Məhkəmə qərarları › İş №1(049)-179/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-179/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-179/2023 13.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Lənkəran rayonu, Tükəvilə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 2022-ci ilin dekabr ayında, Lənkəran şəhərində, məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,965 qram və 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,659 qram, 0,705 qram, 0,616 qram; ümumi təmiz çəkisi 8,625 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, həmçinin bir ədəd elektron tərəzini üzərində saxlamaqla daşımış, 10 dekabr 2022-ci il tarixdə saat 01:50-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Zövlə kəndində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan salvarının sağ yan cibindən qeyd edilən çəkidə 1 ədəd kibrit qutusunda və bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, həmçinin əynindəki şalvarının sol yan cibindən olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10 dekabr 2022-ci il tarixində gecə radələrində Lənkəran rayonu ərazisində olarkən əvvəllər də narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmışdır. Ondan 95 manat qarşılığında bir ədəd kibrit qutusunda və 4 ədəd bükümdə qurudulmuş marixuana almışdır. Həmçinin Lənkəran şəhəri ərazisində yerləşən mağazaların birindən narkotik vasitə alarkən satıcılar tərəfindən aldadılmamaq üçün 1 ədəd elektron tərəzi də almışdır. 10 dekabr 2022-ci il tarixində, gecə radələrində Lənkəran rayonu, Zövlə kəndində Mərhəmət adlı tanışı ilə birlikdə olarkən mülki geyimdə olan üç şəxs onlara yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər və onlara narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmaqları barədə məlumatları olduğunu deyib onları Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binada müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, da əynindəki şalvarın sağ yan cibində qoyduğu 1 ədəd kibrit qutusunu, 4 ədəd bükümü və şalvarının sol yan cibində olan 1 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim edərək, bükümlərdə qurudulmuş marixuana olduğunu bildirmişdir. Üzərində aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Mərhəmət adlı şəxsin üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından məlumatı olmamışdır. Hazırda narkotik vasitə əldə etdiyi üçün əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. icraatına Lənkəran rayonu, Xarxatan kəndində yaşayan X1 və Lənkəran rayonu, Tükəvilə kəndində yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, qrupun tərkibində o, əməliyyat müvəkkili Mahir Tahirli və polis nəfərləri Şahid3 və Mehdi Zeynallı da olmuşdur. 10 dekabr 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Mərhəmət Dadaşzadəni və Təqsirləndirilən şəxs Lənkəran rayonu, Zövlə kəndində piyada hərəkət etdiyini görüb onları nəzarətə götürmüşlər. Onlara yaxınlaşan olmamış və yanlarında başqa bir şəxs də olmamışdır. Onların üzərlərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Mərhəmət Dadaşzadə və Təqsirləndirilən şəxs müşahidə etmişlər. Üzərlərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək onlara Zövlə kəndində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim edib onlardan da özünü təqdim etməsini istəmişlər. Mərhəmət Dadaşzadə və Təqsirləndirilən şəxs də özlərini təqdim edəndən sonra onlara yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamış və bildirmişlər ki, onların üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı var, bu səbəbdən də üzərlərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməlidirlər. Təqsirləndirilən şəxs və Mərhəmət Dadaşzadə əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə məcbur olmuşlar. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusu və 4 ədəd büküm və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 1 ədəd kibrit qutusu və 4 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 10 dekabr 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Mərhəmət Dadaşzadəni və Təqsirləndirilən şəxs Lənkəran rayonu, Zövlə kəndində piyada hərəkət etdiyini görüb onları nəzarətə götürmüşlər. Onlara yaxınlaşan olmamış və yanlarında başqa bir şəxs də olmamışdır. Onların üzərlərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Mərhəmət Dadaşzadə və Təqsirləndirilən şəxs müşahidə etmişlər. Üzərlərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək onlara Zövlə kəndində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim edib onlardan da özünü təqdim etməsini istəmişlər. Mərhəmət Dadaşzadə və Təqsirləndirilən şəxs də özlərini təqdim edəndən sonra onlara yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamış və bildirmişlər ki, onların üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı var, bu səbəbdən də üzərlərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməlidirlər. Təqsirləndirilən şəxs və Mərhəmət Dadaşzadə əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə məcbur olmuşlar. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusu və 4 ədəd büküm və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 1 ədəd kibrit qutusu və 4 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 82-84-cü vərəqlərində olan Şahid3 ibtidai istintaq zamanı ifadəsidə göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 10 dekabr 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Mərhəmət Dadaşzadəni və Təqsirləndirilən şəxs Lənkəran rayonu, Zövlə kəndində piyada hərəkət etdiyini görüb onları nəzarətə götürmüşlər. Onlara yaxınlaşan olmamış və yanlarında başqa bir şəxs də olmamışdır. Onların üzərlərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Mərhəmət Dadaşzadə və Təqsirləndirilən şəxs müşahidə etmişlər. Üzərlərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək onlara Zövlə kəndində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim edib onlardan da özünü təqdim etməsini istəmişlər. Mərhəmət Dadaşzadə və Təqsirləndirilən şəxs də özlərini təqdim edəndən sonra onlara yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamış və bildirmişlər ki, onların üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı var, bu səbəbdən də üzərlərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməlidirlər. Təqsirləndirilən şəxs və Mərhəmət Dadaşzadə əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə məcbur olmuşlar. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusu və 4 ədəd büküm və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 1 ədəd kibrit qutusu və 4 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Cinayət işinin 28-29-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda, 04 (dörd) ədəd bükümündə narkotik vasitə qurudulmuş marixuana və əynindəki şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin kütlənin çəkisi 12,68 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 10 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda, 04 (dörd) ədəd bükümündə narkotik vasitə qurudulmuş marixuana və əynindəki şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin kütlənin çəkisi 12,68 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 dekabr 2022-ci il tarixli 19/1261 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,965 qram və 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,659 qram, 0,705 qram, 0,616 qram; ümumi təmiz çəkisi 8,625 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri yoxdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Cinayət işinin 78-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının Təqsirləndirilən şəxs kannabinoidlər qəbulu nəticəsində yaranana asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-120-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 1 kibrit qutusunda 5,965 qram və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,659 qrm, 0,705 qram və 0, 616 qram, ümumi təmiz çəkisi 8,625 qram çəkidə qurudulmuş marixuana və elektron tərəzi maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 5(049)-496/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin dörd ayrı-ayrı bükümdə narkotik vasitə ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 14-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 dekabr 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02.40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-74-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 101-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, narkotik vasitələrinin qəbulundan peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni satış məqsədi ilə narkotik vasitə və həmin narkotik vasitənin çəkilməsi üçün elektron tərəzi əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 1276 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 kibrit qutusunda 5,965 qram və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,659 qrm, 0,705 qram və 0, 616 qram, ümumi təmiz çəkisi 8,625 qram çəkidə qurudulmuş marixuana və elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarışi zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 kibrit qutusunda 5,965 qram və 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,659 qrm, 0,705 qram və 0, 616 qram, ümumi təmiz çəkisi 8,625 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar