Məhkəmə qərarları › İş №1(049)-173/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-173/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-173/2024 10.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X12 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1951-ci ildə Lerik rayonu Anzulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-36/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1(bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, təqaüdçü, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 sentyabr 2024-cü il tarixdə, saat 17.22-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayının əvvəllərində həmkəndlisi, Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs2 qabaqcadan aldadıb etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra Zərərçəkmiş şəxs2 “Azəriqaz" X6 X14 İdarəsində kompyuter mütəxəssisi vəzifəsinə təyin etdirəcəyi barədə yalandan vəd verib Zərərçəkmiş şəxs2 inam və etibarını qazanaraq bunun müqabilində sonuncudan 2022-ci ilin noyabr ayının sonunda, istintaqla dəqiq müəyyən edilməyən tarixdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən “Azəriqaz” X6 X14 İdarəsinin qarşısında 1500 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs2 1500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin dekabr ayının ortalarında Lənkəran rayonu Tuədo kənd sakini Zərərçəkmiş şəxs1 qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra sonuncunun hərbi çağırışçı olmaqla göndərişlə Respublika Psixiatriya Xəstəxanasına həkim müayinəsinə göndərilmiş oğlu Şahid1 həkim komissiyasından kəsilməsinə, yəni həkim komissiyasının Şahid1 hərbi xidmətə yararsız olmasına dair rəy verilməsinə nail olub nəticədə hərbi xidmətdən saxlatdıracağı barədə yalan vəd verib Zərərçəkmiş şəxs1 inam və etibarını qazanaraq bunun müqabilində 1100 manat pul istəmiş, 2022-ci ilin dekabr ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə Zərərçəkmiş şəxs1 Lənkəran şəhəri, X4rşısında 1100 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs1 1100 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin yanvar ayının ortalarında həmkəndlisi, Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs2 qabaqcadan aldadıb etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə, yəni 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 “Azəriqaz” X6 X14 İdarəsində kompyuter mütəxəssisi vəzifəsinə təyin olunmasına nail olmaq üçün həmin ilin noyabr ayının sonunda aldığı 1500 manat puldan əlavə işin alınmasından ötrü 2000 manat da verməsini bildirib bundan sonra göstərilən vəzifəyə təyin olunacağını yalandan vəd verib Zərərçəkmiş şəxs2 inam və etibarını qazanaraq bunun müqabilində sonuncudan 2023-ci ilin yanvar ayının ortalarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən “Azəriqaz" iİtehsalat X7 Qaz İstismar İdarəsinin qarşısında 2000 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs2 2000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin oktyabr ayının əvvəllərində Lənkəran rayonu Şovu kənd sakini Zərərçəkmiş şəxs4 ilə təsadüfən tanış olub sonuncunun İİİ qrup əlil olduğunu bildikdən sonra Zərərçəkmiş şəxs4 qabaqcadan aldadıb etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra Zərərçəkmiş şəxs4 əslində İ qrup əlilliklə bağlı pensiya almalı olmasını deməklə sonuncuya İ qrup pensiya təyin etdirəcəyi barədə yalandan vəd verib Zərərçəkmiş şəxs4 inam və etibarını qazanaraq bunun müqabilində ondan 1500 manat pul istəmiş, Zahir Ağayevdən 15 oktyabr 2023-cü il tarixdə, Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə yerləşən çayxanada 1000 manat və 2023-cü ilin noyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmayan tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-nin Lənkəran filialının qarşısında 500 manat olmaqla ümumilikdə 1500 manat məbləğində pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs4 1500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 12 yanvar 2024-cü il tarixdə Lənkəran rayonu Ürgə kənd sakini Zərərçəkmiş şəxs3 qabaqcadan aldadıb onun etibarından suiistifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi almasına nail olacağı barədə yalan vəd verib Zərərçəkmiş şəxs3 inam və etibarını qazandıqdan sonra bunun müqabilində ondan 800 manat pul istəmiş, həmin tarixdə Zərərçəkmiş şəxs3 Lənkəran rayonu Ürgə kəndində yerləşən avtobus dayanacağında 800 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs3 800 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 12 yanvar 2024-cü il tarixdə Lənkəran rayonu Ürgə kənd sakini Zərərçəkmiş şəxs5 qabaqcadan aldadıb onun etibarından suiistifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra Zərərçəkmiş şəxs5 sürücülük vəsiqəsi almasına nail olacağı barədə yalan vəd verib Zərərçəkmiş şəxs5 inam və etibarını qazanaraq bunun müqabilində sonuncudan 800 manat pul istəmiş, həmin tarixdə Zərərçəkmiş şəxs5 Lənkəran rayonu Ürgə kəndində yerləşən avtobus dayanacağında 800 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs5 800 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 münasibətdə özünü təqsirli bilmir. İsmayıl qonşusudur. Onunla ədavəti yoxdur. O, dələduzluq edib İsmayılın pulunu mənimsəməmiş, onu qaz idarəsinə işə düzəldəcəyinə söz verməmişdir. O, İsmayılın atasından 1500 və 2000, cəmi 3500 manat pulu torpağa görə almışdır. Belə ki o, aldığı pulun müqabilində İsmayıla özünə məxsus torpaq sahəsini satmış, İsmayıl, Bələdiyyənin sədri və o, İsmayıla satdığı torpağa baxmışlar, İsmayıl həmin torpaq sahəsini bəyəndikdən sonra notariat kontoruna gedərək bu barədə İsmayıla sənəd vermişdir. Digər Zərərçəkmiş şəxs1 qarşı da dələduzluq etməmişdir. Belə ki o, Natiqin oğlu Vüsalı həkim komissiyasından keçirilməsi məqsədilə sonuncu ilə birlikdə Maştağa qəsəbəsinə getmiş, orada Vüsal həkimlərə 300 manat, ona isə yol haqqı olara 40 manat vermiş, Vüsal hərbi xidmətə yararsız deyil, yararlı hesab edildiyi üçün Natiq hazırda ondan çəkilmiş xərclərini tələb edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 İ qrup əlilliyin düzəldilməsi ilə bağlı onun atası Gülağa ilə danışıqlıqları olub. Bu məsələni tanışı Həsən həll etməli idi. Çünki Həsən demişdir ki, o, İİİ qrup əlilliyi İ qrup edəcəkdir. Gülağa Həsəni tanımadığı üçün oğlunun İ qrup əlilliyinə görə ona 1500 manat məbləğində pul vermişdir. O, pulu Həsənə vermiş, bundan sonra birlikdə həmin pulu və sənədləri Lənkəran rayonu Separadi kəndinə yaşayan Amilə vermişlər ki, əlilliyi düzəltsin. Amil əlilliyi düzəldə bilmədiyi üçün verdikləri pulları və sənədləri Amildən geri almışlar. Sonradan Həsən aldığı pulun çox hissəsini Zərərçəkmiş şəxs4 qaytarmışdır. Cəmi 200 manat qaytarılmamış qalmışdır. Zərəçəkmiş Zərərçəkmiş şəxs3 qohumudur. Kamil öz dostu, zərəçəkmiş şəxs X11 ilə birlikdə sürücülük vəsiqəsi almaq istəmişlər. Onlar ona yaxınlaşaraq sürücülük vəsiqəsini almaqda onlara kömək etməyi xahiş etmişlər. O, onların hər birindən ayrı-ayrılıqda 800, cəmi 1600 manat alaraq bu işlə məşğul olan Masallıdan olan bir şəxsə vermişdir ki, onlara “B”, “C” dərəcəli sürücülük vəsiqələri düzəltsin. Bundan sonra onlara vəsiqə verilib-verilməməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanıyır, aralarında narazılıq və ziddiyyət olmamışdır. 2022-cı ilin dekabr ayının xatırlamadığı günündə Natiqin yeznəsi Şahid7 ona Natiqin oğlu Vüsalın psixi problemləri olduğuna görə sonuncunu hərbi xidmətdən saxlatdırmaq istədiyini, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatrıya Xəstəxanasına göndəriş yazıldığını, qaynı Natiqlə yol yoldaşı olmağını istəmişdir. 2022-ci ilin dekabr ayının ortalarında Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına getmişlər. Zərərçəkmiş şəxs1 oğlu Şahid1la birlikdə həkim qəbulunda olmuşlar. Orada müayinənin nəticəsi barədə məlumat veriləcəyi deyilmiş və oradan çıxıb getmişlər. Zərərçəkmiş şəxs1 ona yol pulu olaraq 30 manat da vermişdir. Orada bir-birilərindən ayrılmışlar. Sonrakı günlərdə Zərərçəkmiş şəxs1 bir neçə hüquq-mühafizə orqanına şikayətlər ünvanlamış və səfərbərlik qurumu Natiqin oğlu Vüsalı hərbi xidmətə yola salmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 dəfələrlə ona zənglər edib şər ataraq ona 1100 manat pul verdiyini, həmin pulu qaytarmağını istəmişdir. Natiqdən hansı səbəbə pul verməsini soruşduqda ona “biz birlikdə işə görə Bakı şəhərinə getmişik, mənə ziyan dəyib, sən verməlisən” deyə cavab vermişdir Hər hansı işə görə Zərərçəkmiş şəxs1 pul almamışdır. Digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir, əvvəllər aralarında narazılıq və ziddiyyət olmamışdır. Zərərçəkmiş şəxs2 hərbi xidmətdən qayıdıb iş axtardığını bilmişdir. Buna görə də 2022-ci ilin noyabr ayının axırlarında Zərərçəkmiş şəxs2 atası Şahid6 “Azəriqaz” İstehsalat Birliyində kompyuter mütəxəssisi ştanının vakant olduğunu bildirib oğlunun həmin vəzifədə işləmək istəyib-istəmədiyini soruşmuşdur. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ilə görüşmüş, Zərərçəkmiş şəxs2 hansı iş olursa-olsun işləyəcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 sağlamlıq haqqında arayış və s. sənədləri, həmçinin 2000 manat məbləğində pul verməyini istəmişdir. Həmin günün səhəri, yəni 2022-ci ilin noyabr ayının sonuncu həftəsinin dəqiq yadında qalmayan günündə Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən Lənkəran X14 İdarəsinin qarşısında görüşmüşlər. Sənədlərlə birlikdə 2000 manat məbləğində pulu əlbəəl almış, bundan sonra həmin pulu sayıb həmin yerin qiymətinin 1500 manat olduğunu bildirib qalan 500 manat pulu İsmayıla geri qaytarmışdır. Oradan çıxıb getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 atası Şahid6 da orada olmuşdur. Onlara 2023-cü ilin fevral ayında işin düzələcəyini demişdir. 2023-cü ilin yanvar ayının ortalarında, səhər saatlarında Zərərçəkmiş şəxs2 işinin alınmadığını, bunun müqabilində əlavə olaraq da 2000 manat pulu zərfə qoyub verməsini, həmçinin ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, buna görə də həmin gün, yəni 2023-cü ilin yanvar ayının ortalarında yenidən həmin yerdə, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən Lənkəran X14 İdarəsinin qarşısında Zərərçəkmiş şəxs2 ilə görüşüb 2000 manat məbləğində pulu sonuncudan almışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 “narahat olma, mart ayına qədər işin hazırdır, işini danışmışam" demişdir. Arabir telefonla işə görə danışıb əlaqə saxlamışlar, Zərərçəkmiş şəxs2 hər şeyin yaxşı olduğunu, işinin alınacağını demişdir. Lakin Zərərçəkmiş şəxs2 işini həll edə bilməmişdir, ondan aldığı pulları da xərclədiyindən geri qaytara bilməmişdir. Təxminən 8-9 ay bundan qabaq Zərərçəkmiş şəxs2 adına Şilavar kəndi ərazisində torpaq olduğunu demişdir. Aldığı pul müqabilində torpağı verəcəyini bildirib hətta bu barədə xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinə gedib orada ərizə də vermişdir. Şilavar kəndi ərazisində istifadəsində olan 0,06 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsinin adına keçirilməsinə razı olduğumu bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 və onun atası Şahid2 6-7 aydır ki, tanıyır. Belə ki, 2023-cü ilin oktyabr ayının xatırlamadığı günündə Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində, kafedə yemək yediyi zaman, sonradan adını bildiyi Şahid2 və oğlu Zərərçəkmiş şəxs4 də həmin kafedə olduğunu görmüşdür. Şahid2 oğlu Zərərçəkmiş şəxs4 İİİ qrup əlil olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 “sən İİİ qrup yox, İ qrup əlil olmalısan” demiş, Zərərçəkmiş şəxs4 ona köməklik göstərməsini istəmişdir. Zərərçəkmiş şəxs4 köməklik göstərə biləcəyini demişdir. Zərərçəkmiş şəxs4 mobil nömrəsini alıb əlaqə saxlayacağını demiş, həmin gün, saat 16-17 radələrində Zərərçəkmiş şəxs4 zəng edib “danışmışam, hər şey hazırdır, əlillik dərəcəni İ qrupa dəyişdirəcəyik, bunun üçün 1500 manat verməlisən” demişdir. Buna görə də 2023-cü ilin oktyabr ayının təxminən 15-də, saat 10-11 radələrində Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində yerləşən çayxanada Zərərçəkmiş şəxs4lə görüşüb sonuncudan 1000 manat pulu sayıb əlbəəl almışdır. Pulu verərkən Zahirin atası Şahid2 də yanında olmuşdur. Pulu aldıqdan sonra Zərərçəkmiş şəxs4 “narahat olma işini danışmışam, dekabr ayının 15-nə kimi kartını alarsan” demiş və oradan uzaqlaşmışlar. 2023-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs4 mobil telefonuna zəng edib işinin keçdiyini, qalan 500 manatı da gətirməsini istəmiş və həmin gün Zərərçəkmiş şəxs4lə görüşüb Lənkəran şəhərində yerləşən "xxxx"ın qarşısında, sonuncudan 500 manatı da almışdır. Pulu verərkən Şahid2 də orada olmuşdur. Onlara işlərinin 15 dekabr 2023-cü il tarixdə həll olunacağını demişdir. 2023-cü ilin noyabr ayının xatırlamadığı günündə Lənkəran şəhərində yerləşən "Qala” adlanan ərazidə Separadi kənd sakini Amil adlı tanışına 1415 manat məbləğində pulu əlbəəl vermişdir. Belə ki, Amil adlı tanışının bu cür işləri görə bildiyini bilmiş və bununla bağlı Amillə razılaşmışdır. Bir neçə gün sonra Amil işin alınmadığını ona demişdir. Belə olduğu halda Amildən pulu qaytarmasını istəmiş, sonuncu pulu Namiq adlı şəxsə verdiyini, həmin şəxsin pulu qaytarmadığını demişdir. Günlər keçmiş və pulu qaytara bilməmişdir. Zahir ona bir neçə dəfə zənglər etmiş, lakin pulu verə bilməmişdir. Zahir ondan şikayət edəcəyini dediyindən 28 dekabr 2023-cü il tarixdə tanışları Şahid3 və Şahid5 xahiş etmişdir ki, Zərərçəkmiş şəxs4 evinə getsinlər. Orada Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixə kimi işinin hazır olacağını, alınmasa pulu qaytaracağını demişdir. Bundan sonra oradan çıxıb getmişlər. Həmin deyilən tarix gəlib çatmış, lakin pulu qaytara bilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhərində, “Foto Şərq” adlanan obyektin qarşısında Şahid3 və Separadi kənd sakini Amil adlı şəxslə birlikdə olduqları zaman Şahid2 və oğlu Zərərçəkmiş şəxs4 yanına gəlib pullarını tələb edib mübahisə etməyə başlamış və şikayət edəcəklərini demişlər. Bundan sonra Amil onlara «şikayət etməyin, 1500 manat pulu mən sizə qaytaracağam” demiş və uzaqlaşmışlar. Zərərçəkmiş şəxs4 aldığı puldan 750 manatını geri qaytarmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayının əvvəllərində tanımadığı mobil nömrədən istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, danışan şəxs adının Zərərçəkmiş şəxs3 olduğunu demiş və onunla görüşmək istədiyini bildirmişdir. 12 yanvar 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin qarşısında yerləşən çayxanada görüşmüşlər. Onlardan başqa orada heç kim olmamışdır. Danışıq zamanı Zərərçəkmiş şəxs3 qohumu Elçinlə birlikdə sürücülük vəsiqəsi almaq istədiklərini ona demiş, Zərərçəkmiş şəxs3 nə qədər pullarının olduğunu soruşduqda, ona özünün və qohumu Zərərçəkmiş şəxs5 hər birinin 800 manat pulları olduğunu demişdir. Kamilə “narahat olma, mənim güclü tanışlarım var, 800 manata sizə sürücülük vəsiqəsi almağınıza köməklik edərəm” demişdir. Kamil onun yanında bibisi oğlu Zərərçəkmiş şəxs5 zəng edib onlar üçün 800 manat müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini demiş, Elçin də telefonda razılaşmışdır. Həmin vaxt Kamildən sənədlərini istəmiş, Kamil sənədlərinin evdə olmasını, yaşadıqları kəndə getmələrini xahiş etmişdir. Bundan sonra sürücüsünü tanımadığı və nömrə nişanına baxmadığı ağ rəngli “VAZ-2107” markalı taksi avtomobilinə əyləşib Ürgə kəndinə getmişlər. Ürgə kəndinin girişində yerləşən avtobus dayanacağında avtomobildən düşmüşlər. Zərərçəkmiş şəxs3 evə gedib bir neçə dəqiqə sonra qohumu Zərərçəkmiş şəxs5lə birlikdə gəlmişlər. Dayanacaqda Kamil və Elçinin hərəsindən 800 manat pul almışdır. Onlara söz vermişdir ki, işlərini həll edib sürücülük vəsiqələri almalarına nail olacaqdır. Həmin pulu da adını və soyadını bilmədiyi dəllala vermiş, lakin həmin dəllal onu aldatdığına görə Kamil və Elçinin pulunu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün qismən etirafı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, CD diskdə səs yazısı, üzləşmə protokolları, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam subuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə, məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxs qonşusudur. Onunla ədavət və düşmənçiliyi yoxdur. Özü “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olub 2022-ci ilin sonlarında hərbi xidmətdən təxris olunmuşdur. İşsiz olduğundan özünə iş axtarmışdır. Təqsirləndirlən şəxs onun atasına qaz idarəsində kompyuter mütəxəssisi ştanının vakant olduğunu bildirib həmin vəzifədə işləmək istəyib-istəmədiyini soruşmuş, bu barədə atası ona dedikdə təqsirləndirlən şəxslə görüşüb işlə bağlı söhbət asparmışdır. Bundan sonra təqsirləndirlən şəxs ondan bir sıra sənədlər və 2000 manat məbləğində pul istəmişdir. 2022-ci ilin noyabr ayının sonlarında Lənkəran X14 idarəsinin qarşısında təqsirləndirlən şəxsə sənədlərlə birlikdə 2000 manat məbləğində pul vermişdir. Təqsirləndirlən şəxs iş yerin qiymətinin 1500 manat olduğunu bildirib 500 manat pulu ona geri qaytarmışdır. Ona pulu verəndə atası Şahid6 da yanında olmuşdur. Xanağa ona 2023-cü ilin fevral ayında işə başlayacağını demişdir. Lakin 2022-ci ilin dekabr ayında işinin alınmadığını bildirib, Bakı şəhərində yerləşən qaz idarəsi üçün əlavə olaraq 2000 manat pul, həmçinin bir sıra sənədlərin surətlərini istəmişdir. O, təkrar olaraq Lənkəran X14 İdarəsinin qarşısında 2022-ci ilin dekabr ayının bir günündə, səhər saat 08 radələrində təqsirləndirlən şəxsə əlavə olaraq 2000 manat məbləğində pulu və sənədləri vermişdir. Həmin vaxt təqsirləndirlən şəxs Qaz İstismar İdarəsinin inzibati binasından çıxaraq onu qarşılamışdır. Təqsirləndirlən şəxs onda inam yaratmaq məqsədilə onun yanından Qaz İdarəsinin rəisi Seyran müəllimin adını çəkərək kiməsə zəng etmiş, lakin sonradan bilmişdir ki, onun zəng etdiyi şəxs Seyran müəllim deyil, təqsirləndirlən şəxsin tanışı Həsənağa adlı şəxs olmuşdur. Bundan sonra özü bilavasitə qaz idarəsi ilə əlaqə saxlamış və təqsirləndirlən şəxs tərəfindən aldadıldığını anlamışdır. Ümumilikdə təqsirləndirlən şəxsə 3500 manat pul vermişdir. Hətta o, istintaqa təqsirləndirlən şəxslə onun arasında olmuş səs yazısı olan diski də təqdim etmişdir. İkinci dəfə təqsirləndirlən şəxsə pul verəndə onun qaz idarəsindən çıxdığını görmüşdür. Aldadıldığını bildikdən sonra təqsirləndirlən şəxsdən verdiyi pulları geri istəmiş, təqsirləndirlən şəxs isə ona bildirmişdir ki, satmaq istədiyi torpöaq sahəsi var, onu satıb pulunu qaytaracaqdır. Onda o, ona bildirmişdir ki, verdiyi pulun müqabilində həmin torpaq sahəsini onun adına rəsmiləşdirsin. Təqsirləndirlən şəxs razılaşdıqdan sonra gedib torpaq sahəsinə baxmışlar, ölçü işlərinə görə hətta onun atasında 50 manat pul da almışdır. Sonradan həmin torpaq sahəsini adına rəsmiləşdirmək istədiyi zaman məlum olmuşdur ki, təqsirləndirlən şəxsin göstərdiyi torpaq sahəsi onun adına rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsini adına rəsmiləşdirmək üçün Bələdiyyənin sədri ona onu Bələdiyyədən satın alınmasını xahiş etmişdir. Təqsirləndirlən şəxs ona vurduğu ziyanı ödəməmişdir. Sonrakı məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təqsirləndirlən şəxs ona vurduğu 3500 manat ziyanı tam ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Əlavə olaraq notariat kontoruna gedərək bu barədə ərizə yazıb məhkəməyə göndərəcəkdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Uşaq vaxtı sağ gözünü arı sancması nəticəsində sağ gözü görmə qabiliyyətini itirmişdir. 2004-cü ildən İİİ qrup əlildir, pensiya alır. Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayından tanıyır, belə ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq bilmədiyi tarixdə atası Şahid2lə birlikdə Lənkəran RMXdan yaşadığı kəndə avtobusla getmək üçün Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisinə getmişlər. Orada oturub yemək yedikləri zaman adının Təqsirləndirilən şəxs olduğunu deyən şəxs onu və atasını görüb onları öz masasına dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan pensiya alıb-almadığını soruşmuş, Təqsirləndirilən şəxs İİİ qrup əlil olduğunu, 327 manat pensiya aldığını demişdir. Təqsirləndirilən şəxs iki əli ilə öz başına vurub “sənin adına nə qədər fondda pul yatıb, sənə İ qrup əlillik təyin etdirmək olar, 500 manatdan çox pensiya almalısan” demişdir. Təqsirləndirilən şəxs həmçinin öz güclü əlaqələrinin olduğunu, tanışlarının vasitəsilə onun əlillik dərəcəsini dəyişdirə biləcəyini deyib özünə inandırmışdır. Təqsirləndirilən şəxs mobil nömrəsini almışdır. Həmin gün, saat 16-17 radələrində Xanağa mobil telefonuna zəng edib ona “danışmışam, hər şey hazırdır, əlillik dərəcəni İ qrupa dəyişdirəcəyik, bunun üçün sabah saat 9-a qədər 1000 manat verməlisən” demişdir. Buna görə 2023-cü ilin oktyabr ayının 15-də, saat 10-11 radələrində Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində yerləşən çayxanada Təqsirləndirilən şəxs əlbəəl 1000 manat pulu sayıb vermişdir. Pulu verərkən atası Şahid2 də yanında olmuşdur. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs “narahat olma, işini danışmışam, dekabr ayının 15-nə kimi kartını alarsan” demiş və oradan uzaqlaşmışlar. Həmin gün evdə olduğu zaman Şahid3 adlı şəxs mobil telefonuna zəng edib özünü DSMF-nin inspektoru kimi təqdim edərək «eşitmişəm Təqsirləndirilən şəxs 1000 manat pul vermisən, pul bizə çatıb, bundan sonra nəyə gücün çatarsa 2000, 3000 və ya 5000 ver, sənin fondda qalıq qalmış, yəni İ qrup kimi almalı olacağın pulları almağına kömək edim" demişdir. Həsənağa adlı şəxslə razı olmayıb “təkcə bu işimi düzəlt bəsimdir” deyə cavab vermişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində Xanağa mobil telefonuna zəng edib inspektorla danışmağını istəyib telefonu kiməsə vermişdir. Telefonda danışan şəxs özünü DSMF-nin inspektoru kimi təqdim edib “işin keçib, hər şey hazırdır, 500 manat da gətir işi aformit edirik” demiş, buna görə də həmin gün Lənkəran şəhərində yerləşən "xxxx"ın qarşısında Təqsirləndirilən şəxs pulu vermişdir. Pulu verərkən atası Şahid2 də orada olmuşdur. Təqsirləndirilən şəxs onlara işin 15 dekabr 2023-cü il tarixdə həll olunacağını demişdir. Həmin vəd verilən tarix gəlib çatmış, lakin iş həll olunmamışdır. Buna görə Təqsirləndirilən şəxs bir neçə dəfə zənglər etmiş, lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirməklə işinin alınacağını deyib onu yubatmışdır. Hətta onu inandırmaq üçün 28 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, Şahid3 və Cil kənd sakini Şahid5 evlərinə gəlmişlər. Şahid3 Şahid5 rəis kimi təqdim etmiş, komissiya şəklində onlara baxmaq üçün gəldiklərini demişlər. Xanağa ona xx.xx.2024-cü il tarixə kimi işinin hazır olacağını, alınmasa pulu qaytaracağını demişdir. Həmin deyilən tarix gəlib çatmış, lakin işi düzəlməmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra pulunu Təqsirləndirilən şəxs istəsə də, sonuncu vaxt istəmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə, günorta saatlarında atası Şahid2lə birlikdə Lənkəran şəhərində, “Foto Şərq” adlanan obyektin qarşısında Xanağa ilə görüşmüşlər. Xanağa Şahid3 və Separadi kənd sakini Amil adlı şəxslə birlikdə gəlmiş, Amil adlı şəxs onlara “şikayət etməyin, 1500 manat pulu mən sizə qaytaracağam” demiş və uzaqlaşmışlar. Lakin deyilən müddətdə də pul verilməmiş və atası Şahid2 aldadılmaları barədə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə 1500 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib aldadaraq əlillik dərəcəsini İ qrupa dəyişdirəcəyi barədə yalandan vəd verib bunun müqabilində 1500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Ondan pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirlən şəxs məhkəmə iclasında yalan danışır. Özü insult keçirmişdir. O, notariat kontorunda ərizə yazaraq təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini göstərsə də, əslində tam olaraq, 250 manat ödənilməmiş qalır. Təqsirləndirlən şəxs ona İ qrup düzəldəcəyinə söz vermiş, güya bununla əlaqədar rəis Həsənağa ilə də danışmışdır. O, 1000 manat pulu avtovağzaldakı çayxanada, 500 manat pulu isə “AccessBank”ın yanında vermişdir. 250 manat pulunu tələb edir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Zərərçəkmiş şəxs4 bildirmişdir ki, təqsirləndirlən şəxs ona vurduğu ziyandan qalmış 250 manatı tam ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, əvvəllər təqsirləndirlən şəxsi tanımamış, ona qarşı ədavət və düşmənçiliyi yoxdur. İbtidai iatintaq zamanı müstəntiq onu dindirmiş və orada verdiyi ifadələri təsdiq edir. Təqsirləndirlən şəxs onlara demişdir ki, 800 manata onlara sürücülük vəsiqəsi düzəldəcəkdir. Sonrdan təqsirləndirlən şəxs onlara sürücülük vəsiqəsi düzəltmədiyi üçün ondan polisə şikayət etmişlər. 2024-cü ilin may ayının əvvəlində təqsirləndirlən şəxs ondan aldığı 800 manat pulu ona qaytarmışdır. Təqsirləndirlən şəxsə cəza verilib-verilməməsini məhkəmənin mülahizəsinə buraxır. xx.xx.2024-cü il tarixdə notariat ofisində ərizə yazaraq təqsirləndirlən şəxsin ona vurduğu 800 manat ziyanı tam ödədiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirb cinayət işini icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Təqsirləndirilən şəxs sonradan tanımış, əvvəllər aralarında narazılıq və ziddiyyət olmamışdır. 2023-cü ilin sentyabr ayında həmkəndlisi və bibisi oğlu Zərərçəkmiş şəxs5lə birlikdə sürücülük vəsiqəsi almaq üçün məktəbə yazılmışlar və 1 aydan sonra məktəbi bitirmişlər. 2023-cü ilin axırlarında qohumu Zərərçəkmiş şəxs5lə birlikdə 2 dəfə sürücülük vəsiqəsi almaq üçün imtahan vermiş və imtahandan kəsilmişlər. 2023-cü ilin yanvar ayının əvvəllərində Lənkəran rayonunun Şiiavar kənd sakini Təqsirləndirilən şəxs bu cür işlərlə məşğul olduğunu, geniş əlaqələri olduğunu eşitmiş, ona görə də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini tapıb zəng etmişdir. Telefonda Təqsirləndirilən şəxslə görüşmək istədiyini demiş və həmin gün, yəni 12 yanvar 2024-cü il tarixdə Lənkəran rayon məhkəməsinin qarşısında yerləşən çayxanada görüşmüşlər. Orada başqa heç kim olmamışdır. Danışıq zamanı qohumu Elçinlə birlikdə sürücülük vəsiqəsi almaq istədiklərini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs ondan nə qədər pulun olduğunu soruşduqda Təqsirləndirilən şəxs özünün və qohumu Zərərçəkmiş şəxs5 hər birinin 800 manat pulu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona “narahat olma, mənim güclü tanışlarım var. 800 manata sizə sürücülük vəsiqəsi almağınıza köməklik edə bilərəm, özü də müharibə iştirakçısı, qazisiniz” demişdir. Təqsirləndirilən şəxs vədlərinə inanıb onunla razılaşmış, Təqsirləndirilən şəxs yanında bibisi oğlu Eiçin Əliyevə zəng edib Təqsirləndirilən şəxs 800 manat müqabilində sürücülük vəsiqəsi almalarına köməklik göstərəcəyini demişdir. Elçin də telefonda onlarla razılaşmışdır. Həmin vaxt sənədləri evdə olduğu üçün və dayısı oğlu Elçin də kənddə olduğundan Xanağadan xahiş etmişdir ki, yaşadığı kəndə, yəni Lənkəran rayonu Ürgə kəndinə gedib sənədləri və pulu təqdim etsinlər. Bundan sonra sürücüsünü tanımadığı və nömrə nişanına baxmadığı ağ rəngli VAZ-2107 markalı taksi avtomobilinə əyləşib Ürgə kəndinə getmişlər. Taksi sürücüsündən xahiş etmişdir ki, avtomobili Ürgə kəndinin girişində yerləşən avtobus dayanacağında saxlasın. Orada avtomobildən düşmüş, Zərərçəkmiş şəxs5lə də dayanacaqda rastlaşmışlar. Təqsirləndirilən şəxs gözləməsini istəyib Elçinlə birlikdə evlərinə gedib sənədləri gətirməyə getmişlər. Təxminən 10 dəqiqə sonra geri qayıtmış və həmin yerdə, yəni yaşadıqları Ürgə kəndinin giriş hissəsində yerləşən dayanacaqda o və bibisi oğlu Zərərçəkmiş şəxs5 hərəsi 800 manat pulu Təqsirləndirilən şəxs əlbəəl vermişlər. Təqsirləndirilən şəxs pulu saydıqdan sonra onlara “narahat olmayın, 1 həftə ərzində sürücülük vəsiqəsi sizdədir” demiş, həmin taksinin də pulunu o vermiş və Təqsirləndirilən şəxs taksi ilə oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs vəd etdiyi müddət gəlib çatmış və sürücülük vəsiqəsi almamışlar. Bundan sonra başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldadıb etibardan sui-istifadə edərək onlara qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs pul və sənədlərini istəmişlər, sonuncu sənədlərim geri qaytarmış və pulu da qaytaracağını bildirsə də, hazıradək pullarını geri qaytarmamışdır. Buna görə məcbur qalıb Təqsirləndirilən şəxs barəsində polisə müraciət etmişlər. Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldadaraq sürücülük vəsiqəsi alacağı barədə yalan vəd verib bunun müqabilində xx.xx.2024-cü il tarixdə yaşadığı Lənkəran rayonu Ürgə kəndinin giriş hissəsində yerləşən avtobus dayanacağında 800 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs eyni vədlə bibisi oğlu Zərərçəkmiş şəxs5 də həmin məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs pul verərkən yanında tanımadığı taksi sürücüsü olmuşdur. Həmin sürücü 45-50 yaş arası, ucaboylu, saçları qismən ağarmış və alın və alınətrafı nahiyəsi dazlaşmış kişi olmuş, adını deməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində Zərərçəkmiş şəxs1 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Lakin işdə olan və xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirlən şəxs ona vurduğu 1100 manat ziyanı tam ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işini icraatına xitam verilməsini xahiş etmişdir.Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Tuədo kəndində qeydiyyatda olmaqla orada yaşayır. Oğlu Şahid1 psixi problemləri olduğuna görə onu hərbi xidmətdən saxlatdırmaq istəmişdir. Hərbi komissarlıqdan oğlu Şahid1 Respublika Psixiatriya Xəstəxanasına həkim komissiyasından keçməsi üçün göndəriş verilmişdir. İşinin həll olunması, yəni oğlunun əsgərliyə getməməsi üçün adam axtarmışdır. Hələ bundan qabaq Lənkəran rayonunun Şilavar kənd sakini Təqsirləndirilən şəxs bu cür işlərlə məşğul olduğunu eşitmiş, Təqsirləndirilən şəxs üzdən tanımışdır. 2022-ci ilin dekabr ayının ortalarında Lənkəran rayon məhkəməsi ilə üzbəüz yerləşən çayxanada oğlu Vüsalla birlikdə olarkən Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq bu barədə sonuncuya danışmışdır. Təqsirləndirilən şəxs ona "qəti narahat olma, mənim güclü tanışlarım var, Respublika Psixiatriya Xəstəxanasında həkim dostum var, oğlun Vüsalı hərbi xidmətdən saxlatdırarıq” demişdir. Həmçinin Təqsirləndirilən şəxs onun mobil nömrəsini götürüb zəng edəcəyini bildirdikdən sonra yaşadığı Tuədo kəndinə, evinə getmişdir. 2 gün sonra Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib ona “Həkimlə danışmışam, hər şey yaxşı olacaq, oğlun Vüsalı komissiyadan kəsəcəklər, bunun üçün 1100 manat pul lazımdır” demişdir. Təqsirləndirilən şəxs pulu verməyini istəmiş, buna görə də həmin gün, səhər saatlarında oğlu Vüsalla birlikdə Lənkəran şəhərinə gəlib "Dosa” adlanan parkın qarşısında Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmin yerdə Təqsirləndirilən şəxs 1100 manat məbləğində pulu əlbəəl vermiş və birlikdə tanımadığı şəxsin idarə etdiyi nömrəsinə baxmadığı Mercedes markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına getmişlər. Təqsirləndirilən şəxs onları qapıda saxlayıb özü tək xəstəxanaya daxil olmuşdurdu ki, guya həkimlə danışır. Oğlu Vüsalla birlikdə girişdə gözləmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yanına gəlib “narahat olmayın, işinizi həll etdim, həkimlə danışdım, sabah səhər saat 09:00-da gəlib komissiyadan keçərsiniz” demişdir. Oradan Koroğlu stansiyasına qədər birlikdə getmişlər. Təqsirləndirilən şəxs yol pulu olaraq 30 manat da vermiş və orada birbirilərindən ayrılmışlar. Səhəri gün, saat 09:00-da Respublika X1 keçməsindən ötrü aparmışdır. Vüsal həkim komissiyasından keçmiş və geri qayıtmışlar. Təxminən 15 gün sonra Lənkəran Hərbi Komissarlığından zəng edilərək ona "qərar gəlib, gəlin, tanış olun” deyilmişdir. Komissarlığa gəlib qərarla tanış olduqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadıb 1100 manat manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs həkimlə danışmamış, komissiyanın qərarı ilə oölu Şahid1 sağlam hesab oldunduğundan sonuncunu 27.01,2023-cü il tarixdə hərbi xidmətə aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldığına tam əmin olmuşdur. Təqsirləndirilən şəxs zəng edib pulunu qaytarmasını istəmiş, Təqsirləndirilən şəxs ilk öncə onu aldatmadığını, pulu həkimə verdiyini bildirsə də, sonra ona etiraf edib “pulu heç kimə verməmişəm, sənə geri qaytaracağam” demişdir. Xanağaya şikayət edəcəyini dedikdə ona hər dəfəsində pulunu qaytaracağını dediyinə görə barəsində şikayət etməmiş, pulunu qaytarmasını gözləmişdir. Lakin Təqsirləndirilən şəxs pulunu qaytarmadığına görə məcbur olub bu barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldadaraq oğlu Şahid1 Respublika Psixiatriya Xəstəxanasında həkim komissiyasında kəsdirməklə hərbi xidmətdən saxlatdıracağı barədə ona yalan vəd verib bunun müqabilində Lənkəran şəhərində yerləşən “Dosa” adlanan parkın qarşısında 1100 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Pulu Təqsirləndirilən şəxs verərkən yanında oğlu Şahid1 olmuş, Təqsirləndirilən şəxs isə tək olmuşdur Məhkəmə iclasının yeri və vaxtı barəsində Zərərçəkmiş şəxs5 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirlən şəxsin ona vurduğu 800 manat ziyanı tam ödədiyini, təqsirləndirlən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirib təqsirləndirlən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Lənkəran rayonu Şilavar kənd sakini Təqsirləndirilən şəxs sonradan tanımış, əvvəllər aralarında narazılıq və ziddiyyət olmamışdır. 2023-cü ilin sentyabr ayında həmkəndlisi və dayısı oğlu Zərərçəkmiş şəxs3la birlikdə sürücülük vəsiqəsi almaq üçün məktəbə yazılmış və 1 aydan sonra məktəbi bitirmişlər. 2023-cü ilin axırlarında qohumu Zərərçəkmiş şəxs3la birlikdə 2 dəfə sürücülük vəsiqəsi almaq üçün imtahan vermiş və imtahandan kəsilmişlər. 2024-cü ilin yanvar ayının əvvəllərində eşitmişlər ki, Lənkəran rayonunun Şilavar kənd sakini Təqsirləndirilən şəxs bu cür işlərlə məşğuldur, geniş əlaqələri vardır. Ona görə də dayısı oğlu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs mobil nömrəsini tapıb onunla danışmış və 12 yanvar 2024-cü il tarixdə Lənkəran rayon məhkəməsinin qarşısında yerləşən çayxanada görüşmüşlər. Danışıq zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaq istədiklərini bildirmiş, sonuncu 800 manat müqabilində bu işi həll edəcəyinə dair vəd vermişdir. Bu barədə Zərərçəkmiş şəxs3 zəng edib demiş və razı olduğunu bildirmişlər. Həmin gün. saat 18 radələrində yaşadıqları kəndə, yəni Lənkəran rayonu Ürgə kəndinin girişində yerləşən avtobus dayanacağında görüşmüşlər. Təqsirləndirilən şəxs gözləməsini istəyib Kamillə birlikdə evlərinə gedib sənədlərini gətirməyə getmişlər. Təxminən 10 dəqiqə sonra geri qayıtmış və həmin yerdə, yəni yaşadıqları Ürgə kəndinin giriş hissəsində yerləşən dayanacaqda o və dayısı oğlu Zərərçəkmiş şəxs3 hərəsi 800 manat pulu Təqsirləndirilən şəxs əlbəəl vermişlər. Təqsirləndirilən şəxs pulu saydıqdan sonra onlara “narahat olmayın, 1 həftə ərzində sürücülük vəsiqəsi sizdədir” demiş, həmin taksinin də pulunu Kamil vermiş və Təqsirləndirilən şəxs taksi ilə oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs vəd etdiyi müddət gəlib çatmış və sürücülük vəsiqəsi almamışlar. Bundan sonra başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldadıb etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs pul və sənədlərini istəmiş, sonuncu sənədləri geri qaytarmış, pulu da qaytaracağını bildirsə də, hazıradək pulu geri qaytarmamışdır. Buna görə məcbur qalıb Təqsirləndirilən şəxs barəsində polisə müraciət etmişlər. Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldadaraq sürücülük vəsiqəsi alacağı barədə yalan vəd verib bunun müqabilində xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı Lənkəran rayonu Ürgə kəndinin giriş hissəsində yerləşən avtobus dayanacağında 800 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs eyni vədlə dayısı oğlu Zərərçəkmiş şəxs3 da həmin məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pul verərkən yanında tanımadıqları taksi sürücüsü olmuşdur. Həmin sürücü 45-50 yaş arası, ucaboylu, saçları qismən ağarmış, alın və alınətrafı nahiyəsi dazlaşmış, həmin şəxs adını onlara deməmişdir. Məhkəmə iclasında Şahid2 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 oğludur, bir evdə yaşayırlar. Uşaq vaxtı Zərərçəkmiş şəxs4 sağ gözünü arı sancması nəticəsində sağ gözü görmə qabiliyyətini itirmişdir. 2004-cü ildən İİİ qrup əlildir, pensiya alır. Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayından tanıyır. Belə ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq bilmədiyi tarixdə oğlu Zərərçəkmiş şəxs4lə birlikdə Lənkəran RMX-dan yaşadığı kəndə avtobusla getmək üçün Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisinə getmişlər. Orada kafelərin birində oturub yemək yedikləri zaman adının Təqsirləndirilən şəxs olduğunu deyən şəxs onları görüb öz masasına dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs4 pensiya alıb- almadığını soruşmuş, oğlu Zahir Təqsirləndirilən şəxs İİİ qrup əlil olduğunu, 327 manat pensiya aldığını demişdir. Təqsirləndirilən şəxs iki əli ilə öz başına vurub “sənin adına nə qədər fondda pul yatıb, sənə İ qrup əlillik təyin etdirmək olar, 500 manatdan çox pensiya almalısan” demişdir. Təqsirləndirilən şəxs həmçinin öz güclü əlaqələrinin olduğunu, tanışlarının vasitəsilə Zahirin əlillik dərəcəsini dəyişdirə biləcəyini deyib onları özünə inandırmışdır. Həmin gün, saat 16-17 radələrində Xanağa oğlu Zahirin mobil telefonuna zəng edib onunla danışaraq işin müqabilində 1000 manat pul istəmişdir. Buna görə də 2023-cü ilin oktyabr ayının təxminən 15-də, saat 10-11 radələrində Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində yerləşən çayxanada Təqsirləndirilən şəxs əlbəəl 1000 manat pulu sayıb vermişdir. Pulu verərkən orada olmuş, Təqsirləndirilən şəxs tək gəlmiş və pulu aldıqdan sonra “narahat olma, işini danışmışam, dekabr ayının 15-nə kimi kartını alarsan” demişdir. Pulu verdikdən sonra oradaq uzaqlaşmışlar. 2023-cü ilin noyabr ayının əvvəllərində oğlu Zahirin mobil telefonuna Təqsirləndirilən şəxs zəng edib inspektorla danışmağını istəyib telefonu kiməsə vermiş, telefonda danışan şəxs özünü DSMF-nin inspektoru kimi təqdim edib “işin keçib, hər şey hazırdır, 500 manat da gətir işi aformit edirik” demişdir. Buna görə də həmin gün oğlum Zərərçəkmiş şəxs4 Lənkəran şəhərində yerləşən Access Bankın qarşısında Təqsirləndirilən şəxs 500 manat da pulu əlbəəl sayıb vermişdir. Xanağa pulu saymadan cibinə qoymuşdur, O da orada olmuş, Təqsirləndirilən şəxs onlara işin 15 dekabr 2023-cü il tarixdə həll olunacağını demişdir. Həmin vəd veriiən tarix gəlib çatmış, lakin işləri həll olunmamışdır. Buna görə oğlu Zahir Təqsirləndirilən şəxs bir neçə dəfə zənglər etmiş, lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirməklə işin alınacağını deyib onları yubatmışdır. Hətta onları inandırmaq üçün 28 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, Şahid3 və Cil kənd sakini Şahid5 evlərinə gəlmişlər. Şahid3 Şahid5 rəis kimi təqdim etmişdir. Komissiya şəklində onlara baxmaq üçün gəldiklərini demişlər. Təqsirləndirilən şəxs 03.01,2024-cü il tarixə kimi işin hazır olacağını, alınmasa pulu qaytaracağını demişdir. Həmin deyilən tarix gəlib çatmış, lakin iş düzəlməmişdir. Bundan sonra pulu istəsələr də Təqsirləndirilən şəxs vaxt istəmişdir. Həmçinin 08.01,2024- cü il tarixdə, günorta saatlarında oğlu Zərərçəkmiş şəxs4lə birlikdə Lənkəran şəhərində, Foto Şərq adlanan obyektin qarşısında Xanağa ilə görüşmüşlər. Xanağa Şahid3 və Separadi kənd sakini Amil adlı şəxslə birlikdə gəlmiş, Amil adlı şəxs onlara “şikayət etməyin, 1500 manat pulu mən sizə qaytaracağam” demiş və uzaqlaşmışlar. Lakin deyilən müddətdə də pul onlara verilməmişdir. Bu barədə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə oğlu Zərərçəkmiş şəxs4 1500 manat pul ələ keçirmiş, pulu hazıradək geri qaytarmamışdır. Pulu Təqsirləndirilən şəxs vermişlər. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Şahid3 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs 20 ildir ki, tanıyır. Aralarında narazılıq və ziddiyyət olmamışdır. 2023-cü ilin oktyabr-noyabr ayının xatırlamadığı günündə Təqsirləndirilən şəxs ona pis vəziyyətdə olduğunu. Zahir Ağayev adlı Lənkəran rayonu Şovu kənd sakinindən pensiya işini həll edəcəyi adı ilə 1500 manat pul aldığını, həmin şəxsin işini düzəldə bilmədiyini, vəziyyətinin pis olduğunu, həmin şəxsin pulunu qaytara bilmədiyini demişdir. Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, Zərərçəkmiş şəxs4lə danışsın. Buna görə Zərərçəkmiş şəxs4 mobil telefonuna zəng edib danışaraq Təqsirləndirilən şəxs işlərini həll edəcəyini, həll edə bilməyəcəyi təqdirdə pullarını qaytaracağını demişdir. Lakin Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs4 pulunu qaytarmamışdır. Zahir Ağayevə zəng etdikdən sonra onun nömrəsini yadında saxlayıb dəfələrlə ona mobil telefonla zəng edib Xanağanın pulu qaytarmasını tələb etmişlər. Xanağanın pulu qaytaracağını deyib bu barədə Xanağaya camaatın pulunu qaytarmasını demişdir. 28 dekabr 2024-cü il tarixdə Şahid5lə birlikdə olduğu zaman Təqsirləndirilən şəxs yanına gəlib onlara “vəziyyətim çox pisdir, Zərərçəkmiş şəxs4 pulunu qaytara bilmirəm” deyib onların evinə gedib möhlət istəmələrini xahiş etmişdir. Buna görə həmin gün birlikdə Lənkəran rayonu Şovu kəndinə, Zərərçəkmiş şəxs4 evinə getmişlər. Evdə mübahisə düşmüş, Təqsirləndirilən şəxs pullarını tələb etmişlər. Həmin şəxsləri sakitləşdirmişlər. Təqsirləndirilən şəxs başında olan papağı yerə çırpıb 03 yanvar 2024-cü il tarixə kimi möhlət istəmiş və həmin tarixdə pulu qaytaracağını demişdir. Bundan sonra oradan çıxıb evlərinə getmişlər. Zərərçəkmiş şəxs4 yenidən pulunu tələb etmişdir. Həmin ərəfələrdə Zahir Ağayev onu Lənkəran şəhərində, Lənkəran Dövlət Universitetinin qarşısında məni görüb mübahisə etmişdir ki, guya o da Təqsirləndirilən şəxslə əlbirdir. Zahirdən “mənə pul vermisənmi?” deyə soruşduqda sonuncu ona “yox” deyə cavab vermişdir. Zahirə “pulu kimə vermisənsə, ondan da al” demişdir. Sonrakı vaxtlarda özü Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs4 pulunu qaytarmasını bildirmiş, Təqsirləndirilən şəxs isə cavabında “pulu xərcləmişəm, qaytara bilmirəm” demişdir. 08 yanvar 2024-cü il tarixdə, günorta radələrində Təqsirləndirilən şəxs və tanışı Amil adlı şəxslə birlikdə olduqları zaman birdən Zərərçəkmiş şəxs4 və atası Şahid2 onlara yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxslə mübahisə etməyə başlamış, Təqsirləndirilən şəxs pulu qaytaracağını demişdir. Onları sakitləşdirməyə çalışmışlar və bu zaman Amil adlı tanışları Zahir və Şahid2lərin sakitləşməsi üçün onlara “1500 manat pulu mən sizə qaytaracağam” demiş və mübahisə sakitləşmişdir. Göstərilənlər tamamilə yalan və böhtandır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs4 borcunu qaytara bilmədiyini deyib onlarla danışmasını, möhlət istəməsini bildirmiş, buna görə də Zərərçəkmiş şəxs4lə danışıb Təqsirləndirilən şəxs pullarını qaytaracaqlarını demişdir. Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs4 göstərdikləri tamamilə yalan və böhtandır. 28 dekabr 2024-cü il tarixdə Şahid5lə birlikdə olduğu zaman Təqsirləndirilən şəxs yanlarına gəlib onlara “vəziyyətim çox pisdir, Zərərçəkmiş şəxs4 pulunu qaytara bilmirəm” deyib xahiş etmişdir ki, onların evinə gedib möhlət istəsin, buna görə həmin gün birlikdə Lənkəran rayonu Şovu kəndinə, Zərərçəkmiş şəxs4 evinə getmişlər. Evdə mübahisə düşmüş, onlar Təqsirləndirilən şəxs pullarını tələb etmişlər. Həmin şəxsləri sakitləşdirmişlər. Təqsirləndirilən şəxs başında olan papağı yerə çırpıb 03 yanvar 2024-cü il tarixə kimi möhlət istəyib həmin tarixdə pulu qaytaracağını demişdir. Bundan sonra oradan çıxıb evlərinə getmişlər. 20 ildir ki, Təqsirləndirilən şəxs kimlər üçünsə iş düzəltdiyini, “ağsaqqallıq” etdiyini görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4ı dələduziuq yoıu ilə aldadıb pulunu ələ keçirməsi barədə qabaqcadan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin puldan Amil adlı şəxsə verməmişdir. Əgər versəydi, bu barədə qabaqcadan deyərdi. O, Zərərçəkmiş şəxs4 hər hansı məbləğdə pul istəməmiş və almamışdır. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, tanıyır. Aralarında narazılıq və ziddiyyət olmamışdır. 28 dekabr 2024-cü il tarixdə digər tanışı Şahid3la birlikdə olduğu zaman Təqsirləndirilən şəxs yanına gəlib onlara Şovu kəndində kimləsə görüşmək istədiyini, buna görə də yol yoldaşı kimi getmələrini istəmişdir. Xanağa Lənkəran rayonu Şovu kəndində kiminləsə görüşəcəyini demişdir. Şovu kəndinə çatmış, lakin kimisə görməmişlər. Bir neçə dəqiqə sonra Xanağa kiminləsə danışmış, bir nəfər yanlarına gəlmiş və “uşaq xəstədir, evdə uzanıb” demiş və evinə getmələrim istəmişdir. Həyətə çatmış, evə daxil olmaq istəməmişdir. Lakin Şahid2 adlı şəxs onu zorla evə dəvət etmiş və evə daxil olmuşdur. Evdə mübahisə düşmüş, Təqsirləndirilən şəxs pullarını tələb etmişlər. Onları sakitləşdirmişlər. Təqsirləndirilən şəxs başında olan papağı yerə çırpıb 03 yanvar 2024-cü il tarixə kimi möhlət istəmiş və həmin tarixdə pulu qaytaracağını demişdir. Bundan sonra oradan çıxıb evə getmişlər. Başa düşmüşdür ki, Təqsirləndirilən şəxs Şahid2 oğlu Zərərçəkmiş şəxs4 aldatmış, guya sonuncunun əlillik dərəcəsini dəyişəcəkmiş. O və Şahid3 Təqsirləndirilən şəxs həmin şəxslərin pullarını qaytarmasını bildirmişlər. Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs kimnləsə görüşəcəyini deyib yol yoldaşı olmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 göstərdikləri tamamilə yalan və böhtandır. 28 dekabr 2024-cü il tarixdə Şahid3la birlikdə olduğu zaman Təqsirləndirilən şəxs yanlarına gəlib kiməsə borcu olduğunu, çay içmək üçün həmin şəxslə görüşməkdən ötrü Lənkəran rayonu Şovu kəndinə getməli olduğunu deyib onlardan yol yoldaşı olmalarını xahiş etmiş və birlikdə Şovu kəndinə getmişlər. Təqsirləndirilən şəxs onları sonradan tanıdığı Zərərçəkmiş şəxs4 evinə aparmışdır. Evdə olan şəxslər Təqsirləndirilən şəxs pullarını tələb etmişlər. Həmin şəxsləri sakitləşdirmişlər və Təqsirləndirilən şəxs başında olan papağı yerə çırpıb 03 yanvar 2024-cü il tarixə kimi möhlət istəyib həmin tarixdə pulu qaytaracağını bildirmişdir. Bundan sonra oradan çıxıb evə getmişlər. Təqsirləndirilən şəxs məcbur etmişlər ki, camaatın pulunu qaytarsın, Xanağa da pulu qaytaracağını demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 dələduzluq yolu ilə aldadıb pulunu ələ keçirməsi barədə qabaqcadan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin pulu Amil adlı şəxsə verməsi barədə heç bir məlumatı yoxdur. Xanağa ona bu barədə heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs4 hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Zərərçəkmiş şəxs4 tanımamışdır. Məhkəmə iclasında Şahid7 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. Aralarında heç bir narazılıq və ziddiyyət olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu onun iş yoldaşıdır. Lənkəran rayonu Tuədo kənd sakini Zərərçəkmiş şəxs1 əmisi oğludur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən aldadılmasını 6-7 ay olar ki, eşitmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs oğlu Şahid1 guya əsgərlikdən saxlatdıracağını deyib bunun müqabilində ondan 1100 manat pul almasını demişdir. Həmin vaxta qədər bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsin xahişini etməmiş, kiməsə köməklik göstərməsini istəməmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsin, o cümlədən Zərərçəkmiş şəxs1 oğlu Şahid1 xahişini etməmiş, sonuncuya köməklik göstərməsini istəməmişdir. Təqsirləndirilən şəxs göstərdikləri tamamilə yalan və böhtandır. Məhkəmə iclasında Şahid6 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs2 oğludur. Oğlu Zərərçəkmiş şəxs2 2018-2022-ci illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sülhməramlı Qüvvələr Taborunda müddətdən artıq hərbi xidmətdə olmuş və 2022-ci ilin noyabr ayında geri qayıtmışdır. Oğlu Zərərçəkmiş şəxs2 hərbi xidmətdən təxris olunduğuna görə iş axtarmışlar. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs onların iş axtardığını eşidib 2022-ci ilin noyabr ayının axırlarında ona “Azəriqaz” İstehsalat Birliyində kompyuter mütəxəssisi ştanının vakant olduğunu və oğlu ismayılı həmin işə düzəldə biləcəyini dediyinə görə bu barədə oğlu İsmayıla demiş və sonuncu razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxslə yaşadığı kənddə görüşmüşlər Təqsirləndirilən şəxs onlara güclü əlaqələrinin və tanışlarının olduğunu, İsmayılı işə düzəldəcəyini demiş və bunun üçün ismayıl barəsində sağlamlıq haqqında arayış, psixiatriya xəstəxanasından arayış, vərəm dispanserindən arayış və digər sənədləri, həmçinin 2000 manat məbləğində pul da istəmişdir. Xanağa ilə razılaşmışlar və həmin günün səhəri, yəni 2022-ci ilin noyabr ayının sonuncu həftəsinin dəqiq yadında qalmayan günündə Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən Lənkəran X14 idarəsinin qarşısında Təqsirləndirilən şəxslə oğlu İsmayıla məxsus Mercedes C180 markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüşmüşlər. Sənədlərlə birlikdə 2000 manat məbləğində pulu Təqsirləndirilən şəxs əlbəəl vermişlər. Xanağa həmin pulu sayıb həmin işin qiymətinin 1500 manat olduğunu bildirib qalan 500 manat pulu geri qaytarmışdır. Xanağa 2023-cü ilin fevral ayında işin düzələcəyini demişdir. 2023-cü ilin yanvar ayının ortalarında səhər saatlarında Təqsirləndirilən şəxs oğlu İsmayıla zəng edib şəxsiyyət vəsiqələrinin surətlərini və 2000 manat pulu zərfə qoyub vermələrini istəmişdir. Buna görə də həmin gün, yəni 2023-cü ilin yanvar ayının ortalarında yenidən həmin yerdə, yəni Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən Lənkəran X14 idarəsinin qarşısında Təqsirləndirilən şəxslə görüşüb 2000 manat məbləğində pulu sonuncuya əlbəəl vermişlər. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra İsmayıla “narahat olma, mart ayına qədər işin hazırdır, işini danışmışam” deyib onları özünə tam arxayın etmişdir. Bundan sonra oradan uzaqlaşmışlar. Xanağa onlara hər şeyin yaxşı olduğunu işin alınacağını demişdir. Deyilən müddət gəlib çatmış, lakin iş düzəlməmişdir. Təqsirləndirilən şəxs onları sonralar da yubatmış və iş alınmadığına görə oğlu ismayıl bu barədə maraqlanmış və həmin vəd verilən işin artıq tutulduğunu, yəni vakant olmadığını öyrəndikdən sonra tam əmin olmuşlar ki, Təqsirləndirilən şəxs onları aldatmışdır. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq Lənkəran X14 idarəsində kompyuter mütəxəssisi vəzifəsinə təyin etdirəcəyi barədə yalan vəd verib bunun müqabilində 2022-ci ilin noyabr ayının sonlarında 1500 manat və 2023-cü ilin yanvar ayının ortalarında 2000 manat olmaqla ümumilikdə 3500 manat məbləğində pulu ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin pulları Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yerləşən Lənkəran X14 idarəsinin qarşısında İsmayıldan almış, həmin vaxt o da orada olmuşdur. İşdə olan Zərərçəkmiş şəxs2 ismayıl oğlunun təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki. CD diskdə AUD-20240419-WA0087 adlı 03 dəqiqə 50 saniyə müddətində səs yazısı vardır. Səs yazısı dinləndildikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs deyir: sağol canım, Zərərçəkmiş şəxs2 deyir: Xanağa əmi necəsiz. A.Xanağa deyir: əla. C.ismayıl deyir: Neyniyirsiz, keyfiniz, əhvalınız. A.Xanağa deyir: de. C.İsmayıl deyir: Xanağa əmi, gedirsiz bir yerə, yoxsa?. A.Xanağa deyir: Yox, evə tərəf gedirəm. C.ismayıl deyir: Xanağa əmi, nə oldu e bu?. A.Xanağa deyir: Qurtarır da, sabah qurtarır. bu giin qurtarmalı idi. Qurtarıb, sabah çağıracaqlar da. C.İsmayıl deyir: Bir dənə şey eləsə idi, bir dənə zəng eləsəydi, nəbilim. A.Xanağa deyir: Sənə dedim ki, bayaq onun yanında oldum, sənə zəng də elədim a, and olsun, bu yol haqqı olmasa başqa söhbəti fikri edərik, mən başqa cırıq deyiləm, onun arvadını sikərəm, özü də mənə yalan deməz, o dedi məlumat gəlib. C.ismayıl deyir: aha. A.Xanağa deyir: yazıb, göndərirəm, onlar deyəsən göndərəcəklər. mən belə bilirəm ki, ayııı neçəsidir bu gün? C.ismayıl deyir: Bu gün ayın 23-ü. A.Xanağa deyir: Hə, ayın 23-ü. Ya 25-i, 26-sə yollayacaq yerbəyer eləməyə işləyəcəksiz. Onlar kompyuterə yer açıblar. C.İsmayıl deyir: Bildim, bildim. A.Xanağa deyir: Hə, onu, səni aldatmağı onda mən kişi deyiləm səni aldadım. C.ismayıl deyir: Yox, məni aldatmağı sizə demirəm. A.Xanağa deyir: Yox, o da məni aldatmaz qardaş, mən sənə qarantiııa verirəm, o pula da zalokam, mən şalvarımı sataram sənin pulunu heç bir oğraş, heç bir qəhbə yeyə bilməz bir, ikinci də 1-2 gün səbr elə onlar yığıblar hər kənddən Lerikdən də almışdı, Lerikdən sənədləri yollayıblar, hamısı, sənədlər hamısı ordadı, bir dənə Yardımlıdan o bir nəfəri də göndəriblər, olsun-olmasın göndərəcəklər sizi. C.İsmayıl deyir: Yoxe deyirəm sizi fırladırlar. A.Xanağa deyir: yox, o məscid lıaqqı, bu məscid haqqı sənin sikivi yeyir fırladan. Mən yuxarıda adam var, ona zəng eləmişəm. Dedi adı var, sənədlər də çatıb yerbəyer eləmişik, hər şey öz qaydasındadır. C. İsmayıl deyir: Mən dedim bəlkə sizə elə deyir, bundan əvvəlki o, işimdə mən gördüm. A.Xanağa deyir: Yox, yox, o səni, mən səni, 3500 pul vermisən mənə, qardaş, mən sənin puluna, mən oğraş deyiləm. Mən, sonra da adam gəldi, dedim yox. Getdim də onun yanına dedi yox, qardaş, səni bacı oğlu kimi qəbul ediblər. C.ismayıl deyir: Bildim. A.Xanağa deyir: Ola bilsin sabah çağıracaqlar. ola bilsin, ancaq mən Zahidə də bayaq dedim. Dədim bu ay olmasa ayın 25i, 26- na qədər qardaş mən onun götünüı sikərəm əmanəti alaram. Mən sənədləri də, get sənədləri göndərmişəm Bakıya gətir sənədləri bura. Mən başqasından da orada öyrənmişəm. C.ismayıl deyir: aha. A.Xanağa deyir: Dedi akişi, nə dedi orda, başqa söhbət yoxdur. Kompyuterə adam lazımdır. Ona görə çağırmırıq ki, birdə bu vaxtı zəng edərlər ki, uşaq gəlsin Qaz idarəsinə, heçnə maşını qoyarsan gedərsən, o maşınla sizi yola salacaq. C.ismayıl deyir: Başa düşdüm. A.Xanağa deyir: Yardımlıdı, Lerikdi, Lənkəran. Cəlilabad zad Masallı o tərəfdən 2 dənə uşaqdı 2 gün mənə möhlət ver. C.ismayıl deyir: Başa düşdüm, oldu. A.Xanağa deyir: Oldu sənə qurban mən səni ələ salsam onda mən kişi deyiləm, mən nakişiyəm. C.ismayıl deyir: Sizi demirəm e mən, sizə də bəlkə elə deyiblər. A.Xanağa deyir: Bu il orada 2 dəfə olmuşam, Zahidin özü. Zahid bilmirsən ağızdan zaydı. C.ismayıl deyir: Əsəbiləşir o, başqa məsələlər də var ona görə. A.Xanağa deyir: yox, yox səni mən yerbəyer eləmişəm axıra qədər. C.ismayıl deyir: Oldu, çox sağol Xanağa əmi. A.Xanağa deyir: Mən qəhbə deyiləm. C.ismayıl deyir: Əstafurullah. A.Xanağa deyir: Bilirsən nə var deyərəm kirt elə bunu, sabah zəng edərəm sənə. C.ismayıl deyir: yaxşı və danışıq bitir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə aralarında olan danışığı xx.xx.2023-cü il tarixdə, saat 16:00-da qeyd etdiyini, həmçinin səs yazısında Təqsirləndirilən şəxs Zahid kimi dediyi şəxsin atası Şahid6 olduğunu bildirmişdir. Bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Ağayev X8 rayon Şilavar kəndində yerləşən istifadəsində olan 0,06 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 adına keçirilməsinə razılıq vermişdir. İşdə olan Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsinin 15 may 2024-cü il tarixli, 3-21-3-43/2- 1323/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1951-ci Təqsirləndirilən şəxs mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Şahid1 məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 26.01,2023-cü il tarixdə N saylı hərbi hissənin siyahısına daxil olmuş 31 may 2023-cü ildə Müdafiə Nazirliyinin BXH-nin 506 nömrəli xəstəlik haqqında şəhadətnamə əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi 1500 manat puldan 750 manatını ona geri qaytarmışdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Ağayev X8 Rayon Həhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya haqqında” Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. İşdə olan Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-36/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 1(bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 01 may 2024-cü il tarixli, 20 nömrəli məktubundan görünür ki, Ağayev X8 rayon məhkəməsinin 1(049)-36/2024 saylı, 11 mart 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkməmişdir. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarix olmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı dətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirlən şəxs ona vurduğu 3500 manat ziyanı tam ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İşdə olan xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, təqsirləndirlən şəxs ona vurduğu 1500 manat ziyanı tam ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işini icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan məhkəmə iclası zamanı məhkəməyə təqdim edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, təqsirləndirlən şəxs ona vurduğu ziyandan qalmış 250 manatı tam olaraq ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, təqsirləndirlən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirlən şəxs ona vurduğu 800 manat ziyanı tam ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işini icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirlən şəxs ona vurduğu 1100 manat ziyanı tam ödəmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işini icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, təqsirləndirlən şəxsin ona vurduğu 800 manat ziyanı tam ödəmiş, təqsirləndirlən şəxslə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, təqsirləndirlən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin ifadə və ərizələrinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, CM-nin 59.2-ci maddəsinə əsasən 73 yaşında olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayətləri 2022ci il, 2023-cü il və 2024-cü ilin yanvar ayının 12-də, yəni Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-36/2024 nömrəli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-36/2024 nömrəli hökmü ilə təyin edilmiş 1(bir) il 5 (beş) ay 24 (iyirmi dörd) müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ”ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-36/2024 nömrəli hökmü ilə təyin edilmiş 1(bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı ümumilikdə 05 ay 04 gün müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 10 (on) ay 08 (səkkiz) gün müddət çıxılmaqla üzərində 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası yaşadığı yer üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar