Məhkəmə qərarları › İş №1(049)-178/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-178/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-178/2023 26.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 11:30 xx xxxx 1998-ci il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran Rayon Məhkəməsinin 1(049)-146/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 1185/2021 nömrəli 09 dekabr 2021-ci il tarixli qərarı ilə Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, məhkumluğu ödəniməmiş və götürülməmiş, Lənkəran şəhəri Nəsimi küçəsi ev 86-da qeydiyyatda olmaqla Lənkəran şəhəri Əliağa Vahid küçəsi ev 23-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə 04 radələrində Lənkəran rayonu, Şilavar kəndində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin kənddə yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan həyətə hasardan tullanmaq yolu ilə qanunsuz daxil olaraq həmin həyətdə yerləşən, dəmir materialdan olan saxlanc yerinə qapının qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olub orada saxlanılan, Zərərçəkmiş şəxs2 məxsus olan 500 manat dəyərində bir ədəd qaynaq aparatı, 50 manat dəyərində bir ədəd laqonda, həmin saxlan yerində saxlanılan, X4 xalası Zərərçəkmiş şəxs1 məxsus olan 120 manat dəyərində “Eurolux” markalı ət maşını, 35 manat dəyərində 1 ədəd mikser, bir ədədinin qiyməti 35 manat, bir ədədinin qiyməti 25 manat, ümumi qiyməti 60 manat olan nikel materiallı 2 ədəd qəhvədan, bir ədədinin qiyməti 65 manat, ümumi qiyməti 195 manat olan 3 ədəd “Tefal” markalı qazan, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 40 manat olan 2 ədəd çərəzqabı, qiyməti 7 manat olan 1 ədəd plasmas materiallı padnos, bir ədədinin qiyməti 4 manat, ümumi qiyməti 96 manat olan 24 ədəd ağ zərli boşqab, 180 manat dəyərində, çemodanda olan çəngəl-bıçaq naboru, bir ədədinin qiyməti 9 manat, ümumi qiyməti 27 manat olan 3 ədəd ağ rəngli böyük boşqab, 63 manat dəyərində 1 ədəd “Tefal” markalı, yaşıl rəngli qulpsuz tava, 63 manat dəyərində “Tefal” markalı, ağ çilli, qulplu tava, 400 manat qiymətində “Tefal” markalı tava-qazan dəsti, 35 manat qiymətində qaşıq dəsti, bir ədəd 15 manat qiymətində qiyməkeş, bir ədəd 20 manat qiymətində blender, bir qutusunun qiyməti 25 manat, ümumi qiyməti 50 manat olan 2 qutu çexol-mələfə dəsti, bir ədədinin qiyməti 12 manat, ümumi qiyməti 36 manat olan 3 ədəd qətifə, bir ədəd 35 manat qiymətində üzqırxan dəsti, bir ədəd 35 manat qiymətində divar saatı, bir dəst 100 manat qiymətində peçenye maşını, bir ədəd 3 manat qiymətində şəkərbura qəlibi, bir ədəd 5 manat qiymətində fındıqqıran, bir ədəd 3 manat qiymətində limonsıxan, bir ədəd 2 manat qiymətində qıf, bir ədəd 6 manat qiymətində sürtgəc, 1 ədədinin qiyməti 2 manat 50 qəpik, ümumi qiyməti 5 manat olan 2 ədəd qab altlığı, bir ədəd ədəd 4 manat qiymətində tort süpürgəciyi, bir ədəd 4 manat qiymətində bıçaq, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan iki ədəd iri bıçaq, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 20 manat olan 4 ədəd çörəkqabı, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 9 manat olan 3 ədəd tort bıçağı, bir ədəd 3 manat qiymətində uzun qulplu taxta qaşıq, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan 2 ədəd çuqun qab, bir ədəd 25 manat qiymətində çuqun padnos, bir ədədin qiyməti 10 manat, ümumi qiyməti 20 manat olan 2 ədəd ağ rənli çuqun qab, bir ədəd 10 manat qiymətində göy rəngli çuqun qab, bir ədədinin qiyməti 12 manat, ümumi qiyməti 36 manat olan 3 ədəd ağ rəngli çuqun boşqab, 25 manat dəyərində bir ədəd göy rəngli çuqun qab, 25 manat qiymətində bir ədəd çuqun qazan, bir ədədinin qiyməti 14 manat, ümumi qiyməti 70 manat olan 5 ədəd qazan, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 6 manat olan 6 ədəd zərli armudu stəkan, bir dəstinin qiyməti 6 manat, ümumi qiyməti 18 manat olan stəkan-nəlbəki dəsti, bir ədədinin qiyməti 9 manat, ümumi qiyməti 63 manat olan 7 ədəd iri qaşıq, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 36 manat olmaqla bir qutuda olan 18 ədəd çəngəl, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 12 manat olan 6 ədəd yağ bıçağı, bir dəstinin qiyməti 20 manat, ümumi qiyməti 40 manat olan iki dəst xörək qaşığı, 5 manat qiymətində bir ədəd sarmısaq sıxan, 5 manat qiymətində bir ədəd kəfkir, 6 manat qiymətində bir dəst yağ bıçağı, 7 manat qiymətində bir ədəd çömçə, 1 metrinin qiyməti 12 manat, ümumi qiyməti 24 manat olan 2 metr yaşıl parça, 1 metrinin qiyməti 12 manat, ümumi qiyməti 18 manat olan 1 metr 50 santimetr qırmızı parça, 60 manat qiymətində bir ədəd saç qurutma feni, 16 manat qiymətində bir dəst desert qaşığı, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 10 manat olan 5 ədəd bıçaq, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 12 manat olan 12 ədəd çay qaşığı, 8 manat qiymətində 1 ədəd plasmast materialdan olan qab, 36 manat qiymətində bir ədəd çömçə-kəfkir dəsti, 30 manat qiymətində bir ədəd taxta qaşıq dəsti, 9 manat qiymətində bir dəst çay qaşığı, 4 manat qiymətində bir ədəd peçenye fiquru, 15 manat qiymətində bir ədəd tərəvəzkəsən nabor, 3 manat qiymətində bir ədəd kartofkəsən bıçaq, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 8 manat olan 4 ədəd butulka açarı, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 36 manat olan 18 ədəd tort boşqabı, 34 manat qiymətində bir dəst kabab boşqabı, 17 manat qiymətində bir dəst sarı rəngli boşqab, 20 manat qiymətində bir ədəd çexol-mələfə, bir dəstinin qiyməti 15 manat, ümumi qiyməti 30 manat olan iki dəst stolüstü, 1 ədədinin qiyməti 15 manat, ümumi qiyməti 90 manat olan 6 ədəd xrustal stəkan, bir cütünün qiyməti 15 manat, ümumi qiyməti 90 manat olan 6 cüt dəsmal, 1 cütünün qiyməti 7 manat, ümumi qiyməti 56 manat olan 8 cüt çay dəsmalı, bir cütünün qiyməti 14 manat, ümumi qiyməti 70 manat olan 5 cüt əl-üz dəsmalı, 2 manat qiymətində bir ədəd xalça təmizləyən fırça, 6 manat qiymətində bir ədəd çömçə, 2 manat qiymətində bir ədəd qənd doğrayan, bir ədədini qiyməti 11 manat, ümumi qiyməti 22 manat olan iki ədəd qəndqabı, bir ədədinin qiyməti 4 manat, ümumi qiyməti 8 manat olan iki ədəd konfetqabı, 25 manat dəyərində bir ədəd alüminium materiallı qazan, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 12 manat olan 12 ədəd elektrik yuvası, qiyməti 12 manat olan bir ədəd nikkel materiallı süzgəc, qiyməti 3 manat olan bir ədəd istiotqabı, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 3 manat olan üç ədəd qaşıq, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 6 manat olan iki ədəd tərəvəz süzgəci, qiyməti 3 manat olan bir ədəd masa örtüsü, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 6 manat olan iki ədəd plastik qab, qiyməti 160 manat olan çilçıraq, qiyməti 12 manat olan bir ədəd nikkel materiallı çaydan, qiyməti 10 manat olan bir ədəd şüşə materiallı çaydan, qiyməti 35 manat olan bir ədəd qətifə, qiyməti 700 manat olan servis dəsti, qiyməti 40 manat olan stolüstü örtük, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 12 manat olan 12 ədəd çəngəl, qiyməti 7 manat olan bir ədəd daraq olmaqla Zərərçəkmiş şəxs2 550 manat dəyərində, Zərərçəkmiş şəxs1 3907 manat qiymətində, ümumilikdə isə 4457 (dörd min dörd yüz əlli yeddi) manat qiymətində özgənin əmlakını başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 09 dekabr 2022-ci il tarixdə, saat 03 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsindən təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin küçədə yerləşən, Zərərçəkmiş şəxs4 məxsus olan ofisə qapının daxili kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq ofisin içərisində olan masanın alt hissəsindəki siyirmənin içərisində qoyulmuş, 150 manat qiymətində bir ədəd “Samsung Galaxy J2 Core” markalı mobil telefon və 480 manat nağd pul olmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 630 (altı yüz otuz) manat qiymətində əmlakını təkrarən binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 16 dekabr 2022-ci il tarixdə, saat 04 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsindən təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin küçədə yerləşən 46/4 saylı binanın qarşısında saxlanılan, Zərərçəkmiş şəxs3 məxsus olan “BMW” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü tərəfdə olan qapısının pəncərəsini üzərində olan şamla sındırıb maşına daxil olaraq maşının qolaltı hissəsinin içərisində olan pulqabının içərisindəki 300 manat pul olmaqla Zərərçəkmiş şəxs3 əmlakını təkrarən gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, 2022-ci ilin dekabr ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, 3 (üç) ədəd bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,276 qram, 0,422 qram, ümumi təmiz çəkisi 1,028 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsidə piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 1ində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan heroin, sol yan cibindən isə üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, subaydır, heç bir yerdə işləmir. Lənkəran Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 09 dekabr 2021-ci il tarixdə barəsində amnistiya tətbiq edilib və cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Narkotik vasitə aludəçisidir, ilk dəfə 3 il bundan əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 20 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ilə hərəkətdə olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edərək ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində Səbuhi adlı və adlarını bilmədiyi digər polis işçiləri tərəfindən döyülərək, törətmədiyi halda Lənkəran şəhərində müxtəlif ünvanlarda baş vermiş oğurluq cinayətlərini və üzərində narkotik vasitə və heroin olması ilə bağlı ittihamları öz üzərinə götürmüş, ona istinad edilmiş oğurluq cinayətləri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, 26 sentyabr 2022-ci il tarixdə ümumiyyətlə Lənkəran şəhərində olmamış, Quba rayonu ərazisində olmuşdur. Bu xüsusat həmin vaxt üzərində olmuş mobil telefonda olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdə Quba rayonu üzrə anten dairəsinə olub-olmamasını müəyyənləşdirməklə təsdiq etmək olar. Narkotik vasitə istifadəçisi olsa da, polis tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və elektron tərəzi olmamış, polis işçiləri tərəfindən döyüldüyü üçün aşkar edilmiş narkotik vasitə və heroinin ona məxsus olduğunu bildirmiş, bu barədə etirafedici ifadələr verərək, müvafiq istintaq sənədlərinə imza etmişdir. Təqsirləndirilən şəxs son sözündə ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, polis əməkdaşları tərəfindən döyüldüyü üçün ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini bildirərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, heç bir yerdə işləmir. Lənkəran Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 09 dekabr 2021-ci il tarixdə barəsində amnistiya tətbiq edilib və cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Narkotik vasitə aludəçisidir, ilk dəfə 3 il bundan əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Cəzaçəkmə müəssisəsində olan dövr ərzində istifadə etməsə də azadlığa çıxdıqdan sonra yenidən istifadə etməyə başlamışdır. Narkotik vasitə heroini yanıdırb tüstüsünü çəkmək yolu ilə qəbul edir. Narkotik vasitə almaq üçün vəsait əldə etmək məqsədilə Lənkəran rayonunun müxtəlif yerlərindən oğurluq etmişdir. Belə ki, ilk olaraq Lənkəran rayonunun Şilavar kəndindən oğurluq etmişdir. Təxminən, 2022-ci ilin sentyabr ayının sonlarında, saat 04 radələrində həmin kənddə yerləşən “Xan çinar” adlı çayxananın arxasında olan ərazidə hərəkətdə olan zaman bir evdən işıq gəlmədiyini görmüş və orada yaşayış olmadığı qənaətinə gələrək oradan oğurluq etmək qərarına gəlmişdir. Hasardan tullanmaq yolu ilə həyətə daxil olmuş, həyətdə yaşayış evi, həmçinin bir ədəd böyük dəmir materialdan olan saxlanc yeri olmuşdur. Həmin saxlanc yerinin qapısı qıfılla bağlı vəziyyətdə imiş. Qıfılı orada tapdığı dəmirlə sındırıb içəri daxil olmuşdur. İçəridə müxtəli çeşidli əşya olmuş, həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. Orada bir neçə kisə tapmışdır. Yadında qaldığı qədərilə 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda, ət maşını, çaydan, qazanlar, boşqablar, çəngəl-bıçaq naboru, stəkan, dəsmallar və digər bu kimi əşyaları bir neçə torbaya yığmışdır. Həmin torbaları hissə-hissə əvvəlcə hasardan keçirmiş, daha sonra isə yola tərəf çıxarmışdır. Saat gecə yarısını keçdiyindən ətrafda heç kəs olmamışdır. Əşyaları hasardan keçirən zaman bir neçə qab-qacağın sındığını da eşitmişdir. Torbalarla birlikdə yola tərəf çıxandan sonra maşın gəlməsini gözləməyə başlamışdır. Tanımadığı bir taksinin gəldiyini görmüş, əl etmiş, sürücü maşını saxlamışdır. Həmin şəxsdən onu bazara tərəf aparmasını xahiş etmişdir. Sürücü də razılaşmışdır. Torbaları həmin şəxsin maşınına yükləmiş, bazara tərəf istiqamətlənmişlər. Bazara çatmış, həmin sürücüyə 3 manat pul vermişdir. Torbaları yük yerindən boşaltmış, səhərin açılmasını, insanların bazara gəlməsini gözləmişdir. Həmin əşyaları hissə-hissə, bir gün ərzində, dəyər-dəyməzə satmış, çünki narkotik vasitə almaq üçün pul olmamışdır. Təxminən, 200 manata yaxın pul əldə etmişdir. Həmin pulu şəxsi ehtiyacları, həmçinin narkotik vasitə almaq üçün xərcləmişdir. Növbəti oğurluq əməlini isə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən ofisdən etmişdir. Təxminən, 2022-ci ilin dekabr ayının əvvəllərində, saat 03 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ilə hərəkətdə olan zaman bir ədəd ofisin dəmir jalüzünün olmadığını, qapısının alüminium materildan olduğunu görmüşdür. Cibində olan maskanı çıxararaq üzünə, əlcəkləri də çıxararaq əllərinə taxmış və ofisin qapısına yaxınlaşmışdır. Qapını özündə olan dəmir vasitəsilə kilidə müdaxilə edib açmış və içəri daxil olmuşdur. İçərini axtarmağa başlamışdır. Dəyərli, həmçinin asan daşına biləcək əşya axtarırmış. Ofisdə olan masanın alt hissəsində olan siyirməni açan zaman oradan bir ədəd “Samsung” markalı telefon və müəyyən miqdarda pul götürmüş və ofisdən çıxmışdır. Pulu sayan zaman 500 manata yaxın olduğunu görmüşdür. Növbəti gün telefonu bazarda tanımadığı şəxsə 50 manata satmış, pulu şəxsi ehtiyacları üçün xərcləmiş, həmçinin narkotik vasitə almışdır. Sonuncu oğurluq əməlini isə tutulmamışdan, təxminən, 3-4 gün əvvə etmişdir. Həmin gün, gecə saat 04 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində olan binalardan birinin qarşısında hərəkətdə olmuş, bu zaman binanın qarşısında “BMW” markalı nəqliyyat vasitəsinin olduğunu görmüşdür. Bu nəqliyyat vasitəsinin içərisində pul ola biləcəyini düşünmüş, bu səbəbdən də cibində olan əlcəyi çıxarmış, əllərinə keçirmiş, daha sonra isə cibində olan şam vasitəsilə maşının qapısının sürücü tərəfdə olan şüşəsini sındıraraq maşına daxil olmuşdur. Maşında olan saxlanc yerinin içərisinə baxmış, bu zaman orada bir ədəd pulqabı olduğunu görmüşdür. Pulqabını açmış, içərisində pul olmuşdur. Pulu götürmüşdür, pulqabını nə etdiyini xatırlamır. Daha sonra oradan uzaqlaşmışdır. Pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində adlarını bilmədiyi, şəxsiyyətləri barədə məlumatının olmadığı şəxslərdən alır. Üzərində aşkar edilmiş elektron tərəzini isə, təxminən, 2 ay bundan əvvəl Lənkəran şəhəri mərkəzi bazarında alıb üzərində gəzdirməyə başlamışdır. Buna səbəb isə narkotik vasitə alan zaman satıcıların çəkidə onu aldatmaması olmuşdur. Sonuncu dəfə 19 dekabr 2022ci il tarixdə, axşam radələrində Lənkəran şəhəri mərkəzi bazar ərazisində tanımadığı şəxsə yaxınlaşaraq ondan şəxsi istifadəsi üçün üç ədəd bükümdə narkotik vasitə heroin alıb ağrıları olan zaman qəbul etmək üçün cibinə qoymuşdur. 20 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ilə hərəkətdə olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhərrayon polis şöbəsinin əməkdaşı kimi təqdim edərək ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞnin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi yolda və üzərində axtarış aparılanadək polis əməkdaşlarının nəzarəti altında olmuş, üzərində olan bükümləri harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd fəhlə əlcəyi, sol yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd alışqan və şəffaf sellofanda olan 3 ədəd büküm, sağ yan cibindən bir ədəd işlək vəziyyətdə elektron tərəzi və 1 ədəd “Samsung” markalı mobil telefon, gödəkçəsinin sol yan cibindən isə astma xəstələri üçün nəzərdə tutulmuş aparat təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Üzərində aşkar edilmiş 3 bükümdə heroin elektron tərəzidə çəkildikdə çəkisi 1,17 qram olmuşdur. Sonra 2 bükümdə olan heroin ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunaraq imzalanmışdır. Məhkəmənin 1306.2023-cü il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Bacısı oğlu Zərərçəkmiş şəxs2 Lənkəran rayonu Şilavar kəndi ərazisində, “Xan Çinar” adlanan çayxananın arxasında 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi dörd tərəfdən mişar daşı ilə hasara alınmışdır. Həyətin ortasında yarımtikili vardır. Yarımtikilinin qabaq sol tərəfində dəmirdən olan saxlanc yeri vardır. Onun evində yer olmadığı üçün 2022-ci ilin aprel ayının 19-da öz ev əşyalarının bir hissəsini həmin yerdə qoymuşdur. Həmin yerin qapısı həmişə qıfıllı olmuşdur. Azər də onun içərisində usta alətlərini qoymuşdur. 27 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində kürəkəni Şakirlə həmin yerə gedib əşyalarını götürmək istəyən zaman həmin yerin qıfılının sındırıldığını görmüşdür. Bu zaman Şakir Azərə zəng edib oradan qaynaq aparatı və laqondanın oğurlandığını demişdir. Bu səbəbdən onlar polisə məlumat vermişlər. O, həmin zaman əşyalarına baxdıqda oradan hansısa əşyanın oğurlanıboğurlanmadığını bilməmişdir. 29 sentyabr 2022-ci il tarixdə həmin yerə gedib əşyalarını götürmək istəyən zaman əşyalarının bəzilərinin orada olmadığını, oğurlandığını bilmişdir. Belə ki, oradan 3907 manat məbləğində müxtəlif qiymətləri və markalı məişət əşyaları oğurlanmışdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində 3907 manat maddi ziyan dəymiş, dəymiş ziyan ona ödənilməmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Lənkəran şəhəri mərkəzi bazarında icarə əsasında çalışdırdığı mağazada paltar satışı ilə məşğul olur. Lənkəran rayonu Şilavar kəndi ərazisində, “Xan Çinar” adlanan çayxananın arxasında atası Şakir Abdullayevin adına 0,06 ha həyətyanı torpaq sahəsi var. Həyətin ortasında yarımtikili, onun qabaq sol tərəfində dəmirdən olan saxlanc yeri var. Saxlanc yerinin içərisində usta alətləri qoymuşlar. Bundan başqa təxminən 6 ay öncə xalası Zərərçəkmiş şəxs1 yaşadığı evi dəyişidiyinə görə özünə məxsus ev əşyalarını da müvəqqəti olaraq oraya qoymuşdur. Arabir o və atası Şakir həmin yerə gedib həyətə və oradakı əşyalara nəzarət edir. Sonuncu dəfə 25 sentyabr 2022-ci il tarixdə atası həyətə getmişdir. 27 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində atası Şakir ona məxsus telefona zəng edərək Lənkəran rayonu Şilavar kəndində yerləşən həyətyanı toraq sahəsində yerləşən saxlanc yerinin qıfılının sındırıldığını və oradan bəzi əşyaların oğurlandığını bildirmişdir. O da həyətə gedib saxlanc yeri kimi istifadə etdikləri qurğunun qıfılının sındırıldığını və içərisindən bir ədəd 500 manat dəyərində qaynaq aparatının və bir ədəd 50 manat dəyərində laqondanın oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 29 sentyabr 2022-ci il tarixdə xalası Zərərçəkmiş şəxs1 öz əşyalarını oradan götürən zaman ona məxsus bir sıra əşyaların da oradan oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs tanımır, heç bir zaman görməmişdir. Yuxarıda qeyd etdiyi əşyaların oğurlanması nəticəsində ona 550 manat maddi ziyan dəymiş, maddi ziyan ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu bildirərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən ofisi icarə əsasında çalışdırır. Dizaynerdir, həmin ofisdə vətəndaşlara dizayner xidməti göstərir. Hər gün səhər saat 09:00-da ofisi açır, saat 18:00-da isə bağlayır. Ofisdə işçi yoxdur, özü tək çalışır. Müştərilərdən aldığı pulu, həmçinin ofisin kirayə pulunu çox zaman ofisdə olan siyirmədə saxlayır. 08 dekabr 2022-ci il tarixdə də 480 manat nağd pulu, həmçinin bir ədəd “Samsung Galaxy J2 Core” markalı mobil telefonu ofisdə olan siyirməyə qoyaraq ofisdən çıxmışdır. 09 dekabr 2022-ci il tarixdə, səhər saat 10 radələrində işə gələn zaman qapının qəribə açıldığını hiss etmişdir. Ofisə daxil olub siyirməyə baxan zaman 480 manat pul və telefonun olmadığını görmüşdür. Bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Təqsirləndirilən şəxs tanımır, həmin şəxsi heç bir zaman görməmişdir. Oğurluq nəticəsində ona 630 manat maddi ziyan dəymiş, ziyan ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, lakin buna baxmayaraq ondan nə hazırda, nə də gələcəkdə şikayətçi olmadığını bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edərək, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, etibarnamə əsasında “BMW” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. Hər gün maşını bainanın qarşısında saxlayıb evə qalxır. 15 dekabr 2022-ci il tarixdə də eyni qaydada maşını binaın qarşısında saxlayıb evə qalxmışdır. 16 dekabr 2022-ci il tarixdə, səhər saatlarında aşağı düşüb maşına əyləşmək istəyən zaman maşının sürücü tərəfdən olan şüşəsinin sındırıldığını görmüşdür. Qapını açıb maşına baxış keçirmiş, bu zaman qolaltı hissəsində olan saxlanc yerində qoyduğu pulqabının içərisində olan 300 manat nağd pulun yerində olmadığını görmüşdür. Bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Təqsirləndirilən şəxs tanımır, onu heç bir zaman görməmişdir. 300 manat pulu oğurlanmış, həmçinin maşının şüşəsi sındırılmışdır. Ümumilikdə ona 800 manat maddi ziyan dəymiş, maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran şəhəri Nəsimi küçəsi ev 86-da qeydiyyatda olmaqla Lənkəran şəhəri Ə.Vahid küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə qərəzsiz mənbələrdən icraatına daxil olmuş əməliyyat məlumatı icra edilməsindən ötrü tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Rəhbərlik tərəfindən müvafiq icazə veriləndən sonra Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə əmr imzalanmış və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik və tədbirin idarə edilməsi ona həvalə edilmişdir. Qrup üzvləri isə əməliyyat müvəkkili Məhəmməd Allahverdiyev polis nəfəri Şahid2 təyin edilmişdir. 21 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə çıxıb Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi və nəzarətə götürülməsi üçün intensiv hərəkət etməyə başlamışlar. Bir müddət sonra onu həmin dairədə hərəkətdə olan zaman aşkar etmişlər. Bir müddət Təqsirləndirilən şəxs izlədikdən sonra ona yaxınlaşmışlar, Təqsirləndirilən şəxs özünü və yanında olan şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, daxil olmuş məlumata görə üzərində qanunsuz olaraq narkotik vasitələr olma ehtimalı var, bu səbəbdən də onlarla birlikdə üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə gəlməlidir. Təqsirləndirilən şəxs bir müddət düşünmüş, sonra razılaşmış və onlarla birlikdə şöbənin inzibati binasına gəlmişdir. Şöbədə onu otaqlardan birinə aparmışlar. X5 şübhəli şəxs qismində tutulduğunu elan edərək vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün həmin siyahıdan müdafiəçi İntiqam Hüseynovu seçmiş, sonuncu polis şöbəsinə dəvət edilmişdir. Polis nəfəri Hökməli Mirzəzadə tərəfindən həyata keçirilən videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təhqiqatçı şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində qanunla qadağan edilmiş predmet olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir cüt əlcək, sol yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd alışqan, şəffaf sellofanın içərisində olan 3 ədəd büküm, sağ yan cibindən isə bir ədəd elektron tərəzi və 1 ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərə baxış keçirilə zaman içərisində narkotik vaitə heroinəbənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə çəkilərək kütlələr ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr ona məxsusdur, həmin kütlələri şəxsi istifadəsi üçün almış, elektron tərəzini isə narkotik vasitə alan zaman aldadılmamaq üçün istifadə etmişdir. Üzərindən aşkar edilmiş bir cüt fəhlə əlcəyindən və siqaret qutusunun içərisində olan şam qırıntılarından şəhər ərazisində törtətdiyi oğurluqlarda istifadə etmişdir. Şəxsi axtarış həyata keçirildikdən sonra ptorokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs həmin bükümləri satış məqsədilə, elektron tərəzini isə narkotik vasitə və psixotrop maddə satan zaman bükükmlərin çəkisini dəqiqləşdirmək üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid X6 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhəri Nəsimi küçəsi ev 86-da qeydiyyatda olmaqla Lənkəran şəhəri Ə.Vahid küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə qərəzsiz mənbələrdən icraatına daxil olmuş əməliyyat məlumatı icra edilməsindən ötrü tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Rəhbərlik tərəfindən müvafiq icazə veriləndən sonra Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə əmr imzalanmış və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik və tədbirin idarə edilməsi Şahid1 həvalə edilmişdir. Qrup üzvləri isə o və polis nəfəri Şahid2 təyin edilmişdir. 21 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə çıxıb Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi və nəzarətə götürülməsi üçün intensiv hərəkət etməyə başlamışlar. Bir müddət sonra onu həmin dairədə hərəkətdə olan zaman aşkar etmişlər. Təqsirləndirilən şəxs tək şəkildə piyada hərəkətdə olmuşdur. Bir müddət onun hərəkətlərini müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs daxil olmuş məlumata görə üzərində qanunsuz olaraq narkotik vasitələr olma ehtimalı var, bu səbəbdən də onlarla birlikdə üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə gəlməlidir. Təqsirləndirilən şəxs həyəcanlanmış, müxtəlif bəhanalər gətirərək getmək istəmiş, sonra razılaşmış və onlarla birlikdə şöbənin inzibati binasına gəlmişdir. Şöbədə onu otaqlardan birinə aparmışlar. X5 şübhəli şəxs qismində tutulduğunu elan edərək vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil seçməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs siyahıdan seçdiyi müdafiəçi İntiqam Hüseynov polis şöbəsinə dəvət edilmişdir. Polis nəfəri Hökməli Mirzəzadə tərəfindən həyata keçirilən videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təhqiqatçı şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində qanunla qadağan edilmiş predmet olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Ceyhun da əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir cüt əlcək, sol yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd alışqan, şəffaf sellofanın içərisində olan 3 ədəd büküm, sağ yan cibindən isə bir ədəd elektron tərəzi və 1 ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərə baxış keçirilə zaman içərisində narkotik vaitə heroinəbənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 1,17 qram olmuşdur. Kütlələr ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr ona məxsusdur, həmin kütlələri şəxsi istifadəsi üçün almış, elektron tərəzini isə narkotik vasitə alan zaman aldadılmamaq üçün istifadə etmişdir. Üzərindən aşkar edilmiş bir cüt fəhlə əlcəyindən və siqaret qutusunun içərisində olan şam qırıntılarından şəhər ərazisində törtətdiyi oğurluqlarda istifadə etmişdir. Şəxsi axtarış həyata keçirildikdən sonra ptorokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs həmin bükümləri satış məqsədilə, elektron tərəzini isə narkotik vasitə və psixotrop maddə satan zaman bükükmlərin çəkisini dəqiqləşdirmək üçün üzərində saxlamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə saat 10:30-da isə şübhəli şəxs qismində tutulmuşdur. 21 dekabr 2022-ci il tarixli ““şəxsi axtarışın keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, ilkin çəkisi 1,17 qram olan narkotik vasitə heroin, bir ədəd elektron tərəzi, əlcək və siqaret qutusunun içərisində şam qırıntıları aşkar edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və elektron tərəzinin özünə məxsus olduğunu, əlcək və şam qırıntılarından da şəhər ərazisində törətdiyi oğurluqlarda istifadə etdiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 19/1289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,276 qram, 0,422 qram, ümumi təmiz çəkisi 1,028 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan 1 ədəd elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 22 dekabr 2022-ci il tarixli, 1301 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Lənkəran şəhəri Nəsimi küçəsi ev 86-da qeydiyyatda olmaqla Lənkəran şəhəri Əliağa Vahid küçəsi ev 23də yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini satış məqsədilə, elektron tərəzini isə narkotik vasitə satan zaman çəkisini müəyyən etmək məqsədilə əldə edib üzərində saxlayaraq daşıdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)- 146/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1185/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş, nəticədə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkliməmiş hissəsi 06 (altı) ay azaldılmış və məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-146/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1185/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş, nəticədə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkliməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Baxış keçirilməsi haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Lənkəran rayonu, Şilavar kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evinin həyətində olan dəmir materialdan hazırlanmış saxlanc yerindən Zərərçəkmiş şəxs2 və onun xalası Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlandığı müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən mağazanın qapısının daxili kilidinin sınıdırılması yolu ilə oradan 1 ədəd 150 manat qiymətində “Samsung Galaxy J2 Core” markalı mobil telefon və 480 manat nağd pulun oğurlandığı müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus “BMW” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ qapısının şüşəsi sındırılmış, avtomobildən 300 manat məbləğində pul oğurlanmış və avtomobilin sağ qapısının şüşəsinin sındırılması nəticəsində Zərərçəkmiş şəxs3 800 manat məbləğində ziyan dəymişdir. 24 dekabr 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokollar və protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evindən, həmçinin Zərərçəkmiş şəxs4 məxsus olan ofisdən etdiyi oğurluq əməllərinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının 12 yanvar 2023-cü il tarixli 35 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. 04 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, bir ədəd qaynaq aparatının orta bazar qiyməti 500 manat, bir ədəd laqondanın orta bazar qiyməti 50 manat, “Eurolux” markal ət maşınının orta bazar qiyməti 100 manat, bir ədəd mikserin orta bazar qiyməti 30 manat, nikkel materiallı qəhvədanın orta bazar qiyməti 20 manat, “Tefal” markalı qazanın orta bazar qiyməti 70 manat, bir ədəd çərəzqabının orta bazar qiyməti 20 manat, bir ədəd padnosun orta bazar qiyməti 5 manat, bir ədəd zərli boşqabın orta bazar qiyməti 5 manat, bir ədəd çəngəl-bıçaq naborunun orta bazar qiyməti 150 manat, “Tefal” markalı tavanın orta bazarq qiyməti 70 manat, “Tefal” markalı tava-qazan dəstinin orta bazar qiyməti 450 manat, qaşıq dəstinin orta bazar qiyməti 50 manat, bir ədəd qiyməkeşin orta bazar qiyməti 15 manat, bir ədəd blenderin orta bazar qiyməti 20 manat, bir qutu çexol-mələfə dəstinin orta bazar qiyməti 25 manat, bir ədəd qətifənin qiyməti 15 manat, bir ədəd üzqırxan dəstinin orta bazar qiyməti 35 manat, bir ədəd divar saatının orta bazar qiyməti 30 manat, bir ədəd şəkərbura qəlibinin orta bazar qiyməti 3 manat, bir ədəd fındıqqıranın orta bazar qiyməti 5 manat, bir ədəd limonsıxanın orta bazar qiyməti 3 manat, bir ədəd qıfın orta bazar qiyməti 2 manat, bir ədəd sürtgəcin orta bazar qiyməti 5 manat, bir ədəd qab altlığının orta bazar qiyməti 5 manat, bir ədəd bıçağın orta bazar qiyməti 5 manat, bir çörəkqabının orta bazar qiyməti 10 manat, bir ədəd çuqun qabın orta bazar qiyməti 10 manat, bir ədəd çuqun padnosun orta bazar qiyməti 30 manat, bir ədəd çuqun qazannın orta bazar qiyməti 30 manat, bir ədəd sadə qazanın orta bazar qiyməti 15 manat, bir ədəd zərli armudu stəkanın orta bazar qiyməti 1 manat, bir ədəd buludu qaşığın orta bazar qiyməti 9 manat, bir ədəd yağ bıçağının orta bazar qiyməti 2 manat, bir dəst xörək qaşığının orta bazar qiyməti 15 manat, bir metr parçanın orta bazar qiyməti 10 manat, bir ədəd fenin orta bazar qiyməti 50 manat, bir ədəd “Samsung Galaxy J2 Core” markalı mobil telefonun orta bazar qiyməti 150 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1266 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3 (üç) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,276 qram, 0,422 qram, ümumi təmiz çəkisi 1,028 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,878 qram qalığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi, bir cüt əlcək, siqaret qutusunun içərisində olan şam qırıntıları və “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,878 qram qalığı, bir ədəd elektron tərəzi, qıfıl və açar, bir cüt əlcək, siqaret qutusunun içərisində olan şam qırıntıları Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 01 fevral 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Vərəm xəstəlikləri şöbəsində “sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəm sorulma mərhələsində” diaqnozu ilə qeydiyyatda durur. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Lənkəran şəhəri Əliağa Vahid küçəsi ev 23-də valideynləri və bacıları ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən 179C-23 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Azercell Telekom MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 14904 №-li məktubdan görünür ki, ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. ***-***-**-** mobil nömrəsi xx.xx.2018-ci il tarixindən deaktivdir. Nömrənin müqaviləsinə xitam verilib. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən CM-nin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» narkotik vasitələrin siyahısının 5-ci bəndində narkotik vasitə heroinin 0,15 qramından artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasıdır. CM-nin 177.1-ci maddəsinin dispozisiyasına görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməli hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq cinayəti nəticəsində zərər çəkmiş şəxslərə dəymiş ziyanın ümumi məbləği 5387 manat təşkil edir ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışlarının “Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və elektron tərəzi olmaması, ona istinad olunan oğurluq cinayətlərini törətməməsi, onun polis əməkdaşları tərəfindən döyülərək üzərinə narkotik vasitə və elektron tərəzi qoyulması, Təqsirləndirilən şəxs polis tərəfindən döyülərək etirafedici ifadələr verməsi, habelə Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri üzrə bəraət verilməsi, həmçinin ibtidai istintaq zamanı narkotik vasitənin satışı ilə məşğul olmaması, eletron tərəzini isə narkotik vasitə və psixotrop maddə alan zaman çəkidə aldadılmamaq üçün əldə etməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, üzərində saxlamaqla daşıması və oğurluq cinayətlərini törətməsi cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolu və videogörüntüsü, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış ifadənin yerində yoxlanılma protokolları, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onların barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, döyülməsi ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən 179C-23 saylı yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1266 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı, eyni zamanda ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu, üzərində aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi aldığını, elektron tərəzini narkotik vasitə alarkən aldadılmaması üçün üzərində gəzdiyini, ona qarşı elan edilmiş ittihamda olan oğurluq cinayətlərini törətdiyini bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin 26 sentyabr 2022-ci il tarixdə ümumiyyətlə Lənkəran şəhərində olmaması, Quba rayonu ərazisində olması, həmin vaxt üzərində olmuş mobil telefonda olan ***-***-**-** mobil nömrəsinin olduğunu göstərməsi ilə bağlı irəli sürdüyü dəlillər məhkəmənin müvafiq sorğusu əsasında Azercell Telekom MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 14904 №-li məktubla tam şəkildə təkzib edilmişdir. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsnn istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. ***- ***-**-** mobil nömrəsi xx.xx.2018-ci il tarixindən deaktivdir. Nömrənin müqaviləsinə xitam verilib. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.2, 177.2.3 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməməsinə baxmayaraq zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini CM-nin 59.1.12-ci, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipindən çıxış edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin hər biri üzrə ayrılıqda cəza təyin edilməklə qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 18.1 və 65.2-ci maddələrinin tələbləri baxımından ona CM-nin 177.2.2 və 177.2.3-cü və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməli və CM-nin 66.2-ci tələbi baxımından ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bükümdə 0,878 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi, qıfıl və açar, bir cüt əlcək, siqaret qutusunun içərisində olan şam qırıntıları məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD diskin maddi sübut kimi iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəflərinə aid edilən ekspertiza xərci 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Maddi ziyanla bağlı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübutlar - 3 ədəd bükümdə 0,878 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi, qıfıl və açar, 1 cüt əlcək və siqaret qutusunun içində olan şam qırıntıları hökm qanuni qüvvəyə mindindən sonra məhv edilsin, şəxsi axtarışın görüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar