Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-181/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/18, mənzil 31-də qeydiyyatda olmaqla ünvan 3-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2024-cü ilin mart ayında, Lənkəran şəhəri mərkəzi bazar ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,308 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 14 mart 2024-cü il tarixdə saat 18:30 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri 21-ci məhəllədə hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 2rilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Onları tanımadığı şəxslərdən alır. 14 mart 2024-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar ərazisinə gedib orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. Həmin metamfetamini qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, saat 18 radələrində Lənkəran şəhəri 21-ci məhəllədə imiş, evinə gedirmiş. Metafetamin də şalvarının sağ cibində imiş. Bu zaman üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişdir. O da həmin şəxslə razılaşaraq polis şöbəsinin inzibati binasına gəlmişdir. İnzibati binada onu otaqlardan birinə aparmışlar. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O, da şalvarının sağ yan cibində olan bir ədəd bükümü çıxarıb masa üzərində qoymuşdur. Həmin bükümün içərisində psixotrop maddə metafetamin olmuşdur, şəxsi istifadəsi üçün 10 manat qarşılığında Lənkəran şəhəri böyük bazar adlanan ərazidə almışdır. Tutularkən və sonradan ona qarşı heç kəs tərəfindən zor tətbiq edilməmişdir. Əməlindən olduqca peşmandır və bir daha belə qanunsuz hərəkətlərə yol verməyəcəkdir. Ona ittiham olunduğu maddənin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 Baladadaş oğlu ifadəsində göstərmişdir ki, icraatına ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdu. Həmin məlumatların mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra Eminin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa polis nəfəri Şahid2 və mərhum polis nəfəri Əhməd Salayev də olmuşdur. 14 mart 2024-cü il tarixdə saat 18 radələrində rəhbərliyi altında Lənkəran şəhəri 21-ci məhəlləyə - Eminin yaşadığı əraziyə çıxıb müşahidələr aparmağa başlamışlar. Məqsədləri Təqsirləndirilən şəxs aşkar etmək olmuşdur. İlk olaraq Eminin aşkar edən o olmuşdur. Qısa bir müddət sonra ona yaxınlaşmışlar. Özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsi üçün onalrla birlikdə şöbəyə gəlməli olduğunu demişdir. Çünki ətrafda insanların intensiv hərəkəti olduğundan orada şəxsi axtarış həyata keçirilməsi mümkünsüz imiş. Təqsirləndirilən şəxs onlarla razılaşmış və yolda Emini nəzarətdə saxlayaraq şöbənin inzibati binasına gəlmişlər. Şöbədə araşdırmanın davam etdirilməsi üçün təhqiqat bölməsinin təhqiqatçısı Məhəmməd Abdullazadəyə yaxınlaşmışlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən seçilən müdafiəçi – Lənkəran rayon vəkil bürosunun vəkili olan Müdafiəçi şöbəyə dəvət edilmişdir. Daha sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Emin də əynindəki şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirildi, nəticədə üzərindən bir ədəd telefon, pul və siqaret aşkar edilmişdir. Telefon götürülmüş, digər predmetlər isə ona qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin bükümdə matamfetamin olduğunu, həmin bükümü mərkəzi bazar ərazisində şəxsi istifadəsi üçün 10 manat qarşılığında aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisi 0,34 qram olmuşdur. Həmin büküm ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis nəfəri Şahid2 Şahid1 Baladadaş oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 14 mart 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 0,34 qram olan bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 15 mart 2023-cü il tarixli 19/260 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxsİ oğlunun üzərindən aşkar olunan psixotrop maddəyə bənzər olan kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,308 qram olan ağ rəngli kirstallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 18 mart 2023-cü il tarixli 277 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 76/12 saylı 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş , 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,308 qram olan psixotrop maddə metafetamin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,258 qram olan psixotrop maddə metafetamin Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş 18 mart 2024-cü il tarixli Tələbnamədən görünür ki, Həsənov X5 Rayon Məhkəməsinin xx.xx.2009-cu il təvəllüdlü hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 ay 16 gün müddətinə hər ay qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənimişdir. Lənkəran şəhər İHB-nın Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin 300 nömrəli 08 aprel 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Həsənov X5 şəhəri Z.Əliyeva küçəsi ev 78/18, mənzil 31-də qeydiyyatda olmaqla ünvan 3 ünvanında ailə üzvləri – həyat yoldaşı X1, övladları xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi, şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi etiraf etməsini, etdiyi əməldən peşmançılıq bildirməsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 14 mart 2024-cü il tarixdən 16 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran şəhəri, 21-ci məhəllə ev 12 «c» ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,258 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,258 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-181/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-181/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver