Məhkəmə qərarları › İş №1(049)-179/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-179/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-179/2025 07.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanması və onun cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Hazırda Lənkəran ŞRPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsində işləyir. Masallı rayonu Ərkivan kəndində qeydiyyatda olan və yaşayan X6 heç bir əsaslı və səbəbi olmadan onu ölkənin internet resurslarında barəsində videolar və yazılar yaymışdır. Ölkənin Tiktok platforması adlanan internet resursunda HUSEYN005 adlı istifadəçisi olan X6 tərəfindən təhqiredici ifadələrlə onun videosunu yaymış və onu təhqir etmişdir. Həmin videoda onun şəkilinin altında “RƏSMİ ŞOK İDDİA, LƏNKƏRAN RAYON RƏİS MÜAVİNİ ƏHALİNİN 170 KİLOLUQ RÜŞVƏTXOR CƏLLADİ İLTİFAT YUSİFOV CƏNAB NAZİRİN BUNLARDAN HEÇ XƏBƏRİ YOXDUR” ifadəsi yazılmış və 16 sentyabr 2025-ci il tarixində yayılmışdır. Sonra yeni bir video TİKTOK platformasında yaymışdır. Həmin videoda onun Lənkəran ŞRPŞ-nin inzibati binasının həyət darvazasının təmir olunmaqda olan qapının qarşısında video çəkərək yenidən barəsində rüsvay edici ifadələr işlətməklə cəmiyyətdə onu təhqir etmişdir. Həmin videonu çəkən X5r. Bütün Bunlara səbəb X3 olan Range Rover minik markalı 10- MU-005 qeydiyyat nişanlı avtomobilin 48 sayda cəriməsi və qərarın olmasıdır. Belə ki, həmin avtomaşını cərimə meydançasına yerləşdirilən zaman həmin Hüseyn Ağayev polis əməkdaşlarınna qarşı kobud hərəkətlər etmiş, polisin qanununi tələbinə məhhəl qoymamış və tabesizlik göstərmişdir. O, da bir rəis müavini kimi (həmin zaman rəisi mən əbvəzləyirdim) həmin vətandaş barəsində qanuni tədbirləri görmüşəm və barəsində protokol tərtib edib Lənkəran rayon məhkəməsinə göndərib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmdə həmin şəxs barəsində 15 sentyabr 2025- ci il tarixli 3(049)-639/2025 saylı qərar qəbul edərək AR İXM-nin 510-cu maddəsini tələbində nəzərdə tutulmuş cəza tətbiq etmişdir. Qəbul edilmiş qərar qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qərarından sonra Ağayev Hüseyn barəsində cəmyyətdə, parklarda və internet portalında ifşaedici video və şəkillər paylaşmaqla mənimlə şəxsi qərəzlik etməyə başlamışdır. O, ona dəflərlə onunla bilərkdən və qəsdən şəxsi qərəzliyə son qoymasını tələb etsə də Hüseyn Ağayev onun tələblərinə qulaq asmamış və yeni videolarını paylaşacağını bildirmişdir. O, ərizəsinə həmin şəxsin paylaşdığı video və şəkilləri əlavə edir. Əavə olaraq bildiri ki, şahidləri var və o, həmin şahidlərini məhkəmə baxışı zamanı dəvət edəcək. O, həmin hadisədən sonra depresiya keçirtmiş və hazırda əsəb xəstəsi kimi müalicə olunur. Dəfələrlə o, özünü öldürməyə cəhd etməyə çalışsa da və bunun qarşısını ailəsi almışdır. Məcburiyyət qarşısında qalıb hüquqlarını müdafiə etməkdən ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X6 şəxsi qərəzlik münasibəti əsasında heç bir əsası və subutu olmadan onun barəsində mənfi rəylərin formalaşmasında və onun şəxsiyyətini və nufuzunu alçadıcı çıxışlar və paylaşımlar etmişdir. Hüseyn Ağayev Azərbaycan Respublikasının müxtəlif mətbuat orqanlarına, internet xəbər platformasına, eyni zamanda şəxsi insanlara onun haqqında düzgün olmayan məlumatlar vermiş və barəsində mənfi rəyin formalaşmasına səy göstərmişdir. X6 mütamadi olaraq ictimai yerlərdə, cəmiyyətdə və rayonun müəyyən yerlərində böhtan, yəni yalan olduğunu biləbilə mənim haqqımda şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, videoları və şəkillərini yaymış, barəsində ağır ittihamlar səsləndirmişdir. Göründüyü kimi, təqsiləndirilən şəxs Hüseyn Ağayev onun haqqında yaymış olduğu böhtan xarakterli çıxışı və ya bu çıxış ilə bağlı verdiyi izahatın ona aid olan hissəsinin heç bir hüquqi və məntiqi əsası yoxdur. Onun “Tiktok” İnternet platformasına yaydığı video və şəkillər ilə bağlı izahatının ona aid hissəsi iftira və böhtanla müşaiyət edlilməklə tərtib edilərək təqdim edilmişdir. Ona görə də hesab edir ki, tərəfindən şikayət olunan bu təqsirləndirilən şəxsə qarşı «xüsusi ittiham qaydasında şikayət» üzrə məhkəmə icraatı qaydasında Cəmiyyətə və ya onun əməkdaşına atılmış böhtanlara münasibət sərgilənməli, müvafiq hüquqi nəticə verilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi şikayət ərizəsini müdafiə edərək, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.5-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği)», «şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi» göstərilməlidir. Həmçinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş şikayətdə onun xüsusi ittiham qaydasında olduğu qeyd edilməsinə bamayaraq ərizəçinin məzmununda ərizəçi X2 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs kimi deyil, zərərçəkmiş şəxs kimi, barəsində xüsui ittiham qaydasında şikayət verilmiş şəxs X6 isə təqsirləsnirilən şəxs kimi göstərilmişdir. Həmçinin ərizədə X3 İltifat Yusifovun barəsində cəmyyətdə, parklarda və internet portalında ifşaedici video və şəkillər paylaşması, Azərbaycan Respublikasının müxtəlif mətbuat orqanlarına, internet xəbər platformasına, eyni zamanda şəxsi insanlara onun haqqında düzgün olmayan məlumatlar verməsi, mütamadi olaraq ictimai yerlərdə, cəmiyyətdə və rayonun müəyyən yerlərində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların, videoları və şəkilləri yayması, barəsində ağır ittihamlar səsləndirməsi qeyd edilsə də həmin hərəkətlərin, nə vaxt, harada, hansı formada edildiyi dəqiq olaraq şikayət ərizəsində qeyd edilməmişdir. Eyni zamanda şikayət ərizəsində qeyd edilənlərə dair şahidlərin olduğu qeyd edilsə də həmin şahidlərin kimliyi barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Eyni Məcəllənin 302.1.7-ci maddəsinə əsasən «şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə cavab vermir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar