Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-176/2023 12.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun Müdafiəçi iştirakları ilə, saat 15:00 xx xxxxxxxx 1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 04 dekabr 2022-ci il tarixdə Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 3 (üç) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,422 qr; -0,496 qr; -0,604 qram; ümumi təmiz çəkisi –1,522 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 04 dekabr 2022-ci il tarixdə, saat 20:30-da Lənkəran şəhəri, M.B.Axund küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin şəffaf rəngli sellofana kəsiklərinə bükülmüş halda əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evlidir, avtomobil təmiri ilə məşğul olmaqla ailəsini dolandırır. Lənkəran şəhəri, M.B.Axund küçəsi ev 2-də ailə üzvləri ilə birlikdə yaşayır. 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran şəhəri, M.B.Axund küçəsində olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduğunu və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-yə aparmışlar. Şöbədə olarkən Faiq adlı polis işçisi və digər polis əməkdaşları onu döymüş, 3 ədəd bükümdə narkotik vasitə heroini onun cibinə qoymuş və özünün şəxsi istifadəsi üçün alması ilə bağlı ifadə verməyə məcbur etmişlər. O da döyüldüyü üçün qorxaraq şifahi sorğu zamanı ona verilmiş narkotik vasitə heroinin və elektron tərəzinin özünün şəxsi istifadəsi üçün aldığını bildirmiş, eləcə də ibtidai istintaq zamanı həmin məzmunlu etirafedici ifadələr vermişdir. Polis işçiləri tərəfindən döyüldüyü üçün xəsarət almışdır. Təqsirləndirilən şəxs son sözündə saxlanılarkən üzərində heç bir narkotik vasitə olmadığını bildirərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilir. Rəsmi olaraq heç yerdə işləmir. Evlidir. Lənkəran şəhəri, M.B.Axund küçəsi ev 2-də ailə üzvləri ilə birlikdə yaşayır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il Salyan Rayon Məhkəməsinin qərarı ilə 3 ay 2 gün müddətinə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad şərti olaraq azad edilmişdir. 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. xx.xx.2022-ci il tarixdə saat 16:00-da yaşadığı evdən çıxıb, Lənkəran şəhəri “kiçik bazar” ərazisinə getmişdir. Oradan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən üç bükümdə 30 manata narkotik vasitə heroin almışdır. Bir müddət Lənkəran şəhəri ərazisində gəzdikdən sonra yaşadığı ünvana gəlmişdir. Həmin gün saat 20 radələrində narkotik vasitə qəbul etmək üçün Lənkəran şəhəri, M.B.Axund küçəsində olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduğunu və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-yə aparmışlar. Polis şöbəsində olan otaqların birində hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin və tanımadığı mülki iki şəxsin iştirakları ilə fotoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Sonra ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Bu zaman əynindəki boz şalvarın sağ arxa cibindən aldığı 3 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar edilərək götürülmüşdür. Daha sonra üzərindən ona məxsus bir ədəd “Nokia” markalı mobil telefon və bir ədəd alışqan aşkar edilmişdir. Həmin bükümlər elekton tərəzidə çəkilmiş və çəkisinin 1,61 qram olması məlum olmuşdur. Aşkar olunan 3 ədəd bükümlərin içərisinə baxış zamanı həmin bükümlərin içərisində qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddə olması məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Narkotik vasitələrin istifadəçisi olduğuna və həmin maddələri istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə heroini satmaq fikir olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Lənkəran şəhərrayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayoru rütbəsindədir. İcraatına Lənkəran şəhəri, X13 küçəsi ev 2-də qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı icraatına daxil olmuş əməliyyat məlumatının icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək Lənkəran ŞRPŞ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Baləddin oğlu və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. 04 dekabr 2022-ci il tarixdə, saat 20 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.B.Axund küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə fotoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, o da, bu təklifən sonra əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 3 (üç) ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Götürülmüş 03 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,61 qram olmuşdur. Götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 04 dekabr 2022-ci il tarixdə Lənkəran şəhərin “kiçik bazar” ərazisində olan zaman tanımadığı şəxsdən 30 manata şəxsi istifadə etmək məqsədilə aldığını bildirmişdir. Həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatlar öz təqsdiqini tapmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid4 və Şahid5 Söhrab oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə saat 20:30-da saxlanılmış, saat 20:50-də isə şübhəli şəxs qismində tutulmuşdur. 04 dekabr 2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın arxa sağ cibindən 3 ədəd narkotik vasitə heroinə bənzər şəffaf rəngli bükümlər və həmin şalvarın sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 3 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 05 dekabr 2022-ci il tarixli 19/1234 nömrəli rəyindən görünür ki, "vət. Təqsirləndirilən şəxs üzərindən çıxan kütlələr....” sözlər və imzalar olan zərfdəki 3 ədəd bükümlərdə ayrı-ayrılıqad təmiz çəkiləri: -0,422 qr; -0,496 qr; -0,604 qr: ümumi təmiz çəkisi -1,522 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Şükürov X6 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 237.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 3 ay 2 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-388/2022 saylı, xx.xx.2022-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 1(049)-157/2017 saylı, 22 iyun 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 237.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-790/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən Şükürov X6 Rayon Məhkəməsinin 1(049)-157/2017 saylı, 22 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 02 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1215 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ diz oynağı, sağ baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yıxılaraq əmələ gələ bilməsi istisna edilmir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmin rəyin təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs tutulmamışdan bir neçə gün əvvəl yaşadığı evdə yıxılaraq bədən xəsarəti aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından xx.xx.2023-cü il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən keçirilmiş tibbi müayinə zamanı onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilmişdir. Lənkəran Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 222C-22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin olması və həmin xəsarətlərin Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən yetirilib-yetirilməməsi xüsusatı üzrə rayon prokurorluğunda araşdırma aparılmış, qeyd olunanlarla bağlı 222C- 2022 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şükürov X6 şəhəri, M,B.Axund küçəsi ev 2-də qeydiyyatda olmaqla arvadı X1, qızları – xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2003-cü il təvəllüdlü X5 və oğlu xx.xx.2004-cü il təvəllüdlü X8 ilə birlikdə yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə edilir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 121 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi -1,522 qram (qalıq-1,372 qram) olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və ekspertizadan qaytarılmış üç ədəd bükümdə 1,372 qram narkotik vasitə heroin saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışlarının “təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitənin olmaması, onun polis əməkdaşları tərəfindən döyülərək üzərinə narkotik vasitə qoyulması, polis əməkdaşları tərəfindən döyüldüyü üçün xəsarət alması və polis tərəfindən döyüldüyü üçün ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur edilməsi, habelə təqsirləndirildiyi maddə üzrə ona bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə narkotik vasitə əldə etməsi və üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1215 №-li rəyində müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş dərəcələri təyin edilməyən xəsarətlərin müddətinin müayinədən 2-3 gün əvvələ uyğun gəldiyi, həmin xəsarətlərin yıxılaraq əmələ gələ bilməsi istisna edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tutulmamışdan bir neçə gün əvvəl yaşadığı evdə yıxılaraq bədən xəsarəti aldığını bildirmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından xx.xx.2023-cü il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs tibbi kitabçanın kserosurətində Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən keçirilmiş tibbi müayinə zamanı onun bədəni üzərində xəsarətlərin olması qeyd edilmişdir. Göstərilən xüsusatların, o cümlədən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətlərin yıxılma nəticəsində deyil, polis işçiləri tərəfindən döyüldüyü üçün əmələ gəlməsi barədə məhkəmə iclasında verdiyi bəyanat üzrə araşdırma aparılmasından ötrü Lənkəran Rayon Prokurorluğuna müvafiq məktub ünvanlanmış, Lənkəran Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 222C-22 nömrəli məktubda Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin olması və həmin xəsarətlərin Lənkəran ŞRPŞnin əməkdaşları tərəfindən yetirilib-yetirilməməsi xüsusatı üzrə rayon prokurorluğunda araşdırma aparıldığı, qeyd olunanlarla bağlı 222C-2022 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 dekabr 2022-ci il tarixli qərar qəbul edildiyi bildirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirilməsi ilə bağlı xüsusatlar, Lənkəran Rayon Prokurorluğu tərəfindən aparılmış bağlı 222C-2022 saylı yoxlama materialı üzrə öz təsdiqini tapmamış, Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3 tərəfindən 222C- 2022 saylı yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin xüsusatlara 15 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında hüquqi qiymət verildiyindən, təkrarən eyni xüsusatların araşdırılmasına zərurət görülməmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirməklə yanaşı, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki təzyiq və təsir göstərilmədiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrində 04 dekabr 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş 3 büküm narkotik vasitə heroinin ona məxsus olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilmədiyini göstərmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı, Təqsirləndirilən şəxs himayəsində uşaqlarının olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 03 ədəd bükümdə 1,372 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 03 ədəd bükümdə 1,372 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-176/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-176/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver