Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-183/2024 22.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Cabir Novruz küçəsi, ev 71-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmnə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 03 may 2024-cü il tarixdə, saat 21 radələrində yaxın dostunun anası Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında qonaq qismində olduğu zaman oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə gizlincə mənzilin yataq otağına daxil olub, həmin otaqda olan çarpayının üstündəki döşəyin aşağısında qoyulmuş 2000 manat və 1190 manata bərabər 700 ABŞ dollarını gizli olaraq talayıb, oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3190 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, törətdiyi əməldən çox peşmandır, təhqiqat zamanı verdiyi ifadəsini tam təsdiq edir. İşləyib pul qazanmadığı üçün maddi ziyanı ödəyə bilmir, lakin son günlərdə işə girmişdir və maddi ziyanı aylıq hissə-hissə ödəyəcəkdir. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. İş mataeriallarının 65-66-cı vərəqlərində olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, «Lənkəran şəhər sakini X1 ilə 15 ilə yaxın müddətdir dostluq əlaqələri vardır. Lənkəran şəhərinə qonaq gəldiyi zamanlarda Raufun evinə qonaq getmiş, onun valideynləri də onu tanıyırlar. Təxminən 7 ilə yaxın müddətdir ki, Rauf Rusiya Federasiyasına getmiş, orada yaşamağa başlamışdır. Buna baxmayaraq Lənkəran şəhərinə gəldiyi zamanlarda Raufun valideynlərinin yaşadığı mənzilə gedib onlara baş çəkir. 17 aprel 2024-cü il tarixdə Lənkəran şəhərinə yaxın bir dostunun toy məclisində iştirak etməkdən ötrü gəlmişdir. Lakin toydan sonra bir müddətdə Lənkəran şəhərində qalmaq qərarına gəlmişdir. Lənkəran şəhərində olduğu zaman 03 may 2024-cü il tarixdə saat 19 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanında yerləşən Raufun atası Şahid1 və anası Zərərçəkmiş şəxs ikisinin yaşadığı mənzilə qonaq getmişdir. Şahid1la birlikdə evin qonaq otağında əyləşib yemək yemişlər, spirtli içki qəbul etmişlər. Təxminən saat 21 radələrində Fəxrəddinin qəbul etdiyi spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olduğunu, Gülsaranın isə ev işlərinə başının qarışdığını gördükdə evin yataq otağına gizlincə daxil olub evdə hansısa yerdə qoyduqları pul olacaqları təqdirdə tapıb oğurlamaq qərarına gəlmişdir. Həmin ərəfələrdə heç bir yerdə işləməməyi, maddi vəziyyətinin pis olması oğurluq etmək qərarına gəlməyinə səbəb olmuşdur. Fəxrəddingilin evinə əvvəllər də bir neçə dəfə qonaq getdiyi və mənzilin otaqlarında olduğu üçün onların 4 otaqdan ibarət mənzilin yataq otağında pullarını qoyub gizlədəcəklərini zənn etmişdir. Ona görə də oğurluq etmək qərarına gəldikdən sonra sanitar qovşağına getmək bəhanəsi ilə qonaq otağından çıxmışdır. Həmin vaxt Fəxrəddin sərxoş vəziyyətdə qonaq otağında, Gülsara isə mənzilin digər otaqların birində olmuşdur. Yataq otağının boş olduğuna əmin olduqdan sonra həmin otağa daxil olmuşdur. Yataq otağının qapısı açarlanmamış, açıq vəziyyətdə olmuşdur. Yataq otağına daxil olduqdan sonra ilk öncə paltar dolabını axtarmış, orada pul tapa bilmədikdən sonra yatacağın üstündəki döşəyin altına əlini salıb axtardıqda döşəyin altında sellofan torbaya qoyulmuş pul əskinasları olduğunu aşkar etmişdir. Həmin aşkar etdiyi pulları götürüb cibinə qoymuş və dərhal otaqdan çıxmışdır. Fəxrəddin və Gülsara yataq otağına girib oradan pul götürüb oğurladığını görməmişlər, bilməmişlər. Bir qədər də qonaq otağında Fəxrəddinlə oturub söhbət etdikdən sonra sağollaşıb onların mənzilindən çıxıb getmişdir. Fəxrəddingilin evindən çıxdıqdan sonra yolda onların evindən oğurladığı pulları saydıqda pulların 20 ədəd 100 manatlıq və 7 ədəd 100 ABŞ dolları pul əskinaslarından ibarət olmaqla ümumilikdə 3190 manat məbləğində olması məlum olmuşdur. Səhəri günü yəni 04 may 2024-cü il tarixdə səhər saatlarında Gülsara mobil telefonuna zəng etməyə başlamışdır. Gülsaranın evindən pul oğurladığını aşkar etməsini və ona görə ona zəng etdiyini bildiyi üçün onun zənglərinə cavab verməmişdir. 05 may 2024-cü il tarixdə Xırdalan şəhərinə geri qayıtmışdır. Xırdalan şəhərinə getdikdən sonra Gülsaranın evindən oğurladığı 3190 manat pulu bir neçə gün ərzində müəyyən ehtiyaclarına və əylənmək məqsədi ilə restoranlarda xərcləmişdir. Gülsara ona növbəti dəfə zəng etdiyi zaman ona cavab vermişdir. Gülsara evindən pul oğurladığını deyib onu məzəmmət etmişdir. Evindən oğurluq etməyinə görə peşman olduğunu, oğurladığı pulları xərclədiyini, işləyib pulunu qaytaracağını bildirmiş və ondan hüquq mühafizə orqanlarına şikayət etməməsini xahiş etmişdir. Gülsara oğurladığı pulu qaytarmayacağı təqdirdə ondan şikayət edəcəyini demişdir. Lakin heç bir yerdə işləmədiyi üçün Gülsaranın pulunu qaytara bilməmişdir. Gülsara də tez-tez ona zəng edərək, pulunu qaytarmağını tələb etmişdir. Daha sonra 2024-cü ilin may ayının sonlarında Lənkəran şəhərində yaşayan atasının əmisi oğlu Şahid2 zəng edib, ona 03 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs mənzilində qonaq olduğu zaman oradan 3190 manat pul oğurladığını, Gülsaranın hazırda pulunu qaytarmağını tələb etdiyini, pulu qısa zamanda qaytarmayacağı halda ondan şikayət edəcəyini deyib ondan Gülsaranin evinə gedib onunla söhbət edib onun üçün bir qədər möhlət istəməsini xahiş etmişdir. Şahid2 da həmin günlərdə Gülsaranın evinə gedib, ona möhlət verməsini istəmiş, Gülsara isə onun 3190 manat pulu hissə-hissə qaytarmağına razı olmamış, pulu bütünlüklə qaytarmağını tələb etmişdir. 06 iyun 2024-cü il tarixdə Gülsaranın ona məxsus 3190 manat pulu oğurlamağı barədə Lənkəran şəhər rayon polis şöbəsinə şikayət etməsini bilmiş və polis şöbəsinə dəvət edilmişdir. Zərərçəkmiş şəxs mənzilindən oğurladığı pulları bütünlüklə xərcləmiş, həmin puldan özündə qalmamışdır.» Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, oğlu Rauf Məmmədovla dostluq münasibəti vardır, evinə gedib-gəlmişdir. Oğlu Rauf xeyli müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Buna baxmayaraq Ramin Lənkəran şəhərinə gəldiyi zamanlarda onların evinə qonaq gəlməyə davam etmişdir. 03 may 2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhərində olduğu zaman evinə qonaq gəlmişdir. Ramin mənzilinin qonaq otağında əri Fəxrəddinlə birlikdə yemək yeyib, spirtli içki qəbul etmişdir. Özü isə mənzilin digər otaqlarında və mətbəxdə ev işlərini görmüşdür. Təxminən saat 21 radələrində əri Fəxrəddinin mənzilinin balkonunda tək olduğunu görmüşdür. Raminin sanitar qovşağına getdiyini düşünmüşdür. Raminin qonaq otağına gec qayıtdığını gördükdə mətbəxdən onun səsləməyə başlamışdır. Raminin ona səs vermədiyini görüb, mətbəxdən çıxıb sanitar qovşağına tərəf getməyə başlamışdır. Bu zaman Raminin mənzilin yataq otağından çıxıb üzbəüz yerləşən sanitar qovşağına daxil olduğunu görmüşdür. Ramin sanitar qovşağından çıxdıqdan sonra ondan nə üçün yataq otağına girdiyini soruşmuşdur. Ramin səhvən yataq otağına girdiyini demişdir. Raminin ona yataq otağına girməsinə dəqiq bir səbəb demədiyi üçün daha onunla bu söhbəti davam etdirməmişdir. Lakin Raminin yataq otağına girmə səbəbi onun üçün şübhəli qalmışdır. Ramin qonaq otağına qayıdıb əri Fəxrəddinlə bir qədər oturub söhbət etdikdən sonra onlarla sağollaşıb mənzilindən çıxıb getmişdir. Səhəri günü səhər saatlarında yataq otagmda çarpayının üzərini səliqəyə saldığı zaman çarpayının üstündəki döşəyin altında şəffaf sellofan torbaya qoyub gizlətdiyi ümumilikdə 3190 manat pulunun orada olmadığını, boş sellofan torbanın orada olduğunu aşkar etmişdir. Dərhal Təqsirləndirilən şəxs bir gün əvvəl mənzilində qonaq olduğu zaman sanitar qovşağına getmək bəhanəsi ilə qonaq otağından çıxdıqda yataq otağına daxil olub çarpayının üstündəki döşəyin altından pulunu götürüb oğurladığını bilmişdir. Raminin pulunu oğurladığını aşkar etdikdən sonra əri Fəxrəddinə də bu barədə demişdir. Bundan sonra Raminin mobil telefonuna zəng etməyə başlamışdır. Lakin Ramin onun zənglərinə cavab verməmişdir. Sonrakı günlərdə Ramin zənginə cavab verdikdə mənzilindən 3190 manat pulu oğurladığını etiraf etmiş, oğurladığı pulları xərclədiyini, işləyib pulunu hissəhissə qaytaracağını demişdir. O isə Raminə tez bir zamanda pulunu qaytarmasını, əks halda onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildiımişdir. Ondan sonrakı vaxtlarda da tez-tez Raminə zəng edib pulunu qaytarmasını tələb etmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir və maddi ziyanı tam tələb edir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasınən təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, oğlu Rauf Məmmədovla dostluq münasibəti vardır, evinə gedib-gəlmişdir. Oğlu Rauf xeyli müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Buna baxmayaraq Ramin Lənkəran şəhərinə gəldiyi zamanlarda onların evinə qonaq gəlməyə davam etmişdir. 03 may 2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhərində olduğu zaman evinə qonaq gəlmişdir. Ramin mənzilinin qonaq otağında onunla birlikdə yemək yeyib, spirtli içki qəbul etmişdir. Özü isə mənzilin digər otaqlarında və mətbəxdə ev işlərini görmüşdür. Təxminən saat 21 radələrində o, balkona çıxmış, Ramin isə sanitar qovşağına getmişdir. Bir müddət sonra Ramin qayıdıb onunla bir qədər oturub söhbət etdikdən sonra onlarla sağollaşıb mənzilindən çıxıb getmişdir. Səhəri günü səhər saatlarında arvadı Gülsara ona evdə yataq otağında döşəyin altında qoyduğu 3190 manat pulunun orada olmadığını, boş sellofan torbanın orada olduğunu aşkar etmişdir. Arvadı Gülsara ona Raminin pulunu oğurladığını demişdir. Bundan sonra Raminin mobil telefonuna zəng etməyə başlamışdır. Lakin Ramin zənglərinə cavab verməmişdir. Sonrakı günlərdə Ramin zənginə cavab verdikdə mənzilindən 3190 manat pulu oğurladığını etiraf etmiş, oğurladığı pulları xərclədiyini, işləyib pulunu hissə-hissə qaytaracağını demişdir. O isə Raminə tez bir zamanda pulunu qaytarmasını, əks halda onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. İşin 7-8-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 06 iyun 2024cü il tarixli baxış protokolundan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında baş vermişdir. İşin 32-34-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş protokoldan görünür ki, ifadəsi hadisə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə göstərmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 2 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulduqda cinayət məsuliyyəti yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs 3190 manat oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaüç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İşin 67-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 68-69-cu vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Kazımov X2 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 28 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi ifadələr verməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri ilə yanaşı şəxsiyyətini, habelə törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməməsini, zərərçəkmiş şəxslə arasında olan münasibətləri, eləcə də zərərçəkmiş şəxsin təyin ediləcək cəza barədə qəti mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı vaxtdan, yəni 22 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair material üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-183/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-183/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver