Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-18/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi X5 və müdafiəçi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşamış, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Boladi kəndində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Lənkəran rayonu Boladi kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərdən irəli gələn səbəblərdən baş vermiş münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs üst dodaq və kürək nahiyələrinə qəsdən bir neçə dəfə zərbə vurmaqla ona üst dodaq nahiyəsində əzilmiş yara, hər iki kürək nahiyəsində sıyrıqlarla nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il saat 18:30 radələrində Lənkəran rayonu Boladi kəndində yerləşən yaşadığı evdən təxminən 1 km uzaqlıqda yerləşən payıbəlli torpaq sahəsində tikanları təmizləmişdir. Həmin payıbəlli torpaq səhəsinin yaxınlığında, körpünün üzərində Zərərçəkmiş şəxs görmüşdür. Ona “köpək oğlu, burada nə edirsən? demişdir. Zərərçəkmiş şəxs cavabında ona “məni niyə söyürsən, köpək özünsən” demişdir. Bu zaman Gülşadla arasında mübahisə baş vermişdir. Mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs üz-baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurmuşdur. Daha sonra oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Aralarındakı mübahisə bir dəqiqədən az müddət ərzində davam etmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Əvvəllər onunla arasında narazılıq və düşmənçilik olmayıb. xx.xx.2024-cü il saat 18 radələrində Lənkəran rayonu Boladi kəndində yerləşən payıbəlli torpaq sahələrinin yaxınlığındakı çayın kənarına qoyunlarını otarmışdır. Həmin vaxt həmkəndlisi Şahid də onun yanında olmuşdur. Zaurla körpünün üzərində əyləşib çay içmişdir. Saat 18:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq kimin oğlu olmasını soruşmuşdur. O da Xankişinin oğlu olduğunu cavabında bildirmişdir. Əflatun ona “köpəyin oğlu” dediyi üçün ona eyni cavabı qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs orada nə üçün dayandığını ondan soruşmuşdur. Çay içdiyini cavabında Təqsirləndirilən şəxs bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun üzərinə gələrək yumruqla bir neçə dəfə onun üz-baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Zərbənin təsirindən ağız nahiyəsindən qan axmağa başlamışdır. Əftlatun Tahirov gəldiyi ağ rəngli “VAZ 2107” markalı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Aralarındakı mübahisə 1-2 ərzində davam etmiş və həmin vaxt kənardan oraya gələnlər olmamışdır. Özü Əİflatun Tahirova heç bir zərbə vurmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdığı üçün işə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxsin hüquqi varisi X5 atası Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Boladi kəndində intihar edərək öldüyü bildirərək, mərhum atası barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini etiraz etmədiyini bildirmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 11 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür, hadisə Lənkəran rayonu Boladi kəndində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 627 saylı rəyindən görünür ки, Zərərçəkmiş şəxs bədəni üzərində - üst dodaq nahiyəsində əzilmiş yara, hər iki kürək nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən тюрянмишlər, müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə саьламлыьın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş X1 böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ölməsi ilə bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-4267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, X2 ərizəsi təmin edilmiş, xx.xx.1956-cı il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Lənkəran rayonu, Boladi kəndində ölməsi faktı müəyyən edilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar vardır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin, işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 373 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-18/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-18/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver