Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-175/2025 16.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirlən şəxs: xx.xx.1998-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 “polisin nəzarəti alında vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə, günorta saatlarında yaşadığı ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli evin 2-ci mərtəbəsində olan qaynı Zərərçəkmiş şəxs məxsus yataq otağına sonuncunun və ailə üzvlərinin evdə olmamalarından istifadə edib qanunsuz daxil olaraq, həmin otaqda olan çarpayıdan döşəyin altından Zərərçəkmiş şəxs məxsus bir dəst 7000 manat qiymətində 5 qram çəkidə, briliyant qaşlı, İtaliya istehsalı olan 750 əyarlı bir ədəd qızıl üzüyü, 5 qram çəkidə, briliyant qaşlı, İtaliya istehsalı olan 750 əyarlı bir cüt qızıl sırğanı, 10 qram çəkidə, briliyant qaşlı, İtaliya istehsalı olan 50 əyarlı qızıl qolbağı, 10 qram çəkidə, briliyant qaşlı, İtaliya istehsalı olan 750 əyarlı qızıl boyunbağını, 1000 manat qiymətində 6 qram çəkidə, briliyant qaşlı, İtaliya istehsalı olan 750 əyarlı bir ədəd qızıl kişi üzüyünü, həmin otaqda dolabda paltarların arasında hədiyyə qutusunda qoyulmuş Zərərçəkmiş şəxs məxsus 320 manat qiymətində 2.5 qram çəkidə, Türkiyə istehsalı olan 585 əyarlı bir ədəd qızıl qolbağını, 250 manat qiymətində 2 qıram çəkidə, Türkiyə istehsalı olan 585 əyarlı bir ədəd qızıl qolbağı, 360 manat qiymətində 2,7 qram çəkidə, Türkiyə istehsalı olan 585 əyarlı bir ədəd qızıl qolbağı və 350 manat qiymətində 4 qram çəkidə, Türkiyə istehsalı olan 585 əyarlı bir ədəd klonu ilə birlikdə qızıl boyunbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 9280 (doqquz min iki yüz səksən) manat məbləğində saxlanc yerinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, ünvan 4 ünvanında valideynləri ilə birlikdə yaşayır. 4 ildir ki, Lənkəran şəhər sakini olan X3 ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nigahlarından bir qız övladı dünyaya gəlmişdir. Tural Əskərlinin məzar daşları sexi vardır. Həmin sex Lənkəran şəhər “dörd yol” adlanan ərazidə yerləşir. Şahid2 orta məktəbdə oxuyandan tanıyır. Rza onun qardaşı Turanla bir sinifdə oxumuşlar. Rza Bakı şəhərində yaşayır. O, da Rzanı qardaşı Turan vasitəsilə tanımışdır. Rza ilə bir müddət inslaqram sosial şəbəkəsində yazışmışdır. 2025-ci ilin yanvar ayının əvvəllərində ona pul lazını olduğu üçün Rzadan borca pul istəmişdir. Rza ona demişdir ki, özündə pul yoxdur, pul lazım olanda o, Lənkəran şəhərində yaşayan Fərahim adlı dostundan borca pul alır. Ona da demişdir ki, əgər istəyirsə Şahid1 desin. O, da Rzadan Fərahimə deməsini istəmişdir. O, Fərahimi əvvəllər tanısa da heç bir danışıqları olmamışdır. Rza Fərahimə ona pul lazım olduğunu dedikdən sonra Fərahim təxminən 2025-ci ilin yanvar ayının əvvəllərində onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edib hal-əhval elmişdir. Daha sonra demişdir ki, ona pul lazım olduğunu Rza demiş, ondan nəyə görə və nə üçün pul lazım olduğunu soruşmuş, o, da Fərahimə bir-iki yerə verəcəyi olduğunu və 2000 manat pul lazım olduğunu demişdir. Fərahim ona pul verəcəyinə razı olmuşdur. Təxminən 2025-ci ilin yanvar ayının ortalarında ona yenidən zəng etmiş və 2000 manat pulun hazır olduğunu deyib götürə biləcəyini bildirmişdir. O, da Fərahimə anasının kapital banka aid olan bir kart kartının nömrəsini göndərmişdir. Fərahim həmin karta 2000 manat pul göndərmişdir. Daha sonra anası Arzunun evinə getmiş. Fərahimin karta onun üçün pul göndərildiyini deyib kartını anasından istəmişdir. Anası da kartını ona vermiş və o, Kapital banka gedib oradakı terminaldan 1000 manat pulu çıxarmış, qalan 1000 manat pulu isə kartdan karta köçürmə edib borclarını ödəmişdir. Fərahimə demişdir ki, “sənin borcunu bir ay müddətində qaytaracağam”. Lakin sonradan o, Fərahimin borcunu qaytara bilməmiş, Fərahim öz borcunu ondan istəmişdir. O, isə pul axtarmağa başlamışdır. O, məcbur qalıb borcunu qaytara bilmədiyi üçün qaynı Əliyə məxsus qızıllarını oğurlamaq fikrinə düşmüşdür. Əli arvadı ilə onlarla birlikdə bir evdə yaşamışdır. Evləri iki mərtəbəl olsa da, birinci mərtəbə yaşayış üçün nəzərdə tutulmamışdır, ikinci mərtəbədə isə üç otaq vardır. Həmin otaqlardan birində o, ailəsi ilə, digərində qaynı Əli ailəsi ilə, üçüncü otaqda isə qayınanası yaşayırmış 2025-ci ilin fevral ayının əvvəllərində qaynanası Mahirənin qardaşı vəfat etmişdir. Həmin ərəfədə evdəkilər hamısı yas mərasiminə getmişlər. O, evdə azyaşlı qızı Maidə ilə birlikdə olmuşdur. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında o, evdə heç kimin olmamasından istifadə edib qaynı Əlinin otağına daxil olmuşdur. Otağın qapısı açıq olmuş, orada otağı axtarıb taxtın yataq döşəyinin (matrasın) altından, bir ədəd sellofanın içərisində bir dəst ağ briliant qaşları olan qızıl üzük, sırğa, qolbaq, boyunbağı və bir ədəd qızıl kişi üzüyünü götürmüşdür. Sonra dolabda üst hissədə hədiyyə qutusunun içərsində olan üç ədəd qızıl qolbaq bir ədəd qızıl boyunbağını klonu ilə birlikdə oğurlamışdır. Daha sonra həmin gün atası evinə getmiş və Fərahimə zəng elmişdir. Fərahimə demişdir ki, “borcunu hazırda verə bilmir. Lakin qızılları var" onları salmaq istəyir. Daha sonra Fərahimə demişdir ki, "gəl həmin qızılları sənə verim get sat. öz borcunu da götür, yerdə qalan pulları mənə qaytararsan”. Fərahim də onunla razılaşmış və atasının yaşadığı evin həyət qapısına gəlmiş, bır dəst ağ briliant qaşlı qızıl üzük, sırğa qolbaq, boyunbağı və bir ədəd qızıl kişi üzüyünü ondan almışdır. Elə həmin gün qızılları 2200 manata Mərkəzi bazarda almaq istədiklərini ona demişdir. O. da razılaşıb demişdir ki. "2000 manatı öz borcuna çıx 200 manatı isə mənim sənə göndərdiyim karta at". Daha sonra anasının birkart kartının nömrəsini Fərahimə göndərmişdir, Fərahim də 200 manat pulu həmin karta göndərmişdir. O, anasından kartını gotürmüş kapital banka getmiş və 200 manat pulu kartdan çıxarmışdır. Bundan sonra 2025-ci ilin mart ayının əvvəllərində yenə pulu qurtardığı üçün Əlinin otağındakı dolabdan götürdüyü üç qızıl qolbağı və bir ədəd klonla birlikdə olan qızıl boyunbağını mərkəzi bazara aparıb orada tanımadığı zərgərə satmışdır. Həmin şəxs onun göstərdiyi qızılları alıb tərəzidə çəkmiş və lom qiymətinin 600 manat olduğunu bildirmişdir. O, qızılları həmin şəxsə verib 600 manatı almışdır. O, bazara gec-gec getdiyindən bazarın içərisini yaxşı tanımır. Qızılları satdığı şəxsi və mağazasının harada yerləşdiyini bilmir. 23 mart 2025-ci il tarixdə Məhbubə qızıl-zinət əşyalarını axtaran zaman məlum olmuşdur kı, qızıllar yoxdur. Bundan sonra evdə bir neçə gün söz-söhbət getmiş, heç kim qızılların hara getməsindən xəbərlərinin olmadığını bildirmişlər. Həmin vaxtı qaynı Əli qızılların onun oğurlamağından şübhələnmişdir. Lakin o, evdə qızılları oğurladığını etiraf elməmişdir. Buna görə də Əli Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət edib qızıllarının oğurlandığını bildirmişdir. O, polis şöbəsinə dəvət olunmuş və izahatı alınarkən qızılları oğurladığını etiraf etmişdir. Qaynı Əlinin otağına daxil olmaq üçün ona hər hansı bir qadağa qoyulmamış, lakin otağa daxil olduğu zaman həmişə kiminsə yanında həmin otağa daxil olmuşdur. O, oğurluq cinayətini tək törətmişdir, oğurluqda ona heç kim köməklik etməmişdir. Ona oğurluq əmlakı alacağı ilə bağlı qabaqcadan vəd verən olmamışdır. Həmçinin Şahid2 və Şahid1 satmaq üçün verdiyi qızılların oğurluq olmasını deməmişdir. Rza və Fərahim qızılların ona məxsus olduğunu zənn edirmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə baxışı dövründə dəymiş ziyanı tam şəkildə ödəmişdir, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Yaşadığı ev iki mərtəbəlidir. Evin birinci mərtəbəsində yalnız yay fəslində oturmaq üçün istifadə olunur. İkinci mərtəbəsi isə bir dəhliz, üç otaq və bir mətbəxdən ibarətdir. Həmin evin bir otağında anası Mahirə Əsgərova, bir otağında qardaşı Tural Əsgərli, digər otağında isə o, ailəsi ilə birlikdə yaşayır. 2 ildir ki, Lənkəran şəhər sakini olan X2 ilə ailə həyatı qurmuşdur. O, məzar daşları təmiri işi ilə məşğul olub ailəsinə pu qazanır. Özünə Lənkəran şəhərində X8 küçəsində yerləşən binada ev almışdır. Həmin ev təmirsiz olduğu üçün orada yaşamır. Evin təmiri üçün özünə pul yığmış, həmin pulun bir qismin xərcləmiş, lakin düşünmüşdür ki, qalan pulları da xərcləyər, ona görə də özünə qızıl-zinət əşyalar almışdır. Qızıl zinyət əşyalarını alıb saxlamaqda məqsədi qızılın qiymətinin günbəgün qalxması olmuşdur. Həmin qızıl-zinət əşyalarını arvadı arada istifadə etsədə, arvadına almamış, evi təmir edən zaman həmin qızıl zinət əşyalarını satacaqmış. 2025-ci ilin yanvar ayının 16-da dayısı vəfal elmişdir. Ailəvi yas mərasimində 40 gün iştirak elmişlər. Bundan sonra 23 mart 2025-ci il tarixdə o, ailəsi ilə birlikdə Bakı şəhərinə getmək istəyəndə arvadı Məhbubə qızıl zinət əşyalarının yerində olub olmamasını yoxlamaq istəyən zaman əşyalarının yerində olmadığını görmüşdür. Bu barədə ona bildirmiş, o da gəlib qızılların qoyulduğu yerə yəni yataq dəstinin matrasınm altına və dolaba baxan zaman görmüşdür ki, ona məxsus olan yataq otağında yataq dəstinin altında gizlətdiyi ümumi 7000 manat qiymətində bir dəst briliant qaşlı 750 əyyarlı İtaliya istehsalı olan beş qram çəkidə üzük, bir cüt briliant qaşlı 750 əyyarlı İtaliya istehsalı olan beş qram çəkidə sırğa, bir ədəd briliant qaşlı 750 əyyarlı İtalya istehsalı olan on qram çəkidə qolbaq, bir ədəd briliant qaşlı 750 əyyarlı İtaliya istehsalı olan 10 qram çəkidə boyunbağı dəstinin və bir ədəd briliant qaşlı 750 əyyarlı, İtaliya istehsalı olan, altı qram çəkidə 1000 manat qiymətində qızıl kişi üzüyü, həmin otaqda paltar dolabında olan hədiyyə qutusunun içərisində qoyduğu bir ədəd 585 əyyarlı, türk istehsalı olan iki tam onda beş qram çəkidə 320 manat qiymətində qızıl qolbaq, bir ədəd türk istehsalı olan 585 əyyarlı iki qram çəkidə 250 manat qiymətində qızıl qolbaq, bir ədəd türk istehsalı olan, 585 əyyarlı iki tam onda yeddi qram çəkidə 360 mana qiymətində qızıl qolbaq, bir ədəd türk istehsalı olan 585 əyyarlı, dörd qram çəkidə klonu ilə birlikdə 350 manat qiymətində qızıl boyunbağı oğurlanmışdır. Bundan sonra qardaşının arvadı olan Təqsirləndirilən şəxs şübhələnmiş, Fərandan xahiş elmişdir ki, oğurladığı qızılları qaytarsın, Fəran Əskərlı qızılları oğurlamadığını bildirmiş, o, da məcbur qalıb Lənkəran polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində məlum olmuşdur ki, onun qızıllarını Fəran Əskərzadə oğurlamışdır. Hazırda məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ümumlikdə 9280 manat ziyanın tam həcmdə ödənildiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında anası ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Təqsirləndirilən şəxs qohumu Şahid2 vasitəsi ilə 2025-ci ilin yanvar ayının əvvəllərində tanımışdır. Rza ondan bir neçə dəfə borca pul alıb və qaytarmışdır. 2025-ci ilin yanvar ayının əvvəllərində Rza ona zəng edərək demişdir ki, Fəran adlı bir qız tanışı var, həmin qıza borca pul lazımdır. Ondan əgər pulu varsa Fərana kömək etməyini xahiş elmişdir. O, da Rzaya demişdir ki, Faranın nömrəsini ona ver, özü Fəranla danışar. Bundan sonra Rzadan Fəranın nömrəsini alıb Fərana zəng etmişdir. Telefonda kim olduğunu deyib hal-əhvallaşdıqdan sonra Fərandan pulun nə üçün lazım olduğunu soruşmuşdur. Fəran ona demişdir ki, borcu yaranmış, bir ay müddətində 2000 manat pulun lazım olduğunu və borca həmin məbləğdə pulu ondan istəmişdir. O. da Fərana demişdir ki. "pulu düzəldib sənə xəbər edərəm". 2025-ci ilin yanvar ayının ortalarında o, yenidən Fərana zəng elmiş 2000 manat pulun hazır olduğunu demiş və Fərana pulu götürə biləcəyini bildirmişdir. Fəran anasının kapital banka aid olan birkart kartının nömrəsini ona göndərib pulu həmin karta atmağını istəmişdir. O. həmin karta 2000 manat pul göndərmişdir. Fəran ilə mütəmadi olaraq telefon əlaqəsi saxlayırmış. Fəran ona anası evində yaşadığını demişdir. Bir aydan sonra Fəranın borcunu qaytaran müddət gəlib çatmışdır. O. Fərandan borcunu istəmişdir. Fəran həmin ərəfələr borcunu qaytara bilmirmiş. 2025-ci ilin fevral ayının ortalarında Fəran ona zəng edərək demişdir ki, özünə məxsus bir dəst qızıl üzük, sırğa, qolbaq, boyunbağı və bir ədəd kişi üzüyünü ondan götürüb aparıb satsın və ona olan 2.000 manat borcunu götürsün. Həmçinin Fəran demişdir ki, qızıldan başı çıxmır, bazarda da zərgərləri tanımır, özü qızılları bazara apararsa bazarda onu aldadıb qızılları ucuz qiymətə götürərlər. Buna görə də, o, Fəranla razılaşıb həmin qızıl-zinət əşyalarını Fərandan yaşadığı anasına məxsus evin küçə qapısında götürmüşdür. Fəran ona ağ rəngli bir dəst qızıl komplekt və bir ədəd kişi üzüyü vermişdir. 2025-ci ilin fevral ayının ortalarında Rzadan xahiş etmişdir ki, Fəranın verdiyi qızılları satmaq üçün onunla birlikdə mərkəzi bazara gəlsin. Çünki Rzanın atası zərgər olduğu üçün bazarda zərgər tanışları olmuşdur. Rza onunla razılaşmış və birlikdə Lənkəran rayonu Mərkəzi bazarında Fariz adlı zərgərə Fəranın qızıllarını 2200 manata satmışlar. Fariz qızılları elektron tərəzidə çəkib 17 qram olduğunu və qızılların lom qiymətinin 2200 manat olduğunu demişdir. Onlar Farizlə razılaşıb 2.200 manatı Farizdən almışlar. Rza Farizə qızılın tanışına məxsus olduğunu demişdir. 2000 manat Fəranın borcu olan pulu götürmüş, 200 manatın isə Fəranın ona verdiyi kart hesabına göndərmişdir. Nə o, nə Rza, nə də Fariz adlı qızıl alverçi qızılların oğurluq olduğunu bilməmişlər. Fəran onlara qızılların özünə məxsus olduğunu dediyi üçün onlar da Farizə qızılların tanışına məxsus olduğunu, borcu olduğu üçün satmaq istədiyini demişlər. Fəranın ona verdiyi qızıllar ağ rəngli olmaqla bir ədəd qaşlı üzük, bir cüt qaşlı sallanma sırğa, bir ədəd qaşlı qolbaq bir ədəd qaşlı sallanma boyunbağı dəsti və bir ədəd qızıl kişi üzüyü olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 Rəfael oğlu ibtidadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri 21-ci məhəllədə anası ilə birlikdə yaşayır. 10 ildən artıqdır ki, Lənkəran şəhərin yerləşən mərkəzi bazarda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 64 saylı qızıl mağazası işlədir mağazada satıcı yoxdur, mağazanın bütün işləri ilə özü məşğul olur. Bundan başqa mağazaya gələn insanlar ona qızıl satmaq təklif edir, o, da qızılların dəyərlərini hesablayır və bundan sonra qızılları alırmış. Aldığı qızılların bir qismini lom qiymətinə Bakı şəhərində satır, bir qismim isə mağazada vitrində qoyub salırmış. O, Şahid1 tanımır, Fərahimdən qızıl-zınət əşyası almamışdır. Lakin bəhs edilən qızıl zinət əşyalarını Şahid2 Şahın oğlundan 2200 manata almışdır. Belə ki, 2025-ci ilin fevral ayının ortalarında Şahid2 bir nəfər şəxslə onun mağazasına gəlmiş, bir dəst briliant qaşlı ağ qızıl ona təqdim etmiş, həmin qızılları ona satmaq istədiyini bildirmişdir. Rzanın atası Şahin də qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. Həmçinin Rzanın atası Şahin ona tez-tez qızıl-zinət əşyaları satırmışlar. Bundan başqa Rza ona qızılların tanışının olduğunu, borcu olduğu üçün satmaq istədiyini, lakin tanışı olmadığı üçün satmasını xahiş etdiyini, heç bir problemin olmadığım, yəni qızılların oğurluq olmadığına əmin olmağını bildirdikdən sonra o, Rzadan təqdim etdiyi bir dəst briliant qaşlı ağ rəngli qızıl zinət əşyalarını və bir ədəd qızıl kişi üzüyünü tərəzidə çəkmiş, qızılların ümumi çəkisi 17 qram olmuş, 2200 manata dəyərləndirib Rzadan həmin qızılları almışdır. Şahid2 ona satdığı qızılların ümumi çəkisi 17 qram olmuş, qiyməti də 2200 manata olmuşdur. Həmin qızılları o, artıq istintaqa təqdim etmişdir. Lakin bir ədəd kişi üzüyünü tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Lənkəran şəhəri Ü.Hacıbəyov küçəsi onun xidməti ərazisinə daxildir. xx.xx.2025-ci il tarixdə ona inzibati ərazi olan ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının əvvəllərində bir evdə yaşadığı qaynı Zərərçəkmiş şəxs otağına qanunsuz daxil olaraq oradan yataq dəstinin altında və dolabda gizlədilmiş Zərərçəkmiş şəxs məxsus qızıl-zinyət əşyalarını oğurlayaraq satmaq üçün tanışı X4 verməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı o, dərhal şöbə rəhbərliyinə raportla məruzə edib aidiyyəti üzrə araşdırma aparılmasını xahiş elmişdir. Bu barədə Lənkəran ŞRPŞ-nin İB-də araşdırma aparılmış və fakt təsdiqini tapdığından cinayət işi başlanılaraq istintaqı aparılmışdır. İstintaq zamanı həmçinin müəyyən edilmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının ortalarında bir evdə yaşadığı qaynı Zərərçəkmiş şəxs məxsus yataq otağına daxil olaraq çarpayının altında olan bir ədəd qızıl komplekti, bir ədəd qızıl üzüyü, həmin otaqda olan dolabdan 3 ədəd qızıl qolbağı və klonu ilə birlikdə olan bir ədəd qızıl boyunbağını oğurlayıb bir ədəd qızıl komplekti və bir ədəd qızıl üzüyü borclu olduğu tanışı Şahid1 satması üçün vermiş, sonuncu qohumu Şahid2 ilə birlikdə Lənkəran şəhəri mərkəzi bazarında qızıl alqı-satqısı ilə məşğul olan Şahid3 Rafael oğluna həmin qızılları 2200 manata salmışdır. Təqsirləndirilən şəxs 3 ədəd qızıl qolbağı və klonu ilə birlikdə olan bir ədəd qızıl boyunbağını isə mərkəzi bazarda tanımadığı şəxsə satmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini törədərkən heç kim ona köməklik elməmiş, oğurluqdan Şahid1, Şahid2 və Şahid3 Rafael oğlunun məlumatları olmamış, əlbir olmamışlar. Oğurlanmış üç ədəd qızıl qolbaq və bir ədəd klonu ilə birlikdə olan qızıl boyunbağının, həmçinin bir ədəd qızıl kişi üzüyünün harada olması, kimə satılması istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o Şahid1 ilə analoji məzmunda ifadə vermişdir. Cinayət işinin 19-20-ci vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş "Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, araşdırma zaman Şahid3 Rəfael oğlu bir dəst qızıl zinyət əşyalarını istintaqa təqdim elmiş, təqdim edilmiş qızıl zinyət əşyalarının əlamətləri bir ədəd ağ rəngli 750 əyarlı qaşlı üzük, bir cüt ağ rəngli 750 əyarlı qaşlı sallanma formada olan üzük, bir ədəd ağ rəngli 750 əyarlı qaşlı qolbaq, bir ədəd ağ rəngli 750 əyar qaşlı sallanma formada olan boyunbağı olmuş, qızıl zinyət əşyalarının üzərində hər hansı zədə izlə olmamışdır. Baxış zamanı qızıl-zinyət əşyalarının fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 123-124-cü vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, bir ədəd ağ rəngli 750 əyarlı qaşlı üzük, bir cüt ağ rəngli 750 əyarlı qaşlı üzük, 1 ədəd ağ rəngli 750 əyarlı qaşlı qolbaq, bir ədəd ağ rəngli 750 əyarlı qaşlı boyunbağı işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 126-cı vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs Lənkəran ŞRPŞ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 9280 manat maddi ziyandan 7000 manatı (qızıl zinət əşyaları) ona geri qaytarılmışdır. Cinayət işinin 69-cu vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının ortalarında bir evdə yaşadığı qaynı Zərərçəkmiş şəxs məxsus yataq otağına daxil olaraq çarpayının altında olan bir ədəd qızıl komplekti, bir ədəd qızıl üzüyü, həmin otaqda olan dolabdan 3 ədəd qızıl qolbağı və klonu ilə birlikdə olan bir ədəd qızıl boyunbağını oğurlayıb bir ədəd qızıl komplekti və bir ədəd qızıl üzüyü borclu olduğu tanışı Şahid1 satması üçün vermiş, sonuncu qohumu Şahid2 ilə birlikdə Lənkəran şəhəri mərkəzi bazarında qızıl alqı-satqısı ilə məşğul olan Şahid3 Rafael oğluna həmin qızılları 2200 manata salmışdır. Təqsirləndirilən şəxs 3 ədəd qızıl qolbağı və klonu ilə birlikdə olan bir ədəd qızıl boyunbağını isə mərkəzi bazarda tanımadığı şəxsə satmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini törədərkən heç kim ona köməklik elməmiş, oğurluqdan Şahid1, Şahid2 və Şahid3 Rafael oğlunun məlumatları olmamış, əlbir olmamışlar. Oğurlanmış üç ədəd qızıl qolbaq və bir ədəd klonu ilə birlikdə olan qızıl boyunbağının, həmçinin bir ədəd qızıl kişi üzüyünün harada olması, kimə satılması istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin 60-66-cı vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiqat zamanı göstərilmiş 9 adda qızıl-zinət əşyalarının qiyməti 8920 manat təşkil edir. Cinayət işinin 101-ci vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 609 nömrəli arayışından görünür ki, Əskərli X5 şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyildir. Cinayət işinin 108-ci vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 98-ci vərəqində olan və məhkəmə iclasında tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xasiyyətləndirilmiş və həmçinin onun himayəsində xx.xx.2022-ci il təvəllüdlü uşağı vardır. Cinayət işinin 119-120-ci vərəqlərində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7,10 və 26-cı bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin qeyd hissəsinə əsasən “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ nəzərdə tutulur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd ağ rəngli 750 əyarlı üzük, bir cüt ağ rəngli 750 əyarlı qaşlı üzük, bir ədəd ağ rəngli 750 əyarlı qaşlı qolbaq, bir ədəd ağ rəngli 750 əyarlı qaşlı boyunbağının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi - 150 manat Cənub Qiymətləndirici MMC-nin hesabına (kod 504357 VOEN 990001901, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) Təqsirləndirilən şəxs tutulub köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut bir ədəd ağ rəngli 750 əyarlı üzük, bir cüt ağ rəngli 750 əyarlı qaşlı üzük, bir ədəd ağ rəngli 750 əyarlı qaşlı qolbaq, bir ədəd ağ rəngli 750 əyarlı qaşlı bpoyunbağının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alısın. İş üzrə məhkəmə xərci kimi müstəqil qiymətləndirici tərəfindən aparılmış tədqiqatın dəyəri olan 150 manat Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-in hesabına ödənilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlənşəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-175/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-175/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver