Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-183/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Astara rayonu, Pensər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Lənkəran X2 AVK-də Lənkəranaeronaviqasiya şöbəsində brifing dispetçer işləyən, məhkumluğu olmayan, Astara rayonunun Pensər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, o, 24 may 2025-ci il tarixdə, səhər saat 07:50 radələrində brifing dispetçeri vəzifəsində işlədiyi Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən "xxxx" QSC-nin Lənkəran X2 "Lənkəranaeronaviqasiya" bölməsinin dispetçer otağında əvvəllər aralarında zibil qutusuna görə olmuş sözlü mübahisələr zamanı münasibətləri pozulmuş iş yoldaşı olan digər brifing dispetçeri Zərərçəkmiş şəxs növbəni təhvil alarkən, sonuncunun yenə otaqda qoyulmuş zibil qutusunu meyvə və tum qabıqları ilə doldurmasını və döşəmənin üstünə zibil atmasını görüb, bildirdiyi iradı qəbul etməyən Zərərçəkmiş şəxs hərəkətindən qəzəblənərək, bu zəmində, yəni şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı iş vaxtının başlamadığı və hava limanının işçi heyətinin işdə olmadıqları şəraitdə qəsdən əvvəlcə brifing otağında yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsinə vuraraq, zərbənin təsirindən yerə yıxılarkən əli ilə boyun nahiyəsindən sıxaraq və təpiklə sol bud nahiyəsinə vuraraq, otağı tərk edib gözləmə zalına keçərkən isə zibil qutusu ilə sol körpücük, sağ əl və təpiklə sol bazu nahiyələrinə qəsdən vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı, boyun, sol bazu nahiyələrində qançırlar, sol bud, sol körpücük, sağ əlin birinci barmağı nahiyələrində sıyrıqlarla nəticələnən xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2014-cü il tarixdən etibarən Lənkəran X2 Naviqasiya şöbəsində brifing dispetçer işləyir.O, Hava Limanında növbəli iş rejimi ilə işləyir. Zərərçəkmiş şəxs 2014-cü il tarixdən etibarən tanıyır. Onunla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Çingiz də X5 Limanında brifing dispetçer işləyir və 2025- ci ilin may ayının əvvəllərindən etibarən, o, növbəni Çingizdən təhvil alır. "WhatsApp" ani mesajlaşma proqramında yaradılmış qrupda o, Çingiz, Elmar Rəhimli, Rüfət Abdullayev və Əlizamin Bayramov həmin qrupun üzvüləri olmuşlar. 2025-ci ilin may ayının əvvəllərindən etibarən brifing otağına öz təşəbbüsü ilə zibil qabı qoymuşdur. Dəfərlərlə Çingizə növbədə olanda həmin zibil qabına kağız qırıntılarından başqa heç nə atmamağı barədə məsləhət vermişdir. Lakin Çingiz onun məsləhətlərinə qulaq asmamışdır. O, növbəti dəfə növbəni qəbul edərkən yenə də həmin vəziyyətin təkrarlandığını gördükdən sonra həmin zibil qabının dolu və otağa zibillərin yayılmış vəziyyətdə şəklini çəkmiş və şəkilin altından da nəzakətlə "bu yaxşı hal deyil" mesajını yazıb qrupa göndərmişdir. Çingizin də qrupa "zibil qabı zibil tökmək üçündür, səhər xadimə gəlib zibil qabı təmizləyir" mesajını yazdığını görmüşdür. O isə Çingizin mesajına cavab yazmamış və qrupdan çıxmışdır. Onun zibil qabı ilə bağlı məsləhətləri qrupda Çingizin xoşuna gəlməmişdir.Çingiz bir neçə dəfə ona zəng edərək, uca səslə onu söyüb təhqir edərək, nə üçün zibil qabının şəklini çəkib qrupa atdığını və yaxşı edib zibil qabına meyvə və tum qalıqları tökdüyünü bildirmişdir. Buna görə də, o, növbəyə gələn kimi təsərrüfat rəhbərinə zibil qabından düzgün istifadə edilmədiyi üçün zibil qabının brifing otağından götürülməli olduğunu bildirmişdir. Bundan sonra, o, işə gələndə zibil qabını götürüb sənədlərin yığıldığı dolabın altına qoymuşdur. O, 24 may 2025-ci il tarixdə, saat 08 radələrində növbəni Çingizdən təhvil almaq üçün Naviqasiya şöbəsinin gözləmə zalına daxil olmuş və sanitar qovşağına getmişdir. Həmin vaxtı sanitar qovşağına gedən dəhlizdə yerləşən metroloji otağın və texniki avadanlıqlar otağının qapısı bağlı olmuşdur.Həmin vaxtı ümumiyyətlə Naviqasiya şöbəsinin dəhlizlərində heç kim olmamışdır. O, sanitar qovşağından çıxıb brifing otağımın qarşısına gəlmiş və qapını açıb otağa daxil olmuşdur. Çingizin həmin vaxtı divanda əyləşdiyini, zibil qabının yenə də meyvə və tum qalıqları ilə dolu olduğunu və döşəmənin üzərinə zibil töküldüyünü görmüşdür.O, Çingizdən nə etmək istədiyini, sadə bir zibil məsələsinə görə onu telefonda nə üçün təhqir etdiyini soruşmuşdur. Çingiz divandan qalxmış və əlində olan açarı masanın üzərinə tullayıb oturacaqda oturmuşdur. Sonra isə Çingiz onu küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamış və onu masanın üzərində olan açarla vurmaq istəmişdir. O, əli ilə Çingizi kənara itələmişdir. Lakin Çingiz otaqda onunla əlbəyaxa olmuş və onu əlində olan açarla, təpik və yumruqla vurmuşdur. O, Çingizə bu hərəkətlərini qurtarmağını və dincəlmək üçün otaqdan çıxıb getməyini bildirmişdir. Lakin Çingiz yenidən onu söyüb təhqir etdiyi üçün, o, Çingizin qolundan tutaraq otaqdan çölə itələyib çıxartmışdır. Sonra isə içərisində zibil olan zibil qabını götürüb, gözləmə zalına çıxmışdır. O, zibili qabını Çingizin başına vurmamışdır, zibil qabı onun əlində olarkən Çingiz onu itələmək istədiyi üçün Çingizə dəymişdir. Çingiz tərəfindən döyülməyi barədə müayinədən keçməmiş və məlumat da verməmişdir.O, Zərərçəkmiş şəxs yumruq və təpiklə vurmamış, gözləmə zalında da zibil qabını Zərərçəkmiş şəxs başına vurmamışdır. Zərərçəkmiş şəxs zibil qabını onun əlindən kənara itələmişdir. İbtidai istintaq zamanı qərəzli araşdırılma aparılmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqdan verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, 2006-cı il tarixdən etibarən X5 Limanında Naviqasiya şöbəsində brifıng dispetçer işləyir.O, Hava Limanında növbəli iş rejimi ilə işləyir. Naviqasiya şöbəsində brifıng otağı, metroloji xidmət otağı, texniki avadanlıqlar otağı və sanitar qovşağı yerləşir. Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, tanıyır. Ramin də X5 Limanında brifıng dispetçer işləyir və o, həmişə növbəni Raminə təhvil verir. Onun və Raminin vəzifəsi 12 saat ərzində uçuş planına nəzarət etməkdir. Bakı şəhərində yerləşən Heydər Əliyev adma X2 böyük dispetçeri Pərviz Qurbanov "WhatsApp" ani mesajlaşma proqramında qrup yaratmış və qrupu yaratmaqda da məqsədi işdə olan yeniliklər barədə işçiləri təlimatlandırmaqdır.O, Təqsirləndirilən şəxs, Elmar Rəhimli, Rüfət Abdullayev və Əlizamin Bayramov həmin qrupun üzvüləridirlər. O, 2025-ci ilin may ayının ortalarında Raminin qrupa brifıng otağında olan zibil qabının şəklini atdığını və şəkilin altından da "zibil qabına niyə zibil tökürsən" mesajını yazdığını görmüşdür. Raminin yazdığı mesaj ona aid olduğu üçün, o da Raminə qrupda "zibil qabı zibil tökmək üçündür, səhər xadimə gəlib zibil qabını təmizləyir" mesajını yazmışdır. O, iki gündən sonra növbəyə çıxmış və brifıng otağında zibil qabının olmadığını görmüşdür. O, otaqda zibil qabını içi dolu zibillə kitab dolabının içərisindən tapmışdır.Həmin vaxtı anlamışdır ki, zibil qabını Ramin gizlədib ki, zibil qabından heç kim istifadə edə bilməsin. O, həmin zibil qabını dolabdan çıxartmış və adını bilmədiyi xadiməyə vermişdir ki, içərisində olan zibilləri atsın.Xadimə də zibilləri atdıqdan sonra zibil qabını gətirib otağa qoymuşdur.Bundan sonra, o, zibil qabının şəklini çəkib qrupa atmış və şəkilin altından da "zibil qabı zibil atmaq üçündür, niyə zibil qabını gizlədirsən" mesajını atmışdır. Amma Ramin qrupa heç nə yazmamış və onunla növbəni dəyişəndə də Ramin ona heç nə deməmişdir. O, 24 may 2025-ci il tarixdə, saat 08 radələrində növbəni Raminə təhvil verəcəyi barədə brifıng otağında Heydər Əliyev adına X2 Naviqasiya şöbəsinə kompüterdə yazılı məlumat hazırladığı zaman Ramin otağa daxil olmuş və otağın qapısını arxadan açarla bağlamışdır. Sonra isə Ramin onun sağ tərəfində olan oturacaqda əyləşmiş və ona "sən qudurmusan, sənə dedim axı, zibil qabına zibil tökmə" bildirmişdir.Həmin vaxtı kompüterdə başı yazı yazmağa qarışdığından Raminə cavab verməmişdir.Bu zaman Ramin qəflətən yumruqla onun sol gözünün üstündən vurmuş və o, oturacaqdan yerə yıxılmışdır.Ramin onun yerə yıxlıdığım görüb oturacaqdan qalxmış və onu uca səslə söyüb təhqir edərək, əlləri ilə boğazından yapışıb onu yerdə boğmağa başlamışdır. Sonra isə Ramin ona bir neçə təpik vurmuşdur.O, Raminin əlindən çıxmış və yerdən ayağa qalxaraq masanın üzərindəki içərisində özünə aid mobil telefon və sair şəxsi əşyaları olan qara rəngli sellofan torpanı götürüb otaqdan çıxmaq istəyərkən,Ramin onu əli ilə itələmiş və o, gözləmə zalına çıxmışdır.O, əlində olan həmin sellofan torbanı gözləmə zalında olan masanın üzərinə qoymuşdur. Ramin otağa qayıtmış və otaqdakı plasmasdan olan zibil qabını götürüb gözləmə zalına çıxmışdır. O, əl-üzünü yumaq üçün sanitar qovşağına tərəf gedən zaman Ramin qışqıraraq onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş və əlində olan zibil qabını onun başının arxasına vurmağa başlamışdır.O da başını qorumaq üçün əllərini başının arxasına qoymuşdur. Ramin zibil qabını yerə atmış və təpiklə vuraraq zibil qabını sanitar qovşağına tərəf tullamışdır. Sonra isə Ramin onu sillə-təpiklə vuraraq yerə tökülmüş zibili yığmağını tələb etmişdir. O, Raminin əlindən çıxıb Elmirin otağına girmiş və qapını arxadan bağlamışdır. Ramin qışqıraraq qapını açmağını tələb etsə də, o, qapını açmamışdır.Bir neçə dəqiqədən sonra Ramin qapının qarşısından çıxıb getmiş və o, otaqdan çıxıb Lənkəran polis şöbəsinə gəlmişdir. O, həmin vaxtı zibil qabına görə Ramini söyüb təhqir etməmiş və onun əlində də açar olmamışdır.O, həmin vaxtı Ramini açarla, təpik və yumruqla vurmamışdır. Əksinə həmin vaxtı Ramin onu əli ilə, yumruq və təpiklə vuraraq döymüşdür. Sonra isə Ramin onu itələyib otaqdan gözləmə zalına çıxartmış və otaqda götürdüyü zibil qabı ilə onu vurmuşdur. Həmçinin Ramin sanitar qovşağına gedən dəhlizdə də onu döymüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqdan verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Lerik rayonunun Zəriküməco kəndində yaşayır.O, növbəli iş rejimi ilə işləyir.O, X5 Limanında Naviqasiya şöbəsinin nəznində yerləşən X1 şöbəsində texnik-sinoptik işləyir.Onun xidməti otağı sanitar qovşağına gedən dəhlizin sol tərəfində yerləşir.Bundan başqa, texniki işçi Şahid3 xidməti otağı da sanitar qovşağına gedən dəhlizin sol tərəfində yerləşir. Zərərçəkmiş şəxs və Əliyev X4 X7da Naviqasiya şöbəsində brifıng dispetçer işləyirlər.Onun Çingiz və Raminlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.24 may 2025-ci il tarixdə, saat 08 radələrində xidməti otağında olduğu zaman dəhlizdən Raminin qışqıraraq Çingizin ünvanına söyüş söydüyünü və Çingizlə mübahisə etdiyini eşitmişdir.O, həmin vaxtı növbəni təhvil verməyə hazırlaşdığı üçün otağın qapısını bağlamışdır və o, hava haqqında məlumatları H.Əliyev adma X6 verdikdən sonra otağın qapısını açıb dəhlizə çıxmışdır.O, Ramin və Çingizi dəhlizdə görməmişdir.Amma dəhlizə xeyli sayda zibilin töküldüyünü və bir zibil qabının da dəhlizdə olduğunu görmüşdür.O, həmin vaxtı brifıng dispetçer otağının qarşısında Naviqasiya şöbəsinin sürücüsü Zeynalla qarşılaşmış və Zeynal ondan nə baş verdiyini soruşmuşdur.O da Zeynala, otaqda oturduğu zaman Raminin qışqıraraq Çingizlə mübahisə etdiyini eşitdiyini və otaqdan gec çıxdığı üçün onları görmədiyini bildirmişdir.O, işdən çıxıb evə getmişdir. Təxminən 1 saatdan sonra onu iş yerinə çağırmışlar və həmin vaxtı ona məlum olmuşdur ki, Ramin Çingizi brifıng otağında yumruq və təpiklə döymüş, sonra isə gözləmə zalında Çingizin başına zibil qabını vurmuş, həmçinin sanitar qovşağına gedən dəhlizdə Çingizi yenə də döymüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaqdan verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayonunun Haftoni qəsəbəsində yaşayır.O, növbəli iş rejimi ilə işləyir.O, Lənkəran X2 Naviqasiya şöbəsinin xüsusi avtonəqliyyat sahəsinin sürücüsü işləyir.Zərərçəkmiş şəxs və Əliyev X4 X7da Naviqasiya şöbəsində brifıng dispetçer işləyirlər.Onun Çingiz və Raminlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.O, 24 may 2025-ci il tarixdə saat 08:00 dəqiqədə növbəni qəbul etmək üçün qeydiyyatdan keçmək məqsədi ilə Naviqasiya şöbəsinə daxil olmuş və gözləmə zalında, sanitar qovşağına tərəf gedən dəhlizdə çoxlu zibilin yerə töküldüyünü və zibil qabının da yerdə olduğunu görmüşdür.O, texniki otağın qapısını açmaq istəyərkən qapının içəri tərəfdən bağh olduğunu görmüşdür. O, həmin vaxtı texniki otaqdan iki nəfər şəxsin söhbət etdiklərini eşitmişdir.Səsləri yaxşı eşitmədiyi üçün onların kim olduğunu bilməmişdir.Bundan sonra, o, Naviqasiya şöbəsindən çıxmış və avtobaza şöbəsinə getmişdir.Orada təxminən 25-30 dəqiqə sürücülərlə söhbət etdikdən sonra yenidən Naviqasiya şöbəsinə qayıtmışdır.Həmin vaxtı texniki-sinoptik işləyən Samir qarşısına çıxmış və o, burada nə baş verdiyini, nə üçün dəhlizin başdan-başa zibil içərisində olduğunu Samirdən sortışmuşdur.Samir də ona, otaqda oturduğu zaman Raminin qışqıraraq Çingizlə mübahisə etdiyini eşitdiyini və otaqdan gec çıxdığı üçün onları görmədiyini bildirmişdir.Bundan sonra, o, texniki otağa yaxınlaşanda qapının açıq olduğunu və texnik işlənən Elmirin oturacaqda oturduğunu görmüşdür.Həmin vaxtı onun arxasınca gələn brifıng dispetçer işləyən Çingiz texniki otağa daxil olmuşdur.Həmin vaxtı Çingizin sol gözünün üstünün şişdiyini və qançır olduğunu,boynunda, əllərində sıyrıqların olduğunu görmüşdür.O, Çingizdən nə baş verdiyini soruşmuş və Çingiz də bir neçə dəqiqə bundan əvvəl Raminin brifıng otağında zibil qabında zibil olduğunu bəhanə edərək onu döydüyünü və başına zibil qabım vurduğunu bildirmişdir.Həmin vaxtı Elmirin otağında ondan, Çingizdən və Elmirdən başqa heç kim olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqdan verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Astara rayonunun Pensər kəndində yaşayır.O, X5 Limanında Naviqasiya şöbəsinin avtomatik idarəetmə sistemlərinin təşkili üzrə texnik işləyir.O, növbəli iş rejimi ilə işləyir.Onun xidməti otağı sanitar qovşağına gedən dəhlizin sonunda yerləşir.Bundan başqa, texnik-sinoptik işləyən Samirin xidməti otağı sanitar qovşağına gedən dəhlizin sol tərəfində yerləşir.Zərərçəkmiş şəxs və Əliyev X4 X7da Naviqasiya şöbəsində brifıng dispetçer işləyirlər.Onun Çingiz və Raminlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.O, 24 may 2025-ci il tarixdə saat 08 radələrində iş yerinə gəlmiş və birifınq otağında növbədə olan Çingizlə salamlaşıb xidməti otağına getmişdir.Xidməti otaqda növbəni Zaur Nəsirovdan təhvil almış və Zaur Nəsirov otaqdan çıxıb yaşadığı Astara rayonu Pensər kəndinə getmişdir.O, xidməti otağında növbəni təhvil almağı barədə tabe olduğu Bakı şəhəri H.Əliyev adma X7 texniki-zal şöbəsinə zəng edib məlumat vermişdir. Bundan sonra otaqda oturub işi ilə məşğul olmağa başlamışdır.Təlimata əsasən xidməti otağının qapısı həmişə bağlı olur.Təxminən 15-20 dəqiqədən sonra dəhlizdə səs-küy gəldiyini eşitmiş və qapını açıb dəhlizə çıxmaq istədiyi zaman Çingiz otağa daxil olaraq,otağın qapısını bağlamışdır.O, Çingizdən nə baş verdiyini soruşmuşdur.Çingiz də brifıng dispetçer otağında növbəni Raminə təhvil verdiyi zaman, Raminin zibil qabına görə onunla mübahisə edib yumruqla onun gözünün altından vurduğunu və buna görə də Raminin əlindən çıxıb onun otağına gəldiyini bildirmişdir.Bu zaman qapı döyülmüş və Ramin qapını açmağını ona bildirmişdir.O da Raminə, qapını açmayacağım və getməyini bildirmişdir.Həmin vaxtı hiss etmişdir ki, Ramin onun xidməti otağının qapısının qarşısından uzaqlaşıb getmişdir.O, təxminən 1-2 dəqiqədən sonra otağın qapısını açıb dəhlizə çıxmış və dəhlizdə mətbəxin qarşısında, həmçinin gözləmə zalında yerə çoxlu zibillərin töküldüyünü görmüşdür.O, Raminin iş yerini tərk edib getdiyinə tam əmin olduqdan sonra xidməti otğına qayıtmış və Çingizə, Raminin işdən çıxıb getdiyini,evinə gedə biləcəyini bildirmişdir.Həmin vaxtı Çingizin sol gözünün altının qızardığını görmüşdür.Bundan sonra, Çingiz işdən çıxıb getmişdir.O, xidməti otağına qayıdanda Samirin xidməti otağının qapısının açıq vəziyyətdə olduğunu görmüşdür.O, Samirlə salamlaşmış və Samir ona "Ramin və Çingiz utanmırlar ki, zibil üstündə dalaşırlar" bildirmişdir.O, xidməti otağına getmişdir.Sonradan Naviqasiya şöbəsinin gözləmə zalında quraşdırılmış videomüşahidə kamerasına baxan zaman Raminin brifıng dispetçer otağında Çingizi döyüb otaqdan qovduğunu,otaqda olan zibil qabını götürüb gözləmə zalına çıxdığını və zibil qabını Çingizin başına vurduğunu görmüşdür.O, Raminin Çingizi döyməsini görməmişdir.Çünki həmin vaxtı xidməti otağında olmuşdur. Cinayət işinin 14-15-ci vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertinin 24 may 2025-ci il tarixli, 316 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı, boyun, sol bazu nahiyələrində qançırlar, sol bud, sol körpücük,sağ əlin İ barmağı nahiyyələrində sıyrıqlar aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 16-21-ci vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə olunmuş foto şəkillərdən və video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə şəxsi qərəzli münasibətlər zəminində mübahisə edib dalaşaraq,əli ilə, yumruq, təpiklə və plasmas materialından hazırlanmış zibil qutusu ilə Zərərçəkmiş şəxs vuraraq, sonuncuya sol göz almasına yayılmış qansızma,sol göz qapaqları-gözaltı, boyun,sol bazu nahiyyələrində qançırlar,sol bud, sol körpüçük, sağ əlin İ barmağı nahiyyələrində sıyrıqlarla nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyi brifıngi dispetçer otağı, gözləmə zah və sanitar qovşağına gedən dəhliz Lənkəran X2 AVK-də Lənkəranaeronaviqasiya şöbəsində yerləşir və DVD diskdə olan VİD- 20250529-WA0018" videofaylda 2 dəqiqə 52 saniyə müddəti olan görüntülər vardır və video müşahidə kamerasının monitorunda tarix xx.xx.2025-ci ili, saat isə 07:49 dəqiqəni göstərir. 1 nəfər kişi cinsinə məxsus şəxs binanın zalında görüntülənir.Həmin şəxs zalda olan jurnal masasının üzərindən əl çantasını götürüb şüşəli bir otağa daxil olur və otağın qapısını örtərək arxadan bağlayır, oturacaqda oturur.Həmin otaqda digər 1 nəfər kişi cinsinə məxsus şəxs də oturacaqda oturmuşdur.Otağa sonra daxil olan 1-ci şəxs oturacaqdan qalxaraq 2-ci şəxsin üzərinə hücum edir və onu yumruq,təpiklə vurur.2-ci şəxs otaqda yerə yıxılır.Sonra isə 2-ci şəxs yerdən qalxır və 1-ci şəxs onu itələyərək otaqdan çıxardır.2-ci şəxs əlində olan sellofan torbanı zalda olan jurnal masasının üzərinə qoyur. 1-ci şəxs otağa qayıdır və otaqdan əlində zibil qaba ilə çıxaraq həmin zibil qabını 2-ci şəxsin arxadan başına vurmaq istəyir.2-ci şəxs əlini başının üzərinə qaldırır və 1-ci şəxs zibil qabını onun əlinə, çiyninə vurur.Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki,videoda görüntülənən həmin yer Lənkəran X2 AVK-də Lənkəranaeronaviqasiya şöbəsinin gözləmə zalıdır, otaq isə onun və Təqsirləndirilən şəxs işlədiyi brifıng dispetçer otağıdır.Həmin otaqda oturan şəxs özüdür və otağa daxil olan şəxs isə iş yoldaşı Təqsirləndirilən şəxsdir.Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdə saat 08 radələrində otağa daxil olaraq zibil qabı ilə bağlı onun mübahisə edərək yumruq və təpiklə onu döymüşdür.Bundan sonra, Təqsirləndirilən şəxs gözləmə zalında zibil qabını onun başına vurmaq istəmiş və o, əlini qabağa verdiyi üçün zibil qabı onun əlinə və çiyninə dəymişdir. Cinayət işinin 73-cü vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X5 Limanın 21 avqust 2025-ci il tarixli, 107 nömrəli məktubundan görünür ki, 24 may 2025-ci il tarixdə, saat 08 radələrində Lənkəran BHL-nın AVK-də Lənkəranaeronaviqasiya brifing dispetçerləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında şəxsi münaqişə zəminində baş vermiş insdent zamanı Lənkəran BHL-nın "Lənkəranaeronaviqasiya" Aerodrom Uçuşlar rəhbəri və YQİŞ-nin komendantının verdikləri məlumata əsasən sözügedən insident zamanı Hava Limanının normal iş fəaliyyəti pozulmamış və Hava Limanına heç bir maddi ziyan dəymişdir.Baş vermiş hadisənin aləti olan zibil qutusu Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 80-82-ci vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X5 Limanı tərəfindən ŞRPŞ-nin İstintaq bölməsinə göndərilmiş bir ədəd zibil qutusuna 09 sentyabr 2025-ci il tarixdə baxış keçirilərkən müəyyən olunmuşdur ki,həmin zibil qutusu boz rənglidir, plasmas materialından hazırlanmışdır və bir tərəfi sınmış vəziyyətdədir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki,iş yoldaşı X8 həmin zibil qutusu ilə 24 may 2025-ci il tarixdə, saat 08 radələrində işlədikləri Lənkəran X2 AVK-də Lənkəranaeronaviqasiya şöbəsinin gözləmə zalında onun başına vuraraq, ona sol körpücük və sağ əlin İ barmağı nahiyələrində olan sıyrıq xəsarətlərini yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin zibil qutusunu onun başına vurmamışdan əvvəl, zibil qutusunun bir tərəfi sınmış vəziyyətdə olmuşdur. Cinayət işinin 83-84-cü vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X9 rayonu, Pensər kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 49-51-ci vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş tələbnamədən görünür ki, Əliyev X9 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən CM-nin 73 və CPM-nin 40.1.2-ci maddəsinə əsasən CM-ninin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs yumruq və təpiklə vurmaması barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, xüsusilə də videogörüntü ilə tam təkzib olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Maddi sübut - Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan plasmas materialından hazırlanmış zibil qutusu CPM-nin 132.1.4-cü maddəsinə əsasən dəyəri olmadığından məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan plasmas materialından hazırlanmış zibil qutusu məhv edilsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-183/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-183/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver