaşı Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində, yəni torpaq sahəsinə dair payların mülkiyyətçilər arasında müəyyən edilməsi barədə məhkəmə mübahisəsi başa çatmadan qeyd olunan torpaq sahəsində tikinti işləri aparması səbəbindən aralarında baş vermiş mübahisə zamanı əvvəlcə başı ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs alın nahiyəsinə, zərbənin təsirindən yerə yıxılmasından sonra isə əlində tutduğu bel ilə sonuncunun başının sağ ənsə, bel, sol bud və sağ bazu nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid başın təpə nahiyəsinin sıyrığı, başın ənsə nahiyəsinin sağ yarısının, döş qəfəsinin sağ arxa hissəsinin, sol bud və sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və geniş qançırından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə etdiyi müraciəti təsdiq edir. Zərərçəkmiş şəxs onun qardaşıdır, Namiqlə onun arasında ara-sıra münaqişə baş verir. Münaqişənin baş verməsinə səbəb Namiqlə onun arasında torpaq mübahisəsinin olması və həmin torpaq mübahisəsinə görə halhazırda Şirvan Apellyasiya məhkəməsində işi olmasıdır. Belə ki, həmin torpaq sahəsi Lənkəran rayonu Xarxatan kəndində yerləşən magistral yolun kənarındakı torpaq sahəsidir. Həmin torpaq sahəsi ilə bağlı mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və həmin torpaq sahəsində məhkəmə mübahisəsi olduğu üçün orada tikinti işləri görə bilməməsini nəzərə alaraq qardaşı Zərərçəkmiş şəxs həmin torpaq sahəsində yerləşən çayxananın qarşısında tikinti işlərinin apardığını öyrənib ora getmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Xarxatan kəndində yerləşən çayxanaya getmiş, həmin vaxt o, yüngül içkili vəziyyətdə olmuş, əlində olan lapatka ilə çayxananın ərazisində olan betonu sökməyəyə çalışırmış. Belə ki, aralarında olan torpaq mübahisəsi ilə bağlı məhkəmənin qərarı çıxmadan orada hər hansı tikintinin Namiq tərəfindən aparılmasına etiraz etmiş, bu zaman Namiq ona yaxınlaşmış, onunla mübahisə edərək betonu sökməməyini bildirmiş və sifət nahiyəsinə sillə ilə vurmuşdur, daha sonra onun əlindən lapatkanı almaq istəyərkən, sol əli zəif olduğu üçün lapatkanı əlindən buraxmış, bu zaman Namiq yerə yıxılaraq yararsız vəziyyətdə olan stulların üzərinə düşmüşdür. Həmin vaxt Namiq onun başına oyun açacağını və şikayət edəcəyini bildirirmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs vurmamış və ya Namiqə hər hansı xəsarət yetirməmişdir. Daha sonra onlar arasında olan münaqişənin təxminən 5-10 dəqiqə ərzində davam etməsini bildirmişdir. Bundan başqa o, qardaşı Zərərçəkmiş şəxs vurmamış və ya ona hər hansı xəsarət yetirməmişdir. Həmin vaxt münaqişəni çayxananın işçiləri Nihad və Ələkbər görmüşlər. Zərərçəkmiş şəxs ifadələrində onu Lənkəran rayonu Xarxatan kəndində yerləşən çayxanın həyətində olarkən çayxananın işçisi Ələkbər Zərərçəkmiş şəxs yanına çağırmış, betonun üzərinə bel ilə vurduğu üçün aralarında münaqişə baş vermiş, münaqişə zamanı Namiq sillə ilə onu vurmuş, onun əlindən beli almaq istəyərkən, sol əli zəif olduğu üçün beli əlindən buraxmış, bu zaman Namiq yerə yıxılaraq yararsız vəziyyətdə olan stulların üzərinə düşmüş, həmin vaxt o, Namiqi vurmamış və ya ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə etdiyi müraciəti təsdiq edir. Təqsirləndirilən şəxs onun qardaşıdır, Bünyaminlə onun arasında ara-sıra münaqişə baş verir. Münaqişənin baş verməsinə səbəb Bünyaminin ona məxsus Lənkəran rayonu Xarxatan kəndində yerləşən çayxananın sağ tərəfində yerə tökdüyü beton kalonu bellə zədələyib dağıtmaq istəməsi olmuşdur. Belə ki, Bünyamin 2 ildən çoxdur ki, çayxanada içdiyi çayın pulunu verməmiş və işçisi ondan pul istədikdə orada tez-tez münaqişə yaradırmış. Belə ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran rayonu Xarxatan kəndində yerləşən çayxananın həyətinə gəlmiş və əlində olan lapatka ilə çayxananın ərazisində olan təzə tökülmüş betonu zədələyən zaman işçilər gəlib ona bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs Aliəkbər adlı işçisinə onu çağırmasını istəmişdir. O da Bünyaminə yaxınlaşanda və lapatkanı Bünyamindən almaq istəyərkən Bünyamin lapatka ilə üzərinə hücum etmiş, ona kəllə ataraq alın nahiyəsinə zərbə vurmuş, daha sonra o, müvazinətini itirərək yerə yıxılmışdır. O, yerdə olan zaman Bünyamin əlində olan lapatka ilə onun bel və ayaq nahiyələrinə zərbələr vurmuşdur. Həmin vaxt Bünyamin içkili vəziyyətdə olmuşdur. Həmin vaxt Bünyamin onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Həmin vaxt Bünyamin ona törətdiyi əməl barəsində hər hansı bir dövlət orqanına şikayət edəcəyi təqdirdə övladlarının başını kəsib öldürməklə onu hədələmişdir. Onlar arasında olan münaqişə təxminən 15-20 dəqiqə ərzində davam etmişdir. Bünyamin onu Lənkəran rayonu Xarxatan kəndində yerləşən çayxanın həyətində döymüşdür. Əlində olan lapatka ilə üzərinə hücum etmiş, ona kəllə ataraq alın nahiyəsinə zərbə vurmuş, yerdə olan zaman əlində olan lapatka ilə onun bel nahiyəsinə və ayaq nahiyələrinə zərbə vurmuşdur. Həmin vaxt münaqişəni işçiləri Nihad və Aliəkbər, həmçinin üzdən tanıdığı kənd sakinləri görmüşdür. Təqsirləndirilən şəxs ona məxsus olan Lənkəran rayonu Xarxatan kəndinin ərazisində yerləşən çayxananın özünə məxsus olması barədə etdiyi iddialar olmuşdur. Belə ki, əvvəllər Təqsirləndirilən şəxsla həmin çayxana və çayxananın yerləşdiyi əraziyə görə Lənkəran rayon Məhkəməsinə, Şirvan Apellasiya məhkəməsinə və Ali Məhkəməyə iddia ərizələri ilə qarşılıqlı şəkildə müraciət etmişlər. Həmin Məhkəmələrin qəbul etdiyi qərar və qətnamələri istintaqa təqdim edə biləcəyini bildirmiş və qəbul olunmuş yekun qərarın onun leyhinə olduğunu qeyd etmişdir. Münaqişə zamanı o, Təqsirləndirilən şəxs vurmamış və ya ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşamtərəfi Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs çayxananın həyətinə gəlmiş və əlində olan lapatka ilə (bel) çayxananın həyətinə təzə tökülmüş betonu sökmək istəyən zaman bu barədə çayxananı sahibi Zərərçəkmiş şəxs məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs həyətə düşmüş və betonu nə üçün sökməyə çalışmasını Bünyaminə irad bildirən zaman aralarında münaqişə baş vermişdir. Həmin vaxt orada baş vermiş münaqişəni çayxananın içərisindən pəncərədən seyr edirmiş, belə ki, həmin vaxt içəridə olan müştəriləri qarşılayırmış. Bu zaman səs-küy baş verdiyi üçün onların arasında baş vermiş münaqişəni pəncərədən baxaraq görmüşdür. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmasını və ya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli ilə və ya başqa alətlə vurmasını görməmişdir. Məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə araşdırılmış ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Cil kəndində anasına məxsus olan evdə ailəsi ilə bərabər yaşayır, subaydır. Lənkəran rayonu Xarxatan kənd sakini Zərərçəkmiş şəxs məxsus olan Lənkəran rayonu Cil kəndindən keçən aftomobil yolunun üzərində yerləşən Kürə çayxanası adlanan çayçıda ofısiyant işləyir. Bildirmək istəyirəm ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə etdiyi müraciəti ilə tanış olmuşdur. 2021-ci ilin noyabr ayından Lənkəran rayonu Xarxatan kənd sakini Zərərçəkmiş şəxs məxsus çayxanada ofısiyant olaraq çalışır, aylıq 315 manat maaşla ailəsinin dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə axşamtərəfi Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs çayxananın həyətinə gəlmiş və əlində olan lapatka ilə (bel) çayxananın həyətinə təzə tökülmüş betonu sökmək istəyən zaman bu barədə çayxananı sahibi Zərərçəkmiş şəxs məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs həyətə düşmüş və betonu nə üçün sökməyə çalışmasını Bünyaminə irad bildirən zaman aralarında münaqişə baş vermişdir. Baş vermiş münaqişə zamanı Namiq Bünyaminin əlindən lapatkanı almaq istəyən zaman Bünyamin ilkin olaraq kəllə ataraq Namiqin baş nahiyəsinə zərbə vurmuş, daha sonra əlində olan lapatka ilə Namiqin kürək və ayaq nahiyəsinə zərbələr vurmağa başlamışdır. Həmin vaxt orada baş vermiş münaqişəni çayxananın içərisindən pəncərədən seyr edirmiş, belə ki, həmin vaxt içəridə olan müştəriləri qarşılayırmış. Bu zaman səs-küy baş verdiyi üçün onların arasında baş vermiş münaqişəni pəncərədən baxaraq görmüşdür. Çayxanada olan ağsaqqal kişilərdən biri gedib onları bir-birindən ayırmış, həmin şəxsi üzdən tanıyır və ad soyadını bilmir. Baş vermiş əlbəyaxa mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Onlar arasında baş verən əlbəyaxa mübahisəyə görə çayxanada olan müştərilər çayxananı tərk edərək getmişlər. Bundan sonra Namiq Təqsirləndirilən şəxs Hüseynovla əlbəyaxa olan zaman eynəyinin düşərək itdiyini ona bildirmiş və onların əlbəyaxa olduğu yerdə Nihadla birlikdə Namiqin eynəyini axtarmağa başlamışlar. Lakin eynəyi tapa bilməmişlər, daha sonra Zərərçəkmiş şəxs avtomobilinə minərək oradan uzaqlaşmışdır, bundan sonra da Təqsirləndirilən şəxs da oranı tərk etmişdir. Bundan sonra onun çayxanada işləmə vaxtı bitdiyindən növbəni Şahid1 təhvil verərək evinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla münaqişə etməsini, kəllə ataraq Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmasını, həmçinin əlində olan lapatka ilə onun bel və ayaq nahiyələrinə zərbə vurmasını kənardan görmüş, lakin münaqişə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sillə ilə vurmamış və ya ona hər hansı fiziki təsir göstərməmişdir. Hadisəni onunla çayxanada birlikdə işləyən Şahid1 da görmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Cil kəndi ərazisində ailəsi ilə birlikdə yaşayır. Nə üçün ifadə verməyi ona aydındır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, subaydır, Lənkəran rayonu Xarxatan kənd sakini Zərərçəkmiş şəxs məxsus olan Lənkəran rayonu Cil kəndindən keçən, aftomobil yolunun üzərində yerləşən Kürə çayxanası adlanan çayçıda ofısiyant işləyir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə etdiyi müraciəti ilə tanış olmuş, 1 ay olar ki, Lənkəran rayonu Xarxatan kənd sakini Zərərçəkmiş şəxs məxsus çayxanada çayçı olaraq işləyir. xx.xx.2023-cü il tarixdə axşam çağı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs çayxananın həyətinə gəlmiş və əlində olan lapatka ilə çayxananın həyətinə təzə tökülmüş betonu sökmək istəyən zaman bu barədə orada işləyən digər ofısiyant Şahid2 çayxananın sahibi Zərərçəkmiş şəxs məlumat vermiş, bundan sonra Zərərçəkmiş şəxs həyətə düşmüş, Bünyaminin betonu sökməyə çalışdığını görüb Bünyaminə irad bildirən zaman aralarında münaqişə baş vermişdir. Baş vermiş münaqişə zamanı Namiq Bünyaminin əlindən lapatkanı almaq istəyən zaman Bünyamin ilkin olaraq kəllə ataraq Namiqin baş nahiyəsinə zərbə vurmuş, daha sonra əlində olan lapatka ilə Namiqin bel və ayaq nahiyələrinə zərbələr vurmağa başlamışdır. Həmin vaxt orada baş vermiş münaqişəni çayxananın qarşısında yerləşən samovarın yanından görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs ayağa qalxaraq oradan uzaqlaşmış, bundan sonra Bünyamin çayxananın həyətində nalayiq ifadələr işlətdikdən sonra oradan çıxaraq getmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Münaqişə baş verən zaman o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla münaqişə etməsini, kəllə ataraq Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmasını, həmçinin əlində olan lapatka ilə onun bel və ayaq nahiyələrinə zərbə vurmasını kənardan görmüşdür, lakin münaqişə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sillə ilə vurmamış və ya ona hər hansı fiziki təsir göstərməmişdir. Həmin vaxt münaqişəni onunla çayxanada birlikdə işləyən Şahid2 da görmüşdür. Cinayət işinin 29-32-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 06 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs çayxananın qarşısını iştirakçılara təqdim etmiş, çayxananın qarşısında dibçək qabda güllər, meyvə ağacları və həmişəyaşıl ağaclar mövcüddür. Bundan başqa həyətdə müştərilərin çay tələbatını ödəmək üçün içərisində içməli su olan su qabları mövcüddür. Bundan başqa çayxananın kənarında bitişik soyuducu və samovar da mövcüddür. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini iştirakçılara təqdim edərək qardaşı Təqsirləndirilən şəxsla aralarında münaqişə baş verdiyi yeri və döyüldüyü yeri göstərmişdir. Hadisə yerinə baxış keçirilən zaman foto çəkilişdən istifadə olundu və aşkarlandıqdan sonra protokola əlavə ediləcəkdir. Baxış zamanı hadisə yerindən bir ədəd lapatka (bel) maddi sübut kimi götürülmüşdür. Cinayət işinin 33-34-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 06 noyabr 2023-cü il tarixli 1071 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin sıyrığı, başın ənsə nahiyəsinin sağ yarısının, döş qəfəsinin sağ arxa hissəsinin, sol bud və sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və geniş qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 04 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 11-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” üzrə verilmiş 04 noyabr 2023-cü il tarixli, 000812 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluq aşkar olunur. Cinayət işinin 121-123-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan görünür ki, 01 (bir) ədəd DVD formatlı diskdə VİD- 20231109- WA0010, VİD-20231109-WA0012, VİD-20231109-WA0013, VİD-20231109-WA0014, VİD- 20231109-WA0015 və VİD-20231109-WA0016 videogörüntülər və İMG-20231109- WAOOOO, İMG-20231109-WA0001, İMG-20231109-WA0002, İMG-20231109-WA0009 fotoşəkillər aşkar edildi. 1) VİD-20231109-WA0010 videogörüntüsündən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonla videokameranı qoşub Lənkəran rayonu Xarxatan kəndində yerləşən özünə məxsus çayxanasında qardaşı Təqsirləndirilən şəxs çəkmişdir. Videoda Təqsirləndirilən şəxs Talış dilində və Azərbaycan dilində bildirir: tahş dilində-“az çə Zakiridə bəməlom az, Zakiridə bəməlum az, tvardə ğəhəbə də, şərəfsizdə, suçka bləət, ğəhəbə. Bo lyo söhbət bıkəmon, telfoni okışt boy lyo. İştı ğıni hil kardəm kardənim dekə tı yə, az Bünyaminim yə, az Lankondə nomım noə yə. Az çə Zakiri zoəm yə. Bo lyo söhbətkəmon, boy bınışt lyo söhbət bıkəmon. Namikə boli bo yo söhbət bıkəmon. (Tərcüməsi-Mən Zakirdən əmələ gəlmişəm, mən Zakirdən əmələ gəlmişəm, tvarda, qəhbədə, şərəfsizdə, suçka blət, qəhəbə. Gəl bura söhbət edək, telefonu söndür gəl bura. Sənin dalını deşirəm, deşmirəm bax sən. Mən Bünyaminəm, mən Lənkəranda ad qoymuşam, mən Zakirin oğluyam. Gəl bura söhbət edək, gəl bura otur söhbət edək. Namiq qardaşım gəl söhbət edək). Azərbaycan dilində-Gəl mənim böyük qardaşım, gəl mənim qardaşım gəl söhbət edək. 2) VİD-20231109-WA0012 videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs əlində bellə Zərərçəkmiş şəxs tərəfindən tikdirilmiş dirəkləri bərkitmək üçün tökülmüş betonu dağıdır. 3) VİD-20231109-WA0013 videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs əlində bellə mobil telefonla danışır. 4) VİD-20231109-WA0014 videogörüntüsündən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonla video çəkərək Təqsirləndirilən şəxs bildirir: “Sən məni döyürsən? Qələt eləmə indi ekspertizada baxarsan sən, sən məni döyürsən? Sən deyirsən polis kimdir, kimə arxayınsan sən?. Cavabında Təqsirləndirilən şəxs bildirir: “Mən səni qələt eliyərəm döyərəm. Mənim böyük qardaşımsan. Mən dövlətimə arxayınam. Mən prezidentimə arxayınam”. 5) VİD-20231109-WA0015 videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs əlində bellə mobil telefonla danışır. 6) VİD-20231109-WA0016 videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs çay evində stollardan birində oturaraq ofısiyanta bildirir ki, “ay qardaş çay verirsiz, çay gətirində çay istiyirəm. Mənə bir çay gətirin”. Daha sonra Təqsirləndirilən şəxs talış dilində danışır:-hiççi ne iqlə pojəm jəy, ıştə əsəbim bekarde, bıtı hurmətım hese. Ne bətı ğələt bəkam pojə bəjem, tı çımı yolə boəş, tı bəmi və yo mışt jəyəsə bə zəmin qınyəş. Mı ıştıku üzurum pidə, bağıştəmişkə mini, səfim kardə bəştı qarşi, tı misə yoliş, kardəş mini bağıştəmiş? Kardəş mini bağışdəmiş? Çımı yolə boəş, çımı pə vırədəş, üzrım pidə, məni bağıştəmişkə əgər bətı səfim bəbusə, üzrım pidə mini bağıştəmişkə bağıştəmiş kardəni. Daha sonra Zərərçəkmiş şəxs videoda bildirir: “Norohət məbi, ebış ni pojə enıkkuəy bəqəm, pojə bebəşe bəştı və. Əy bədom aa”. (Bünyaminin dediklərinin tərcüməsi-Heç nə yox bircə paya vurdum öz əsəbimi çıxardım, sənə hörmətim böyükdür. Yox sənə qələt edərəm paya vuraram, sən mənim böyük qardaşımsan, sən orda mənə sillə vuranda özün yerə yıxılmısan. Mən səndən üzr istəyirəm, bağışla məni, səhv etmişəm sənə qarşı, sən məndən böyüksən, bağışlayırsan məni? Bağışlayırsan məni? Mənim böyük qardaşımsan, mənim atam yerindəsən, üzr istəyirəm səndən, məni bağışla, əgər sənə qarşı səhvim olubsa, üzr istəyirəm, məni bağışla, bağışlamır). (Zərərçəkmiş şəxs dediklərinin tərcüməsi-Narahat olma, eybi yox paya çırpmadın bəyəm, paya çıxacaq sənin qabağına. Ey verdim a.). Baxış zamanı əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edildi. Təqdim edilmiş 01 ədəd DVD-diskə gündüz vaxtı xidməti istintaq otağımda «HP» personal kompüterdə tərcüməçi-müəllim X1 iştirakı ilə baxış keçirildi. Protokol oxundu, etiraz və əlavələr olmadı, doğru yazılmışdır. Cinayət işinin 58-59-cu vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 221.2.2-ci maddəsi ilə 01 il 06 ay islah işləri cəzasına məhkum olunmudur. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 11 iyul 2024cü il tarixli, 19 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan nəzarət işi xx.xx.2016-cı il tarixdə bağlanaraq şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 57-58-ci vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X2 rayonu, Xarxatan kəndində ailəsi ilə birlikdə yaşayır, rayon ərazisində fərdi sahibkar kimi fəaliyyət göstərir, yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işinin 162-183-cü vərəqlərində olan Lənkəran Rayon Məhkəməsinin qərardadlarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında torpaq sahəsi ilə bağlı mülki mübahisə vardır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini cinayət işinin materialları üzrə təqdim edilmiş sübutlarla qarşılıqlı surətdə müqayisəli formada araşdıraraq hesab edir ki, həmin ifadələr işin məhkəmədə müəyyən olunan halları ilə üstüstə düşmədiyinə görə sübut növü kimi qəbul edilə bilməz. Həmin ifadələr cinayət məsuliyyyətindən yayınmaq məqsədi ilə verilmiş, habelə məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadəsi, məhkəmə ekspertiza rəyləri ilə tam təkzib edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq, həmin şahidin məhkəmə iclasında verdiyi ifadələri işin məhkəmədə müəyyən olunan hallarına uyğun olmadığı, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadələrlə tam ziddiyyət təşkil etdiyi, ibtidai istintaq zamanı verilən ifadələrin hadisədən az müddət sonra verilməsi ilə hadisə haqqında daha obyektiv və müffəssəl məlumat verməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şahid2 məhkəmə istintaqında verdiyi ifadələr sübut kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, Şahid2 məhkəmədə verdiyi ifadələri təqsirləndirilən şəxslə yaxın münasibətdə olmaqdan irəli gələrək təqsirləndirilən şəxsi qorumaq məqsədi ilə verilmiş və onu cinayət məsuliyyətindən yayındırmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidi. Məhkəmə, Şahid2 məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələri sübut kimi qəbul edilərək ittihamın həlli üçün kifayət edən sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən zərərçəkmiş şəxslə qardaş olmasını, aralarında torpaq mübahisəsi olmasını və həmin mübahisənin hazırda da məhkəmə araşdırmasında olmasını, fərdi sahibkar olmasını nəzərə almağı vacib hesab edir və buna görə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-nin 44.2-ci maddəsinə görə, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. icra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini qanunamüvafiq hesab etdiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdilməməlidir. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut – Lənkəran ŞRPŞ-də saxlanılan 01 ədəd bel (lapatka) Zərərçəkmiş şəxs qaytarılmalı, 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdilməsin. İş üzrə maddi sübut – Lənkəran ŞRPŞ-də saxlanılan 01 ədəd bel (lapatka) Zərərçəkmiş şəxs qaytarılsın, 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar