Məhkəmə qərarları › İş №1(049)-179/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-179/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-179/2024 11.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs və mülki iddiaçı: Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydalan”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm- dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 mdən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində Girdəni çayının Lənkəran rayonunun Girdəni kəndi ərazisində yerləşən hissəsinə gələrək özünə məxsus sapının diametri 0,30 mm olan, dəliklərinin daxili ölçüsü 15x15 mm. olan, sapı ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmaqla uzunluğu və eni dairəvi formada 2x2 metr olan atma tor balıqovlama alətindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə saat 10 radələrinədək olan müddət ərzində qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 33 (otuz üç) manat təşkil edən 43 ədəd şamayı və hər biri 11 (on bir) manat təşkil edən 102 ədəd külmə balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 2541 (iki min beş yüz qırx bir) manat ziyan vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2 azyaşlı uşağı olmaqla heç bir yerdə işləmir. Balıq tutmaq həvəskarıdır. Vəfat edən babasından atma tor balıq ovlama vasitəsi qalmışdır. Balıq tutmaqda məqsədi qida əldə etmək olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsinə balıq tutmaq üçün gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində 1 ədəd atma tor vasitəsi ilə balıq ovu etdiyi zaman bir neçə nəfərin yaxınlaşaraq özlərini X6 İdarəsinin X8 şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin ərazidə balıq ovlamaqa dair rəsmi sənədinin olub-olmamağı barədə maraqlandıqda hər hansı bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə X8 Şöbəsinə getməli olduğunu bildirdikdə etiraz etməmişdir. Polis əməkdaşları ovladığı balıqları və ovda istifadə etdiyi 1 ədəd atma toru ilə birgə onu X8 Şöbəsinə gətirmişlər. Yoxlama zamanı polis əməkdaşları ona məxsus toru və tutduğu balıqları aşkar etmişlər. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış zamanı tutduğu balıqların 43 ədəd şamayı və 102 ədəd külmə balıqları olduğu müəyyən olunmuşdur. Hazırda qanunsuz olaraq balıq tutduğu üçün əməlindən peşmandır, mülki iddianı qəbul edir, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Su NPİ- nin Lənkəran XPŞ-nin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində sapının diametri 0,30 mm olan, dəliklərinin daxili ölçüsü 15x15 mm. olan, sapı ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmaqla uzunluğu və eni dairəvi formada 2x2 metr olan atma tor adlanan ov vasitəsi ilə qanunsuz 43 ədəd şamayı və 102 ədəd külmə balıqlarını tutması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin ərazidə Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd şamayı balığı 3,30 manat, 1 ədəd külmə balığı 1.10 manat olmaqla, 10 əmsalına vurulması yolu ilə hesablanıldığını, 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat, 1 ədəd külmə balığına görə ziyanın məbləği 11,00 manat təşkil etdiyindən, 43 ədəd şamayı balığı (43x33 manat=1419 manat), 102 ədəd külmə balığı (102x11 manat=1122 manat), ümumilikdə dəymiş ziyan 2541 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilmədiyi üçün mülki iddianın tam təmin edilməsini, lakin təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X6 İdarəsinin X8 Şöbəsinin polis nəfəridir. 07 aprel 2024-cü il tarixdə saat 10 radələrində X6 İdarəsinin X8 Şöbəsinin əməkdaşları ilə birlikdə Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd kapron sapdan toxunan, gözlərinin ölçüsü 18x18 mm olan, ağız hissəsinin diametri və dərinliyi 2 metr olan atma tor ov vasitəsi, həmin torla ovladığı 145 ədəd müxtəlif növə aid balıqlar aşkar edilib götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-nə gətirilmişdir. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb qida əldə etmək məqsədi ilə Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində 1 ədəd kapron sapdan toxunan, gözlərinin ölçüsü 18x18 mm olan, ağız hissəsinin diametri və dərinliyi 2 metr olan atma tor ov vasitəsi ilə 145 ədəd müxtəlif növə aid balıqları rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baxış zamanı Təqsirləndirilən şəxs tutduğu balıqların 43 ədəd şamayı və 102 ədəd külmə balıqları olduğu müəyyən olunmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “İpone” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsinə baxış keçirilib müvafiq protokol tərtib edilib iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X6 İdarəsinin X8 Şöbəsinin polis nəfəridir. 07 aprel 2024-cü il tarixdə saat 10 radələrində X6 İdarəsinin X8 Şöbəsinin əməkdaşları ilə birlikdə Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd kapron sapdan toxunan, gözlərinin ölçüsü 18x18 mm olan, ağız hissəsinin diametri və dərinliyi 2 metr olan atma tor ov vasitəsi, həmin torla ovladığı 145 ədəd müxtəlif növə aid balıqlar aşkar edilib götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-nə gətirilmişdir. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb qida əldə etmək məqsədi ilə Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində 1 ədəd kapron sapdan toxunan, gözlərinin ölçüsü 18x18 mm olan, ağız hissəsinin diametri və dərinliyi 2 metr olan atma tor ov vasitəsi ilə 145 ədəd müxtəlif növə aid balıqları rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Girdəni çayının Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baxış zamanı Təqsirləndirilən şəxs tutduğu balıqların 43 ədəd şamayı və 102 ədəd külmə balıqları olduğu müəyyən olunmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “İpone” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsinə baxış keçirilib müvafiq protokol tərtib edilib iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Cinayət işinin 13-14-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X2 tərəfindən qanunsuz olaraq 1 ədəd atma tor adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 43 ədəd şamayı və 102 ədəd külmə balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd şamayı 3,30 manat və 1 ədəd külmə balığı 1.10 manat olmaqla 10 əmsalına vurulması yolu ilə hesablanıldığını, 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat, 1 ədəd külmə balığına görə ziyanın məbləği 11,00 manat, 43 ədəd şamayı balığı (43x33 manat=1419 manat), 102 ədəd külmə balığı (102x11 manat=1122 manat) ümumilikdə dəymiş ziyan 2541 manat təşkil edir. Cinayət işinin 53-56-cı vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd atma torun sapının diametri 0,30 mm, dəliklərinin daxili ölçüsü 15x15 mm„ sapı ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmaqla uzunluğu və eni dairəvi formada 2x2 metrdir. Məhkəmə tədqiqatınən dəyəri 89 manatdır. Cinayət işinin 44-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-366/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Lənkəran rayonun Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin 58-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 29 may 2024-cü il tarixli qərardan görünür ki, sapının diametri 0,30 mm olan, dəliklərinin daxili ölçüsü 15x15 mm. olan, sapı ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmaqla uzunluğu və eni dairəvi formada 2x2 metr olan atma tor balıqovlama aləti və həmin balıqovlama aləti vasitəsi ilə tutulmuş 43 ədəd şamayı və 102 ədəd külmə balıqları, həmçinin Təqsirləndirilən şəxs götürülmüş balıq və balıqovlama vasitələrinə baxış protokoluna əlavə edilmiş 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 12-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 09 aprel 2024-cü il tarixli balıq əbulu haqqında 08 nömrəli qəbzdən görünür ki, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Cinayət işinin 38-39-cu vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış Lənkəran ŞİHB-nın Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli xasiyyətnaməsindən görünür ki, Hüseynov X1 rayonunun Girdəni kəndində yaşayır, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 35-37-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2014-cü il tarixdə doğulmuş uşaqları vardır. Cinayət işinin 28-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 31-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 06 may 2024-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi vurulmuş 2541 manat maddi ziyana görə mülki iddia vermişdir. Cinayət işinin 90-91-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və sənədləri CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Balıq və digər su bioresursları ovunun Qaydaları” nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarından görünür ki, 1 may-30 iyun aralığında Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda alıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır. Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarından görünür ki, naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növlərinin ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan 11 manat müəyyən edilmişdir. CM-nin 256.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda —iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq tutduğu balığın ümumlikdə qiyməti 2541 manat təşkil etmişdir ki, qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, habelə əldə olunmuş yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictaimai işlər növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. CM-nin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ictimai cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 2541 manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə köçürülməlidir. CM-in 99-1.1-ci maddəsinə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi iş üzrə maddi sübut kimi tanınmış və X8 Şöbəsində saxlanılan Sapının diametri 0,30 mm olan, dəliklərinin daxili ölçüsü 15x15 mm. olan, sapı ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmaqla uzunluğu və eni dairəvi formada 2x2 metr olan atma tor balıqovlama aləti CPM-nin 132.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilməli, 1 ədəd DVD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 43 ədəd şamayı və 102 ədəd külmə balıqlarının müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 131.2-ci maddəsinə əsasən həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. İş üzrə məhkəmə məsrəfini təşkil edən məhkəmə materiallarının eksepertizası tədqiqatının dəyəri olan 89 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. İctimai işlər növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 2541 manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə köçürülsün. Maddi sübut - X8 Şöbəsində saxlanılan sapının diametri 0,30 mm olan, dəliklərinin daxili ölçüsü 15x15 mm. olan, sapı ağ rəngli 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmaqla uzunluğu və eni dairəvi formada 2x2 metr olan atma tor balıqovlama aləti xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut - 43 ədəd şamayı və 102 ədəd külmə balıqlarının müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi nəzərə alınmaqla həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. Məhkəmə məsrəfini təşkil edən 89 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar