Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-184/2023 03.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət verərək, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, orta təhsilli, işləməyən, Lənkəran rayonunun Haftoni qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və onun həmin maddələr ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı ittiham hökmü çıxarılmasını, həmçinin X2 təqsirli əməllərinə görə ona vurduğu mənəvi zərərə görə 30000 (otuz min) manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətini müdafiə edib, şikayətin icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasının təxirə salınmasına zərurət görmür və işə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Xüsusi ittiham qaydasında verilmiş şikayətlə tanış olaraq məhkəmə hesab edir ki, şikayətin məhkəmənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayətçi Sevər X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və vurduğu mənəvi zərərə görə, ondan 30000 (otuz min) manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Daxil olmuş materiallardan görünür ki, Sevər Ağayevanın şikayəti CPM-nin 293.3-cü maddəsinin göstərilən tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, X9 Rüstəmovun CM-nin 147.1, 147.2 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Göründüyü kimi S.Ağayeva şikayətində cinayət məsuliyyətinə cəlb edilmə barədə xahişində xüsusi ittiham qaydasında təqibin hüdudlarından kənara çıxaraq şəxsin eyni zamanda CM-nin 148-1-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Halbuki, CPM-nin 37.2-ci maddəsində xüsusi ittiham qaydasında cinayət təqibinin CMnin konkret olaraq sadalanmış maddələrində göstərilən cinayətlər üzrə həyata keçirildiyi birmənalı olaraq qeyd edilmişdir. Həmçinin, CPM-nin 49.4.3-cü maddəsinin tələbinə əsasən, cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə bir icraatda birləşdirilə bilməz. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148- 1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-184/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-184/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver