Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-176/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə, saat 16 radələrində Lənkəran rayonu, Kosalar kəndində yerləşən fərdi yaşayış evinin həyətində əmisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyəsinə qəsdən kəllə ilə və dodaq nahiyəsinə qəsdən yumruqla vurmaqla ona - alın nahiyəsində əzilmiş yara, alt dodaq nahiyəsində qançırdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir. Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı evin həyətində olan zaman əmisi Zərərçəkmiş şəxs onun fərdi yaşayış evinə gələrək, onun saxladığı itin həyətinə daxil olduğunu bildirmişdir. O, isə Zərərçəkmiş şəxs həmin itin ona məxsus olmadığını bildirərək, Zərərçəkmiş şəxs həyətindən çıxmasını istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlədib əli ilə sinə nahiyəsindən itələdiyi üçün o, da, əsəbləşib kəllə ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə, yumruqla dodaq nahiyəsinə bir zərbə vurmuşdur. Zərərçəkmiş şəxs yerə yıxıldıqda, o, oradan uzaqlaşmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxladığı itin həyətində olduğunu görmüşdür. O, da, Təqsirləndirilən şəxs onun evinin yaxınlığında yerləşən fərdi yaşayış evinə gedərək, Elçinə həmin itə niyə sahib çıxmadığını bildirdikdə, Təqsirləndirilən şəxs ona kobud cavab verərək, üzərinə gəlib həyətindən çıxmağını istəmişdir. O, da, Təqsirləndirilən şəxs sinəsindən itələmiş və Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun sol göz nahiyyəsinə kəllə ilə, dodaq nahiyyəsinə yumruqla bir zərbə vurmuşdur. O, yerə yıxıldıqda, Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra o, Lənkəran RMX-na məlumat vermişdir. O, ilk öncə Təqsirləndirilən şəxs qardaşıoğlu olmasını nəzərə alıb, Elçin barəsində şikayət etmək istəmədiyi üçün Lənkəran RMX-da yıxılaraq xəsarət aldığını bildirmişdir. Sonradan isə xx.xx.2024-cü il tarixdə qardaşı oğlu Elçinin onu döyməsini qəbul edə bilməyib Lənkəran ŞRPŞ-na müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 19-23-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Kosalar kəndində yerləşən fərdi yaşayış evidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 24-25-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 481 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- alın nahiyəsində əzilmiş yara, alt dodaq nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 42-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkuum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-176/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-176/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver