Məhkəmə qərarları › İş №1(049)-178/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-178/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-178/2024 27.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 14:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cəsayıl oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs Şahin oğlunun iştirakları ilə, 08 avqust 1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Lənkəran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 03 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə Amnistiya Qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsi 06 ay azaldılmış, 11 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Şahin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Şahin oğlu, 02 mart 2024-cü il tarixdə, saat 02 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs çalışdırdığı “Azgranata” adlı mağazaya tavanın örtüyünü sındırıb qanunsuz daxil olmaqla piştaxtanın altında olan karton qutudan 1450 manat pul, həmçinin piştaxatada düzülmüş bir qutusunun qiyməti 4 manat 50 qəpik, ümumi qiyməti 238 manat 50 qəpik olan 53 qutu “Sobranie” markalı, bir qutusunun qiyməti 4 manat 20 qəpik, ümumi qiyməti 54 manat 60 qəpik olan 13 qutu “Kent” markalı, bir qutusunun qiyməti 4 manat, ümumi qiyməti 60 manat olan 15 qutu “Winston” markalı siqaret olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1803 manat 10 qəpik dəyərində olan əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 2024-cü ilin mart ayında, Lənkəran şəhəri “Azriba” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,032 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 05 mart 2024-cü il tarixdə saat 19:45 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Məhəmməd Əsədov küçəsində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 2rilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Şahin oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, maşın ustasıdır, əvvəllər sexdə işləyirmiş, lakin son zamanlar evinin həyətində işləyir. Uzun müddətdir ki, narkotik vasitə qəbul edir. 2024-cü ilin martın 1-dən 2-nə keçən gecə, saat 02 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində hərəkətdə olarkən küçədə yerləşən “Azgranata” adlı spirtli içkilər və tütün məmulatları satılan mağazanın yanında keçirmiş, həmin mağazaya daxil olub oğurluq etmək qərarına gəlmişdir. Mağazanın arxasına keçmiş, orada olan balaca yarımtikilinin üzərinə qalxmış, oradan da mağazanın dam örtüyünün altına keçib tavana girmiş, tavanın lambirini sındırıb mağazaya daxil olmuşdur. Mağazanı axtarmağa başlamış, piştaxtanın altında olan karton qutuda pullar olduğunu görmüş və götürüb cibinə qoymuşdur. Sonra isə piştaxtada olan “Sobranie”, Vinston” və “Kent” markalı siqaretlərin hərəsindən 7-8 qutu götürmüş və gəldiyi kimi də mağazadan çıxmışdır. Çölə çıxıb pulu saymış və 230 manat olduğunu görmüşdür. Pulu cibinə qoymuş və tutulana qədər şəxsi ehtiyacları üçün xərcləmişdir. Siqaretləri isə növbəti gün Lənkəran şəhəri mərkəzi bazarında olan piştaxtada siqaret satan qoca kişiyə 160 manat qarşılığında satmışdır. 05 mart 2024-cü il tarixdə, saat 17 radələrində Lənkəran şəhəri “Azriba” adlanan əraziyə gedib orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. Həmin metamfetamini qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 19 radələrində Lənkəran şəhəri M.Əsədov küçəsində hərəkətdə olan zaman üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişdir. O da razılaşaraq polis şöbəsinin inzibati binasına gəlmişdir. İnzibati binada onu otaqlardan birinə aparmışlar, şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin olunmuşdur. Videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da gödəkçəsinin cibində olan bir ədəd telefonu, 10 manat pulu, şalvarının sağ yan cibində olan bir ədəd bükümü çıxarıb masa üzərində qoymuşdur. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və həmin bükümü qablaşdırmış, qablaşdırmanın üzərində imza etmişlər. Telefon və 10 manat pul da götürülmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə metafetamin var, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Azriba” adlanan ərazidə almışdır. Həmçinin, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə olan “Azgranata” adlı mağazadan oğurluq etdiyini də etiraf etmişdir. O, həmin mağazadan cəmi 230 manat pul və 32 paçka siqaret götürmüş, digər məbləğdə olan pulu və siqaret paçkasını oğurlamamışdır. İbtidai istintaq zamananı dəymiş ziyan isə çox şişirdilmişdir. Ona ittiham olunduğu maddələrin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli telefonoqramdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs Cəsail oğlunun şəxsin istəfadəsində olan 050-717-23- 49 saylı mobil nömrəsinə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə saat 17:35-də zəng edərək əlaqə saxlayıb məhkəmə icasının vaxtı barədə məlumat verilmiş, lakin Zərərçəkmiş şəxs Cəsail oğlu bildirdi ki, o, Sumqayıt şəhərində zavodda işləyir. Məhkəmə iclaslarına gələ bilməyəcəkdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs Cəsayıl oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən “Azgranata” adlı mağaza ona məxsusdur. Həmin mağazada spirtli içkilər, siqaretlər satılır. Mağazada təhlükəsizlik kameraları da var. Mağazada satıcı olur, özü isə işlə əlaqədar olaraq bəzən gəlib baş çəkir. 02 mart 2024-cü il tarixdə, səhər saatlarında mağazanı özü açmışdır. Mağazaya daxil olan zaman tavanda bir dəlik olduğunu görmüşdür. İşçiyə zəng edib nə baş verdiyini soruşmuş, işçi də məlumatı olmadığını demişdir. Əvvəlcə kassaya yaxınlaşmışdır. Kassada olan pulu yerində olmadığını görmüş, sonra isə siqaret olan piştaxtaya baxmışdır. Bu zaman siqaretlərin də olmadığını görmüş və mağazadan oğurluq olduğunu bilmişdir. Sonra isə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmişlər. Təhlükəsizlik kameralarına baxmışdır. Kameraya baxan zaman mağazaya bir şəxsin daxil olduğunu, gəlib kameranı söndürdüyünü görmüşdür. Lənkəran ŞRPŞ-də ərizə vermişdir. Mağazasında olan kassadan 1450 manat pul, həmçinin bir qutusunun qiyməti 4 manat 50 qəpik olan 53 qutu “Sobranie” markalı, bir qutusunun qiyməti 4 manat olan 13 qutu “Kent” markalı, bir qutusunun qiyməti 3 manat 80 qəpik olan 15 qutu “Vinston” markalı siqaret oğurlanmış, oğurluq nəticəsində ona, ümumilikdə, 1797 manat 50 qəpik maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. Cinayət işi materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Cəsayıl oğlu ifadələrində qeyd etidkləri xüsusatları təsdiq etmişlər. İşin məhkəmə baxışı zamanı dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Lənkəran şəhəri Tereşkova küçəsi ev 14-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması və gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbələrdən icraatına daxil olmuş əməliyyat məlumatı icra edilməsindən ötrü tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Rəhbərlik tərəfindən müvafiq icazə veriləndən sonra Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə əmr imzalanmış və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik və tədbirin idarə edilməsi ona həvalə edilmişdir. Qrup üzvləri isə əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 təyin edilmişdir. 05 mart 2024-cü il tarixdə saat 19 radələrində Lənkəran şəhəri M.Əsədov küçəsinə çıxıb Təqsirləndirilən şəxsnin yerinin müəyyən edilməsi və nəzarətə götürülməsi üçün intensiv hərəkət etməyə başlamışlar. Bir müddət sonra onu həmin küçədə hərəkətdə olan zaman aşkar etmişlər. Təqsirləndirilən şəxs tək şəkildə piyada hərəkətdə imiş, bir müddət onu izləmiş, ona yaxınlaşmağa qərar vermişdir. Özü ilə birlikdə olan polis əməkdaşlarını lazımi şəkildə təlimatlandırandan sonra Əlisaya yaxınlaşmışlar, Təqsirləndirilən şəxs özünü və yanında olan şəxsləri təqdim etmişdir. Əlisaya bildirmişdir ki, daxil olmuş məlumata görə üzərində qanunsuz olaraq narkotik vasitələr olma ehtimalı var, bu səbəbdən də onlarla birlikdə üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə gəlməlidir. Əlisa razılaşmış və onlarla birlikdə şöbənin inzibati binasına gəlmişdir. Şöbədə onu otaqlardan birinə aparmışlar. X1 şübhəli şəxs qismində tutulduğunu elan etmiş və vəkillərin siyahısını təqdim edərək ondan hüquqlarının müdafiəsi üçün vəkil seçməsini xahiş etmişdir. Əlisanın siyahıdan seçdiyi müdafiəçi İntiqam Hüseynov polis şöbəsinə dəvət edilmişdir. Polis nəfəri Şahid3 tərəfindən həyata keçirilən videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təhqiqatçı şəxsi axtarış başlamamışdan əvvəl ona üzərində qanunla qadağan edilmiş predmet olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etdi. O da ciblərindən 10 mamantlıq əskinaz və telefon təqdim etdi, üzərində başqa predmet olmadığını bildirdi. Bundan sonra təhqiqatçı onun üzərində şəxsi axtarış keçirtdi və şalvarının sağ yan cibindən 1 ədəd ağ sellofan aşkar edilmişdir. Bükümün içərisində metamfetaminəbənzər kütlə olması görünürmüş. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,17 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə ona məxsusdur, “Azriba” adlanan ərazidə tanımadığı şəxsdən almışdır. Bundan başqa o, 3-4 gün bundan əvvəl Lənkəran şəhəri kiçik bazar adlanan ərazidə olan mağazadan 230 manat pul və siqaret oğurladığını etiraf etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş şahidlər - Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, o, özü bazarda işləyir. Əlisa onun yanına gələrək ona pul lazım olduğunu bildirib. Əlisaya 90 manat pul vermişdir. O, da ona 10-12 qutu siqaret siqaret vermişdir ki, satıb pulunu götürsün. Əlisanın həmin siqaretləri haradan əldə etdiyini bilməmiş və bununla maraqlanmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı özünün ifadəsi, zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs Şahin oğlunun üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 mart 2024-cü il tarixli protokoldan və şəxsi axtarışın keçirilməsi barədə görüntüləri özündə əks etdirən DVD diskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Şahin oğlu üzərindən ilkin çəkisi 1,07 qram olan bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop narkotik maddənin ona məxsus olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən “məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2024-cü il tarixli 19/248 nömrəli rəyindən görünür ki, “Sobranie” markalı filterli siqaretin bir qutusunun qiyməti 4 manat 50 qəpik, 53 qutusunun qiyməti 238 manat 50 qəpik, “Kent” markalı filterli siqaretin bir qutusunun qiyməti 4 manat 20 qəpik, 13 qutusunun qiyməti 54 manat 60 qəpik, “Winston” markalı filterli siqaretin bir qutusunun qiyməti 4 manat, 15 qutusunun qiyməti 60 manatdır. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə-kimyəvi ekspertizasının 06 mart 2023-cü il tarixli 19/211nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 1,032 qram olan ağ rəngli kirstallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər məhkəmə-narkoloji ekspertizasının 07 mart 2024-cü il tarixli 232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 22-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cvabından və Lənkəran Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 03 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə Amnistiya Qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsi 06 ay azaldılmış, 11 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və götürülməmişdir. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 14 mart 2024-cü il tarixli, 647 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahin oğlu 05 mart 2023-cü il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. O, 05 mart 2023-cü il tarixdə saat 19:45-də polis əməmkdaşlarının keçirdikləri əməliyyat axtarış təbbirləri saxlanmışdır. Lənkəran Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 4(049)-51/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Şahin oğlunun barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahin oğlundan götürülmüş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1.032 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,982 qram qalığı, şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü, müşahidə kameralarının görüntünüsünü əks etdirən 02 (iki) ədəd DVD disk, götürülmüş 4 qutu “Sobranie”, 4 qutu “Kent” və 4 qutu Vinston ” markalı siqaret və 10 manatlıq əskinazın maddi sübut qismində tanınması nəzərə alınması üçün, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra metamfetamin və 12 qutu siqaret saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 02 (iki) ədəd DVD diskdə olan videgörüntü və 10 manatlıq əskinaz cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ələkbərov X5 şəhəri Teraşkova küçəsi ev 14/1-də qeydiyyatda ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Şahin oğluna elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Şahin oğlunun əməlləri CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Şahin oğlu ona qarşı irəli sürülmüş CMnin 177.2.3-cü maddəsi ilə özünü qismən təqsirli bilməsinə dair Azgranata adlı mağazadan cəmi 230 manat pul vəsaiti və 32 paçka götürdüyünü, digər məbləğdə pul və siqaret paçkasını götürməməsini bildirməsi barədə göstərdikləri mütəxəssis rəyi, zərərçəkmiş və şahid ifadələri, digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Şahin oğlunun ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Şahin oğlunun etdiyi cinayət əməlini etiraf etməsi (CM-nin 234.1-ci maddəsinə münasibətdə) və yaşayış yeri üzrə müsbət xarakterixə edilməsi cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Şahin oğlunun cəzasını ağırlaşdıran hal cinayətin residividir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Şahin oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. CM-nin 177.2.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Şahin oğluna Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Şahin oğluna təyin edilən azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şahin oğlu Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Şahin oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şahin oğluna toksikomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,982 qram təşkil edən psixitrop maddə - metamfetamin məhv edilməli, 2 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs Şahin oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Lənkəran Şəhər Rayon Polis Şöbəsində maddi sübutların saxlanma otağında saxlanılan 4 qutu “Sobranie”, 4 qutu “Kent” və 4 qutu Vinston ” markalı olmaqla cəmi 12 qutu siqaret və 10 manatlıq pul əskinazı zərərçərçəkmiş şəxs Zərərçəkmiş şəxs Cəsayıl oğluna qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçərçəkmiş şəxs Zərərçəkmiş şəxs Cəsayıl oğluna cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Şahin oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs Şahin oğluna qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Şahin oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şahin oğlu barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə tətbiq olunsun və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,982 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin və 02 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində maddi sübutların saxlanma otağında saxlanılan 4 qutu “Sobranie”, 4 qutu “Kent” və 4 qutu Vinston ” markalı olmaqla cəmi 12 qutu siqaret və 10 manatlıq pul əskinazı zərərçərçəkmiş şəxs Zərərçəkmiş şəxs Cəsayıl oğluna qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs Şahin oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə zərərçərçəkmiş şəxs Zərərçəkmiş şəxs Cəsayıl oğluna cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar