Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-181/2023 14.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şahid1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonu, Zövlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç azyaşlı uşağı olan, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 14 mart 2023-ci il tarixdə, saat 10:50də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Lənkəran rayonu Separadi kəndində yerləşən fərdi yaşayış evində arvadı Şahid1 ilə aralarında ailə-məişəti münasibətlər zəminində, yəni sonuncunun Astara rayonunda işləməsinə icazə verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Şahid1 sağ ayaq nahiyyəsinə qəsdən təpiklə vurmaqla ona sağ diz oynağı-baldır nahiyyələrindəki yumşaq toxumalarının əzilməsi-hematoması, sağ baldır nahiyyəsində sıyrıqdan ibarət drəcəsinə görəsağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Şahid1 arvadıdır. Aralarında münasibətləri normal olsa da, son zamanla arvadının işləmək istəməsi ilə bağlı münasibətləri pozulmuşdur. 02 fevral 2023-cü il tarixdə saat 20 radələrində birgə yaşadıqları Lənkəran rayonu, Separadi kəndində yerləşən evlərində Nazxanımın Astara rayonuna işləmək üçün getməsini istəmədiyini bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Nazxanımın sağ ayağından təpiklə vurmuşdur. X4 məhkəmədə ərizə təqdim edərək göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Aralarında münasibətləri normal olsa da, son zamanlar onun işləməsi ilə bağlı münasibətləri pozulmuşdur. 02 fevral 2023-cü il tarixdə saat 20 radələrində birgə yaşadıqları Lənkəran rayonu, Separadi kəndindəki evlərində olduğu zaman ərinin onun işləməsinə qarşı olduğunu bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Əfrət qəsdən onun sağ ayaq nahiyyəsinə təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs Şahid1 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, X3 qarşı tələb və şikayəti yoxdur, sonuncu ona dəymiş maddi ziyanı tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmişin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 110 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ sağ diz oynağı-baldır nahiyyələrindəki yumşaq toxumalarının əzilməsi-hematoması, sağ baldır nahiyyəsində sıyrıq bərk küt əşyanın təsirindən törənmiş, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materialında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 10 feval 2023-cü il tarixli protokolundan görünür ki, hadisə Lənkəran rayonu Separadi kəndində yerləşən fərdi yaşayış evində baş vermişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş işdə olan arayışdan görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, X2 törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, Əflət Cabbarovun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-181/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-181/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver