Məhkəmə qərarları › İş №1(049)-182/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-182/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-182/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 11:58 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1988-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəlləər məhkum olunmuş və məhkumluğu götürülmüş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-ci ilin yanvar ayında, Lənkəran şəhərində, satış məqsədi ilə qanunsuz olaraq, 4 ədəd sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,249; 0,207; 0,231; 0,202; qram- ümumi təmiz çəkisi 0,889 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 18 yanvar 2023-ci il tarixdə saat 19:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Girdəni kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə narkotik vasitə olan heroin və əynindəki şalvarın sol yan cibindən narkotik vasitələrin satışında vasitə kimi istifadə etdiyi, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3-4 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini tüstü yolu ilə qəbul edir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alır. 18 yanvar 2023-cü il tarixində Lənkəran rayonu Girdəni kəndində yolun kənarı ilə piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşmış, onun üzərinə axtarış keçirmişlər, üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsinə aparmış, ona qarşı zor tətbiq edərək, Nəvai adlı polis əməkdaşı üzərinə heroin və elektron tərəzi qoymuş, videoçəkiliş zamanı həmin əşyaların ona məxsus olmasını 20 manata aldığını bildirməsini demişdir. Əks halda evinə külli miqdarda narkotik maddə qoyacaqları ilə hədələmişlər. O da məcbur qalıb videoçəkiliş zamanı narkotik vasitələrinə ona məxsus olduğunu bildirmişdir. Onu daha sonra məhkəmə-tibbi ekspertizaya aparmış, orada qorxduğundan heç bir şikayətinin olmadığını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, heroinin və elektron tərəzinin ona məxsus olduğunu demişdir. Buna səbəb polis əməkdaşlarının ona hədə qorxu gəlməsi olmuşdur. Üzərinə şəxsi axtarış aparılan zaman müdafiəçisi olmuşdur. Təqsirləndirilən şəxs son sözündə 4 büküm heroinin və 1 ədəd elektron tərəzinin ona məxsus olduğunu, lakin həmin narkotik vasitələri özünün istifadəsi üçün əldə etdiyi, satış məqsədinin olmadığını, buna görə də özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, icraatına Lənkəran Rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, qrupun tərkibində o, əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 də olmuşdur. 18 yanvar 2023-cü il tarixdə təxminən saat 19:40 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Girdəni kəndində yaşadığı evinin küçəsində piyada hərəkət etdiyini görmüş, onu nəzarətə götürmüşdür. Çünki üzərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Onu müşahidə etmiş, ona yaxınlaşan olmamış, özü də heç kimə yaxınlaşmamışdır. Ona yaxınlaşmağın vaxtı olduğunu bildirmişdir. Üzərində narkotik vasitələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək ona yaxınlaşmalı olmuşlar. Təqsirləndirilən şəxs Lənkəran rayonu Girdəni kəndində evinin yaxınlığındakı küçədə piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan da özünü təqdim etməsini istəmişlər. O da, özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamış, bildirmiş ki, onun üzərində narkotik vasitələr olma ehtimalı var, bu səbəbdən də üzərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməlidir. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə məcbur olmuşdur. Polis şöbəsində araşdırmanı təhqiqatçı Məhəmməd Abdullazadə davam etdirmişdir. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişi Şahid2 aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da, əynindəki şalvarının sağ yan cibindən 4 ədəd şaffaf sellofana bükülmüş büküm və əynindəki şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə hər hansı narkotik vasitə və elektron tərəzi qoyulmamış, ona qarşı heç bir hədə, psixi və fiziki zor tətbiq edilməmiş, başqaları tərəfindən bunun edilməsini şahidi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində bu kimi halların səsləndirilməsi yalan olmaqla, onun məsuliyyətdən və cəzadan yaxa qutarmaq məqsədi daşıyır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Girdəni kəndində ailəsilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. 3-4 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini tüstü yolu ilə qəbul edir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alır. Çox vaxt Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində üzdən tanıdığı, adının Sehran olduğunu bildiyi şəxsdən almışdır. Sonuncu dəfə 17 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri K.Bazar ərazisinə getmişdir. Orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı Sehran adlı şəxsi görüb ona yaxınlaşmış və narkotik vasitə olubolmadığını soruşmuşdur. Sehran adlı şəxsdə ona üzərində narkotik vasitə olduğunu demişdir. Ondan şəxsi istifadəsi üçün 20 manat qarşılığında 4 bükümdə narkotik vasitə istifadəçiləri arasında “kakos” kimi tanınan heroin almış və üzərində saxlamışdır. Həmçinin narkotik vasitə alan zaman aldadılmamaq üçün Lənkəran şəhəri ərazisində yerləşən mağazaların birindən elektron tərəzi almışdır. Narkotik vasitəni üzərində saxlamış ki, ağrıları olan zaman qəbul etsin. 18 yanvar 2023-cü il tarixində saat 19 radələrində yaşadığı Lənkəran rayonu Girdəni kəndində yolun kənarı ilə piyada hərəkətdə olmuş və aldığı heroin və elektron tərəzi də üzərində olmuşdur. Bu zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Onlar özlərini Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi yolda və üzərində axtarış aparılanadək polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğu elan edimiş, hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynində olan şalvarının sağ yan cibində olan 4 ədəd bükümdə narkotik vasitə olan heroini və şalvarının sol yan cibində olan 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Polis əməkdaşı ona satış məqsədi olub-olmadığını soruşmuş, o da narkotik vasitələrin satışı ilə də məşğul olduğunu, belə ki, yaşadığı Girdəni kəndində tanımadığı şəxslərə narkotik vasitə satdığını bildirmişdir. Üzərindən aşkar edilmiş 4 bükümdə heroin elektron tərəzində çəkildikdə çəkisi 1,02 qram olmuşdur. Sonra 4 bükümdə olan heroin və 1 ədəd elektron tərəzi ekspertizaya təqdim olunması üçün zərfə qoyulub möhürlənmişdir. Zərfin üzərini o və müdafiəçisi imza etmişlər. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı şalvarının sağ yan cibində olan 4 ədəd bükümdə narkotik vasitə olan heroini və əynindəki şalvarının sol yan cibində olan 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,02 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni kiçik bazar ərazisində üzdən tanıdığı, adını Seyran kimi bildiyi, yaşadığı ünvanını bilmədiyi şəxsdən almış və şəxsi istifadəsi üşün üzərində saxlamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri: -0,249 qr; -0,207 qr; -0,231 qr; -0,202 qram: ümumi təmiz çəkisi 0,889 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. heroindən tədqiqata 0,2 qram (hər ob 0,05 qram) istifadə edilmiş, 0,689 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 61 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Maddi sübut hesab edilmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,889 qram heroin, 1 ədəd elektron tərəzi və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsi tərəfindən 07 oktyabr 2016-cı il tarixli hökm ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına, daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli hökm ilə CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3300 manat cərimə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən əməli CM-nin 180.2.2-ci maddəsindən CM-nin 180.1-ci maddəsinə tövsif edilmiş, cəzası 1 il 6 ayadək endirilmiş, üzərində 1 il 6 ay azadlıqdan məhrum etmə və 3300 manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə, ödənilməmiş 3200 manat cərimə cəzası 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 7 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunaraq cəzadan azad olunmuş, azad olunması barəsində tətbiq edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-617/2021 №-li, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(049)-29/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Şəhər İHB-nın Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, anası X1, həyat yoldaşı X2, övladları – xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,889 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması şahidlərin təsdiqedici ifadələri, ekspertiza rəyləri, maddi sübut, «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin onun polis əməkdaşları tərəfindən döyülməsi, narkotik vasitələrin və elektron tərəzinin onun üzərinə qoyulması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər təqsirləndirilən şəxsə ona elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Lənkəran Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(049)-29/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən bildirmişdir ki, Aşkar edilmiş 4 büküm heroin və 1 ədəd elektron tərəzi ona məxsusdur və onun üzərindən çıxmışdır. heroini özü satmaq üçün deyil, istifadə etmək üçün əldə etmişdir. Hər gün 2 dəfə narkotik vasitədən istifadə edir. Polis əməkdaşları tərəfindən ona hər hansı psixi və ya fiziki təzyiq və təsirlər olmamışdır. Barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs onun döyülməsi, narkotik vasitə və elektron tərəzinin ona məxsus olmaması ilə bağlı ibtidai istintaq dövründə heç bir fikir bildirməmiş, həbs qətimkan tədbiri də seçilərkən məhkəmə bu barədə məlumat verməmişdir. Tibbi müayinə zamanı da hər hansı şikayətinin olmadığını bildirmiş və bədəni üzərində xəsarət aşkar edilməmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında onun polis əməkdaşları tərəfindən döyülməsi, psixotrop maddələrin və tərəzinin onun üzərinə polis əməkdaşlar tərəfindən qoyulması barədə ifadələrini inadırıcı hesab etmir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə esab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar, əsasən də cinayətin residivi yoxdur. Belə ki, o Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunaraq cəzadan azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə ləğv olunmuşdur. «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,689 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,689 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar