Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-177/2024 05.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxx 1971-ci il tarixdə Lənkəran şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, oğurluq yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, 13 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Lənkəran şəhəri, A.Mahmudov küçəsi döngə 1, ev 24 ünvanında yerləşən yaşayış olmayan fərdi yaşayış evinin həyətinə, yəni yaşayış sahəsinə daş hasardan aşmaqla qanunsuz daxil olaraq bir mərtəbəli evin plastik materialdan olan yan pəncərəsini əli ilə itələyib açaraq evə daxil olub mətbəxdən bir ədəd, 110 manat qiymətində dörd piltəli qaz sobası, bir ədəd 20 manat qiymətində qiyməkeşi, bir ədədinin qiyməti 7 manat olmaqla üç ədədi 21 manat qiymətində mətbəx bıçağı, yataq otağından bir ədəd, 3x4 metr ölçüdə, 250 manat qiymətində kaşmir xalçanı, bir ədədinin qiyməti 100 manat olmaqla üç ədədi 300 manat qiymətində yorğan üzlüyü, bir ədəd 100 manat qiymətində tozsoranı, bir ədədinin qiyməti 200 manat olmaqla, iki ədədi 400 manat qiymətində, üzərində gül şəxkli təsvir olunmuş, 3x4 metr ölçüdə palazı və bir ədədinin qiyməti 50 manat olmaqla dörd ədədi 200 manat qiymətində kreslo üstlüyü olmaqla - Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 1401 (bir min dörd yüz bir) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o. təkrarən oğurluq yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, 14 fevral 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Lənkəran şəhəri, H.Əliyev prospekti ev 177 ünvanında yerləşən yaşayış olmayan fərdi yaşayış evinin həyətinə, yəni yaşayış sahəsinə daş hasardan aşmaqla qanunsuz daxil olaraq bir mərtəbəli evin taxta qapısını açaraq evə daxil olub otaqda olan bir ədəd 100 x 130 sm ölçüdə, 50 manat qiymətində olmaqla 2 ədəd 100 manat qiymətində xalça, bir ədədinin qiyməti 50 manat olmaqla iki ədəd, 100 manat qiymətində xəz gödəkçə və bir ədəd 70 manat qiymətində “Bosch” markalı tozsoranı, bir ədəd 60 manat qiymətində “Eurolux” markalı elektrikli ətçəkən maşını olmaqla - Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 330 (üç yüz otuz) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, 14 fevral 2024-cü ildə Lənkəran şəhəri, “Kiçik Bazar" adlanan ərazidə müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi -0,998 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 14 fevral 2024-cü il tarixdə, saat 15:55-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri, V.Nağıyev küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, qeyd edilən əməlləri o, törətmişdir, hazırda əməlindən peşmandır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin 124-126-cı vərəqlərində olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən məhkəmədə verdiyi ifadəsində fərqli olaraq göstərmişdir ki, « o, ünvan 3-da ailə üzvlərdə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən 20 ildən çoxdur ki, narkotik vasitələrdən. 5 ildən çoxdur ki, psixotrop maddə metamfetamindən zərdə çəkmək yolu ilə istifadə edir. Bu səbəbdən həmin maddələrə aslılığı yaranmışdır. Həmin maddələrdən istifadə etmədikdə bədənimdə şiddətli ağrılar olur. Çox vaxt tanımadığı şəxslərdən alıb həmin maddələri qəbul edir. 14 fevral 2024-cü il tarixdə saat 10 radələrində Lənkəran şəhəri, “Kiçik Bazar” ərazisində olduğum zaman əvvəllərdə “şüşə” yəni metamfetamin aldığı, adını bilmədiyi şəxsi görüb ondan istifadəsi üçün metamfetaminin ona satmasını istəmişdir. Bu zaman həmin şəxs ona üzərində təxminən 1 qrama yaxın heroin olduğunu və 10 manat satdığını bildirmişdir. O da həmin şəxsə 10 manat pul verib həmin metamfetamin bükümünü alıb üzərinə qoymuşdur. Həmin günü saat 15 radələrində aldığı metamfetamin bükümünü əynindəki şalvarın sağ yan cibinə qoyub çıxıb Lənkəran şəhəri V.Nağıyev küçəsi ərazisində gəzməyə başlamışdır. Həmçinin, həmin maddələrdən istifadə etmək üçün sakit yer axtararan zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb, özlərini Lənkəran ŞRPŞ-nın əməkdaşları olduqlarını ona bildirmişlər. Onlar ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da yerləşən polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi dəvət edib, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o. əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmişdir. Təqdim eldiyi bükümün içərisində “şüşə”, yəni metamfetamin olduğunu bildirmişdir. Həmin psixotrop maddə metamfetamini saxlanıldığı gün üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra aşkar olunmuş bir büküm metamfetamin ekspertizaya təqdim olunması məqsədilə zərfə qoyularaq, bağlanıb və möhürlənmişdir. Bildirmişdir ki, daimi iş yeri və gəliri yoxdur. Günəmuzd fəhləlik etməklə özünü dolandırır. Narkotik vasitələrin və psxiotrop maddələrin aludəçisi olduğuna görə və həmin vasitələri almağa pulu olmadığı vaxtlarda oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 13 yanvar 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt Lənkəran şəhəri ərazisinə qar yağmış və işıqlar da sönmüşdür. Lənkəran şəhəri, V.Nağıyev küçəsinə bitişik olan A.Mahmudov küçəsi ilə hərəkətdə olan zaman sahibini uzaqdan tanıdığım və Bakıda yaşadığını bildiyi ev 24-ün qarşısına gəlmişdir. Bu zaman evə daş hasardan daxil olmuşdur. Evin yan tərəfdən pəcərəsini itələdikdə pəncərə açılmışdır. Bu zaman evin içərisinə daxil olmuşdur. Evin otaqlarını bir-bir gəzib mətbəxə doğru getmişdir. Mətbəxdə quraşdırılmış qaz sobasını açmışdır.Sonra oradan bir ədəd qiyməkeşi və 3 ədəd mətbəx bıçağını Sonra yataq otağına gedib orada bir ədəd xalçanı, 3 ədəd yorğan üzlüyünü, 4 ədəd kreslo üstlüyünü və 2 ədəd palazı görüb götürmüşdür. Həmin otaqdan çıxıb qonaq otağına daxil oldum. Oradan markasını xatırlamadığı tozsarının olduğunu görüb onu da oğurlayaraq götürmüşdür. Sonra evə daxil olduğu pəncərədən həmin əşyaları bir-bir çölə qoymuşdur. Daha sonra həmin əşyaları bir-bir həyətdən çıxarıb kolluq ərazidə gizlətmişdir. Təxminən 1 həftə sonra həmin əşyaları səyyar əşya yığan tanımadığım şəxslərə 55 manata satmışdır. Bundan başqa 13 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixə geçən saat 02 radələrində yaşadığı evdən çıxıb küçə ilə piyada hərəkət edib üzü Lənkəran şəhəri, H.Əliyev prospektinə doğru hərəkət etməyə başlamışdır. Lənkəran şəhəri, Lİ.Əliyev prospektinə doğru hərəkət etdikdə əvəllər tanığıdı və həyətində işlədiyim mərhum Alla adlı qadına məxsus olmuş sonradan Namiq adlı qonşusun satın aldığı həyət evi diqqətini çəkmişdir. Həmin evdə gecə saatlarında heç kimin olmadığını bilib, o evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Belə ki. evin qarşısına gəlib, daş hasarından içəri doğru tullanmışdır. Bu zaman evin taxtadan olan giriş qapısına tərəf yaxınlaşdıqda qapının açıq vəziyyətdə olduğunu görüb içəri daxil olmuşdur. Evin otaqların birində 2 ədəd xalçanı, digər otaqda tozsoranı və iki ədəd qadın paltosunu, elektrikli ətçəkən maşını görüb götürmüşdür. Sonra evdə başqa satılası bir əşya olmadığını görüb, gəldiyi kimi həyətdən çıxmışdır. Sonra oğurladığı həmin əşyaları işlənmiş əşyalar alan səyyar satıcılara vəmi 50 manata satmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini, ona qarşı hansısa qanunsuzluq edilmədiyini bildirmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, oğurluq etdiyi yerlərə getdiyi zaman tək olduğunu və bu barədə kiməsə məlumat vermədiyini bildirmişdir.» Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 20 il əvvəl Lənkəran şəhəri, A.Mahmudov küçəsi döngə 1, ev 24-də yerləşən fərdi yaşayış evini almışdır. Buna baxmayaq uzun müddət neft emalı sahəsində mühəndis-texnoloq işlədiyinə görə Bakı şəhərində yaşamışdır. Hər 3-4 aydan bir Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinə gəlib həmin evə nəzarət etmişdir. Həmçinin qonşuluqda yaşayan Aydın adlı şəxsdən xahiş etmişdir ki, evdə olmadığı zaman evə nəzarət etsin. xx.xx.2024-ü il tarixdə Aydın adlı qonşusu ona zəng edərək, Lənkəran şəhərində yerləşən evinin pəncərəsinin açıq olduğunu bildirmişdir. Həmin məlumatı aldıqdan sonra dərhal DİN-in 102 xidmətinə zəng edib məlumatı vermişdir. 16 yanvar 2024-cü il tarixdə oğlu Kamran Şükürovla birgə Lənkəran şəhərinə gəlmişdir. Yaşadığı evə daxil olan zaman evin pəncərəsinin açıq halda olduğunu görmüşdür. Evin içərisinə daxil olduqda oranın dağıımq vəziyyətdə olduğunu və naməlum şəxsin evdən oğruqluq etdiyini bilmişdir. Bir-bir otaqları gəzdikdə mətbəx otağından 110 manat dəyərində dörd gözlü qaz sobasının, yataq otağında bir ədəd 1 ədəd, 3x4 metr ölçüdə, 250 manat dəyərində xalça, bir ədəd 100 manat, 3 ədədi 300 manat dəyərində yorğan üzlüyü, 100 manat dəyərində tozsoran, 1 ədəd, üzərində gül şəkli təsvir olunmuş, 200 qiymətində, 3x4 metr ölçüdə olmaqla 2 ədədin qiyməti 400 manat olan palazın, bir ədədinin qiyməti 50 manat qiymətində, 1x3 metr ölçüdə olan, 4 ədədinin qiyməti 200 manat olan kreslo üstlüyü, bir ədəd 20 manat qiymətində qiyməkeş, bir ədədinin qiyməti 7 manat, 3 ədədinin qiyməti 21 manat olan mətbəx bıçağının oğurlandığını bilmişdir. Həmin tarixdə Lənkəran ŞRPŞ-ya ərizə ilə müraciət etmişdir. Polis əməkdaları yaşadığı evdə gəlib baxış keçirimişlər. Sonradan yaşadığı evdən oğruluğu, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilməsini bilmişdir. Hazırkı vaxtadək maddi ziyanı ona qaytarılmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Lənkəran şəhəri, H.Əliyev küçəsi 177 nömrəli ev onun mülkiyyətindədir. Evin alan zaman evin içərisində olan bütün əşyalarla birlikdə almışdır. Həyətdə bir mərtəbəli olmaqla iki ev mövcuddur. Küçə qapısından içəri daxil olduqda bir mərtəbəli, üç otaqdan ibarət əsas fərdi yaşayış evi yerləşir. Onun arxasında isə bir mərtəbəli xırda ölçülərdə iki otaqlı saxlanc kimi istifadə edilən evdən ibarətdir. Həyətyanı ərazi daşla hasarlanmışdır. 13 fevral 2024-cü il tarixdə saat 20 radələrində həmin evə gedib nəzarət edib öz yaşadığı evə qayıtmışdır. 14 fevral 2024-cü il tarixdə saat 08-09 radələrində yeni aldığı evə baş çəkməyə getmişdir. Bu zaman evin küçə darvazasının laylarının aralı olduğunu görmüşdür. Həmin an həyətə kiminsə girdidiyindən şübhələnmişdir. Dərhal küçə darvazasından həyətə daxil olduqda həyətdə olan bir mərtəbəli evin taxta qapılarının çöl tərəfə açıq olduğunu görmüşdür. Dərhal evin içərisinə daxil olub baxdıqda, yataq otağınında olan çarpayının dağınıq vəziyyətdə olduğunu, evin həyətə baxan pəncərəsinin isə açıq olduğunu, pəncərədə olan dəmir barmaqlığın isə əyildiyi görmüşdür. Evin içrisinə baxdıqda yataq otağından 1 ədəd 50 manat olmaqla 2 ədədi 100 manat qiymətində xalça, paltar şkafından 1 ədəd 50 manat olmaqla 100 manat qiymətində 2 ədəd qadın şubası, bir ədəd 70 manat dəyərində “Bosh” markalı tozsoran, mətbəxdən isə 60 manat dəyərində “eurolux markalı” elektrikli ət maşını oğurlandığını görmüşdür. Bu səbəbdən həmin tarixdə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə polisə məlumat vermişdir. Polis əməkdaları yaşadığı evdə gəlib baxış keçirimişlər. Sonradan ona məlum olmuşdur ki, yaşadığı evdən oğruluğu, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilmişdir. Baş vermiş hadisə zamanı ona təxminən 330 (üç yüz otuz) manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırkı vaxtadək maddi ziyanı ona qaytarılmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin narkotiklərlə mübarizə qurupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Lənkəran şəhəri, V.Nağıyev küçəsi ev ev 9-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün polis mayoru X3, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 14 fevral 2024-cü il tarixdə, saat 15:55 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, V.Nağıyev küçəsi ərazisində yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özünü təqdib edib, üzərində qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26da yerləşən Lənkəran ŞRPŞ-nın inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristallardan ibarət metamfetaminə bənzər maddə olması məlum oldu. Şifahi suallara cavab olaraq aşkar edilmiş bükümün ona məxsus olmasını, saxlanıldığı gün yəni, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri ərazisində üzdən tanıdığı lakin, ad və soyadının bilmədiyi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat aldığını bildirmişdir. Həmçinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs başqa cinayədə iştirak edib etməməsi sualına o, təxminən 10-15 gün əvvəl qonşuluqda yaşayan evlərdən məişət əşyaları oğurladığını bidlirmişdir. Sonra aşkar edilmiş bir ədəd büküm məhkəməkimyəvi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 14 fevral 2024-cü il tarixdə, saat 15:55 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri, V.Nağıyev küçəsi ərazisində yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özünü təqdib edib, üzərində qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da yerləşən Lənkəran ŞRPŞ-nın inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristallardan ibarət metamfetaminə bənzər maddə olması məlum oldu. Şifahi suallara cavab olaraq aşkar edilmiş bükümün ona məxsus olmasını, saxlanıldığı gün yəni, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri ərazisində üzdən tanıdığı lakin, ad və soyadının bilmədiyi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat aldığını bildirmişdir. Həmçinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs başqa cinayədə iştirak edib etməməsi sualına o, təxminən 10-15 gün əvvəl qonşuluqda yaşayan evlərdən məişət əşyaları oğurladığını bidlirmişdir. Sonra aşkar edilmiş bir ədəd büküm məhkəmə-kimyəvi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin 58-63-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 yanvar 2024-cüil tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən ünvan ünvan 1. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin mətbəxdən 110 manat dəyərində dörd gözlü qaz sobasının, yataq otağında bir ədəd 1 ədəd, 3x4 metr ölçüdə, 250 manat dəyərində xalça, bir ədəd 100 manat, 3 ədədi 300 manat dəyərində yorğan üzlüyü, 100 manat dəyərində tozsoran, 1 ədəd, üzərində gül şəkli təsvir olunmuş, 200 qiymətində, 3x4 metr ölçüdə olmaqla 2 ədədin qiyməti 400 manat olan palazın, bir ədədinin qiyməti 50 manat qiymətində, 1x3 metr ölçüdə olan, 4 ədədinin qiyməti 200 manat olan kreslo üstlüyü, bir ədəd 20 manat qiymətində qiyməkeş, bir ədədinin qiyməti 7 manat, 3 ədədinin qiyməti 21 manat olan mətbəx bıçağını oğurlanmasını göstərmişdir. Cinayət işinin 75-80-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 fevral 2024-cüil tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən ünvan ünvan 2ə yerini təqdim edən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yataq otağından 1 ədəd 50 manat olmaqla 2 ədədi 100 manat qiymətində xalça, paltar şkafından 1 ədəd 50 manat olmaqla 100 manat qiymətində 2 ədəd qadın şubası, bir ədəd 70 manat dəyərində “Bosh” markalı tozsoran, mətbəxdən isə 60 manat dəyərində “eurolux markalı” elektrikli ət maşını oğurlanmasını göstərmişdir. Cinayət işinin 29-31-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 15:55 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, V.Nağıyev küçəsi ilə piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş və zərfə qoyularaq götürülmüşdür. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata almışdır. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və Lənkəran şəhəri, V.Nağıyev küçəsində bir neçə evdən oğruluq etdiyini bildirmişdir. Cinayət işinin 44-45-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2024- cüil tarixli 19/142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsn üzərindən aşkar edilmiş bir ədəd bkümdə metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,998 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqatın dəyəri 60 manatdır. Tədqiqatdan sonra qalıq 0.948 qramdır. Cinayət işinin 143-cü vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 fevral 2024-cüil tarixli 162 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan aslılıq sindromu (polinarkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 fevral 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Qeyd olunmuş bir ədəd, dörd plitəli qaz sobasının qiyməti 110 manatdır. Qeyd olunmuş bir ədəd, 3x4 metr ölçüdə kaşmir xalçanın qiyməti 250 manatdır. Qeyd olunmuş üç ədəd yorğan üzlüyünün bir ədədinin qiyməti 100 manat olmaqla üç ədədinin cəmi qiyməti 300 manatdır. Qeyd olunmuş bir ədəd tozsoranın qiyməti 100 manatdır. Qeyd olunmuş iki ədəd, üzərində gül şəkli təsviri əks olunmuş, 3x4 metr ölçüdə palazın bir ədədinin qiyməti 200 manat iki ədədinin cəmi qiyməti 400 manatdır. Qeyd olunmuş dörd ədəd kreslo üstülüyünün bir ədədinin qiyməti 50 manat olmaqla dörd ədədinin cəmi qyməti 200 manatdır. Qeyd olunmuş bir ədəd qiyməkeşin qiyməti 20 manatdır. Qeyd olunmuş üç ədəd bıçağın bir ədədinin qiyməti 7 manat olmaqla cəmi qiyməti 21 manatdır. Qeyd olunmuş iki ədəd 100 x 130 sm ölçüdə xalçanmm bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 100 manatdır. Qeyd olunmuş iki ədəd xəz gödəkçənin (şuba) bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 100 manatdır. Qeyd olunmuş bir ədəd “Bosh” markalı, tozsoranın qiyməti 60 manatdır. Qeyd olunmuş bir ədəd “Eurolux” markalı, elektrikli ətçəkən maşının qiyməti 70 manatdır. Cinayət işinin 160-161-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Maddi sübut hesab edilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə təmiz çəkisi 0,998 (qalıq 0,948) qram psixotrop maddə metamfetamin və onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu videogörüntüyə dair 01 ədəd DVD disk 01 may 2024-cü il tarixli qərarla maddi sübut hesab edilmişdir. Cinayət işinin 152-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 15.55-də saxlanılmış, həmin gün, saat 16.15-də-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 136-137-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin güb saat 15.30-da azad edilmişdir. Cinayət işinin 175-176-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Babayev X1 şəhəri, V.Nağıyev küçəsi ev 9 ünvanında qeydiyyatda olmaqla tək yaşayır, yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla mehriban münasibətdə olmamış, məhəllədə keçirilən abadlıq işlərində heç bir köməklik göstərməmiş, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədən gizləniyi üçün Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və barəsində axtarış elan edilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19.30-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı 0.9988 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 9-12-ci bəndlərində göstərilmişdir ki, Özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CMnin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Özgə əmlakının oğurluq, soyğunçuluq və ya quldurluq yolu ilə qabaqcadan əlbir olan iki və ya daha çox şəxs və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən talanmasından ibarət hərəkətlər tövsif edilərkən, məhkəmələr nəzərə almalıdır ki, cinayətin törədilməsi gedişində qabaqcadan digər şəxslərlə əlbir olmayan şəxs, qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməkdə iştirak etmişsə, belə şəxs onun özü tərəfindən şəxsən törətdiyi konkret hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır. CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə məxsus ayrı-ayrılıqda 1401 manat və 330 manat dəyərində əmlakı oğurlanmışdır ki, bu əməllər təqsirləndirilən şəxsin oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.1-ci maddəsinə əsasən təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirildiyi CM-nin 177.2.2; 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal, habelə CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasıını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını, oğurluq cinayətini törətməkdə məqsədinin narkotik vasitə əldə etmək olmasını, habelə hazırda vurulmuş ziyanı ödəməməsini və zərərçəkmiş şəxslərin maddi ziyanı tələb etməsinə dair mövqələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər. CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəslərində çəkilməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək tutulduğu iki gün təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 19 fevral 2024-cü il tarixli rəyərinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan qaytarılmış psixotrop maddə metamfetaminin 0.948 qram qalığı CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslər tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 14 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Maddi sübut - Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan qaytarılmış psixotrop maddə metamfetaminin 0,948 qram qalığı məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi – 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-177/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-177/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver