Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-18/2024 26.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 17:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1991-ci ildə il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Günəhir kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə və xx.xx.1987-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, 20 yanvar küçəsi, ev 10 A-da qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən Lənkəran filialında 26 iyul 2021-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək bölmə müdiri vəzifəsində işləyərkən, həmin cəmiyyətlə arasında bağlanmış 26 iyul 2021-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən qulluq mənafeyinə görə kassada olan pul vəsaitlərinin və müştərilərin girovlarının saxlanılmasına və tamlığına nəzarət etmək, girovun və pul vəsaitinin baş ofisdən (xəzinədən) və ya inkassatordan alınması və verilməsi (baş ofisə və ya inkassatora) zamanı təhvil-təslimdə şəxsən iştirak etmək, müştərinin girovunu qəbul edərkən və onu müştəriyə təhvil verərkən, təhvil-təslimdə şəxsən iştirak etmək və hər iki halda onun tərəfindən imza etmək, işəgötürənin ona etibar etdiyi əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunması üçün tam maddi məsuliyyət daşımaq, işəgötürənin saxlanılmaq və ya digər məqsədlər üçün ona verilmiş əmlaka və digər sərvətlərə qayğı ilə yanaşmaq və ziyanın qarşısını almaq üçün vaxtında lazımı tədbirlər görmək və digər səlahiyyətlərə malik məsul vəzifəli şəxs kimi öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, tanışı Təqsirləndirilən şəxs2 qanunsuz üstünlük əldə etməsi məqsədi ilə rəsmi olaraq borclu-girov qoyan Şahid1 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0321 saylı kredit (borc) və girov müqaviləsinə əsasən borclu-girov qoyan tərəfindən həmin tarixdə girov qismində qoyulmuş ümumi dəyəri 15.489,44 (on beş min dörd yüz səksən doqquz manat qırx dörd qəpik) (9111,44 ABŞ dolları məbləğində) olan 2 ədəd 583 əyyarlı üzük, 3 ədəd 585 əyyarlı qolbaq, 2 ədəd 585 əyyarlı kloun, 1 ədəd 585 əyyarlı komplekt, 1 ədəd 585 əyyarlı üzük, 1 ədəd 583 əyyarlı qarnitur (180 sot briliant), 6 ədəd 750 əyyarlı qarnitur (1250 sot briliant), 6 ədəd 585 əyyarlı sırqa (60 sot briliant) və 2 ədəd 585 əyyarlı qarnituru (200 sot briliant) xx.xx.2022-ci il tarixli 0321 saylı kredit (borc) və girov müqaviləsinə əsasən borclu-girov qoyan tərəfindən borc tam şəkildə ödənilmədiyi halda həmin müqavilənin şərtlərini pozaraq Təqsirləndirilən şəxs2 maddi öhdəliklərdən yaxa qurtarması məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Lənkəran şəhər ərazisində «Böyük bazar» adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs2 geri qaytararaq Zərərçəkmiş şəxs MMC-nin iqtisadi fəaliyyət sahəsində qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2, xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən Lənkəran filialından tanışı Şahid1 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli 0321 saylı kredit (borc) və girov müqaviləsinə əsasən ümumi dəyəri 15.489,44 (on beş min dörd yüz səksən doqquz manat qırx dörd qəpik) (9111,44 ABŞ dolları məbləğində) olan 2 ədəd 583 əyyarlı üzük, 3 ədəd 585 əyyarlı qolbaq, 2 ədəd 585 əyyarlı kloun,1 ədəd 585 əyyarlı komplekt, 1 ədəd 585 əyyarlı üzük, 1 ədəd 583 əyyarlı qarnitur (180 sot briliant), 6 ədəd 750 əyyarlı qarnitur (1250 sot briliant), 6 ədəd 585 əyyarlı sırqa (60 sot briliant) və 2 ədəd 585 əyyarlı qarnituru (200 sot briliant) girov qismində qoymaqla 28250 (iyirmi səkkiz min iki yüz əlli) manat məbləğində kredit pul götürdükdən sonra, həmin müqavilənin təminatı kimi çıxış edən, eyni zamanda Güvənli” MMC-nin əmlak hüququ olan girov qismində qoyulmuş həmin qızıl-zinət əşyalarını hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmayaraq qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialında bölmə rəhbəri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin qızıl-zinət əşyalarını ona qaytarmasını, qızılları satıb borcunu bağlayacağı ilə bağlı yalan məlumatlar verərək girov qismində qoyulmuş qızıl zinət əşyalarının hamısını xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Lənkəran şəhər ərazisində «Böyük bazar» adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs1 alaraq Zərərçəkmiş şəxs MMC-ə məxsus əmlak hüququ olan girov hüququnu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birgə yaşayır. Ailəlidir, bir övladı var. 26 iyul 2021-ci il tarixdən 2022-ci ilin avqust ayının dəqiq xatırlamadığı gününədək Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialında bölmə rəhbəri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi ev 106, mənzil 125 ünvanıdır. Zərərçəkmiş şəxs MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvan isə Bakı şəhəri, Azadlıq prospekti 108 ünvanıdır. Zərərçəkmiş şəxs MMC lombard kreditlərinin verilməsini həyata keçirən məhdud məsuliyyətli cəmiyyətdir. Həmin MMC-nin ünvan 9 ünvanında yerləşir. MMC-nin Lənkəran filialı 26 iyul 2021-ci il tarixdə yaradılmış, yaradıldığı vaxtdan filialın bölmə müdiri vəzifəsində işləmişdir. Lənkəran filialı da lombard kreditlərinin verilməsi fəaliyyətini həyata keçirir. O, bölmə rəhbəri kimi işə götürüldüyü vaxt onunla MMC-nin rəhbərliyi arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Onun vəzifələri tapşırılan işlərin vaxtında yerinə yetirilməsi, kreditlərin verilmə tələblərini aşmamaq, kreditlərin sifarişi zamanı müştərilərlə görüşmək, kreditin verilib-verilməməsi ilə bağlı ilkin qərar qəbul etmək, müştərilərin kredit dosyesini, ciddi hesabat blanklarının tamlığına və saxlanılmasına nəzarət etmək, girov pul vəsaitinin baş ofisdən və ya inkassatordan alınması və verilməsi zamanı təhvil təslimdə iştirak etmək və digər işlərin görülməsini həyata keçirməkdən ibarət olmuşdur. Lənkəran filialından lombard krediti götürmək istəyən şəxs ona müraciət edir, kredit götürmək üçün qızıl-zinət əşyalarının olduğunu bildirir, qızıl-zinət əşyalarının dəyəri müəyyənləşdirilir, bundan sonra onun tərəfindən bu barədə rəhbərliyə məlumat verilir və vətəndaşa lombard kreditinin ayrılıb-ayrılmaması ilə bağlı qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdən sonra toplanmış sənədlər elektron poçt (mail) vasitəsilə Bakı şəhərində yerləşən baş ofisə göndərilir. Baş ofis tərəfindən kredit almaq üçün müraciət edən şəxsin adına plastik kart sifariş olunur və kreditin məbləğini təşkil edən vəsait həmin plastik kart hesabına köçürülür. Bundan sonra plastik kart filiala göndərilir və vətəndaşa həmin plastik kart təqdim edilir. Vətəndaş ona ayrılmış plastik kartdan pul vəsaitini nağdlaşdırır. Vətəndaşa lombard kreditinin müddəti və aylıq ödəniş qrafiki verilir və vətəndaş həmin qrafik əsasında kreditini ödəyir. Vətəndaşın həmin krediti götürmək üçün girov qismində qoyduğu qızılzinət əşyaları qızıl paketinə qoyularaq "xxxx" ASC-nin Lənkəran filialında olan onlara məxsus olan saxlanc yerində saxlanılır. Baş ofisdən inkassator həftədə bir dəfə gələrək həmin qızılları götürüb baş ofisə aparır. Vətəndaş tərəfindən götürülən lombard krediti tam ödənilib qurtardıqdan sonra inkassatora qızılların geri qaytarılması ilə bağlı sifariş verilir və qızıllar filiala inkassator tərəfindən gətirilir və vətəndaşa məxsus qızıllar geri qaytarılır. Qızıllar vətəndaşa geri qaytarılan zaman onun tərəfindən akt tərtib edilir, akta o və vətəndaş tərəfindən imza edilməklə qızıllar geri götürülür. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2 əvvəllər işlədiyi “İnternational” BOKT-dan tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 o, orada işləyəndə də bir neçə dəfə lombard krediti götürərək vaxtlıvaxtında ödənişlərini etmişdi. Təqsirləndirilən şəxs2 səyyari formada qızıl alqı-satqısını həyata keçirir, yəni onun qızıl dükanı yoxdur. O, qızıl satmaq istəyən vətəndaşlardan qızılı alaraq qızıl dükanlarına satmaqla məşğuldur. Cəmil bir neçə dəfə onun işlədiyi filialdan lombard krediti götürmüşdür. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 tanışı Şahid1 girov qismində qızıl-zinət əşyaları qoymaqla filialdan 28650 manat kredit götürmüşdü. Həmin vaxtı Şahid1 təqdim etdiyi qızıllar Təqsirləndirilən şəxs2 qızılları olmuşdur. Cəmil özü də ona demişdi ki, həmin qızıllar ona məxsusdur, o, həmin qızılları qoyaraq götürdüyü kreditlə əvvəl götürdüyü krediti bağlayacaqdır. Təqsirləndirilən şəxs2 özünün borcları olduğu üçün onun adına kredti verilmirdi. O da rəsmiləşdirmə işlərini apardıqdan sonra 28650 manat krediti Şahid1 vermişdir. Həmin kredit rəsmiləşdirildikdən sonra kreditin xeyli hissəsi Təqsirləndirilən şəxs2 tərəfindən əvvəllər götürdüyü kreditinin silinməsinin əvəzi kimi rəsmiləşdirildi. Çünki Şahid1 tərəfindən götürülən kredit Təqsirləndirilən şəxs2 verilən kreditdir, kreditin girovu kimi qoyulan qızıllar da Cəmilə məxsusdur. Sadəcə olaraq kredit Təqsirləndirilən şəxs2 tanışı olan Şahid1 adına rəsmiləşdirilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yenidən qızıl zinət əşyaları girov qoyulmaqla 6200 manat kredit verildi. Həmin kreditin də xeyli hissəsi Təqsirləndirilən şəxs2 əvvəlki kredit borclarının silinməsinin əvəzi kimi tutuldu. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 başqa bir tanışı X3 adına 1867 manat kredit götürdü, həmin kreditin girovu qismində Təqsirləndirilən şəxs2 məxsus qızıllar lombarda qoyuldu. Həmin kreditlərdən 6200 manat və 1867 manat olanı Təqsirləndirilən şəxs2 tərəfindən bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Cəmil ona bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə girov qismində qoyulmuş qızılları götürüb Şahid1 adına olan borcu tam bağlayacaqdır. O da bu barədə rəhbərliyə məlumat vermiş və Şahid1 tərəfindən girov qoyulmuş Təqsirləndirilən şəxs2 məxsus qızılları xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktı ilə götürərək Təqsirləndirilən şəxs2 tezliklə krediti tam şəkildə bağlayacağını bildirmişdir. Onun məqsədi Təqsirləndirilən şəxs2 kreditini tam şəkildə bağlayacağı təqdirdə qızılları ona geri qaytarmaq olmuşdur. Sonradan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qızıl-zinət əşyaları girov qoyulmaqla 28250 manat kredit götürdü, həmin kreditin 28210 manatı köhnə kredit borcunun əvəzinin ödənilməsi və kreditin yenilənməsi kimi rəsmiləşdirildi. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə kreditin verilməsinə görə Təqsirləndirilən şəxs2 tərəfindən girov qoyulmuş qızıl zinət əşyaları "xxxx" ASC-nin Lənkəran filialında saxlanılırdı. Həmin qızılların götürülməsi ilə bağlı baş ofisdən inkassator gələn vaxt Təqsirləndirilən şəxs2 ona müraciət edərək həmin qızılların baş ofisə verilməməsini və tezliklə krediti bağlayacağını bildirmişdi. Çünki həmin qızıllar Cəmilin tanımadığı tanışının qızılları idi və tanışı həmin qızılları istəyən vaxt Cəmil onu geri qaytarmalı idi. Cəmil ona söz vermişdi ki, xx.xx.2022-ci il tarixdə krediti tam bağlayacaqdır. O da baş ofisdən vaxt istəmişdir. Baş ofisdən ona bildirilmişdi ki, xx.xx.2022-ci il tarixə kimi kredit bağlanmasa həmin qızılları özü şəxsən baş ofisə təhvil verməlidir. O da razılaşmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə krediti tam bağlamadığına görə o, qızılları götürüb xx.xx.2022-ci il tarixdə baş ofisə aparmalı idi. Həmin gün Cəmil ona demişdir ki, o, qızılları Aynur adlı sələmçiyə verib həmin krediti tam bağlayacaqdır. O da Cəmilə inanmış və qızılları xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Lənkəran şəhərində, «Böyük bazar» adlanan yerin yaxınlığında Cəmilə məxsus **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncuya vermişdir. Cəmil ona bildirmişdi ki, həmin qızılları Aynur adlı sələmçiyə verəcək və pul götürəcəkdir. O da Cəmilə etibar etdiyi üçün qızılları ona vermişdir. O, baş ofisə qızılları Cəmillə birlikdə Aynura verdiyini demiş və Nəsimi rayon prokurorluğunda izahat verən zaman həmin məzmunda dediklərini qeyd etmişdir. Halbuki o, Aynur adlı şəxsi tanımır, Cəmilə etibar etdiyi üçün bu məzmunda izahat vermişdir. O, qızılları Cəmilə vermişdir. Sonradan Cəmil ona bildirmişdi ki, qızıllar onun Bakı şəhərində yaşayan tanışınındır və həmin tanışı qızılları Cəmildən tələb etdiyi üçün ona vermişdir. O, qızılların əsl sahibini, yəni Cəmilin qızılları kimə verməsini bilmir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər də bir neçə dəfə kredit götürüb sonradan ödədiyi üçün o, Cəmilə inanıb qızılları geri qaytarmışdır ki, kreditini tam bağlasın. Hazırda Təqsirləndirilən şəxs2 götürdüyü kreditə görə faizlərlə birlikdə təxminən 21500 manata yaxın borcu vardır. O, səhf etdiyini anlayır, Təqsirləndirilən şəxs2 kredit ödənişini tam şəkildə ödəməyənə qədər girov qismində qoyulmuş əşyaları geri qaytarmalı deyildi. Zərərçəkmiş şəxs MMCnin Lənkəran filialında bölmə rəhbəri vəzifəsində işlədiyi vaxt girov qismində qoyulmuş qızıl-zinət əşyalarını vətəndaşa geri qaytarmaq səlahiyyəti olmuşdur. Lakin girov qismində qoyulmuş qızıl-zinət əşyalarını vətəndaşa borc tam olaraq ödənildikdən sonra qaytara bilərdi. O isə səhf edərək borc tam olaraq ödənilmədiyi halda qızıl-zinət əşyalarını Cəmilə qaytarmışdır. Cəmiyyətlə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətində ona aid olduğu qeyd edilən imzalar onun tərəfindən yazılmışdır. Həmin imzalar ona məxsusdur. Həmin müqavilələrə imza çəkərkən onların mətni ilə tanış olmuş və dərk etmişdir. xx.xx.2022-ci il tarixdə girov qismində qoyulmuş qızıl zinət əşyalarını Təqsirləndirilən şəxs2 qaytararkən təhvil təslim aktı tərtib etməmişdir. Buna səbəb onun Cəmilə inanması və Cəmilin də bundan istifadə edərək onu aldatması olmuşdur. O, düşünmüşdür ki, Cəmil tezliklə Cəmiyyətə olan borcunu bağlayacaqdır. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ağır cəza veriləcəyi halda ailəsinin dolanışıqdan məhrum ediləcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, iki övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lənkəran bazarında səyyari qaydada qızıl alqı-satqısı ilə məşğul olur. Belə ki, o, qızıl satmaq istəyən vətəndaşlardan qızılı alaraq bir az baha qiymətə qızıl dükanlarına satır. Valideynlərinin səhhətində olan problemlərə görə xeyli miqdarda borca düşmüşdür. Anası uzun müddətli onkoloji xəstəlikdən sonra dünyasını dəyişmişdir. Yaşadığı ev də "xxxx" ASC-nin girovundadır. O, vəziyyətdən çıxmaq üçün əlində olan qızılları girov qoyaraq lombard kreditləri götürmüşdür. Əvvəllər Lənkəran şəhərində yerləşən “İnternational” BOKT-dan bir neçə dəfə qızıl girov qoyaraq kredit götürmüşdür. Həmin vaxt qeyd etdiyi BOKT-da işləyən Təqsirləndirilən şəxs1 tanımışdır. Onunla aralarında heç bir şəxsi ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 sonradan həmin BOKT-dan çıxaraq Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialına bölmə müdiri vəzifəsinə təyin edilmişdir. Həmin filial da lombard kreditlərinin verilməsi ilə məşğuldur. O, bir neçə dəfə həmin filialdan qızıl-zinət əşyaları qoyaraq lombard krediti götürmüşdür. Sonradan götürdüyü kreditləri bağlamaq üçün məcbur qalaraq yeni kreditlər götürmüşdür. Hər dəfə kredit götürərək əvvəlki krediti bağlamışdır. xx.xx.2021-ci il tarixdə tanışı Şahid1 vasitəsilə girov qismində qızıl-zinət əşyaları qoymaqla 28650 manat kredit götürmüşdür. Həmin kreditin götürülməsinə görə qızılları Elçinə o, vermişdir. Elçin də həmin krediti götürüb ona vermişdi. Kredit müqaviləsində kredit Elçinin adına rəsmiləşdirilsə də, faktiki olaraq kredit ona aid olmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə o, öz adından qızıl zinət əşyaları girov qoymaqla 6200 (altı min iki yüz) manat kredit götürmüş, həmin kreditin də xeyli hissəsi onun əvvəlki kredit borclarının silinməsinin əvəzi kimi tutulmuşdu. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, başqa bir tanışı X3 adına 1867 manat kredit götürmüş, həmin kreditin girovu qismində ona məxsus qızıllar lombarda qoyulmuşdu. Həmin kreditlərdən 6200 manat və 1867 manat olanları onun tərəfindən bağlanmışdır. xx.xx.2023-cü il tarixdə o, Şəhriyardan xahiş etmişdir ki, qızıl-zinət əşyalarını baş ofisdən gətizdirsin və onunla yeni müqavilə bağlansın. O, Şəhriyardan kredit müqaviləsini yeniləməsini xahiş etmiş və tezliklə kredit borclarını ödəyəcəyini bildirmişdir. Şəhriyar da həmin qızıl zinət əşyalarını həmin tarixdə geri gətizdirmişdir. Bu məsələdə Şəhriyarın heç bir maddi marağı olmamışdır. Şəhriyar sadəcə olaraq ona borclarını tezliklə ödəməsində köməklik etmək istəmişdir. Onun isə məqsədi həmin qızılları əsl sahibinə geri qaytarmaq olmuşdur. Çünki həmin qızıllar onun Bakı şəhərində yaşayan tanışı Fuad adlı şəxsə məxsusdur. Belə ki, Fuad ona satmaq üçün 2021-ci ilin avqust ayında təxminən 9000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları vermişdi. Fuad bir neçə dəfə ona satmaq üçün qızıl vermiş, o da qızılları sataraq əldə etdiyi gəlirdən Fuada da vermişdir. Tanışı Fuadın ona verdiyi qızılları girov qoyaraq lombard krediti götürürdü. Fuad adlı şəxs ondan qızıllarını istəyirdi. 26 yanvar 2022-ci il tarixdə Cəmil özü rayonda olmadığı üçün tanışı Şahid1 lombard krediti götürməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Şahid1 yenidən 28250 manat kredit götürmüş və onun Elçinə verdiyi qızılları girov qoymuşdu. Bu müqavilə xx.xx.2021-ci il tarixli müqavilənin yenilənməsi kimi çıxış etmişdir. Girov qismində qoyulan qızıl zinət əşyaları xx.xx.2021-ci il tarixdə qoyulan qızıl zinət əşyaları olmuşlar. O, həmin kreditlə xx.xx.2021-ci il tarixdə olan krediti bağlamış və yenidən 28250 manat kreditə görə borclu qalmışdır. O, krediti tez bir zamanda bağlamaq niyyətində olmuş, lakin işlər qaydasında getmədiyi üçün, qızıl alqı-satqısında zəiflik müşahidə olunduğundan o, həmin krediti tam bağlaya bilməmişdir. Onun Şahid1 verdiyi sonuncu kreditin götürülməsi üçün olan girov qızılları tanışı Fuad ondan geri istəmiş, o da Fuada həmin qızılları nə vaxt lazım olsa götürüb geri qaytaracağına söz vermişdir. Buna görə də o, Zərərçəkmiş şəxs MMCnin Lənkəran filialının bölmə rəhbəri Təqsirləndirilən şəxs1 müraciət edərək həmin qızılların ona geri qaytarılmasına köməklik etməsini, tez bir zamanda krediti bağlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 da həmin qızılları götürüb xx.xx.2022-ci il tarixdə Lənkəran Bazarının yaxınlğında idarə etdiyi avtomobildə ona vermişdi. O, qızılları Şəhriyardan götürən zaman sonuncunu aldadaraq qızılları Aynur adlı sələmçiyə verərək pul götürüb krediti bağlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 o, əvvəldən tanıyırdı, buna görə də düşünürdü ki, Şəhriyarı aldatmaq asan olacaq, çünki onun Şəhriyarın yanında etibarı vardır. Şəhriyara qızılları əsl sahibinə geri qaytarır desəydi, sonuncu qızılları ona geri qaytarmazdı. Buna görə də o, Şəhriyara həmin qızılları Aynur adlı sələmçiyə verib pul götürüb kreditini bağlayacağını deyib onu aldatmışdır. O, düşünürdü ki, Fuad adlı şəxsin qızıllarını geri qaytarar, qısa müddətə ondan yenidən qızıl götürüb vəziyyətini bir az yaxşılaşdırar. O, Fuad adlı tanışının adının hallanmasını istəmədiyi üçün Şəhriyara Aynur adlı sələmçinin adını vermişdir. Halbuki, o, həmin qızılları əsl sahibinə göndərmişdir. Maddi vəziyyəti tamamilə pisləşdiyi üçün kredit borcunu ödəməkdə çətinliyə düşmüşdür. Hazırda onun sonuncu götürdüyü kreditə görə faizlərlə birlikdə təxminən 18626 manat borcu vardır. O, həmin kredit borcunu qəbul edir. Onun həmin krediti ödəməkdən yayınmaq fikri yoxdur, o, əvvəllər də götürdüyü 6500 manat krediti, sonradan tanışı X3 adına götürdüyü 1867 manat krediti tam bağlamışdır. Hazırki kreditin də müəyyən hissəsini ödəmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid1 adına olan sonuncu kreditdən təxminən 10000 manatdan çox ödəniş etmişdir. Onun həmin krediti ödəməkdən yayınmaq fikri olsaydı, qızıllar onda olduğu müddətdə heç bir ödəniş etməzdi. Onun heç kimi aldatmaq və pulunu ələ keçirmək fikri olmamışdır. İstintaq materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli onun adından Zərərçəkmiş şəxs MMC-nin direktoru Təqsirləndirilən şəxs2 adına yazılmış ərizədə adının qarşısındakı imza, xx.xx.2021-ci il tarixli 0273 saylı kredit müqaviləsinə əlavə edilmiş 56545627 saylı Qiymətləndirmə Aktında adının qarşısında olan imza, xx.xx.2021-ci il tarixli İltizamda adının qarşısında olan imzalar, xx.xx.2021-ci il tarixli “kredit verilməsi zamanı tutulmalar”da adının qarşısında olan imzalar onun tərəfindən yazılmışdır. Həmin imzalar ona məxsusdur. Həmin müqavilələrə imza çəkərkən onların mətni ilə tanış olmuş və dərk etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, himayəsində iki az yaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən hüquqi ünvanı ünvan 11stərdiyi ünvan isə Bakı şəhəri, Azadlıq prospekti 108 olan Zərərçəkmiş şəxs MMC-nin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC lombard kreditlərinin verilməsini həyata keçirən məhdud məsuliyyətli cəmiyyətdir. Zərərçəkmiş şəxs MMC-nin Lənkəran, Xaçmaz, Sumqayıt, Gəncə, Bərdə, İmişli, Beyləqan, Tərtər, Yevlax, Astara, Cəlilabad və digər bir neçə rayonlarda filialları mövcuddur. Onun iş yeri baş ofisdədir. Vəzifəsi şirkətin hüquqi xarakterli məsələlərini həll etməkdən ibarətdir. Cəmiyyətin direktorunun 13 dekabr 2022-ci il tarixli 041/E saylı etibarnaməsi əsasında Zərərçəkmiş şəxs MMC-nin (VÖEN: **********) adından ibtidai istintaq orqanlarında, məhkəmələdə və digər dövlət orqanlarında çıxış etmək, lazımı sənədləri almaq, izahat vermək, bütün lazımı sənədləri imzalamaq və digər bütün zəruri hərəkətləri etmək səlahiyyəti vardır. Zərərçəkmiş şəxs MMC xx.xx.2020-ci il tarixdə fəaliyyətə başlamış, həmin tarixdə də Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən **********567100 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır. O, Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialının rəhbəri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 birgə işlədikləri vaxtdan tanıyır. Onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2021-ci il tarixdə Cəmiyyətin Lənkəran filialının bölgə müdiri Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında kredit (borc) və girov müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu tərəfindən girov qismində qoyulmuş qızıl zinət əşyalarının əvəzində 28650 (iyirmi səkkiz min altı yüz əlli) manat məbləğində kredit verilmişdir. Həmin vaxt qızıl zinət əşyaları inkassator vasitəsi ilə baş ofisə gətirilmişdir. Girov qismində qoyulmuş Şahid1 mülkiyyətində olan qızıl zinət əşyaları 1 ədəd 583 əyyarlı qarnitur (180 sot briliant), 6 ədəd 750 əyyarlı qarnitur (1250 sot briliant), 6 ədəd 585 əyyarlı sırqa (60 sot briliant), 2 ədəd 583 əyyarlı üzük, 3 ədəd 585 əyyarlı qolbaq, 2 ədəd 585 əyyarlı kloun, 1 ədəd 585 əyyarlı komplekt, 1 ədəd 585 əyyarlı üzük, 2 ədəd 585 əyyarlı qarnitur (200 sot briliant) olmuşlar. Həmin vaxt qızıl zinət əşyaları zərgər tərəfindən qiymətləndirilmiş və ümumi likvid dəyəri 9111.44 (doqquz min bir yüz on bir ABŞ dolları qırx dörd sent) məbləğində olması müəyyən edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında kredit (borc) və girov müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu tərəfindən girov qismində qızıl zinət əşyaları qoyulmaqla Təqsirləndirilən şəxs2 6200 (altı min iki yüz) manat məbləğində kredit verilmişdir. Girov qismində qoyulmuş Təqsirləndirilən şəxs2 mülkiyyətində olan qızıl zinət əşyaları 1 ədəd 583 əyyarlı komplekt (70 sot briliant), 1 ədəd 583 əyyarlı komplekt (30 sot briliant), 1 ədəd 585 əyyarlı komplekt, 1 ədəd 583 əyyarlı üzük (20 sot briliant), 1 ədəd 583 əyyarlı qarnitur, 1 ədəd 585 əyyarlı qarnitur və 1 ədəd 585 əyyarlı komplekt (120 sot briliant) olmuşlar. Həmin vaxt qızıl zinət əşyaları zərgər tərəfindən qiymətləndirilmiş və ümumi likvid dəyəri 2019.42 (iki min on doqquz ABŞ dolları qırx iki sent) olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə Şəhriyar X1 arasında kredit (borc) və girov müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu tərəfindən qızıl zinət əşyaları girov qoyulmaqla X6 1867 (bir min səkkiz yüz altmış yeddi) manat məbləğində kredit verilmişdir. Girov qismində qoyulmuş Aqşin Yüsübzadənin mülkiyyətində olan qızıl zinət əşyaları 1 ədəd 750 əyyarlı komplekt 40 sot briliant, 1 ədəd 585 əyyarlı komplekt 25 sot briliant və 1 ədəd 585 əyyarlı boyunbağı olmuşlar. Həmin vaxt qızıl zinət əşyaları zərgər tərəfindən qiymətləndirilmiş və ümumi likvid dəyəri 606.92 (altı yüz altı ABŞ dolları doxsan iki sent) məbləğində olması müəyyən edilmişdir. Girov qismində verilmiş bütün qızıl zinət əşyaları Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə inkassator vasitəsi ilə MMC-nin baş ofisinə göndərilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 baş ofisə yaxınlaşaraq təhvil təslim aktı ilə Təqsirləndirilən şəxs2, Aqşin Yüsübzadə və Şahid1 tərəfindən verilmiş qızıl zinət əşyalarını baş ofisdən alaraq onların hamısının Təqsirləndirilən şəxs2 məxsus olmasını, Cəmilin tezliklə pulları qaytaracağını və girovu müştərilərə təhvil verəcəyini, həmçinin Cəmilin müqavilə yeniləmək istədiyini bildirib, həmin üç müqaviləni birləşdirmək istədiyini demişdir. Bununla bağlı təhvil təslim aktı tərtib olunaraq həmin qızıllar Şəhriyara verilmişdir. Təhvil təslim aktında texniki səhf olaraq xx.xx.2022-ci il tarix yazılsa da həmin tarix xx.xx.2022-ci il tarix kimi olmalı idi. xx.xx.2022ci il tarixdə Şahid1 krediti yenilənmiş və ona 28250 manat məbləğində kredit verilmişdir. Daha sonra Aqşin Yüsübzadə tərəfindən götürülmüş kredit müqaviləsi üzrə borc bağlanmışdı. xx.xx.2022-ci il tarixdə növbəti inkassasiya zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüş 6200 manat kreditə görə qoyulmuş qızıl zinət əşyalarının və Şahid1 adına götürülmüş 28650 manat kreditə görə qoyulmuş qızıl zinət əşyalarının filialda olmadığını bildirərək onları baş ofisə verməkdən boyun qaçırmışdır. Şirkət tərəfindən bu barədə xx.xx.2022-ci il tarixli iki ədəd akt tərtib edilmişdir. Sonradan Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüş kredit müqaviləsi üzrə 6200 manat borc da bağlanmışdır. Lakin rəsmi olaraq Şahid1, faktiki olaraq Təqsirləndirilən şəxs2 tərəfindən götürülən kredit müqaviləsi üzrə 28250 manat məbləğində borc qaytarılmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs MMCdə, həmçinin onun Lənkəran rayon filialında müştərilərlə kredit (borc) və girov müqaviləsi bağlandıqdan sonra müştəri borc öhdəliyinin icrasını bir aydan artıq müddətdə gecikdirdikdə müştərinin girov qismində qoymuş olduğu əşyaları məhkəmədən kənar satılaraq borcun ödənilməsinə dair müştəriyə bildiriş göndərilir. Borclu girov qoyan bildirişi aldıqdan 10 iş günü ərzində girov predmetinin satılması barədə kreditor-girov saxlayanla qarşılıqlı razılığa gəlmədikdə, borclu-girov qoyanın razılığı olmadan girovun predmeti satış gününə olan bazar qiyməti ilə yenidən qiymətləndirlir və həmin qiymətə satılaraq borcun əvəzinə yönəldilir. Qeyd etdikləri müştəri ilə Cəmiyyət arasında bağlanmış kredit (borc) və girov müqavilələrinin 3.2-ci bəndində də göstərilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etmiş olduğu qanunsuz hərəkətlər nəticəsində Zərərçəkmiş şəxs MMC-ə faizlərlə birgə 34569,48 (otuz dörd min beş yüz altmış doqquz manat qırx səkkiz qəpik) məbləğində ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə və həmin müqavilənin yenilənməsi kimi bağlanmış xx.xx.2022-ci il tarixli kredit (borc) və girov müqavilələrində müqavilə rəsmi olaraq Şahid1 adına bağlansa da, faktiki olaraq Təqsirləndirilən şəxs2 ilə bağlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 Cəmiyyətə borcları olduğu üçün onun adına müqavilə bağlanmasına icazə verilmirdi. Cəmil də öz tanışlarını, yəni Şahid1 və X10 filialına gətirərək onların adlarından müqavilələr bağladırdı. Həmin müqavilələrin bağlanması zamanı girov qismində qoyulmuş qızıl-zinət əşyalarının hamısı Cəmilə məxsus olmuşdur. Həmçinin kredit kimi götürülən bütün pullar Cəmilə çatırdı. Hesab edir ki, Cəmillə Şəhriyar əlbir olaraq həmin qızıl zinət əşyalarını mənimsəməklə israf etmişlər, ona görə də həmin ziyan onların hər ikisi tərəfindən ödənilməlidir. Həmçinin hesab edir ki, 14 fevral 2023-cü il tarixli 9/316 saylı kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizasının rəyində Cəmiyyətə 23.612,46 manat məbləğində ziyan dəyməsi göstərilsə də, doğru hesablanmamışdır. Çünki şirkətin rəsmi sənədlərində bu məbləğ 34569,48 (otuz dörd min beş yüz altmış doqquz manat qırx səkkiz qəpik) məbləğində göstərilmişdir. Məhkəmə istintaqında şahid dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin xəzinədarlıq departamentinin rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayından hazırkı vaxtadək hüquqi ünvanı ünvan 11stərdiyi ünvan isə Bakı şəhəri, Azadlıq prospekti 108 olan Zərərçəkmiş şəxs MMC-də hazırkı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC lombard kreditlərinin verilməsini həyata keçirən məhdud məsuliyyətli cəmiyyətdir. Zərərçəkmiş şəxs MMC-nin Lənkəran, Xaçmaz, Sumqayıt, Gəncə, Bərdə, İmişli, Beyləqan, Tərtər, Yevlax, Astara, Cəlilabad və digər bir neçə rayonda filialları mövcuddur. Onun iş yeri baş ofisdədir. Vəzifəsi həmin filiallardan baş ofisə gələn girov qismində qoyulmuş qızıl zinət əşyalarının tamlığına nəzarət etmək, onları təhvil alıb müvafiq bankın bunkerində saxlanması üçün təhvil verməkdən, həmçinin elektron sistem vasitəsi ilə bağlanmış kreditlərə baxaraq həmin kredit müqavilələri əsasında qoyulmuş qızl zinət əşyalarının sayına və sair xüsusiyyətlərinin düzgün olmasına nəzarət etməkdən ibarətdir. Həftədə bir dəfə inkassator xidməti avtomobillə rayonlara gedərək qızıl zinət əşyalarını təhvil təslim edir. O, özü rayonlara getmir, bu fəaliyyəti inkassator həyata keçirir, inkossator yenidən baş ofisə qayıtdıqda isə qızıl zinət əşyalarının düzgünlüyünü yoxlayır. Kredit müqaviləsi əsasında baş ofisə girov qismində qoyulmuş qızıl zinət əşyaları dörd halda baş ofisdən götürülərək geri, filiallara qaytarılır. Birinci halda şəxs kredit borcunu bağlayanda bu hal baş verir. İkinci halda kredit yenilənməsi zamanı bu hal baş verir. Belə ki, əgər kredit götürən şəxs kredit borcunu vaxtında ödəyə bilməyəndə, həmin kredit borcuna görə faizlərin çoxalmasını istəməyib, kredit müqaviləsini yeniləmək istəyir. Bu zaman şəxsin baş ofisdə olan qızıl zinət əşyaları filiala geri qaytarılır və orada yenidən həmin qızıl zinət əşyalarının şəkili çəkilib, qiymətləndirildikdən sonra baş ofisə qaytarılır. Üçüncü hal kredit müqavilələrinin birləşdirilməsi zamanı baş verir. Belə ki, şəxsin misal üçün iki kredit müqaviləsi üzrə borcu varsa onları birləşdimək üçün müraciət etdikdə qızıl zinət əşyaları filiala geri qaytarılır. Dördüncü hal isə kredit müqaviləsinin addan ada keçirilməsi zamanı baş verir. O, Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialının rəhbəri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 birgə işlədikləri vaxtdan tanıyır. Onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində Şahid1 girov qismində qoyduğu qızıl zinət əşyalarının əvəzində 28650 (iyirmi səkkiz min altı yüz əlli) manat məbləğində kredit verilmişdir. Həmin vaxt qızıl zinət əşyaları inkassator vasitəsi ilə baş ofisə gətirilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə girov qismində qızıl zinət əşyaları qoyulmaqla Təqsirləndirilən şəxs2 müqavilə əsasında 6200 (altı min iki yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixdə qızıl zinət əşyaları girov qoyulmaqla X6 1867 (bir min səkkiz yüz altmış yeddi) manat məbləğində kredit verilmişdir. Girov qismində verilmiş bütün qızıl zinət əşyaları Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə inkassator vasitəsi ilə MMC-nin baş ofisinə göndərilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 baş ofisə yaxınlaşaraq təhvil təslim aktı ilə Təqsirləndirilən şəxs2, Aqşin Yüsübzadə və Şahid1 tərəfindən verilmiş qızıl zinət əşyalarını baş ofisdən alaraq onların hamısının Təqsirləndirilən şəxs2 məxsus olmasını, Cəmilin tezliklə pulları qaytaracağını və girovu müştərilərə təhvil verəcəyini bildirmişdir. Həmçinin Cəmilin kredit yeniləməsi edəcəyini bildirmişdir. Bu səbəbdən də o, qızıl-zinət əşyalarını Şəhriyara vermişdir. Təhvil təslim aktında texniki səhf olaraq xx.xx.2022-ci il tarix yazılsa da həmin tarix xx.xx.2022-ci il tarix kimi olmalı idi. xx.xx.2022-ci il tarixdə Şahid1 krediti yenilənmiş və ona 28250 manat məbləğində kredit verilmişdir. Daha sonra Aqşin Yüsübzadə tərəfindən götürülmüş kredit müqaviləsi üzrə borc bağlanmışdı. xx.xx.2022-ci il tarixdə növbəti inkassasiya zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüş 6200 manat kreditə görə qoyulmuş qızıl zinət əşyalarının və Şahid1 adına götürülmüş 28650 manat kreditə görə qoyulmuş qızıl zinət əşyalarının filialda olmadığını bildirərək onları baş ofisə verməkdən boyun qaçırmışdır. O da bu barədə xx.xx.2022-ci il tarixli iki ədəd akt tərtib etmiş və həmin aktları imzası ilə təsdiq etmişdir. Sonradan Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüş kredit müqaviləsi də bağlanmışdır. Lakin rəsmi olaraq Şahid1, faktiki olaraq Təqsirləndirilən şəxs2 tərəfindən götürülən kredit müqaviləsi üzrə 28250 manat məbləğində borc qaytarılmamışdır. xx.xx.2022-ci il tarixli iki ədəd akt onun tərəfindən tərtib edilmişdir. Aktlarda adının qarşısındakı imzalar ona məxsusdur. Həmin aktları xx.xx.2022-ci il tarixdə inkassasiya vaxtı Təqsirləndirilən şəxs1 qızıl zinət əşyalarını təhvil vermədiyi üçün tərtib etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Həmçinin onunla Lənkəran bazarında birgə işləmişlər. Təqsirləndirilən şəxs1 da tanımışdır. Şəhriyarı da bazarda işlədiyi vaxtdan tanıyır. Bildiyi qədəri ilə Şəhriyar Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialında bölgə müdiri vəzifəsində işləmişdir. Onların hər ikisi ilə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ondan xahiş etmişdir ki, onun çoxlu borcları olduğu üçün bank ona kredit vermir. Bu səbəbdən onunla birgə Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialına getməsini və öz adından, faktiki olaraq isə Cəmilin adından Cəmiyyətlə müqavilə bağlayıb kredit götürməsini xahiş etmişdir. O da Cəmilin maddi imkanı aşağı olduğu, həmçinin uşaqlıq dostu olduğu üçün Cəmillə razılaşmışdır. Cəmillə birgə Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialına getmişlər. Burada Cəmil ona qızıl-zinət əşyaları verərək onları da girov qismində qoymasını bildirmişdi. O, həmin qızıl zinət əşyalarının dəqiq ölçülərini, adlarını, çəkilərini və sair xüsusiyyətlərini bilməmiş, çünki həmin qızıllar ona məxsus deyildi, onlar Cəmilin idilər. xx.xx.2023-cü il tarixdə onunla Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialının müdiri Təqsirləndirilən şəxs1 arasında 0203 saylı kredit (borc) və girov müqaviləsi bağlanmış, həmin müqavilənin əsasında Cəmilin ona verdiyi qızıl zinət əşyalarını o, girov qismində şirkətə təqdim etmişdir. Bundan sonra müvafiq müqaviləyə və digər sənədlərə imza etmişdir. Daha sonra şirkət ona 28650 manat məbləğində kredit pul vermişdi. O, həmin pulun hamısını Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra olan proseslərdən xəbəri olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cəmil özü ondan xahiş etmişdir ki, yenidən Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialına müraciət edib, orada yenidən onunla müqavilə bağlanacaqdır. O, tək Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialına getmiş, burada yenidən xx.xx.2021-ci il tarixdə verilmiş girov qızıl zinət əşyalarını onlara vermiş və ona 28250 manat məbləğində kredit pul vermişlər. O, yenə də həmin pulun hamısını Təqsirləndirilən şəxs2 vermişdir. Onun bu işlərdə rolu bu qədər olmuşdur. Sonradan eşitmişdir ki, Cəmil həmin krediti bağlaya bilməyib borca düşmüşdür. xx.xx.2022-ci il tarixdə onu Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialına çağırmışlar, onlara heç bir təqsirinin olmadığını və götürülən pulların hamısını Təqsirləndirilən şəxs2 verdiyini, həmçinin girov qismində qoyulmuş qızıl zinət əşyalarının hamısının Cəmilə məxsus olduğunu deyib həmin məzmunda ərizə vermişdir. Ona verilmiş əalvə suallara cavab oalraq bildirmişdir ki, istintaq materialına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 0203 saylı kredit (borc) və girov müqaviləsinin hər iki səhifəsində “borclu-girov qoyan” yazılarının qarşısındakı imzalar, həmin müqaviləyə əlavə edilmiş AZ00132771 saylı Qiymətləndirmə Aktında adının qarşısında olan imzalar, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində adının altında olan imza, xx.xx.2021-ci il tarixli İltizamda adının qarşısında olan imzalar, xx.xx.2021-ci il tarixli “kredit verilməsi zamanı tutulmalar”-da adının altında olan imzalar, xx.xx.2022-ci il tarixli 0321 saylı kredit (borc) və girov müqaviləsinin hər iki səhifəsində “borclu-girov qoyan” yazılarının qarşısındakı imzalar, həmin müqaviləyə əlavə edilmiş AZ00132771 saylı Qiymətləndirmə Aktında adının qarşısında olan imzalar, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində adının altında olan imza, xx.xx.2022-ci il tarixli İltizamda adının qarşısında olan imzalar, xx.xx.2022-ci il tarixli “kredit verilməsi zamanı tutulmalar”-da adının altında olan imzalar onun tərəfindən yazılmışdır. Həmin imzalar ona məxsusdur. Həmin müqavilələrə imza çəkərkən onların mətni ilə tanış olmuş və dərk etmişdir. 14 fevral 2023-cü il tarixli 9/316 saylı kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının rəyində Şahid1 Zərərçəkmiş şəxs MMC-ə olan borc məbləğinin 23.612,46 manat məbləğində olması ilə bağlı bildirmişdir ki, həmin rəydə onun adının qeyd edilməsinə səbəb kredit müqaviləsinin onun adından bağlanması olmuşdur. Lakin həmin kredit müqavilələrinə görə Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialından götürdüyü pulların hamısını Cəmilə vermiş, Cəmil özü ondan xahiş etmişdir ki, onun əvəzinə kredit müqaviləsi bağlasın. Həmçinin müqavilələr bağlanarkən girov qismində qoyulmuş qızıl zinət əşyaları Cəmilə məxsus olmuşdur. Bu səbəbdən də rəsmi olaraq onun adı müqavilədə olsa da hesab edir ki, Cəmil özü Cəmiyyətə həmin məbləğdə borcludur. Bunu Cəmil də təsdiq edə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 0203 nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən kreditor-girov saxlayan Təqsirləndirilən şəxs1 borclu-girov qoyan adlandırılan Şahid1 28650 (iyirmi səkkiz min altı yüz əlli) manat məbləğində kredit vermişdir. Kredit alan aylıq faiz dərəcəsi 3,84% olmaqla 6 ay müddətinə həmin krediti hissə-hissə qaytarmağı öz öhdəsinə götürür. Borclu-girov qoyan adlandırılan Şahid1 aşağıdakı qızıl-zinət əşyalarını müqavilənin təminatı kimi girov saxlayana girov qismində qoymuşdur. - 1 ədəd 583 əyyarlı qarnitur (180 sot briliant) - 6 ədəd 750 əyyarlı qarnitur (1250 sot briliant) - 6 ədəd 585 əyyarlı sırqa (60 sot briliant) - 2 ədəd 583 əyyarlı üzük - 3 ədəd 585 əyyarlı qolbaq - 2 ədəd 585 əyyarlı kloun - 1 ədəd 585 əyyarlı komplekt - 1 ədəd 585 əyyarlı üzük - 2 ədəd 585 əyyarlı qarnituru (200 sot briliant) xx.xx.2021-ci il tarixli AZ00132771 saylı qiymətləndirmə aktının surətindən görünür ki, Şahid1 mülkiyyətində olan həmin qızıl-zinət əşyalarının likvid dəyəri 9111.44 (doqquz min bir yüz on bir ABŞ dolları qırx dörd sent) məbləğindədir. xx.xx.2022-ci il tarixli 0321 nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən kreditor-girov saxlayan Təqsirləndirilən şəxs1 borclu-girov qoyan adlandırılan Şahid1 28250 (iyirmi səkkiz min iki yüz əlli) manat məbləğində kredit vermişdir. Kredit alan aylıq faiz dərəcəsi 3,75% olmaqla 6 ay müddətinə həmin krediti hissə-hissə qaytarmağı öz öhdəsinə götürür. Borclu-girov qoyan adlandırılan Şahid1 aşağıdakı qızıl-zinət əşyalarını müqavilənin təminatı kimi girov saxlayana girov qismində qoymuşdur. - 1 ədəd 583 əyyarlı qarnitur (180 sot briliant) - 6 ədəd 750 əyyarlı qarnitur (1250 sot briliant) - 6 ədəd 585 əyyarlı sırqa (60 sot briliant) - 2 ədəd 583 əyyarlı üzük - 3 ədəd 585 əyyarlı qolbaq - 2 ədəd 585 əyyarlı kloun - 1 ədəd 585 əyyarlı komplekt - 1 ədəd 585 əyyarlı üzük - 2 ədəd 585 əyyarlı qarnituru (200 sot briliant) xx.xx.2022-ci il tarixli AZ00132771 saylı qiymətləndirmə aktının surətindən görünür ki, Şahid1 mülkiyyətində olan həmin qızıl-zinət əşyalarının likvid dəyəri 9111.44 (doqquz min bir yüz on bir ABŞ dolları qırx dörd sent) məbləğindədir. xx.xx.2022-ci il tarixli Sifariş və Təhvil-Təslim aktının surətindən görünür ki, X4, Təqsirləndirilən şəxs2 və Şahid1 müvafiq olaraq adlarına xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə bağlanmış kredit müqavilələri üzrə girov qismində qoyulmuş qızıl zinət əşyaları Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. 31 may 2022-ci il tarixli Jb0W38d8bh-1 saylı müstəqil audit rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialının kredit (borc) və girov müqaviləsinə əsasən Şahid1 hesabında 22203.26 manat məbləğində ödənilməmiş pul vəsaiti qalmışdır. Filial tərəfindən girov qoyulmuş 9111.44 ABŞ dolları məbləğində qızıl-zinət əşyaları qanunsuz olaraq götürülmüşdür. Filialda girov qeyri-qanuni olaraq götürüldüyündən kredit təminatsız kimi qiymətləndirilir. Auditor hesabatında qeyd edilən faktların Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən araşdırlması məqsədə müvafiqdir. Kompleks məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 fevral 2023-cü il tarixli, 9/316 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarına olan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə, maliyyə arayışı məlumatlarına, iş materiallarında olan kredit müqavilələrinə, ödəniş cədvəli məlumatlarına və ödəniş qəbzlərinə əsasən, Şahid1 Zərərçəkmiş şəxs MMC-yə olan borc məbləği 23,612,46 manat məbləğində müəyyən edilir. Zərərçəkmiş şəxs MMC-nin Lənkəran filialı tərəfindən Şahid1 kredit vəsaitləri verilərkən qanun pozuntularına yol verilib-veerilməməsi hüquqi məsələ olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığıa görə kimin məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda qızıl-zinət əşyalarının 2021-ci ilin noyabr-2022-ci ilin dekabr ayınadək olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5956,80 manat müəyyən edilir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qeyd: üzərlərində briliant qaşlar olan qızıl-zinət əşyaları tədqiqata təqdim edilmədiyindən və üzərlərində olan qaşların sayı, istehsal yeri, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2021-cı il tarixli, əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-cı il tarixdən bir il müddətinə Cəmiyyətin Lənkəran filialında bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Zərərçəkmiş şəxs MMC ilə həmin Cəmiyyətin Lənkəran filialında bölmə rəhbəri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin üçüncü hissəsində göstərilmişdir: İşçinin əmək funksiyası: İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: tapşırılan işləri zamanında, səliqəli yerinə yetirmək və kreditlərin verilməsi tələblərini aşmamaq, kreditin sifarişi zamanı müştəri ilə görüşmək və kreditin verilib-verilməməsi ilə bağlı qərar vermək, müştərilərin kredit dosyesinin və ciddi hesabat blanklarının tamlığına və saxlanılmasına nəzarət etmək, kassada olan pul vəsaitlərinin və müştərilərin girovlarının saxlanılmasına və tamlığına nəzarət etmək, girovun və pul vəsaitinin baş ofisdən (xəzinədən) və ya inkassatordan alınması və verilməsi (baş ofisin xəzinə və inkassatora) zamanı təhvil-təslimdə şəxsən iştirak etmək (imzalamaq), Müştərinin girovunu qəbul edərkən və onu müştəriyə təhvil verərkən, təhvil-təslimdə şəxsən iştirak edir və hər iki halda onun tərəfindən imzalanır. Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 3-cü bəndinə əsasən işçi işəgötürənin ona etibar etdiyi əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunması üçün tam maddi məsuliyyət daşımasını qəbul edir və aşağıdakları öz öhdəsinə götürür: işəgötürənin saxlanılmaq və ya digər məqsədlər üçün işçiyə verilmiş əmlaka və digər sərvətlərə qayğı ilə yanaşmaq və ziyanın qarşısını almaq üçün vaxtında lazımı tədbirlər görmək, ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə vaxtında məlumat vermək, ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin işəgötürənin daxili qaydalarına uyğun olaraq uçotun aparmaq, bu sərvətlərin vəziyyəti haqqında, qalıqları barəsində müəyyənləşdirilmiş qaydada hesabatları tərtib və təqdim etmək və istifadə olunmamış əmlak, maddi və ya digər sərvətləri tam şəkildə işəgötürənə qaytarmaq, ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin inventarizasiyasında iştirak etmək, İşəgötürənin əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasına dair əmrlərini icra etmək. xx.xx.2022-ci il tarixli, xxxxxxx0003X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən çıxarışdan və Zərərçəkmiş şəxs MMC-nin diroktorunun xx.xx.2022-ci il tarixli 0358/2022/G saylı əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Baxış keçirilməsi haqqında 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının saytına daxil olundu. Sayta daxil olduqdan sonra “AZN Məzənnələri” bölməsinə daxil olundu. Həmin bölmədə tarixi göstərən xanaya daxil olub həmin tarixi xx.xx.2022-ci ilə gətirdikdən sonra 1 ABŞ dollarının həmin tarixə 1,700 manat məbləğində olması müəyyən edildi. Lənkəran rayon İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, xx-xx/1745 nömrəli arayışdan görünür ki, Kamalov X2 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1/4a ünvanında arvadı X11 və xx.xx.2020-ci il təvəllüdlü övladı X7 ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Lənkəran rayon İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, xx-xx/2778 nömrəli arayışdan görünür ki, Əhədli X12 şəhəri, Vüqar Kərimov küçəsi, ev 34 ünvanında arvadı X5, 2014-cü il təvəllüdlü övladları X14 və X15 ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddiadan görünür ki, mülki iddiaçı Güvənli MMC vurulmuş 34.569,48 manat maddi ziyanın və ödənilmiş 194 manat dövlət rüsumunun mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Güvənli MMC-yə ödənilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş qəbzlərdən, hesabdan çıxarışdan və zərərçəkmiş şəxs Güvənli MMC tərəfindən verilmiş 018/G/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayəti şi üzrə Güvənli MMC-yə 10626 manat borcu qalmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, xx.xx.2023-cü il tarixli xx/xx-2023 saylı məktubdan və ona əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1(049)- 239/2018 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2028-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3500(üç min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə hökm icra edildiyindən qeydiyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasına görə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 308.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətmələri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 308.1-ci maddəsinin saknsiyasına görə həmin maddənin dispzosiyasında törədilmiş əmələ görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına yetərli olacaqdır, buna görə də Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmalı və əlavə olaraq həmçinin törətdiyi cinayət əməli onun vəzifə səlahiyyətləri ilə əlaqədar olduğundan ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da əlavə cəza olaraq təyin edilməlidir. Belə ki, CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakrterizə oluunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına yetərli olmayacaq, buna görə də Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia qismən təmin edilməlidir. Buna görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs – mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan ümumilikdə 10.626 manat və mülki iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 194 manat 40 qirx qəpik mülki iddiaçı «Güvənli” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əlavə cəza kimi 1(bir) il 6(altı) ay müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə ödənilməmiş olan 10.626 manat və mülki iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 194,40 manat təqsirləndirilən şəxslər – mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan müştərək qaydada tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxsnə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-18/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-18/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver