Məhkəmə qərarları › İş №1(049)-175/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-175/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-175/2024 07.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs Fazail qızının iştirakları ilə, xx.xx.1986-ildə Lənkəran şəhərində Haftoni qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum edilmiş, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs , o, 27 may 2024-cü il tarixdə, gecə saat 00:30 radələrində Lənkəran rayonu Kərgəlan kəndində yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs və bacısı Şahid1 qızmm aralarında yaranmış mübahisə zamanı əlbəyaxa olub bir-birilərinin saçını tutub dartaraq bir-birilərinə qəsdən fiziki ağrı yetirməklə qarşılıqlı olaraq dalaşdıqlarını görüb onları ayırdıqda arvadı Zərərçəkmiş şəxsnm onun ünvanına nalayiq ifadə işlətməsindən əsəbləşərək, sonuncunun sağ göz nahiyəsinə yumruqla qəsdən zərbə vuraraq, ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ göz almasına yayılmış qansızına, sağ göz qapaqları-gözaltı, sağ almacıq nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxsnm sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki 2010-cu ildə həmkəndlisi Zərərçəkmiş şəxs ilə evlənib ailə həyatı qurmuşdur. Xəyalə ilə evliliyindən 3 uşağı doğulmuşdur. Arvadı Xəyalə ilə evləndiyi vaxtdan tez-tez aralarında mübahisələr olmuşdur. Belə ki, Xəyalənin onunla kobud tərzdə danışması, iradlarına məhəl qoymaması mübahisələrin yaranmasına səbəb olmuşdur. 26 may 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evə qayıtdıqda arvadı Xəyalənin evdə olmadığını görmüşdür. Bir qədər arvadı Xəyaləni axtardıqdan sonra onun qonşusunun həyətində olduğunu aşkar etmişdir. Arvadı Xəyaləni səsləyib ondan nə üçün evdə qalmayıb, qonşunun həyətinə getdiyini soruşduqda Xəyalə ona kobud tərzdə cavab vermişdir. O, da arvadı Xəyalənin ona kobud tərzdə cavab verməsindən əsəbləşib, yaxınlaşıb onun başına şillə ilə bir zərbə vurub evə getməsini bildirmişdir. Arvadı Xəyalə bundan sonra heç nə deməyib evə getmişdir. 27 may 2024-cü il tarixə keçən gecə saat 00:30 radələrində yaşadıqları evdə olduqları zaman arvadı Xəyalə gündüz saatlarında qonşunun həyətində nə üçün onu döydüyünü soruşaraq onunla mübahisə etməyə başlamışdır. Xəyalə mübahisə zamanı evin eyvanına çıxaraq orada ayaqlarını yerə çırpmaqla qışqırmağa başlamışdır. Xəyaləyə qışqırmamasmı, evin digər otağında yatmış anası Firəngiz və bacısı Xəyaləni yuxudan oyatmamasım demişdir. Lakin Xəyalə sakit dayanmamışdır. Xəyalənin sakitləşmədiyini görüb, onun anasına zəng etmişdir. Xəyalə anasına zəng etdiyini görüb, anasıgilin yatdığı otağa daxil olaraq, orada onlarla mübahisə etməyə başlamışdır. Əvvəlcə öz otağında qalaraq anasıgilin otağına getmək istəməmişdir. Lakin bir qədər sonra arvadı Xəyalə və bacısı Gültəkinin qışqırıq səslərindən onların dalaşdıqlarını fikirləşərək anasıgilin otağına getmişdir. Onların otağına keçdikdə arvadı Xəyalənin bacısı Gültəkinlə əlbəyaxa olduğunu görmüşdür. Arvadı Xəyalənin qolundan tutub onu bacısından ayırmışdır. Xəyalə həmin vaxt onun ünvanına nalayiq söyüş söymüşdür. Arvadı Xəyalənin onu söyməsindən əsəbləşərək, yumruqla onun göz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra öz otağına qayıtmış və yaranmış münaqişə başa çatmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Fazail qızı izahatında göstərmişdir ki, 2010-cu ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə evlənib ailə həyatı qurmuşdur. Rahim ilə evliliklərindən 3 uşağı doğulmuşdur. Əri Rahimin həddindan artıq qısqanclıq etməsi və digər pis xüsusiyyətləri tez-tez aralarında mübahisələrə səbəb olmuşdur. 26 may 2024-cü il tarixdə saat 13 radələrində qonşunun həyətinə qonşusu ilə söhbət etmək üçün getmişdir. Qonşunun həyətinə gedib qonşunun həyətə düşməsini gözlədiyi zaman əri Rahim ora gələrək, ondan nə üçün qonşunun həyətinə getdiyini soruşub, irad bildirərək şillə ilə başına və təpiklə də ayaqlarına zərbələr vurub evə getməyini tələb etmişdir. Rahimə heç nə deməyib birbaşa evə getmişdir. Həmin gün axşam saatlarında Rahimlə birlikdə həmkəndlisinin toy məclisinə, gedəcəyi üçün əlavə mübahisə yaranmaması məqsədi ilə Rahimə onu döyməsi barədə heç nə deməmişdir. Gecə saat 22 radələrində Rahimlə birlikdə toy məclisindən evə qayıtmışlar. Rahim onu evdə qoyduqdan sonra harasa çıxıb getdiyi üçün onu döyməsi barədə söhbət edə bilməmişdir. 27 may 2024-cü il tarixə keçən gecə saat 00:30 radələrində əri Rahim evə qayıtdıqdan sonra ona gündüz saatlarında qonşunun həyətində onu döyməsinin düzgün hərəkət olmadığını bildirmişdir. Rahim həmin vaxt onunla mübahisə edərək, ona irad bildirməyinə görə anasına zəng edib şikayət edəcəyini demişdir. Rahimin gecənin gec saatlarında anasına zəng edib onu narahat edəcəyini görüb qaynanası Firəngiz və baldızı Gültəkinin yatdığı otağa keçib qaynanası Firəngizə oğlu Rahimin anasına zəng etməsinin qarşısını almasını demişdir. Həmin vaxt baldızı Gültəkin gecə saatlarında otağa daxil olub onları narahat etdiyini deyərək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Gültəkin saçlarından tutub dartmağa başlamışdır. O da özünü müdafiə etmək üçün baldızı Gültəkinin qollarından tutub onu arxaya itələmişdir. Baldızı Gültəkinlə əlbəyaxa oduğu zaman əri Rahim otağa daxil olaraq qolundan tutub Gültəkindən ayıraraq yumruqla göz nahiyəsinə zərbə vurmuşdur. Rahim onu vurduqdan sonra otaqdan çıxıb getmişdir. Bununla da yaranmış münaqişə başa çatmışdır. Əri Rahim 26 may 2024-cü il tarixdə gündüz saatlarında qonşunun həyətində şillə ilə başına və təpiklə ayaqlarına zərbə vurmuş, həmin vaxt onların yanında heç kim olmamışdır. 27 may 2024-cü il tarixdə gecə saatlarında isə əri Rahim yumruqla sağ göz nahiyəsinə zərbə vurulmuşdur.Həmin vaxt qaynanası Firəngiz və baldızı Gültəkin otaqda olmamaqla döyülməyinə şahid olmuşdur, başqa hər hansı bir şəxs ora qəlməmişdir . Əri Rahimin onu döyməsi nəticəsində sağ göz nahiyəsində xasarət almışdır.Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahir şəxs qismində tanınmış Şahid1 izahatında göstərmişdir ki, Lənkəran rayonu Kərgəlan kəndində anasının evində yaşayır. Qardaşı Rahim də ailəsi ilə birlikdə həmin evdə yaşayır. Qardaşı Rahimlə arvadı Xəyalə arasında uzun müddətdir ki, narazılıqlar olmaqla tez-tez aralarında münaqişə yaranır. 27 may 2024cü il tarixə keçən gecə saat 00:30 radələrində anası Firəngizlə birlikdə otaqda yatdıqları zaman Xəyalə qışqıraraq otağa daxil olmuşdur. Xəyalə həmin vaxt qardaşı Rahimlə mübahisə edərək, otağa gəlmişdir. Xəyalə anası Firəngizdən qardaşı Rahimin onun anasına zəng etməsinin qarşısını almasını tələb etmişdir. Xəyalənin qışqıraraq otağa daxil olmasından narahat olduğu üçün ona etdiyi hərəkətinə görə iradını bildirmişdir. Buna görə Xəyalə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Xəyalə üstünə hücum edərək saçlarından tutub dartmağa başlamışdır. Xəyalədən özünü müdafiə etmək üçün onun saçlarını tutub onun əlindən buraxılmağa çalışmışdır. Bu zaman onların qışqırıq səslərinə qardaşı Rahim otağa gəlmişdir. X3 tutub ondan ayırmışdır. Xəyalə həmin vaxt qardaşı Rahimin ünvanına nalayiq söyüş söymüşdür. Qardaşı Rahim də Xəyalənin onu söyməsindən əsəbləşərək, yumruqla onun göz nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Rahim otağına qayıtmış və yaranmış münaqişə başa çatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 30-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 27 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Kərgəlan kəndində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birgə yaşadıqları fərdi yaşayış evində yaxınlığında baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 15-16-21ci vərəqələrində olan 27 may 2024-cü il tarixli, 477 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs Fazail qızının bədəni üzərində - sağ göz almasına yayılmış qansızına, sağ göz qapaqları-gözaltı, sağ almacıq nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 60-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İbadov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 66.5-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 05 ay azaldılıb, 03 il 01 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 ay 10 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Fazail qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar